Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə99/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   95   96   97   98   99   100   101   102   ...   119

Kəlbəcər  inzibati  rayonundakı  Tutqunçay  mineral  bulaqları  kimyəvi 
tərkibinə,  müalicə  əhəmiyyətinə,  suyunun  temperaturunun  müxtəlifliyinə 
görə, İstisuya nisbətən daha əlverişli coğrafi mövqeyə, yəni Yevlax-İstisu 
şosse  yolu  boyu  rayon  mərkəzindən  30  km  aşağıda,  1100-1200  metr 
hündürlükdə  meşə  zonasında  yerləşir.  Burada  daha  da  böyük 
kurort-sanatoriya kompleksinin inkişafı üçün çox əlverişli imkanlar vardır. 
Ölkədə  yalnız  bu  iqtisadi  rayonun  ərazisində  Kəlbəcərdə,  Böyük  və 
Kiçik  Alagöllər,  Laçında  Qaragöl  vulkan  mənşəli  göllərdir.  Onlar  öz 
cazibədarlığma  görə,  çox  füsunkar  göllərdir  və  turizmin  inkişafı  üçün 
olduqca əhəmiyyətlidir. Bu göllərin, eləcə də digər rekreasiya ehtiyatlarının 
mühafizəsi çirklənmədən qorunması həmişə diqqət mərkəzində olmalıdır. 
Onların  yaxınlığında  gələcəkdə  “təbiətə  təhlükə  yaradan”  və  “təbiət 
tutumlu” sənaye tikintiləri planlaşdırılmamalıdır. 
5.3.
 
Kür-Araz makrotəbii regionun inkişafı və 
iqtisadi-ekoloji problemləri 
Kür-Araz  regionu  ərazisinin  böyüklüyünə  görə  ölkənin  ən  iri 
regionudur. Onun ərazisi bütövlükdə Kür-Araz ovalığında yerləşir. Sahəsi 
21,43  min  km^,  əhalisi  1889,6  min  nəfərdir.  Ölkə  ərazisinin  24,7%-nə, 
əhalisinin  isə  20,8%-nə  malik  olan  region  respublikanın  iqtisadiyyatının 
inkişafında mühüm rol oynayır. 
Statistik məlumatların təhlili göstərir ki, Kür-Araz regionu hələ sovet 
hakimiyyəti  illərində  inkişaf  etmiş  sənaye  və  mexanikləşdi-  rilmiş  çox 
sahəli  kənd  təsərrüfatına  malik  idi.  Burada  istehsal  olunan  ümumi 
məhsulun  45%-i  sənayenin,  35%-i  kənd  təsərrüfatının  payına  düşür. 
Respublikada  istehsal  olunan  ümumi  sənaye  məhsulunun  12%-ni,  o 
cümlədən, elektrik enerjisinin 85%-ni, neft hasilatının 8,5%-ni, neft-kimya 
məhsullarının 2,5%-ni, yeyinti sənayesinin 2%-ni, xam pambığın 95%-ni 
verir. Taxılçılıq, üzümçülük və bostançılıq da inkişaf etmişdir. 
Kür-Araz regionunun müasir iqtisadi-ekoloji vəziyyəti təsər 
304 


rüfatın müxtəlif sahələrinin inkişafı və ixtisaslaşması, zəngin neft- qaz və 
mineral-xammal 
resurslarının  çoxluğu,  eyni  zamanda  su  ça- 
tışmamazlığma görə səciyyələnir. Regionda zəngin təbii-resurs potensialı 
əsasında ərazinin intensiv mənimsənilməsi prosesi və sənaye qovşaqlarının 
formalaşması sürətlə gedir. 
Kür-Araz  regionunda  təsərrüfatının  ərazi  təşkilinin  tamamlan- 
mamasmm ən mühüm istiqamətlərindən biri su təsərrüfatı problemlərinin 
həllindən  ibarətdir.  Müasir  mərhələdə  bu  regionunun  təsərrüfat 
komplekslərinin  strukturunu  müəyyən  edən  su  təsərrüfatı  problemlərinin 
həlli  ən  mühüm  amillərdən  biridir.  Xüsusilə  gələcəkdə  regionun 
sosial-iqtisadi inkişafı, o cümlədən suvarma əkinçiliyinin sürətli inkişafı su 
təchizatının rolunu daima artıracaqdır. 
Regionda ümumi torpaq fondunda kənd təsərrüfatına yararlı torpaqlar 
1,5  mln.  hektar  və  ya  67,1%  təşkil  edir,  bunun  da  42%-i  əkilir.  Kənd 
təsərrüfatında istifadə edilən torpaqların 47%-i suvarma şəraitində becərilir 
[55]. Torpaq və su ehtiyatlanndan istifadə prosesində texnoloji qaydalara 
əməl edilməməsi, kənd təsərrüfatlarından həm nəzərdə tutulan miqdardan 
az məhsul alınmasına, həm də iqtisadi-ekoloji tarazlığın pozulmasına səbəb 
olmuşdur. 
Kür-Araz  regionunda  kənd  təsən-üfatında  mineral  gübrələr  və 
bitkilərin  mühafizəsi  məqsədilə  istifadə  edilən  kimyəvi  vasitələr  bir 
tərəfdən  məhsul  istehsalının  artırılmasına  və  onun  mühafizə  olunmasına 
imkan yaradır, digər tərəfdən torpağın və ətraf mühitin çirklənməsinə səbəb 
olur. 
Əgər  keçən  əsrin  70-90-cı  illərinin  statistik  materiallarına  baxsaq 
görərik  ki,  1986-cı  ildə  bitkilərin  mühafizəsi  məqsədilə  istifadə  edilən 
kimyəvi vasitələrin miqdarı 1960-cı ildəkinə nisbətən 7 dəfə artdığı halda 
dənli  bitkilərin  məhsuldarlığı  cəmi  45,4%  artmışdır.  Bundan  başqa, 
torpaqların meliorativ tədbirlərinə çəkilən xərc çox olmuş və ekoloji şərait 
yaxşılaşmaq  əvəzinə  pisləşmişdir,  torpaqlar  bataqhqlaşmışdır.  Bu  ondan 
irəli  gəlirdi  ki,  ərazinin  torpaq  qurunt  şəraiti  öyrənilmədən  ərazidən 
kanallar  çəkilib,  su  anbarları  yaradılıb,  əkin  sahələri  suvarılır.  Lakin  su 
anbarlarından, kanallardan sızan sular həm torpaq sahələrində duzlaşma və 
bataqlıqlaşma yaradır, 
305 


həm də ekoloji şəraiti gərginləşdirir. 
Hesablamalar  göstərir  ki, regionda su ehtiyatı  kifayət  qədər deyildir. 
əhalinin  və  təsərrüfat  sahələrinin  tələbatını  tam  ödəmir.  Buradan  axan 
tranzit  çaylar  Kür-Araz  regionunun  su  təminatı  və  su  təchizatının  əsas 
mənbəyidir. Əgər tranzit sulan çıxsaq, onda orta illik su təminatı ölkənin 
müvafiq su ehtiyatlannm 0,50-1 %-ni təşkil edir. 
Tədqiq edilən regiondan axan tranzit Kür və Araz çaylan ilə əlaqədar, 
buraya Böyük Qafqaz və Kiçik Qafqaz regionlarından axıb gələn çaylarda
eləcə  də  regionun  daxilində  olan  yeraltı  su  ehtiyatları  da  (ilkin 
hesablamalara görə, belə yeraltı suların miqdarı 3 km^ təşkil edir), onlardan 
səmərəli istifadə edilməsi və onların mühafizəsi regionda su problemlərini 
köklü həll edir. 
Əlavə  olaraq  qeyd  etmək  istərdik  ki,  regionda  bütövlükdə  su 
ehtiyatlarından  səmərəli  istifadə  edilməsi  və  onlann  mühafizəsi,  tədqiq 
edilən  regionda  mövcud  təsərrüfatın  ərazi  strukturlarının  yenidən 
qurulmasına gətirə bilər, məhsuldar qüvvələrin gələcək inkişafına mühüm 
dərəcədə təsir göstərər. Əlbəttə bu zaman yeni problemlər də yarana bilər. 
Regionun sosial-iqtisadi inkişafı ilə əlaqədar ərazidə istifadə edilməyən 
dövlət  torpaqlarının  mənimsənilməsinin  ekoloji  məsələləri  mühüm 
əhəmiyyətə m.alikdir. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 
dövlət  torpaqlarından  200  min  hektarı  istifadəyə  verilmişdir,  belə 
torpaqların  xeyli  hissəsi  regionun  ərazisində  yerləşir.  Bununla  əlaqədar 
həmin  torpaqlara  mənsub  ekosistemin  korlanmadan  mühafizə  edilməsi 
tədbirlərini qabaqcadan nəzərə almaq vacib məsələdir. 
Yuxarıda  qeyd  edildiyi  kimi  region  səviyyəsindən  iqtisadi  rayon 
səviyyəsinə keçiddə problemlər öz əhəmiyyətini itirmir. Ölkə üzrə aynimış 
əvvəlki iki regionlardan fərqli olaraq Kür-Araz regionunun ərazisinə yalnız 
bir  iqtisadi-coğrafi  rayonun  ərazisi  uyğun  gəlir.  Ona  görə  də  Kür-Araz 
regionunun  ümumi  problemləri  elə  Aran  iqtisadi-coğrafi  rayonunun 
problemidir. 
Əldə edilmiş məlumatların təhlili göstərir ki. Aran iqtisadi rayo 
306 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə