Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları


Sual 10 Əməyin mühafizəsinə dair tədbirlərin mahiyyəti



Yüklə 4,25 Mb.
səhifə4/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   2   3   4   5   6   7   8   9   ...   37
insan resursları

Sual 10 Əməyin mühafizəsinə dair tədbirlərin mahiyyəti.
Əməyin mühafizəsiylə əlaqədar müəssisələrdə Sağlamlıq və Təhlükəsizlik Proqramları işlənib hazırlanmalıdır. Sağlamlıq proqramlarının əsas məqsədləri aşağıdakılardır:

  • Kadrların seçilməsi mərhələsində işə və müəssisəyə uyğun işçilərin işə qəbul edilməsinə nail olmaq. Buna görə də işçilərin işə qəbul vaxtı tibbi müayinəsi əsas şərtdir.

  • Başqa bir məqsəd isə işçilərin fiziki və ruhi baxımdan sağlam şəraitdə işləməsinə nail olmaq.

  • Təhsil və inkişaf tədbirlərinin köməyilə işçilərin avadanlıq və təchizatdan düzgün istifadə etməsinə nail olmaq.

  • İşçilərin idman və istirahət mərkəzlərinə cəlb etməklə, onların siqaret və spirtli içkilərə olan meyllərini azaltmaq.

  • Müəssisə daxilində bəzi yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq. Təhlükəsizlik proqramlarının əsas məqsədi isə: - təhlükələri aradan qaldırmaq;

  • bəzi işarələrin köməyi ilə qəzaların qarşısını almaq. Məsələn, yanğın baş verə bilən yerlərdə “siqaret çəkmək qadağandır” işarəsi qoyulur.

  • iş ilə işçi arasında tarazlıq yaratmaq;

  • işçilərə təhsil vermək;

  • stresi azaldan tədbirlər həyata keçirməkdən ibarətdir.

Əməyin mühafizəsinə dair tədbirlər həm işçilər, həm də işəgötürən baxımından müstəsna əhəmiyyət kəsb edir. Gündən-günə inkişaf edən istehsal prosesləri, texniki tərəqqi və təmərküzləşmə təhlükə, qəza və bədbəxt hadisələrin artmasına zəmin yaradır. Buna görə də əməyin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər əvvəlki illərə nisbətən daha çox əhəmiyyət qazanmışdır.
Qeyd etmək lazımdır ki, işdəki qəza halları və peşə xəstəlikləri işçilərin gəlirinin azalmasına təsir edən bir amildir. Qəza və bədbəxt hadisələrin ölümlə nəticələnməsi həm işəgötürən tərəf, həm də işçinin ailəsi üçün böyük itki mənasına gəlir. İşçilərin hüquqlarını qoruyan təşkilat və birliklər artıq bir neçə ildir ki, işçilərin təhlükəsiz və sağlam bir şəraitdə işləməsinə nail olmağa çalışırlar. Bu istiqamətdə fəaliyyət göstərən təşkilatların olmasına baxmayaraq.

  1. İşçilərin sağlamlığı və təhlükəsizliyi ilə əlaqədar hüquqi normalar olmasına baxmayaraq, qəza və bədbəxt hadisələr günbəgün artmaqdadır.

  2. Texniki tərəqqi və yeni texnologiyaların tətbiqi günü-gündən artır. Buna mütənasib olaraq iş yerlərində qəza halları və peşə xəstəlikləri də yüksək səviyyədə artır.

  3. Əmək şəraitinin meydana gətirdiyi bəzi xəstəliklər günbəgün artır.

  4. İşəgötürən tərəf öz mənafeyi naminə işçiləri istismar etməyə davam edir.

  5. Əməyin mühafizəsinə nəzarət edən müfəttişlər lazımi səviyyədə savada və bacarığa malik deyillər.


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə