Mühazirə: 14 Təlimin təşkili formaları



Yüklə 15,23 Kb.
səhifə1/2
tarix18.01.2022
ölçüsü15,23 Kb.
#82956
növüMühazirə
  1   2
ətraf 14


Mühazirə: 14

Təlimin təşkili formaları
Tədris forması – şagirdin tədris-idrak fəaliyyətinin müxtəlif şəra-itə uyğun olaraq sinifdə, təbiətdə, təsərrüfatda, canlı guşədə, mək-təbyanı sahədə və başqa obyektlərdə müəllim tərəfindən məqsədə-uyğun təşkilidir. Tədris formalarının əsası və başlıcası dərsdir. Buna baxmayaraq tədrisin digər formalarından da ekskursiyalardan, ev işlərindən, dərsdənkənar məcburi işlərdən, sinifdənkənar məşğələ-lərdən istifadə olunur. Təlimdə elə proses və hadisələr vardır ki, onu dərs prosesində müşahidə, müqayisə etmək, nəticə çıxarmaq müm-kün deyildir. Onu təbii obyektin özündə öyrənmək lazım gəlir. Odur ki, təlimin digər formalarından istifadə etmək zəruriliyi yaranır. Elə hadisələr vardır ki, onu təbiətin özündə öyrənmək lazım gəlir. Dərs-ekskursiyalardan bu məqsədlə istifadə edilir. Tədrisin bu formasın-da şagirdlər canlı və cansız təbiət, insanları, onların əmək məşğuliy-yətlərini müşahidə edir və yaxından öyrənməyə nail olurlar. Ekskur-siyaların təşkilində əsas məqsəd təbii şəraitdə baş verən proses və hadisələr haqqında şagirdlərdə tam təsəvvürlər formalaşdırmaq, dərs prosesində öyrəndiklərini təbii şəraitdə görmək və təsdiqlə-məkdir. Məzmununa görə ekskursiyalar iki formada olur: 1) giriş ekskursiyaları, 2) ümumiləşdirici ekskursiyalar. Giriş ekskursiyala-rında şagirdlər mövzu ilə bağlı proses və hadisələri müşahidə edir, əldə edilən nəticələri dərsə gətirir. Ümumiləşdirici ekskursiyalarda hər hansı bəhsin ümumiləşdirilməsi məqsədi güdülür. Burada şa-girdlər dərslərdən keçilənləri möhkəmləndirir və təsdiqləyirlər.

Ev işləri dərslə sıx əlaqədə təşkil edilməlidir. Bu sistematik aparı-lır. Mövzuya uyğun şagirdlər evdə sadə təcrübə və müşahidələr aparmalıdır. Təcrübə və müşahidələrin nəticələri sinfə gətirilir. Ev işləri iki formada təşkil olunur: 1) dərsdən əvvəl təşkil olunan ev iş-ləri; 2) keçilmiş mövzunu sübut etmək üçün verilmiş ev işləri.

Dərsdənkənar işlər şagirdlərin bilik və bacarıqlarının inkişafında xüsusi əhəmiyyət kəsb edir. Dərsdənkənar işlərə: a) canlı təbiət gu-şəsində görüləcək işlər; b) tədris-təcrübə sahəsində həyata keçirilə-cək işlər; v) yay tapşırığında təbiətdə yerinə yetirələcək işlər daxil-dir. Bu işlər müəllimin təlimatı və nəzarəti ilə qrup yaxud fərdi halda aparıla bilər. Bütün şagirdlərin bu işlərdə iştirakı məcburidir. Çünki dərsdə öyrədilməsi mümkün olmayan məsələlər dərsdən sonra öy-rədilir. Bunlar dərsin davamı olub, proqram çərçivəsində aparılır.

Sinifdənkənar işlər isə şagirdlər üçün məcburi xarakter daşımır. Buraya fənnə daha çox maraq və həvəs göstərən şagirdlər cəlb edi-lir. Bu işlər qrup, kütləvi, hətta fərdi təşkil oluna bilər. Şagirdlərin arzusuna müvafiq olaraq boş vaxtlarda təşkil olunur. Şagirdlərin tə-biət, xüsusilə canlılar haqqında bilikləri genişləndirilir, praktik baca-rıqları formalaşır.

Təlimin təşkili formaları arasında qarşılıqlı əlaqə yaradıldıqda on-ların faydası daha da artmış olur.


Yüklə 15,23 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə