Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə97/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   93   94   95   96   97   98   99   100   ...   119

dəsi  üçün  mənimsənilməsinə  pis  təsir  göstərir.  Burada  zəngin  rekreasiya 
ehtiyatlan vardır. Rayonun kurort-rekreasiya ehtiyatlarının əsasını saf dağ 
iqlimi,  meşələr,  müalicə  əhəmiyyətli  mineral  bulaqlar,  geniş  alp 
çəmənlikləri və s. təşkil edir. Turşsu-Şirlan qrupuna daxil olan karbonatlı 
mineral bulaqlar mühüm iqtisadi əhəmiyyətə malikdir. 
Yuxarı Qarabağ iqtisadi rayonunda on bir qrup mineral bulaqları ildə on 
min kubmetrlərlə su axıdır. Lakin müharibə şəraiti demək olar ki, onlardan 
istifadəyə  imkan  vermir.  Əgər  Şuşa,  Xocavənd,  Ağdərə,  inzibati 
rayonlannda  olan  mineral  bulaqlardan  səmərəli istifadə  edilərsə,  rayonun 
kurort təsərrüfatı gələcəkdə yaxşı inkişaf edər. Dəniz səviyyəsindən 1600 
metr  yüksəklikdə  yerləşən  Şuşa  mühüm  balneoloji  iqlim  ehtiyatlanna 
malikdir. 
Hal-hazırda  gərgin  coğrafi  və  geosiyasi  mövqeyə  malik  olan 
Kəlhac^f-Laçın  iqtisadi-coğrafi  rayonunda  məhsuldar  qüvvələrin  inkişafı 
və yerləşməsində müxtəlif problemlər yaranmışdır. Rayonun sosial-iqtisadi 
inkişafına  mənfi  təsir  göstərən  mühüm  amil  onun  Ermənistan  kimi 
təcavüzkar  dövlətlə  sərhəddə  yerləşməsidir.  Dağlıq  Qarabağ  münaqişəsi 
zamanı  Azərbaycana  qarşı  müharibəyə  başlayan  Ermənistan  dövləti  öz 
havadarlan  ilə  birlikdə  Azərbaycan  ərazisinin  20%-ni,  o  cümlədən, 
Kəlbəcər-Laçırı  iqtisadi-rayonunun  ərazisini  bütünlüklə  işğal  etdi.  Əldə 
edilən məlumatlara əsasən deyə bilərik ki, rayonun təbi i-iqtisadi potensialı 
talan edilmişdir və ekoloji cəhətdən gərgin vəziyyətə düşmüşdür [39]. 
Buna  baxmayaraq,  Kəlbəcər-Laçın  iqtisadi  rayonunda  müasir 
vəziyyətin  tədqiqinin  aparılması  mühüm  əhəmiyyətə  malikdir.  Rayonun 
təbii  potensialı,  dağıdılmış  iqtisadiyyatı  və  ekoloji  problemlərinin 
öyrənilməsi,  onun  gələcək  inkişafının  planlaşdırılması  üçün  çox 
əhəmiyyətlidir. 
Kəlbəcər-Laçın  iqtisadi  rayonu  ölkənin  qərb  hissəsində  yerləşir. 
Rayonun  ərazisinin  şimalı,  dəniz  səviyyəsindən  orta  hesabla  1000  metr 
yüksəklikdə  yerləşən  Qarabağ  yaylasını  əhatə  edir,  ərazi  cənuba  doğru 
getdikcə tədricən enərək Araz sahili düzənliyinə birləşir. Kiçik Qafqazın ən 
hündür zirvələri rayonun ərazisində yerləşir. 
298 


Rayonun relyefini hündür dağ silsilələri və yaylaqlar əhatə etsə də, burada 
həm  də  dərin  dərələr,  dağlararası  çökəkliklər,  dağətəyi  düzənliklər  geniş 
yayılmışdır.  Ərazidə  belə  müxtəlif  relyef  formalarının  olması,  həm  də 
burada  müxtəlif  təsərrüfat  strukturlarının  inkişafına  səbəb  olur.  Səth 
quruluşu və buna uyğun təsərrüfatın inkişafı cəhətdən rayonun ərazisi iki 
hissəyə  ayrılır.  Birinci  hissəyə  orta  hündürlüyü  400-500  metrə  çatan 
dağətəyi  və  maili  dağətəyi  zona  aiddir.  Zəngilan,  Qubadlı  inzibati 
rayonlarının  əhatə  etdiyi  bu  zonada  kənd  təsərrüfatı  başlıca  olaraq  süni 
suvarmaya  əsaslanır.  Burada  üzümçülük,  taxılçılıq  və  iribuynuzlu 
heyvandarlığın inkişafı üçün əlverişli şərait üstünlük təşkil edir. 
İkinci  hissə  orta  hesabla  dəniz  səviyyəsindən  1200-1300  metr 
yüksəklikdə  yerləşən  Kəlbəcər  və  Laçın  inzibati  rayonlarını  əhatə  edir. 
Meşə, subalp və alp çəmənliklərində yerləşən bu rayonların kənd təsərrüfatı 
dəmyə əkinçiliyi şəraitində əsasən tütünçülük, yemçilik və qoyunçuluğun 
inkişafı üçün əlverişli şəraitə malikdir. Burada çay dərələri boyu mürəkkəb 
relyef şəraitində qum nəqliyyat yollarının çəkilməsi üçün əlverişli imkanlar 
vardır. 
Kəlbəcər-Laçın  iqtisadi  rayonunun  geoloji  qumluşunun  inkişaf 
xüsusiyyətlərindən  asılı  olaraq  burada  zəngin  və  müxtəlif  mineral 
ehtiyatları  cəmlənmişdir.  Ölkədə  aşkar  edilən  perlit  və  obsidianm 
(dəvəgözü) hamısı, üzlük tikinti daşlarının 30%-ə qədəri, tikinti daşlarının 
42%-i,  yeraltı  mineral  suların  36%-i,  su  ehtiyatlarının  56%-i  bu  iqtisadi 
rayondadır.  Sənaye  əhəmiyyətli  iri  ehtiyatlar  Kəlbəcərin  Söyüdlü, 
Ağduzdaq,  Turxun  və  Zəngilanın  Veynəli  yataq-  larmdadır.  Ölkədə  civə 
ehtiyatlarının  hamısı  Kəlbəcərin  Ağyataq,  Levçay,  Şorbulaq,  Laçının 
Çiləkəz  və  Narzanlı  yataqlarında  cəmlənmişdir.  Kəlbəcərdə  zəngin  qızıl 
ehtiyatları vardır. 
Gələcəkdə iqtisadi rayonun sosial-iqtisadi inkişafının planlaşdırılması 
zamanı bu mineral-xammal resurslarından istifadənin səmərəli istiqamətləri 
tədqiq edilməlidir. Elmi ədəbiyyat mənbələrinin təhlili göstərir ki, rayonda 
olan mineral ehtiyatları respublika əhəmiyyətlidir. Onların əsasında bir çox 
yeni  sənaye  sahələrinin  yaradılması  rayonun  əmək  ehtiyatlarının 
dayanıqlığına şərait yara 
299 


dar,  həm  də  rayonun  ərazisi  işğaldan  azad  edilən  kimi  yeni  sənaye 
sahələrinin  inkişaf  etdirilməsi  qaçqınların  sürətlə  geri  dönməsinə  imkan 
yaradar. 
Qeyd edilən mineral ehtiyatlanndan perlit xammalı çoxsahəli istehsal 
imkanlarına  malikdir.  Mütəxəssislər  perlitdən  neft  və  qaz  quyularının 
qazılmasında,  kənd  təsərrüfatında,  sement  istehsalında,  süni  liflərin 
alınmasında mühüm xammal olduğunu qeyd edirlər. Kirəmit istehsalında, 
saxsı qablann bişirilməsində perlitdən istifadə edilir. O, tikinti işlərində çox 
istifadə  edilən  xammallardan  biridir.  Onun  ətraf  mühitin  mühafizəsi 
tədbirlərində  də  əhəmi)^'əti  böyükdür.  Məsələn  o,  neft,  mazut  və  s. 
çirkabları  asanlıqla  özünə  çəkir.  Dem.əii  bu  qiymətli  xammaldan 
çirklənmiş  su  hövzələrinin  təmizlənməsində  istifadə  edilməsi  böyük 
iqtisadi səmərə verə bilər. 
Əlavə  olaraq  onu  da  qeyd  etmək  istərdik  ki,  müasir  texnologiyaya 
malik kimya sənayesində perlitdən 60-dan çox məhsul alınmışdır. Ona görə 
də  gələcəkdə  ölkənin  bir  çox  sənaye  mərkəzlərində  perlit  emalı 
müəssisələrinin  tikilməsi  məqsədəuyğundur.  İqtisadi  rayonda  digər 
əhəmiyyətli  ehtiyatlardan  biri  də  kopaldır.  Laçın  inzibati  rayonunun 
ərazisində yerləşən kopal kimya sənayesində, məişətdə, yüngül sənayedə 
və s. istifadə edilən xammaldır. Ondan əsasən yüksək keyfiyyətli boyalar, 
əlif,  kopal  məhlulu  hazırlanmasında  istifadə  edilir.  Gələcəkdə  ölkədə 
kimya,  tikinti  sənayesinin,  şəhər  təsərrüfatının  tələbatının  ödənilməsində 
kopaldan  istifadə  etmək  üçün  müvafiq  texnoloji  üsullann  seçilməsi, 
emaledici  müəssisələrin  optimal  yerləşdirilməsi  ilə  əlaqədar  indidən 
hesablamalar aparıb layihələr hazırlamnalıdır. 
Kəlbəcər-Laçın  iqtisadi  rayonunda  yerləşən  tikinti  materiallarından 
mənilər, əhəng, üzlük daşları, gil, qum, çınqıl və s. ehtiyatlardan səmərəli 
istifadə edilməsi rayonun tələbatını ödəyər, həmin  materialların kənardan 
gətirilməsini və buna çəkilən xərcləri aradan qaldırar və itkini azaldar. 
Kəibəcər-Laçm  iqtisadi  rayonunda  əhəmiyyətli  ehtiyatlardan  biri  də 
mineral sulardır. Onların mühafizəsi birinci növbədə bu mineral sulardan 
səmərəli istifadə etmək və onlan çirklənmədən mühafizə 
300 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə