Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları



Yüklə 4,25 Mb.
səhifə10/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   ...   6   7   8   9   10   11   12   13   ...   37
insan resursları

II. Təşkilati struktur:

  1. mərkəzləşdirmə və formalaşdırma;

  2. xətti və ştat heyəti arasındakı münaqişələr;

  3. ixtisaslaşma;

  4. münaqişələrin qeyri-müəyyənliyi;

  5. inkişaf üçün imkanlar tükəndikdə; f ) məhdudiyyət və etimadsızlıq.

III. Təşkilati proses.
a) kəskin nəzarət; b) birtərəfli kommunikasiya; c) işçilərin fəaliyyəti baxımından əks əlaqənin yoxluğu; d) qərarların mərkəzləşdirilmiş qaydada qəbul edilməsi; e) qərarların qəbulundan kənarlaşma, iştirak
Sual 15 İnsan kapitalının idarə edilməsinin mahiyyəti.
İnsan kapitalı təşkilatda insan amilini nəzərdə tutur. Bu da təşkilata fərqləndirici xarakter verən intellektin, yeniliklərin və xüsusi biliklərin birləşdirilməsi zərurətini qarşıya qoyur. İşçilər lazımi səviyyədə motivləşdirildikdə onlar təhsillərini artırmaq, dəyişilmək, yenilikləri tədqiq etmək və yaradıcılıq əhval- ruhiyyəsi yaratmaqla təşkilat üçün uzunmüddətli fəaliyyəti təmin edirlər.
İşçilərin təhsilinə və inkişafına işverənlər (işə götürənlər) tərəfindən investisiya qoyulması insan kapitalının saxlanmasına, onların əmək qabiliyyətinin artırılmasına yönəldilir. Eyni zamanda həmin investisiya daha çox gəlir gətirmək vasitəsidir.
İnsan kapitalının idarə edilməsi insan kapitalının üstünlüklərinin yolunu göstərir və insanlara investisiya qoyuluşunun yüksək gəlir gətirdiyini aşkar edir. İnsan kapitalının idarə edilməsi siyasəti birliyin idarə edilməsini, resursların artırılmasını, qabiliyyətin idarə edilməsini, işin səmərəliliyini, təhsil proqramını və inkişafını özündə birləşdirir. İnsan kapitalının idarə edilməsinin təşkili aşağıdakı sualları qarşıya qoyur. - Dəyəri yaradan səmərəliliyin hansı əsas amilləridir?

  • Biz hansı yeniliklərə malikik?

  • Bizim strateji məqsədimizə çatmaq üçün hazırda və gələcəkdə hansı yeniliklər lazımdır? - Yeniliklərə alışmaq, onları genişləndirmək və qorumaq üçün nə etməliyik?

  • Təşkilatı və fərdi təhsilin həyata keçdiyi mədəniyyəti və mühiti biz necə yaratmalıyıq? Eyni zamanda bu bizim tələblərimizi və işçilərin tələblərini ödəməlidir.

  • Necə etmək lazımdır ki, bizim təşkilatdakı aşkar və aşkar olmayan, potensial biliklər açılsın və onlardan səmərəli istifadə edilsin?


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə