Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları



Yüklə 4,25 Mb.
səhifə6/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   2   3   4   5   6   7   8   9   ...   37
insan resursları

3) Yeni texnologiya. Müəssisədə istifadə edilən texniki avadanlıqlar işdə baş verən qəza və bədbəxt hadisələrin əsas mənbəyi hesab edilir. Texniki avadanlıqlar həm də peşə xəstəliklərinin yaranmasına şərait yaradır.
Sual 12 İşçilərin sağlamlığı və təhlükəsizliyi ilə əlaqədar meydana gələn problemlər.
Müəssisə və təşkilatlarda əməyin mühafizəsi vacib şərtdir. Əmək mühitində baş verən dəyişikliklər işçilərin sağlamlığına öz mənfi təsirini göstərir. İşçilər yeni texnikanın tətbiqinə paralel olaraq bəzi təhlükələrlə qarşılaşırlar. Bəzən avadanlıqların düzgün quraşdırılmaması qəza hallarının baş verməsinə səbəb olur.
İşçilərin sağlamlığı ilə bağlı problemlər
Bütün insanların sağlamlığını qorumaq lazımdır. İşçilərin sağlamlıqlarıyla əlaqədar meydana gələn problemlər vaxtında həll edilməzsə, bu zaman müəssisədə ciddi xəstəliklər yayılar. Bəzi işçilər qarşılaşdıqları mənəvi problemlərdən qurtarmaq məqsədiylə insan sağlamlığında ciddi xəstəliklərə yol açan müxtəlif spirtli içkilər və narkotik maddələr qəbul edirlər. Belə halların baş verməməsi üçün müəssisə daxilində aparılan siyasət işçilər tərəfindən mənimsənilməlidir. İşçilərin sağlamlıqlarıyla əlaqədar meydana gələn problemlər aşağıda göstərilmişdir: Fiziki sağlamlıq və xəstəlik.
Bəzi xəstəliklər işçilərin işləmə tərzinə mənfi təsir göstərir və hətta əmək qabiliyyətinin itirilməsinə səbəb olur. Keçici xəstəliklərin müalicəsinə kömək məqsədiylə müəssisə və təşkilatlarda tibb məntəqələri və xəstəxanalar fəaliyyət göstərir. İşçi bu müalicə ocaqlarından pulsuz və ya güzəştlə istifadə edə bilər. Ağır xəstəliklərin müalicəsinə kömək etmək məqsədiylə isə işçilərə sağlamlıq sığortası verilir.
Peşə xəstəlikləri. Əmək şəraitindəki nöqsanlar istehsal qəzaları, xəsarətlər, zədələr peşə xəstəliklərinə zəmin yaradır. Qeyd etmək lazımdır ki, işçilərin həyatı və sağlamlığı müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulmalıdır. Bu gün yeraltı istehsal obyektlərində, tunellərdə, qurğularda və digər iş yerlərində işləyən şəxslərin sağlamlıqlarında problemlər meydana gəlir.
Peşə xəstəliyi müvəqqəti və uzunmüddətli olur, bəzi hallarda insanların şikəst qalması, ruhi xəstəliklərlə nəticələnir. Peşə xəstəliyinin yaradıcısı iş yeri və əmək şəraitinin nöqsanlarıdır. Ancaq şəxsin bu xəstəliyə nə vaxt tutulduğunu müəyyən etmək o qədər də asan iş deyil. Xərçəng, ağciyər xəstəlikləri, radioaktiv maddələrin bəzisindən zəhərlənmə halları çox vaxt ölümlə nəticələnən xəstəliklərdir. Buna görə də işçilərin həyatını təhlükəyə atmamaq və qadağan olunmuş kimyəvi maddələrdən istifadə etməmək üçün işəgötürən tərəf əlindən gələni əsirgəməməlidir. Güclü səs-küylü, çox işıqlı obyektlərdə işləyən şəxslərdə tez-tez baş fırlanması, baş ağrısı, dəri xəstəlikləri müşahidə edilir. Mütəmadi olaraq kompyuter və digər texniki cihazlarla işləyən şəxslərdə ən çox rastlaşılan xəstəliklər – bel ağrısı, göz xəstəlikləridir. Peşə xəstəliklərinin bəzi səbəbləri var. Bu xəstəliklərə səbəb olan faktorlar 4 qrupa toplanır:

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə