Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları


Sual 16 İnsan kapitalının strategiyası



Yüklə 4,25 Mb.
səhifə11/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   ...   7   8   9   10   11   12   13   14   ...   37
insan resursları

Sual 16 İnsan kapitalının strategiyası.
İnsan kapitalının strategiyası rəhbər işçilərə ciddi təsir göstərməsi üçün bu strategiya insan kapitalının ölçülməsi və təhlili üzrə məlumatlarla tamamlanmalıdır. Təşkilatı səmərəliliyin modelinə əsasən firmanın insan kapitalı strategiyası bir-birilə əlaqədar altı amildən ibarətdir:

  1. İnsanlar – yəni təşkilatda işləyənlər, onların işə götürüldüyü vaxtda: - yenilikləri mənimsəməsi və vəzifəyə uyğun gəlməsi səviyyəsi; onların təhsil aldığı və təcrübədə olduğu vaxtda: yenilikləri mənimsəməsi və vəzifəyə uyğun gəlməsi səviyyəsi;

  2. İşçi proseslər – iş necə yerinə yetirilir; komanda işlərinin tədqiqi sferası və təşkilatın bölmələri arasında qarşılıqlı asılılıq; texnologiyanın rolu.

  3. İdarəetmənin quruluşu – işçilər nə qədər öz bildikləri kimi işləməlidirlər, menecerlər tərəfindən nəzarət və idarəetmə səviyyəsi, nəzarət yoxlamaları arasındakı interval, idarəetmənin effektivliyi və digər tədbirlər.

  4. İnformasiya və bilik - əməkdaşlar, eləcə də mal göndərənlə alıcılar arasında qarşılıqlı informasiya mübadiləsi formal və qeyriformal vasitələrin köməkliyi ilə necə həyata keçirilir.

  5. Qərarın qəbulu – zəruri qərarlar necə qəbul edilir, mərkəzləşdirilmə səviyyəsi; qərarın qəbulunda iştirak etmək və onun öz vaxtında qəbul edilməsi.

  6. İşçilərin əməyinin ödənilməsi – pul və qeyri – pul stimullarından necə istifadə olunur; risk necə ödənilir; qrup və fərdi ödəmələr; kariyeranın inkişafında birbaşa ödəmə.

Sual 17 İnsan kapitalının ölçülməsi. Tanınmış alim Bekker 2001-ci ildə yazmışdır: “Menecer insan resurslarının idarə edilməsində strategiyanın işlənməsində öz töhvəsini vermək istəsə, bunun üçün o insan kapitalının ölçülməsi sistemini işləyib hazırlamalıdır.
Bununla menecer insan resurslarının biznesin səmərəliliyinə necə təsir etdiyini müəyyənləşdirmiş olur. Menecerlər başa düşməlidirlər ki, firma dəyəri necə yaradır və dəyərin yaradılması prosesini necə ölçmək olar?”. Bu qeyd olunanlar insan kapitalının ölçülməsinin mahiyyətini aşkar edir. İnsan kapitalının ölçülməsində insan resursları üzrə müxtəlif məlumatlardan və statistik metodlardan istifadə edilir. İnsan kapitalının ölçülməsi prosesində aşağıdakıları müəyyənləşdirmək lazımdır:

  1. Qiymətləndirmə mənbələrinin uyğunlaşdırılması: o cümlədən biznesin əsasını təşkil edən, işin keyfiyyətini göstərən vəzifə yararlılığının və qabiliyyətin müəyyən edilməsi;

  2. Təşkilatın yekun göstəriciləri və səmərəliliyi ilə insanların praktiki idarə edilməsi metodları arasındakı nisbətin təhlil edilməsi;

  3. İnsan kapitalının ölçülməsi təşkilatın işinin keyfiyyətinə insanların idarə edilməsinin praktiki metodları ilə necə şərtlənir. Odur ki, burada situasiyanı yaxşılaşdırmaq üçün hansı addımları atmağı bilmək çox zəruridir. Burada fəaliyyəti yox, dəyəri əsas götürmək lazımdır. İnvestisiyaya qoyulmuş kapitalı alınmış gəlirlə qiymətləndirmək daha məqsədəuyğundur;

  4. İnsan kapitalının ölçülməsində sadəliyə çalışmaq lazımdır – son nəticə və davranışın əsas, zəruri anlarına diqqət yetirmək vacibdir;

  5. Bu və ya digər fəaliyyətin elə məqamlarını ölçmək lazımdır ki, bu ölçmə nəticəsində qərarın qəbul edilməsi zamanı lazım olan informasiyanı almaq mümkün olsun;

  6. Ənənələri təhlil edib qiymətləndirmək. İşin cari vəziyyətini qoyulmuş məqsədlə müqayisə etmək;

  7. Asan əldə edilən və etibarlı informasiyaların toplanması;

  8. Nəzərə almaq lazımdır ki, ölçmə məqsədə çatmaq üçün vasitədir, lakin məqsəd deyildir. Məlumatlar daha əsaslandırılmış qərarların qəbul edilməsi və praktiki fəaliyyətin həyata keçirilməsində istifadə olunur.


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə