Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları



Yüklə 4,25 Mb.
səhifə8/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   ...   4   5   6   7   8   9   10   11   ...   37
insan resursları

Müəssisənin yerləşdiyi ərazi; - Fəaliyyətlərin bir-birinə qarışması; - İş yoldaşlarının xarakteri.

Şəxsdən asılı olan səbəblər

  • Özünə inamsızlıq;

  • Tərəddüd içində olmaq;

  • Yaşlanmaq;

  • Ailədə yaşanan problemlər.

Yuxarıda sadalanan amillər stresin yaranmasına səbəb olur.
Spirtli içki içmək və sərxoş halda işini icra etmək. Şəxslərin spirtli içkilərə olan meylləri onların sağlamlığı üçün real təhlükə yaradır. Sərxoş halda işlərini icra edən işçilər çox vaxt qəza və xəsarət hallarının baş verməsinə səbəb olurlar. Spirtli içkilər işçinin düşünmə qabiliyyətini zəiflədir, əmək məhsuldarlığına mənfi təsir göstərir, işə davamiyyəti zəiflədir. İşçilərin bəzi xoşagəlməz hallara səbəb olan spirtli içkilərə olan maraq və meyllərinə maneə törətmək üçün müəssisə daxilində bəzi şərtlər mövcuddur. Məsələn, sərxoş halda işini icra edən şəxslər tənbeh edilir, lazım gəldikdə işdən azad edilirlər
.Narkotik maddələrdən istifadə etmək. Bu gün bütün ölkələrdə ən çox rastlaşılan problemlərdən biri insanların narkotik və uyuşdurucu maddələrə olan meylləridir. Narkotik maddələrə qarşı mübarizə tədbirlərini ölkənin hüquq mühafizə orqanları və təşkilatlar birlikdə həyata keçirirlər.
Sual 13 İstehsalat zədələnmələri və onların səbəbləri.
İş yerlərində təhlükəsizlikdən bəhs edildiyi vaxt insanın ağlına gələn ilk şey işdəki qəza hallarıdır. Qəzalar – gözlənilmədən baş verən, həm işçilər, həm də işəgötürən tərəf baxımından arzu edilməyən nəticələrə səbəb olan hadisələrdir.
İş yerində baş vermiş qəzalardan zərər çəkmiş işçilərin mənafeləri qorunmalı, onlara sosial, maddi və mənəvi yardımlar edilməlidir. Qəzaların baş verməsinə zəmin yaradan təhlükəli işlər: - Ağac kəsilməsi;

  • Təyyarədə pilot;

  • Enerji obyektlərində icra edilən işlər;

  • Ağır metallurgiya sənayesində icra edilən işlər;

  • Yük maşınlarının sürücüləri, buldozer sürücüsü və s.

Bəzi texniki avadanlıqların mürəkkəb işləmə tərzi qəzaların meydana gəlməsinə səbəb olur. Belə avadanlıqlarda işləyən vaxt cüzi bir diqqətsizlik böyük qəza və ya bədbəxt hadisəylə nəticələnə bilər. Şəxsin eşitmə, görmə kimi hiss orqanlarında qüsurlar da qəzaların yaranmasına səbəb olur.
Bundan başqa işçilərin sıxıntı keçirməsi, hirsli olması, diqqətsizliyi, təcrübəsizliyi qəzalara zəmin yaradır. Qəza və bədbəxt hadisələrə səbəb olan amillər aşağıda göstərilmişdir:

  • İşə ciddi yanaşmamaq;

  • Diqqətsizlik;

  • Tədbirsizlik; - Səbirsizlik; - Savadsızlıq;

  • Təcrübəsizlik;

  • Fiziki və zehni yorğunluq;

  • Təchizatdan düzgün istifadə edilməməsi;

  • Təhsil və ixtisaslaşmanın lazımi səviyyədə olmaması.


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə