Mühazirə: 14 Təlimin təşkili formaları


Dərs-tədrisin əsas təşkil formasıdır



Yüklə 15,23 Kb.
səhifə2/2
tarix18.01.2022
ölçüsü15,23 Kb.
#82956
növüMühazirə
1   2
ətraf 14

Dərs-tədrisin əsas təşkil formasıdır

Dərs elə qurulmalıdır ki, sinif-



də başında fikir, əlində məşğuliyyət

olmayan bir şagird belə oturmasın”.

Anatol Frans
Təlimin əsas təşkil forması dərsdir. Dərs-təlim prosesinin müəy-yən vaxtla məhdudlaşdırılan bitkin bir hissəsidir. Orta ümumtəhsil məktəblərində bu vaxt 45 dəqiqə kimi müəyyənləşdirilmişdir. Dər-sin gedişi prosesində müəyyən təlim-tərbiyə vəzifələri yerinə yetiri-lir. Hər bir dərs cədvələ daxil edilir, o həm vaxt,həm də tədris mate-rialının həcmi sarıdan daim tənzimlənir. Digər təşkil formalarından fərqli olaraq dərs təlimin daimi forması olub, şagirdlərin müntəzəm surətdə biliklərə, bacarıq və vərdişlərə yiyələnməsini təmin edir. Dərsdə iştirak etmək bütün şagirdlər üçün məcburi olub, biliklər sis-teminə yiyələnməsi vacibdir.

Dərs təlimin çevik formasıdır. Orada müxtəlif təlim metodları, üsul və tərzlərindən istifadə olunur. Dərsdə təlim işinin frontal, qrup, kollektiv və fərdi formaları təşkil edilir.

Dərs müəllimlə şagirdlərin birgə fəaliyyəti olub, möhkəm uşaq kollektivinin yaranmasına və ünsiyyət tapmasına kömək edir.

Dərs həmçinin şəxsiyyətin qiymətli dərketmə xassələrini fəallıq, müstəqillik, biliklərə maraq kimi sifətlərini formalaşdırır. Dərs eyni zamanda uşaqların zehni inkişafına xidmət edir.

Beləliklə, təlimin təşkili forması olmaq etibarı ilə dərs başqa təşkil formaları içərisində haqlı olaraq mərkəzi yer tutur. O, tədris vahidi olub, təlimin vəzifə, məzmun və üsullarını öz tərəfində toplayıb birləşdirir. Tədris prosesini qanunauyğunluqları, ziddiyyətləri və hərəkətverici qüvvələri öz təzahürünü dərsin daxilində tapır.

Deməli, dərs-müəllimin rəhbərliyi altında, məktəbdə eyni yaşlı şagird kollektivi ilə, dövlət proqramına uyğun, sabit cədvəl əsasında keçirilən kollektiv məşğələdir.

Müasir dərs müəyyən inkişaf yolu keçərək bu günkü inkişafına çatmışdır. Məktəb yaranandan uşaqlar qrup halında təlimə cəlb olunmuşlar. Lakin qruplarda uşaqların sayı az, yaşları müxtəlif ol-muşdur. Müəllimlər uşaqlarla fərdi məşğul olmağa məcbur olmuşlar. Təhsilin dəqiq müddəti və sabit dərs cədvəli yox idi.

Müasir dərsin ilk əlamətləri XVI əsrdə Ukraynada qardaşlıq mək-təblərində yaranmışdır. Bu məktəbdə eyni yaşlı uşaqlar qruplarda birləşmiş, məşğələlər siniflərdə cədvəl üzrə aparılmışdır. Hər bir məşğələni isə dərs adlandırmışlar. Təlimin ilk sinif-dərs sistemi əməli olaraq belə yaranmışdır.

Bir qədər sonra XVII əsrdə böyük slavyan pedaqoqu Yan Amos Kamenski sinif-dərs sisteminin üstünlüklərini “Böyük didaktika” əsərində əsaslandırmışdır.

XVIII XIX əsrin əvvəllərində İngiltərədə keşiş A.Bell və müəllim D.Lankaster Y.A.Kamenskinin fikrini əsas tutaraq qarşılıqlı təlim sis-temi yaratmağa nail oldular. Bu sistemdə müvəffəqiyyətlə oxuyan yaşlı şagirdlər müəllimin göstərişinə əsasən kiçik yaşlılara dərs öy-rətməli idilər. Lakin şagirdlərin əksəriyyəti müəllimlə təmasda ol-murdular. Sistemi Bell-Lankaster sistemi adlandırırlar.

Bir qədər sonra Amerikada müəllim Yelena Parkherst tərəfindən Dalton şəhər məktəblərində Dalton-plan sistemini yaratdı. Sistemə görə hər fənn üzrə müəllim həftəlik və ya aylıq fərdi tapşırıqlar ve-rir. Şagirdlər isə tapşırıqları yerinə yetirdikcə müəllimə hesabat ve-rirdilər.

XIX əsrin 20-30-cu illərində rus pedaqoqları Dalton-plan siste-mindəki fərdi iş sistemini kollektiv fəaliyyətlə birləşdirərək Briqa-da-laboratoriya formasını yaratdılar. Bu formada tapşırıq bir şagir-də deyil, qrup və yaxud briqadaya verilir, onlar sərbəst işləyirlər, müəyyənləşdirilmiş vaxtda işi təhvil verirlər.

Həmin dövrdə ABŞ-da və keçmiş SSRİ-də təlimin layihələr forma-si geniş yayılmışdı. Bu formada şagirdlər həyat üçün lazımlı məsələ-ləri müəllimin köməyi və nəzarəti ilə öyrənirlər. Burada mövzuları şagirdlər özləri seçir, müvafiq bilik və bacarıqları əldə edirlər. Lakin həmin formada biliklər sistemsiz, əlaqəsiz olurdu.

Təlimin təşkili formalarının hər birinin müəyyən qüsurları oldu-ğundan onların heç birinin ömrü uzunmüddətli olmadı. Təlimin əsas təşkili forması dərs bir sıra üstünlüklərinə görə inkişaf edərək bu gün də öz əhəmiyyətini itirməmişdir. O, təlimin əsas təşkil forması olaraq qalmış və daha da təkmilləşdirilir.

Dərsin əsas üstün cəhətləri aşağıdakılardır:


  1. Dərs eyni yaşlı siniflə fəaliyyətə əsaslanır.

  2. Dərsdə tədris planı və proqramına uyğun müəyyən mövzu öy-rədilir.

  3. O, təsdiq olunmuş cədvəl üzrə təşkil olunur.

  4. Dərsdə vaxta ciddi əməl edilir, zənglə başlayır və zənglə də qurtarır, 45 dəqiqə davam edir.

Buradan belə bir nəticə çıxır ki, dərs müvafiq sinifdə cədvəl üzrə müəyyən vaxt ərzində tədris proqramına uyğun təşkil edilən məşğə-lədir.

Dərsləri məqsəd və vəzifəsinə, tətbiq olunan metodlara, şagirdlə-rin idrak fəaliyyətinə görə bir sıra tiplərə ayırırlar.



  1. Yeni tədris materiallarının qavranılmasını təmin edən dərslər.

  2. Bilik və bacarıqların formalaşmasına xidmət edən dərslər.

  3. Bacarıq və vərdişlərin tətbiqini həyata keçirən dərslər.

  4. Bilik və bacarıqların yoxlanılması və qiymətləndirilməsinə xidmət edən dərslər.

  5. Birləşmiş dərslər. Bu dərslərdə şagirdlər həm yeni bilik və ba-carıqlar əldə edirlər, həm də onların bilik və bacarıqları yoxla-nılır, qiymətləndirilir. Bir neçə didaktik vəzifənin yerinə yetiril-diyi belə dərslər birləşmiş dərslər adlanır və müasir məktəb təcrübəsində daha çox istifadə edilir.

Müasir təcrübədə ümumiləşdirici dərslər də mövcuddur ki, bəh-sin, rübün, ilin sonunda geniş istifadə edilir. Adından bəlli olduğu ki-mi dərsdə öyrədilmiş biliklər ümumiləşdirilir, sistemə salınır və sonra keçiləcək mövzuların öyrənilməsinə təkan verir.

Ətraf aləmlə tanışlıq dərslərində ən çox əşya, müşahidə və eks-kursiya dərslərindən istifadə olunur. Bu da onun məzmunu və möv-zuların xarakteri ilə bağlıdır.



Didaktikada dərsə bir çox tələblər verilir. Həmin tələbəri ümumi-ləşdirib aşağıdakıb kimi vermək olar:

  1. Dərsdə əsas didaktik vəzifənin müəyyənliyi. Dərsdə həll edil-məli başlıca vəzifə müəllim və şagirdlərə aydın olmalıdır. Belə ki, ətraf aləmlə tanışlıq dərsinin tipi, əşya, müşahidə, ekskur-siya, yaxud ümumiləşdirici dərs olduğu aydınlaşdırılır müəllim və şagirdlərin fəaliyyəti pərakəndə deyil, sistemlə həyata keçi-rilir, məqsədə nail olunur və dərsin səmərəsi yüksəlir.

  2. Dərsin quruluşunun aydınlığı. Tələb dərsin tipi ilə yanaşı ola-raq onun quruluşunun əvvəlcədən aydınlığı şagird və müəlli-min fəaliyyət tərzlərindən səmərəli istifadə edilməsinə şərait yaradır. Belə olduqda dərsdə vaxt itkisi olmur. Ətraf aləmlə ta-nışlıq dərslərini qabaqcadan əşya dərsi, müşahidə dərsi, eks-kursiya və ya ümumiləşdirici dərs olması ilə yanaşı, müəllim şagirdlərin hansı fəaliyyət göstərəcəklərini müəyyənləşdirir. Şagirdlər də öz vəzifələrini bilir və ona hazır olurlar. Belə ol-duqda vaxt itkisi az olur.

  3. Təlimin təhsilverici, tərbiyəedici və inkişafetdirici vəzifələrinin vəhdətdə həyata keçirilməsi də əsas tələblərdəndir. Tipindən, quruluşundan asılı olmayaraq ətraf aləmlə tanışlıqdan hər bir dərs faydalı biliklər, tədris bacarıqları ilə yanaşı, tərbiyəvi xa-rakter də daşımalıdır. Mövzunun tədrisi, məzmunu, üsul və va-sitələr, metodlar, priyomlar, ümumi əhval-ruhiyyə şagirdlərin tərbiyəsinə xidmət etməlidir. Ətraf aləmlə tanışlıqdan mövzu-ların məzmunu şagirdlərin tərbiyəsinə, ictimai həyatda davra-nış qaydalarını öyrənməyə şərait yaradır.

  4. Dərsdə əks əlaqənin ardıcıl təmin edilməsi. Dərsdə müəllim və şagirdlər arasında düzünə və əks əlaqə yaradılmalıdır. Ətraf aləmlə tanışlıq dərslərində müəllim şagirdlərin yaş xüsusiy-yətlərini nəzərə alaraq hər birinin müvəffəqiyyətini qeyd et-məli, qiymətləndirməlidir. Belə olarsa, kiçik yaşlıların məktəbə, dərsə marağı, meyli, öyrənməyə həvəsi daha da artar.

  5. Dərsdə şagird fəallığının və şüurluluğunun təmin edilməsi. Dərsdə müəllim və şagirdlərin fəallığı artırılmalıdır. Daim mü-əllim fəallıq göstərməli, hər şeyi şagirdlərə hazır şəkildə ver-məməli, şagirdlərin də müstəqil düşünmələrinə, təcrübə və müşahidələr aparmasında, təhlil etməsinə, məntiqi nəticələr çı-xarmasına, bir sözlə, şagirdlərə öyrənməyi öyrətməyə borclu-dur. Ətraf aləmlə tanışlıq dərslərində şagird fəallığının və şüurluluğunun daha da artırılmasına imkan genişdir. Hər bir mövzunun tədrisində şagirdlərin fəallığı nəzərə alınmalıdır.

  6. Anlayışların formalaşmasına əyani və texniki vəsaitlərin xid-mət etməsi. Hər bir dərsdə tipindən və quruluşundan asılı ola-raq əyani və texniki vasitələrdən istifadə edilməlidir. Ətraf aləmlə tanışlıq dərslərində xüsusilə əşya dərslərində mütləq əyani və texniki və vasitələrdən istifadə edilərək anlayışlar ya-radılmalı, formalaşdırılmalıdır. Müşahidə dərslərinin isə əyani-lik və texniki vasitələrsiz keçilməsi mümkünsüz bir işdir. Hər hansı obyekt, əyani vasitə nümayiş etdirilir, şagirdlərə obyekti müşahidə, ayrı-ayrı elementlərin müqayisə edilməsi tapşırılır. Ekskursia dərslərində isə şagirdlər özləri əyani vasitələr olan obyektə gəlir və əyaniliyi təbii halda müşahidə edib, öyrənə bi-lirlər.

  7. Dərsdə insanpərvərliyin hökm sürməsi. Şagird-müəllim müna-sibətinin dərsin keyfiyyətinə mühüm təsir gösterir. Müəllimin şagirdlərə humanist, qayğıkeş münasibəti şagirdlərin elmə, elm öyrənməyə həvəslərini daha da artırır, dərsin səviyyəsini yüksəldir. Ətraf aləmlə tanışlıq fənninin aşağı siniflərdə tədris edilməsi bu münasibətin daha düzgün, real qurulmasını tələb edir. Müəllimin burada şagirdlərə qayğıkeş, valideyn müna-sibəti şagirdlərin də insanpərvərlik ruhunda tərbiyəsinə böyük təsir göstərir. Axı, müəllim ən böyük nümunə olmalıdır. Şa-girdlərə də xeyirxah hissləri aşılanmalıdır. Onları dərslərini da-ha dərindən öyrənməklə yanaşı, müsbət keyfiyyətlərə malik şəxsiyyət kimi formalaşmadırmalıdır.

  8. Dərsdə fərdi və kollektiv işin uzlaşdırılması. Müəllim dərsdə bütün şagirdlərlə eyni dərəcədə işləməyi bacarmalıdır. Şagird-lərin müəyyən hissəsi müəllim nəzarətindən, diqqətindən kə-narda qalarsa, həmin şagirdlərin dərsə marağı get-gedə sönə bilər, fəaliyyətləri azala bilər. Bəzi müəllimlər əsasən orta səviyyəli şagirdlərə işləyir, yaxşı oxuyanların onsuz da öyrən-diklərini zənn edir, zəiflərlə də işləməyi bacarmır. Bu zaman si-nifdə bir qrup şagirdlər fəal olur. Digərləri yaddan çıxır, fəal-lıqları azalır və zəif şagirdlər siyahısına düşürlər. Bu çox zərərli haldır. Ona görə də müəllim hər bir şagirdlə işləməyi bacarma-lıdır. Güclü şagirdləri daha da ruhlandırmalı, orta səviyyəli şa-girdləri yaxşı oxuyanlar sırasına çatdırmalı, zəif oxuyanlarla da fərdi məşğul olmalıdır. Ətraf aləmlə tanışlıq aşağı siniflərdə keçildiyindən belə şagirdlərin fəallığının azalması çox zərərli ola bilər. Ona görə də müəllim ətraf aləmlə tanışlıq fənninin tədrisində şagirdlərin fəallığına daha çox fikir verməli, bunu həyata keçirmək üçün əyləncəli oyunlardan, drammatik səh-nəciklərdən geniş istifadə etməlidir. Qrup təliminin həyata ke-çirilməsi də müəllimin bütün şagirdlərlə işlənməsinə imkan ve-rir.

  9. Dərsdə xəlqilik ruhunun aşılanması. Dərsin müasir tələblərin-dən ən əsası xalqın həyatı, istək və arzuları, fəaliyyəti ilə əla-qələndirilməsidir. Bu baxımdan ətraf aləmlə tanışlıq dərsləri çox geniş imkanlıdır. Demək olar ki, fənnin hər bir mövzusu xalqın həyatı ilə həmahəng səslənir. Mövzuların tədrisi xalqın həyatı, ölkənin tarixi keçmişi, bu günü, gələcəyi ilə əlaqələndir-mək həm də gənc nəslin fəal cəmiyyət qurucusu kimi yetiş-dirilməsi üçün vacibdir. Fənnin tədrisində xalqımızın həyatı məişəti, mədəniyyəti, məşğuliyyəti, adət-ənənələri, iqtisadiyya-tı, bayram və mərasimləri, soyqırımı, dini, tarixi, incəsənəti və arzu-istəkləri əksini tapmışdır. Odur ki, hər bir mövzu xəlqilik ruhunda şagirdlərə öyrədilməlidir. Xalqın ruhu hopmayan dər-si dərs hesab etmək olmaz, mükəmməl, müasir dərs sayılmaz.

  10. Dərs vaxtından səmərəli istifadə edilməsi. Dərs vaxtından sə-mərəli istifadə edilməsi mənimsəmənin səviyyəsini yüksəldir. Dərsin mərhələləri üzrə vaxtın düzgün bölüşdürülməsi keyfiy-yətin yüksəlməsi deməkdir. Əşya, müşahidə və ekskursiya dərsləri ilə tədris edilən ətraf aləmlə tanışlıq dərslərində vax-tın düzgün bölüşdürülməsi daha zəruridir. Belə ki, müəllim ça-lışmalıdır ki, yəni mövzu dərsdə şagirdlər tərəfindən tam mə-nimsənilsin,yəni şagirdlər mövzunu elə dərsdə öyrənə bilsinlər. Evdə isə biliklərini tətbiq edə biləcək çalışma və tap-şırıqları yerinə yetirsinlər. Davamiyyətin yoxlanılmasına, digər mövzuya aid olmayan söhbətlərə, keçilmiş mövzunun təkrarı-na, ev tapşırıqlarının yoxlanılmasına, biliklərin qiymətləndiril-məsinə çox az vaxt itirilməlidir. Dərsin əsas hissəsi yeni möv-zunun izahında, şagirdlərin müstəqil mövzunu dərk etmələri-nə verilməlidir. Belə olduqda dərs daha çox faydalı olar. Çalış-maq lazımdır ki, şagirdlər az vaxtda daha çox şey öyrənə bilsin-lər. Vaxtdan səmərəli, qənaətlə istifadə edilməsi, mövzunu də-rindən dərk etməklə yanaşı, şagirdlərin vaxtdan səmərəli isti-fadə etməsinə qənaətçilik tərbiyəsinə mübət təsir göstərir.

  11. Müəllimin və şagirdlərin dərsə hazırlaşması. Müəllimin hər bir dərsə hazırlığı fənnin tədrisinə hazırlığın ayrə-ayrı hissəsidir. Ümumiyyətlə müəllim fənnin tədrisinə daim hazırlaşmalıdır. Müəllim fənn üzrə tematik planlaşdırmanı aparmalı, orada mözvuları ardıcıllıq üzrə verməli və tarixlərini qeyd etməlidir. Burada mövzuya dair əyaniliyi, istifadə ediləcək vasitələri, me-tod və priyomları müəyyənləşdirir. Dərsə hazırlaşarkən müəl-lim mövzuya dair müasir tələbləri bir daha yada salır, bütün tə-ləblərə əməl etməyə çalışır, dərsin tippini, quruluşunu, mərhə-lələrini, ardıcıllığını müəyyənləşdirir. Dərsə hazırlaşarkən mövzunun təhsilverici, tərbiyəedici və inkişafetdirici funksiya-ları nəzərə alınır. Bu məqsədlə müəllim ətraf aləmlə tanışlıq dərslərinə hazırlaşarkən üç istiqaməti əsas götürür: birincisi, şagirdlərə öyrədəcəyi anlayışları, bilikləri dəqiqləşdirir, aşıla-yacağı tədris və ya idrak bacarıqlarını müəyyənləşdirir, ikinci-si, dərsdə hansı əxlaqi, mənəvi, ekoloji, iqtisadi, estetik, vətən-pərvərlik, xeyirxahlıq və s. keyfiyyətlərinin formalaşdırılması-na fikir verir, üçüncüsü, hansı psixoloji funksiyaları: diqqət, tə-fəkkür, təxəyyül, iradə və s. inkişaf etdirəcəyini konkretləşdirir. Müəllim dərsə hazırlaşarkən özünün və şagirdlərin dərsin mərhələləri üzrə nə iş görəcəyini qabaqcadan aydınlaşdırır. Dərsin səmərəliliyi, mənimsəmənin dərinliyi çox hallarda müəllim və şagirdlərin dərsə hazırlığından asılı olur.

Dərsə verilən müasir tələblərə hər bir müəllim tərəfindən əməl edilməlidir. Bu tələblər gözlənilərsə, dərsdə yüksək müvəffəqiyyətə nail olmaq olar.

Dərsin tipi mövzunun quruluşundan və onun didaktik məqsədin-dən asılıdır. Fənnin tədrisində ən çox yeni bilik verən dərslərə üs-tünlük verilir. Ümumiləşdirici və yoxlama dərslərinə proqram və dərslikdə daha az yer verilmişdir. Digər fənlərdən fərqli olaraq bu-rada əşya dərslərinə üstünlük verilmişdir.



Dərsin tipinin seçilməsi müəllimin bacarığından, mövzunun məz-munu, məqsədi, metodu, priyomu və şagirdlərin hazırlıq səviyyəsin-dən asılıdır.

Biologiyadan hər bir kursun, eləcə də ətraf aləmlə tanışlığın baş-lanğıcında giriş dərsləri aparılır. Giriş dərsində şagirdlərə yeni keçi-lən kurs haqqında məlumat verilir. Onun nədən bəhs edəcəyini, han-sı fənlərlə əlaqəsi olduğunu, bölündüyü sahələrin izahı verilir. Hə-min kursun tədrisinin məqsəd və vəzifələri aydınlaşdırılır. Giriş dər-si müəllim üçün çox məsuliyyət tələb edir. Şagirdlərdə fənnə maraq yaratmaq elə ilk giriş dərsindən başlayır. Buna görə də müəllim bu dərsə elə hazırlaşmalıdır ki, şagirdlərdə fənn haqqında düzgün tə-səvvürlər yaratsın, fənnə maraq oyatsın.
Yüklə 15,23 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə