etdirilməsi ilə əlaqədar burada rayonun, eləcə də ölkənin iqtisadiyyatına
böyük gəlir verə bilən kurort-turizm sənayesinin inkişaf etdirilməsinin çox
böyük əhəmiyyəti vardır.
Gəncə şəhəri yaxınlığında, Kiçik Qafqaz dağlanmn şimal ətəklərində
sıx meşələrlə əhatə olunmuş Hacıkənd dağ-iqlim kurort və müalicə
kompleksinin yaradılması əhalinin dincəlməsi üçün çox əhəmiyyətlidir.
Müasir dövrdə Gəncə şəhəri və eləcə də ölkə əhalisinin asudə vaxtlarını
istirahət yerlərində keçirmə tələbatı artır. Bunu nəzərə alaraq ərazinin
imkanlanndan səmərəli istifadə edilməsi çox mühüm məsələdir.
Gəncə-Qazax iqtisadi rayonunun rekreasiya potensialının böyük
olmasına baxmayaraq bu təsərrüfat sahəsi zəif inkişaf etmişdir. Aparılan
tədqiqatlardan əldə edilən materialların təhlili göstərir ki, rayonun
ərazisində insanların aktiv istehsalat fəalyyəti nəticəsində rekreasiya
ehtiyatlarına-mineral bulaqlara, meşə ehtiyatlarına, təmiz havasına və s.
hətta bütöv təbii komplekslərə çox böyük ziyan dəymişdir, nəticədə gərgin
iqtisadi - ekoloji vəziyyət yaranmışdır. Buna səbəb rayonun sənaye
qovşaqları, digər sənaye mər- kəzələri və kənd təsərrüfatı sahələridir.
Yuxarıda qeyd edildi ki, ölkənin sosial-iqtisadi potensialına görə, Bakı
və Sumqayıtdan sonra ikinci sənaye qovşağı olan Gəncə-Daşkəsəndə dəmir
filizi və alunitin kompleks emalı, digər müxtəlif istehsal sahələri,
Gədəbəydə qızıl hasilatı mədəni və s. müəssisələr rayonun rekreasiya
mənbələrinə-meşə örtüyünə, atmosferə, su ehtiyatlarına mənfi təsir göstərir.
Kənd təsərrüfatının bitkiçilik sahələrinə (üzümçülük, kartof əkilən sahələrə,
istixanalarda becərilən bitkilərə) verilən mineral gübrələr və kimyəvi
dərmanlardan həddən artıq istifadə edildikdə, intensiv suvarma nəticəsində
ətrafdakı su hövzələri, mineral bulaqlar, yeraltı sular kimyəvi maddələrlə
zəhərlənir, yerli əhalinin və bura istirahət üçün gələnlərin sağlamlığı üçün
ciddi təhlükə yaranır.
Bütün bunları nəzərə alaraq, təbii ehtiyatlardan istifadə edilməsində,
havanın, meşənin korlanmasının qarşısının alınması üçün optimal variantlar
seçilərək kompleks tədbirlər işlənməli və tədbirlə
286
rin işləmə mexanizmləri beynəlxalq qanunlar əsasında idarə edilməlidir.
Zəngin təbii potensiala malik olan Naxçıvan iqtisadi rayonunda
məhsuldar qüvvələrin daha yüksək səviyyədə inkişafı üçün imkanlar xeyli
yüksəkdir. Naxçıvan iqtisadi rayonunda məhsuldar qüvvələrin gələcəkdə
inkişafı bir sıra iqtisadi-ekoloj problemlərlə sıx əlaqədardır:
-mineral-xammal resurslanndan kompleks istifadənin zəruriliyi; -torpaq
ehtiyatlarının və su mənbələrinin çirklənmədən mühafizəsi; sənaye
qovşaqlarında hava hövzəsinin mühafizəsi; landşaft strukturlanna texnogen
təsirin tənzimlənməsi. Düzdür bu iqtisadi-ekoloji problemlər rayonun hər
bir hissəsində özünün spesifik xarakterinə malikdir. Birinci növbədə
ərazinin təsərrüfat cəhətdən mənimsənilməsinin miqyası zona
xüsusiyyətləri ilə əlaqədardır.
Naxçıvan iqtisadi rayonu dağlıq ərazidə yerləşir. Onun ərazisinin
50%-i dəniz səviyyəsindən 1000-2000 metr, 20%-i 2000-3000 metr
hündürlüklərdən və 30%-i düzənliklərdən ibarətdir. Rayon müxtəlif faydalı
qazıntı ehtiyatları ilə zəngindir. Burada polimetal, sink, qurğuşun, mis,
molibden, daş duz, dolomit, tikinti materialları, müalicə əhəmiyyətli
mineral sular və s. mühüm xammal mənbələri yerləşir. Bu mineral xammal
ehtiyatları əsasında yaranan ərazi istehsal kompleksləri istehsal sahələrinə,
ətraf mühitə nəzərə çarpa- caq dərəcədə təsir göstərir. Ərazi-istehsal
komplekslərinin və dağ-mədən sənayesi, onların emalı, kimya,
metallurgiya, tikinti materialları istehsalı müəssisələrinin əhaliyə, ətraf
mühitə olan təsiri birinci növbədə bunların yerləşməsindən, xammalın
emalı prosesində tətbiq edilən texnika və texnoloji proseslərdən asılıdır.
İkinci təsirin göstəricilərini hesablamaq mümkün olmur. Ona görə də həmin
təsiri yalnız sosial-iqtisadi cəhətdən nəzərə almaq lazımdır.
Tədqiq edilən rayonun iqtisadi-coğrafi şəraiti, burada ərazi-istehsal
komplekslərinin fonnalaşmasına və inkişafına təsir edən ən əsas amildir.
Həmçinin buraya əhalinin məskunlaşması, əmək ehtiyatları, nəqliyyat,
istehsal və sosial infrastmktur əlaqələri, su, enerji, tikinti-meşə ehtiyatları
və s. daxildir. Təbii sərvətlərdən is
287
tifadə edilməsi əsasında formalaşan sənaye komplekslərinin inkişafı və
planlaşdırılmasmda yuxarıda qeyd edilən amillərin nəzərə alınması mühüm
şərtdir.
Ölkə ərazisində olan molibden və dolomit ehtiyatlannm çox hissəsi,
mineral su ehtiyatının 60%-i, duz istehsalının çox hissəsi, üzlük daş
ehtiyatının 50%-i Naxçıvan iqtisadi rayonunun payına düşür [22]. Rayonun
sənayesinin ümumi inkişafında ənənəvi sahələr olan Paraqaçay molibden
və Gümüşlü qurğuşun mədənləri müasir dövrdə də ölkənin müvafiq sənaye
sahələrinin yeganə müəssisələri kimi öz əhəmiyyətini saxlayır. Qeyd etmək
lazımdır ki, rayonun dağ-mədən sənayesi yalnız filizin hasilatı ilə
məhdudlaşmır, hazırda onlann sonrakı emalı üzrə də istehsal sahələrinin
yaradılmasının çox böyük sosial-iqtisadi əhəmiyyəti vardır.
Tədqiqatlar göstərir ki, bu mədənlərdə hasilat zamanı çoxlu itki baş
verir. Bunun da başlıca səbəbi müasir istehsal fondlannın, mütərəqqi
texnika və texnologiyanın zəif tətbiqidir. Onu da əlavə etmək istərdik ki,
mineral xammal ehtiyatlarının olması heç də istehsalın mütərəqqi texnika
və texnologiya ilə inkişaf etməsi üçün bəs etmir, əsas məsələ həmin
xammal ehtiyatlarından hansı sənaye sahələrinin yaradılmasında necə
istifadə edilməsidir.
Dağ-mədən sənaye müəssisələrində, yuxanda qeyd edilən xammalların
ilkin və təkrar xammalının emalında istehsal prosesinin son məhsul
alınmasına çatdırılması, Naxçıvan iqtisadi rayonunda müasir ərazi-istehsal
komplekslərinin mütərəqqi formalanm və bununla yanaşı bir sıra təsərrüfat
sahələrinin yaradılmasını təmin edər.
İqtisadi rayonun özünəməxsus problemlərindən biri də mineral-
xammal ehtiyatlarının mənimsənilməsinə relyefin təsiridir. Mürəkkəb
dağlıq relyef burada olan mis, molibden, polimetal yataqlarının
mənimsənilməsinə mənfi təsir göstərir. 1000-2000 hündürlükdə orta dağlıq
zonada güclü parçalanmış dərin vadilər yerləşir. Bu zonada çay vadilərinin
terraslarmın, dağlararası çökəkliklərin, səthi düzənləşmiş çay vadilərinin
teiTaslaşmış sahələri və dağlararası dərələr geniş yayılmışdır. Bu ərazidə
əhali çoxdur və təsərrüfatın inkişafı üçün bir sıra əlverişli şəraitə malikdir.
288
Dostları ilə paylaş: |