Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları


Sual 22 Əməyin təşkilinin mahiyyəti və məzmunu



Yüklə 4,25 Mb.
səhifə15/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   ...   11   12   13   14   15   16   17   18   ...   37
insan resursları

Sual 22 Əməyin təşkilinin mahiyyəti və məzmunu

Sual 23 Müəssisələrdə əməyin bölgüsü

Sual 24 Əmək intizamının möhkəmləndirilməsi və onun əmək məhsuldarlığına təsiri

Sual 25 Əmək fəaliyyətində motivləşdirmə və onun formaları

ƏMək davranışının formaları


Sual 26 Kadr planlaşdırılmasının mahiyyəti, məqsədi və vəzifələri.
Kadr planlaşdırılmasının mahiyyəti ondan ibarətdir ki, işçilərə onların qabiliyyətindən, meyllərindən və əməyin (istehsalın) təşkilindən asılı olaraq lazım olan vaxtda və istənilən sayda iş yerləri təklif edilir. İş yerləri məhsuldarlıq və əmək motivləri baxımından işçilərin qabiliyyətlərinin açılmasına, əməyin səmərəliliyinin yüksəlməsinə və məşğulluq üçün normal əmək şəraitinin olmasına təminat verməlidir. Kadr planlaşdırılması həm təşkilatın, həm də heyətin mənafeyinə uyğun həyata keçirilir. Bunun vasitəsilə məqsədə çatmaq üçün zəruri olan istehsalat məsələlərinin həlli təmin edilir. Kadr planlaşdırılması daha yüksək əmək məhsuldarlığına nail olmağı və işdən işçinin razı qalmasını təmin etməlidir. Kadr planlaşdırılması aşağıdakı suallara cavab verməlidir:

  1. Hansı ixtisasdan nə qədər işçi nə vaxt və harada istifadə olunmalıdır?

  2. Sosial zərər vurmadan artıq işçiləri azad etmək və lazım olan işçiləri hansı yolla işə qəbul etmək olar?

  3. Heyətin qabiliyyətinə uyğun olaraq ondan necə daha yaxşı istifadə etmək olar?

  4. Yeni daha yüksək ixtisasdan olan işləri yerinə yetirmək üçün kadrların inkişafına hansı yolla nail olmaq olar? Ədəbiyyatlarda və təcrübədə “kadr planlaşdırılması” və “kadr siyasəti” anlayışları bir-birindən dəqiq fərqləndirilmir. Kadr siyasəti məqsədin planlaşdırılması əsasında müəyyənləşdirilir. Odur ki, kadr siyasəti və ya məqsədin planlaşdırılması kadrların uzun müddətli strateji planlaşdırılması ilə eyniləşdirilir. Perspektiv dövr üçün kadr qərarları uzunmüddətli planlaşdırmaya əsaslanır. Beləliklə, kadr planlaşdırılması kadr siyasətinin təsdiq olunmasından sonra yox, onunla eyni vaxtda həyata keçirilir.


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə