Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə95/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   91   92   93   94   95   96   97   98   ...   119

(11%),  qəhvəyi  (18,6%),  qara  torpaqlar  (9,7%),  şabalıdı  (27,2%)  və  boz 
torpaqlar  (40%)  təşkil  edir.  Əkinə  yararlı  torpaqların  53  %-i  suvarılır. 
İqtisadi  rayonun  kənd  təsərrüfatında  bitkiçiliyin  müasir  strukturlarında 
taxıl, tütün, üzüm, meyvə və s. üstünlük təşkil edir. Heyvandarlıq, xüsusilə 
qoyunçuluq  bütün  inzibati  rayonlarda  inkişaf  etmişdir.  Burada 
heyvandarlığın inkişafında yaranan problem odur ki, təbii-iqlim şəraiti ilə 
əlaqədar təbii otlaqlardan əsasən yay aylarında istifadə edilir və nəticədə 
rayonda heyvandarlığın inkişafım müəyyən dərəcədə ləngidir. 
Naxçıvan iqtisadi rayonunun kənd təsərrüfatının inkişafında mühüm rol 
oynayan torpaq resurslanndan səmərəli istifadə edilməsini yaxşılaşdırmaq 
çox  vacib  məsələdir.  Rayonun  düzənlik  və  dağətəyi  zonalarında  başlıca 
olaraq  su  çatışmamazlığma  görə  istifadə  edilməyə  yararlı  məhsuldar 
torpaqlar  çoxdur.  Burada  istifadə  edilməyən  yararlı  torpaqların 
mənimsənilməsi mövcud su resurslarından səmərəli istifadə edilməsini və 
suvarmanın  təkmilləşdirilməsi-  ni  tələb  edir.  Düzdür  rayonun  su 
təsərrüfatının inkişaf etdirilməsi üçün bir çox işlər görülmüşdür. Araz çayı 
üzərindəki hidrotexniki kompleksdən, Arpaçay, Sirab su anbarları, bir sıra 
suvarma kanal- lan, kəhriz və artezian sulanndan istifadə edilir. Lakin qeyd 
edildiyi  kimi  rayonun  ərazisində  su  çatışmamazlığma  görə,  kənd 
təsərrüfatına yararlı torpaqlardan tam istifadə edilmir. 
Naxçıvan  iqtisadi  rayonunda  təbiətlə  cəmiyyətin  qarşılıqlı  təsiri 
nəticəsində yaranan iqtisadi-ekoloji problemlər onun yararlı torpaqlarının 
tarazlığını pozmuşdur. Ərazidə dağ yamaclarının eroziyaya məruz qalması, 
düzənlik  sahələrdə  şoranlaşmanın,  dağ  və  dağətəyi  zonalarda  torpaq 
sürüşmələrinin və s. nəticəsində bütün ərazinin kənd təsərrüfatı məqsədləri 
üçün  yararlı  olan  torpaqlarının  30%-i  mənimsənilmişdir.  Torpaqların 
mühafizə  edilib  saxlanılması  üçün  təsirli  və  iqtisadi  cəhətdən  effektli 
tədbirlərin həyata keçirilməsi qarşıda duran vacib məsələdir. Bunun üçün 
torpaq  qoruyucu  meşələr  salmaq,  yamaclann  yatımına  uyğun  torpaqlan 
düzgün  becərmək,  dağətəyi  zonalarda  terraslar  yaratmaq  faydalı 
qazıntıların  hasilatı  zamanı  münbit  torpaqları  tullantılarla  basdırmamaq, 
nəqliyyat yol- 
292 


larımn  çəkilməsi  zamanı  yararlı  torpaqları  korlamamaq  və  s.  tədbirlərin 
görülməsi  kənd  təsərrüfatı  torpaqlanmn  mühafizəsinin  başlıca 
şərtlərindəndir. 
Tədqiqatlar  göstərir  ki,  iqtisadi  rayonun  sosial-iqtisadi  inkişafında 
mühüm rol oynayan təbii potensiallardan biri də rekreasiya ehtiyatlarıdır. 
Rayonun  təbii-iqlim,  mədəni-tarixi,  iqtisadi  ehtiyatları  imkan  verir  ki, 
burada dövlət və beynəlxalq əhəmiyyətli kurort-turizm mərkəzi yaradılsın. 
“Azərbaycan Respublikasında kurortların 2007-2017-ci illərdə inkişafının 
sürətləndirilməsi tədbirləri haqqında” qəbul edilmiş proqramda da rayonda 
kurort  təsərrüfatının  inkişaf  etdirilməsi  öz  əksini  tapmışdır  [6].  Hazırda 
dünyada beynəlxalq turizm sənayesi ildən-ilə artır. Turistlər indi dünyanın 
təbii cəhətdən ən mənzərəli və görkəmli tarixi abidə yerləri, təbii müalicə 
ehtiyatları olan ölkələrə gedirlər. Bununla əlaqədar qeyd etmək istərdik ki, 
Naxçıvan  iqtisadi  rayonu  bütün  bu  valehedici  imkanlara  malikdir  [90]. 
Burada beynəlxalq əhəmiyyətli təsərrüfat sahələrinin inkişaf etdirilməsinə 
ölkənin maliyyə ehtiyatları kifayət edər. Əlavə olaraq onu da demək istərdik 
ki,  iqtisadi  rayon  iqtisadi,  siyasi-coğrafi  mövqeyi  cəhətdən  ölkənin  əsas 
hissəsindən bir qədər aralıda anklav mövqeyə malikdir. Bunu nəzərə alaraq 
rayonda əmək ehtiyatlarının dayanıqlığını qorumaq üçün hökmən  kurort- 
turizm sahəsini inkişaf etdirmək vacib şərtlərdəndir. 
Hələ sovet hakimiyyəti illərində (1934-cü il) SSRİ Xalq Komissarlığı 
Vayxrr bulağında ümumittifaq əhəmiyyətli kurort kompleksi tikmək üçün 
layihə hazırlamışdır. Rayonda Batabat gölü ətrafında soyuq bulaqlar, dağ 
çəmənlikləri,  meşələr  ərazidə  olduqca  gözəl  estetik  mənzərə  yaradır. 
Badamimı, Sirabı artıq dünyaya təkcə suyu ilə deyil, həm də unikal təbii 
şəraiti  ilə  əlaqədar  dünya  standartlarına  müvafiq  kurort  istirahət 
kompleksləri ilə tanıtdırmaq vaxtı çatmışdır. Çünki rayonun istər sərinlik 
sevən  adamların  ölkələrinə  (Yaxın  və  Orta  Şərq),  istərsə  də  istilik  sevən 
adamların  ölkələrinə  (Avropa)  ərazicə  yaxınlığı  yuxanda  qeyd  edilən 
sahələrin inkişaf etdirilməsinə şərait yaradır. 
Yuxarıda qeyd edildi ki, iqtisadi rayonda mineral-xammal re 
293 


surslarından  istifadə  edilməsilə  əlaqədar  dağ-mədən  sənayesinin  inkişafı 
daha  da  sürətləndiriləcəkdir.  Bəzi  hallarda  ən  kiçik  şəraitdə  yerli  və  ya 
sahəvi  yanaşma  zamanı  sənaye  cəhətdən  mənimsənilmə  prosesi  elə  təsir 
göstərir ki, burada olan qiymətli və unikal rekreasiya ehtiyatlarına müəyyən 
ziyan  dəyər.  Buna  görə  də  bütün  bunlar  iqtisadi  rayonun  məhsuldar 
qüvvələrinin inkişafının perspektiv planlarında indidən hesaba alınmalıdır. 
Bundan əlavə Naxçıvan iqtisadi rayonunda kurort-turizmin inkişafı ilə 
əlaqədar  buraya  gələn  çoxlu  turistlər  təbiətə,  meşələrə,  bulaqlara,  ətraf 
landşafta, tarixi yerlərə, qorunan təbiət abidələrinə böyük zərər vura bilər. 
Bu zərər meşələrin, çayların, göllərin, istirahət yerlərinin çirklənməsində, 
abidələrin  korlanmasında,  meşələrdə  yanğınların  baş  verməsində  özünü 
göstərir. Buna görə də rayonda turizmin inkişafı ilə əlaqədar turistlərin ətraf 
mühitə  vuracaqları  zərəri  aradan  götürmək  üçün  indidən  ciddi  tədbirlər 
planı hazırlamaq məqsədəuyğundur. 
Yuxarı Qarabağ iqtisadi rayonunda “insan və ətraf mühit” sistemində 
qarşılıqlı  münasibət  olduqca  mürəkkəbdir.  Bu  ilk  növbədə  rayonun 
ərazisində erməni işğalçılarının uzun illərdir ki, ağır texnikadan və dağıdıcı 
silahlardan  istifadə  edərək  ətraf  mühitdə  kifayət  qədər  intensiv  gərginlik 
yaratması  ilə  əlaqədardır.  Bu  da  rayonun  88%  ərazisində  sosial-iqtisadi 
inkişafın zəifləməsinə səbəb olmuşdur [12]. 
Kiçik  Qafqaz  regionunun  cənub-şərqindəki  dağlıq  və  düzənlik 
ərazilərində  yerləşən  Yuxarı  Qarabağ  iqtisadi  rayonu  çox  əlverişli 
təbii-coğrafi şəraitə malikdir. Rayonun böyük hissəsi Qarabağ dağlarının 
şimal-şərq yamaclarında yerləşir, şərq qurtaracağı isə eyni adlı  düzənliyə 
çıxır.  Dağlıq  və  düzənliyin  qovşağında  yerləşən  rayonun  ərazisi 
iqtisadi-coğrafi  cəhətdən  təsərrüfatın  inkişafına  bö^hik  imkanlar  yaradır. 
Bu  əlverişli  coğrafi  məkan  insanlar  tərəfindən  minilliklərdən  bəri 
mənimsənilmişdir.  Rayonun  relyefinin  dağlıq  və  düzənlik  əraziləri  ən 
qədim  təsərrüfat  növü  olan  dağ-  aran  heyvandarlığı  üçün  geniş  otlaq 
sahələrindən ibarətdir. Lakin erməni işğalı altında olan dağ otlaqlarından 
istifadə edə bilməyən 
294 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə