Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları


Saul 27 Kadr planlaşdırılmasının məzmunu, səviyyələri və onlara qarşı tələblər



Yüklə 4,25 Mb.
səhifə16/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   ...   12   13   14   15   16   17   18   19   ...   37
insan resursları

Saul 27 Kadr planlaşdırılmasının məzmunu, səviyyələri və onlara qarşı tələblər.
Məqsəd daim planlaşdırılmalıdır. Bura təşkilatın məqsədi və onun heyətinin məqsədi daxildir.
Məqsədin planlaşdırılmasında hüquq normalarının tələbləri, eləcə də təşkilatın kadr siyasətinin ilkin prinsipləri əsas götürülür. Kadr sahəsində məqsədin formalaşdırılması müxtəlif səviyyələrdə hakimiyyət potensialı olan bütün maraqlı tərəflərin iştirakı ilə geniş dairədə məsələlərlə əlaqədar danışıqlar yolu ilə müəyyənləşdirilir. Bu iş daimi həyata keçirilməklə məqsəd müəyyənləşdirilir. Bu aşağıdakı proseslərdən keçir:

Kadr potensialının planlaşdırılmasında aşağıdakı məsələlər konkretləşdirilir:

  1. kadrların strateji inkişafı;

  2. stimullaşdırma sistemi;

  3. idarəetmədə əməkdaşların iştirakının gücləndirilməsi;

  4. qrup və fərdi işçilərin məsuliyyətinin artırılması;

  5. kadr potensialının yaradılması üçün kadrların məqsədəuyğun formada seçilməsi;

  6. müəssisənin fəaliyyət göstərməsini təmin edən kadrların seçilməsi.

Kadr potensialının planlaşdırılması gələcək vəzifələri yerinə yetirmək üçün zəruri olan bilik, bacarıq və davranış qaydalarını əhatə edir. Strateji planlaşdırma problem istiqamətli məsələləri və uzunmüddətli dövrü əhatə edir (3 ildən 5 ilə qədər). Strateji planlaşdırma ilk növbədə problemlərin həllinə istiqamətləndirilir. Bu planlaşdırma ən çox kənar amillərdən, yəni iqtisadi, texnoloji, sosial inkişaf və s. amillərdən asılı olur. İnkişafın ən başlıca məqamlarının vaxtında başa düşülməsi, onların keyfiyyətcə qiymətləndirilməsi strateji planlaşdırmanın ən başlıca vəzifəsidir. Strateji kadr planlaşdırması təşkilatın strateji planlaşdırmasına daxil edilir, idarəetmə qərarlarının və taktiki planlaşdırmanın əsasını təşkil edir.

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə