Soyad: Fakültə: İqtisadiyyat



Yüklə 19,19 Kb.
tarix24.02.2018
ölçüsü19,19 Kb.
#28170


Azərbaycan Dövlənt İqtisad universiteti

Sərbəst iş №1

Ad:

Soyad:


Fakültə: İqtisadiyyat

Qrup:


Kurs: 1

Fənn: Ətraf mühitin iqtisadiyyatı

Müəllim:

Sərbəst işin adi: Azərbaycanın mineral-xammal resusrlarından istifadənin ekoloji-iqtisadi qiymətləndirilməsi



Azərbaycanın mineral-xammal resusrlarından istifadənin ekoloji-iqtisadi qiymətləndirilməsi

Bizim doğma vətənmiz olan Azərbaycan respubilkasi,Qafqaz sıra dağlarının arasında,Xəzərin qərbində yerləşir.Tarixən respubilkamızın bir hissısinin suyun altında olması və Qafqaz dağlarının burda yerləşməsi onun zəngin təbii ehtiyatlara malik olmasına gətirib çıxartmışdır.



Zəngin energetik resurslarına görə Azərbaycan çox mühüm geosiyasi mövqe tutur. Mütəxəssislərin fikrincə indiyə qədər Azərbaycanda xammal şəklində 1,84 mlrd ton karbohidrogen məhsulu çıxarılmışdır. Yerin təkindən 1,38 mlrd kub metr neft kondensatı, təxminən 460 mlrd kub metr qaz çıxarılmışdır. Hal-hazırda ölkəmizdə neft və qazla zəngin üç ərazi mövcuddur – Abşeron ərazisi, Bakı arxipelaqı və Xəzərin Azərbaycan hissəsinin cənub bölgəsi. 
Respublikanın mineral-xammal bazası təkcə karbohidrogen ehtiyatları ilə bitmir. Ölkəmizdə 450-dən artıq qara, əlvan və nəcib metal filizləri, qeyri-filiz xammalı və tikinti materialları, yeraltı şirin, mineral, termal və yodlu-bromlu sənaye suları və s.ehtiyatlarına malikdir. 
Kəşf olunmuş faydalı qazıntı yataqlarının ancaq 40%-ə qədəri istismara cəlb olunmuşdur. Daşkəsən qrupuna daxil olan maqnetit filizi yataqları 234 milyon ton sənaye ehtiyatlarına malikdir. Əlvan metallurgiyanın mineral-xammal bazası əsasən alunit, miss, qurğuşun, sink, molibden, kobalt, civə, sürmə və s. yataqları ilə təmsil olaraq böyük hissəsi Balakən-Zaqatala filiz rayonunda yerləşən Filizçay qruppu kolçedan-polimetal yataqlarının iri sənaye ehtiyatları təşkil edir.
Kəlbəcər və Laçın rayonlarının ərazisində 6 civə yatağı, Naxçıvan MR Ordubad filiz rayonunda yüksək perspektivliyə malik sürmə yatağı, Zəngilan rayonunda kvars-qızıl filizi, Ağdərə rayonunda miss-qızıl-kolçedan, Ordubad rayonunda kvars-qızıl filizi, Gədəbəy rayonunda mis-qızıl-kolçedan, Tovuz rayonunda qızıl-sulfid, Qazax rayonunda qızıl yataqları aşkar edilmişdir.
Kiçik Qafqazın filiz rayonlarında qızıla perspektivli yeni sahələr tipi müəyyən edilmiş, Naxçıvan MR-da duz yataqlarının ehtiyatı 1,3 milyard ton, Zəngilan rayonunda kimyəvi təmiz əhəng daşı yatağının sənaye ehtiyatları 126 milyon ton, cənub şərq bölgəsində yodlu-bromlu su ehtiyatları sutkada 250 min kub metr qiymətləndirilmişdir. Tikinti sənayesinin mineral-xammal bazasını təşkil edən 300-dən artıq müxtəlif növ qeyri-filiz və tikinti materialı yataqları kəşf edilmişdir (Yusifov E. və b.,2004)

Hal-hazırda Azərbaycan respubilkasi zəngin təbii ehtiyatlara malikdir.Azərbaycanın təbii ehtiyatlari dedikdə birinci axıla gələn həmişə neft olur. XIX əsrin 70-ci illərindən başlayaraq Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlanmışdır. Neft sənayesinin inkişafı üçün yerli sahibkarlarda əllərindən gələni etmişlər. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqaları öz bacarığı, istedadı və əməksevərliyi sayəsində iri neft sənayeçilərinə çevrilmiş, xalqın, millətin rifahı üçün böyük işlər görmüşlər.

İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 75 faizini verən Azərbaycan cəbhəni yanacaqla təmin edərək alman faşizmi üzərində qələbədə böyük rol oynamışdır.

1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan Neft daşlarında vuran fontan dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoymuşdur. Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlamışdır.

Bu illər Azərbaycan neftçiləri tərəfindən dənizin daha dərin sahələrinin mənimsənilməsi ilə səciyyələnmişdir. Məhz bu dövrdə görülən məqsədyönlü tədbirlər nəticəsində neft sənayesi möhkəmlənmiş və onun geniş infrastrukturu yaranmışdır. Azərbaycanda dəniz yataqlarının işlənilməsi üçün qazma qurğuları, dənizdə tikinti işlərini təmin etmək üçün xüsusi gəmilər, texnika və avadanlıq gətirilmiş, Bakı dərin dəniz özülləri zavodu kimi nəhəng strateji istehsalat qurğusu tikilmişdir. Bununla yanaşı neft emalı, neft-kimya sənayesinin və neft maşınqayırmasının inkişafında böyük sıçrayış olmuşdur.

70-ci illərin əvvəllərindən etibarən Xəzərdə planlı surətdə geoloji-kəşfiyyat işlərinin təşkili və həyata keçirilməsi də Heydər Əliyevin misilsiz tarixi xidmətlərindəndir. Bu gün qətiyyətlə demək olar ki, Heydər Əliyevin bu illərdə respublikanın həyatının bütün sahələrində olduğu kimi neft sənayesində də gördüyü işlər onun uzaqgörən planlarının - Azərbaycanı "Əsrin müqaviləsi"nə, deməli xalqımızın müstəqilliyinə və rifahına doğru aparmaq niyyətlərinin əsasını təşkil edirdi. Müstəqillik tariximizin ilk illərində neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərin aradan qaldırılmasının əsas vasitələrdən biri kimi baxılırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə yanaşı, ölkəni bürümüş daxili ziddiyətlər, səbatsızlıq, özbaşınalıq Qərbin neft şirkətlərini Azərbaycandan çəkindirdi. Eyni zamanda aparılan danışıqlarda isə Azərbaycanın iqtisadi maraqları tam təmin olunmurdu.

Azərbaycan neftinə maraq göstərən xarici neft şirkətləri ilə hələ 80-ci illərin axırlarından aparılan danışıqlar artıq 1993-cü ilin yazında başa çatmaq üzrə idi. Həmin dövrdə Azərbaycan elə bir müqavilənin imzalanmasına yaxınlaşmışdı ki, o nəinki xalqın mənafelərini nəzərə almır, həmçinin ölkənin qiymətli təbii sərvətini talan edərək iqtisadiyyata böyük ziyan vururdu.

1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq "Əsrin müqaviləsi" adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu.



Ölkəmizin düşünülmüş neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, İNOQEYT, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir.

Dənizdə və sahildə yerləşən mənbələrdən çirkləndirici maddələrin və tullantıların daxil olması nəticəsində Xəzərin dəniz mühitinin pisləşməsini qeyd edərək, dəniz mühiti üçün təhlükəni başa düşərək, bir-biri ilə və beynəlxalq təşkilatlarla Xəzər dənizinin dəniz mühitinin qorunması məqsədi ilə əməkdaşlığın vacibliyini qəbul edərək, beş sahilyanı dövlətlərin hökumətlərinin səlahiyyətli şəxsləri 2003-cü ilin noyabr ayında Xəzər dənizinin dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyası imzaladılar. Konvensiya bütün Xəzəryanı dövlətlər tərəfindən qəbul edildi. Bu konvensiya Xəzər dənizi hövzəsində karbohidrat ehtiyatlarının mənimsənməsi və istismarı zamanı ekoloji tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Demək, bütün Xəzəryanı dövlətlər karbohidrat xammalın mənimsənməsi zamanı Xəzərin ekosisteminə texnogen təsiri aradan qaldıracaq və ya azaldacaq vahid normativ, metodik və hüquqi sənədlər hazırlamalıdır və tətbiq etməlidir.

Neft Azərbaycanda yalnız iqtisadi səciyyə daşımır.Azərbaycanda həmçinin malicəvi əhəmiyyətli Naftalan nefidə mövcuddur. Naftalan nefti respublikamızın ən qiymətli təbii sərvətlərindən biridir. Şəfa mənbəyi sayılan bu neft sayəsində 70-dən artıq xəstəliyin uğurlu müalicəsi mümkündür.Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitələrdən biridir. Naftalan şəhərində yerləşən mənbələrdən çıxarılır
Yüklə 19,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə