onlar baha başa gəlir, lakin ondan ucuz başa gələn yeni texnoloji qurğuların
tətbiq edilməsinin iqtisadi cəhətdən daha effektli olsada yenədə hündür
tüstü bacalanndan bəzi müəssisələrdə istifadə edilir.
Rayonda atmosferin çirklənməsinin çox hissəsi metallurgiya
sənayesinin və nəqliyyat təsərrüfatının prosesləri vasitəsilə baş verir.
Sənaye istehsalının, xüsusilə faydalı qazıntıların hasilatı və emalı
tullantıları ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması məsələləri üzrə
başlıca obyektdir.
Eyni zamanda qeyd etmək lazımdır ki, Gəncə-Qazax iqtisadi
rayonunda xüsusilə, Gəncə, Daşkəsən və digər sənaye mərkəzlərində
təbiətdən səmərəli istifadə etmək məsələləri çox böyük diqqət tələb edir.
Burada müəssisələrdə təmizləyici qurğuların yaradılması, təbii mühitin
komponentlərinin vəziyyətinə nəzarət sisteminin xərcləri, əhalinin əmək və
məişət şəraitinin daimi yaxşılaşdırılması ilə əlaqədar xərclər, Azərbaycanda
ətraf mühitin mühafizəsinə çəkilən ümumi xərclərin böyük hissəsini təşkil
edir. Rayonun qarşısında duran əsas ekoloji məsələlərdən su resurslarının
mühafizəsi ilə yanaşı, keyfiyyətcə tükənən torpaq ehtiyatlarından səmərəli
istifadə edilməsi və meşə fondunun mühafizəsi olduqca əhəmiyyətlidir.
Tədqiqatlar göstərir ki, rayonda torpaq şəraitinin müxtəlifliyi ilk
növbədə relyefin mürəkkəb quruluşu ilə müəyyən olunur. Burada relyefin
yüksək dağlıq, orta dağlıq, dağətəyi və düzənlik formalarında təsərrüfatın
müxtəlif sahələri inkişaf etmişdir. Xüsusilə Gəncə-Qazax maili düzənlikləri
əhalinin iqtisadi potensialının, sosial infrastrukturun əhəmiyyətli hissəsinin
cəmləşdiyi əsas ərazidir. Relyefin əlverişli sahələrində əhalinin
məskunlaşması və isteshalın inkişafı artdıqca, məhsuldar torpaqlardan da
geniş istifadə edilmişdir. Burada təsərrüfat fəaliyyətinin ətraf mühitə gərgin
təsiri ayrı- ayrı ərazilər üzrə çox aydın özünü göstərir.
İqtisadi rayonda torpağın keyfiyyət və kəmiyyət dəyişikliyinə üç
mənbə güclü təsir göstərir:
1)
Kənd təsərrüfatı istehsalı ilə əlaqədar torpaqların korlanması;
2)
Dağ-mədən sənayesinin inkişafı ilə
əlaqədar torpaqlann kor
281
lanması;
3)
Sənaye, kənd təsərrüfatı müəssisələrinin, məişət və kommunal
təsərrüfatının tullantıları ile torpaqların korlanması.
Müşahidələr göstərir ki, iqtisadi rayonda, xüsusilə Şəmkir, Samux,
Göygöl inzibati rayonlarında istixana təsərrüfatının geniş inkişaf etməsi
tərəvəz bolluğuna şərait yarataışdır. Lakin bu təsərrüfatlarda mineral
gübrələrin və kimyəvi dərmanlann daha geniş tətbiqi səmərəli təşkil
edilmədikdə, torpağın keyfiyyəti aşağı düşür, məhsuldarlığı azalmağa
başlayır, intensiv suvarma nəticəsində yaxınlıqdakı su hövzələri kimyəvi
maddələrlə zəhərlənir və əhalinin sağlamlığı üçün ciddi ekoloji təhlükə
yaradır [9].
Əsasən kartofçuluğun inkişaf etdiyi Gədəbəy, Tovuz, Daşkəsən,
Şəmkir inzibati rayonlannda yüksək məhsul götürmək üçün mineral
gübrələrdən və kimyəvi dərmanlardan geniş istifadə edilir. Yadda
saxlamaq lazımdır ki, bu rayonların ərazilərindən
axan çaylar, yeraltı sular
və sərin bulaqlar həmin kimyəvi vasitələrlə korlanır və ekoloji gərginliyi
artırır.
Gəncə-Qazax iqtisadi rayonunda torpaqlann korlanmasında dağ-
mədən sənayesinin inkişafı xüsusi rol oynayır. Dağ-mədən sənayesinin
ekoloji aspektləri mineral-xammal ehtiyatlarından intensiv istifadə
edilməsindən irəli gəlir. Mineral xammal ehtiyatlan əsasında Gəncədə,
Daşkəsəndə, Gədəbəydə, Qazaxda dağ-mədən sənayesi ətraf mühitə nəzərə
çarpacaq dərəcədə təsir göstərir. Mədənlərin, sənaye müəssisələrinin
ətrafında tonlarla tullantılar məhsuldar torpaqları altında saxlayır. Belə
proses istehsalla təbiət arasındakı vəhdətin müəyyən qədər pozulmasına
səbəb olur. Mədənlərin istismar edilməsi, xammalın emal edilməsi torpağın
korlanmasını artırır. Xammalın hasilatı zamanı toıpaqların məhsuldar qatı
pozulur. Faydalı qazıntı xammalının emalı və istifadə edilməsi prosesində
tullantılar yaranır və müxtəlif halda (sülb halda) yenidən təbiətə qaytarılır,
ətraf mühiti korlayaraq iqtisadi-ekoloji problemlər yaradır.
Buna görə də münbit məhsuldar torpaq ehtiyatlarına malik olan
Gəncə-Qazax iqtisadi rayonunda mineral xammal tullantılanndan
282