Kəlbəcər inzibati rayonundakı Tutqunçay mineral bulaqları kimyəvi
tərkibinə, müalicə əhəmiyyətinə, suyunun temperaturunun müxtəlifliyinə
görə, İstisuya nisbətən daha əlverişli coğrafi mövqeyə, yəni Yevlax-İstisu
şosse yolu boyu rayon mərkəzindən 30 km aşağıda, 1100-1200 metr
hündürlükdə meşə zonasında yerləşir. Burada daha da böyük
kurort-sanatoriya kompleksinin inkişafı üçün çox əlverişli imkanlar vardır.
Ölkədə yalnız bu iqtisadi rayonun ərazisində Kəlbəcərdə, Böyük və
Kiçik Alagöllər, Laçında Qaragöl vulkan mənşəli göllərdir. Onlar öz
cazibədarlığma görə, çox füsunkar göllərdir və turizmin inkişafı üçün
olduqca əhəmiyyətlidir. Bu göllərin, eləcə də digər rekreasiya ehtiyatlarının
mühafizəsi çirklənmədən qorunması həmişə diqqət mərkəzində olmalıdır.
Onların yaxınlığında gələcəkdə “təbiətə təhlükə yaradan” və “təbiət
tutumlu” sənaye tikintiləri planlaşdırılmamalıdır.
5.3.
Kür-Araz makrotəbii regionun inkişafı və
iqtisadi-ekoloji problemləri
Kür-Araz regionu ərazisinin böyüklüyünə görə ölkənin ən iri
regionudur. Onun ərazisi bütövlükdə Kür-Araz ovalığında yerləşir. Sahəsi
21,43 min km^, əhalisi 1889,6 min nəfərdir. Ölkə ərazisinin 24,7%-nə,
əhalisinin isə 20,8%-nə malik olan region respublikanın iqtisadiyyatının
inkişafında mühüm rol oynayır.
Statistik məlumatların təhlili göstərir ki, Kür-Araz regionu hələ sovet
hakimiyyəti illərində inkişaf etmiş sənaye və mexanikləşdi- rilmiş çox
sahəli kənd təsərrüfatına malik idi. Burada istehsal olunan ümumi
məhsulun 45%-i sənayenin, 35%-i kənd təsərrüfatının payına düşür.
Respublikada istehsal olunan ümumi sənaye məhsulunun 12%-ni, o
cümlədən, elektrik enerjisinin 85%-ni, neft hasilatının 8,5%-ni, neft-kimya
məhsullarının 2,5%-ni, yeyinti sənayesinin 2%-ni, xam pambığın 95%-ni
verir. Taxılçılıq, üzümçülük və bostançılıq da inkişaf etmişdir.
Kür-Araz regionunun müasir iqtisadi-ekoloji vəziyyəti təsər
304
həm də ekoloji şəraiti gərginləşdirir.
Hesablamalar göstərir ki, regionda su ehtiyatı kifayət qədər deyildir.
əhalinin və təsərrüfat sahələrinin tələbatını tam ödəmir. Buradan axan
tranzit çaylar Kür-Araz regionunun su təminatı və su təchizatının əsas
mənbəyidir. Əgər tranzit sulan çıxsaq, onda orta illik su təminatı ölkənin
müvafiq su ehtiyatlannm 0,50-1 %-ni təşkil edir.
Tədqiq edilən regiondan axan tranzit Kür və Araz çaylan ilə əlaqədar,
buraya Böyük Qafqaz və Kiçik Qafqaz regionlarından axıb
gələn çaylarda,
eləcə də regionun daxilində olan yeraltı su ehtiyatları da (ilkin
hesablamalara görə, belə yeraltı suların miqdarı 3 km^ təşkil edir), onlardan
səmərəli istifadə edilməsi və onların mühafizəsi regionda su problemlərini
köklü həll edir.
Əlavə olaraq qeyd etmək istərdik ki, regionda bütövlükdə su
ehtiyatlarından səmərəli istifadə edilməsi və onlann mühafizəsi, tədqiq
edilən regionda mövcud təsərrüfatın ərazi strukturlarının yenidən
qurulmasına gətirə bilər, məhsuldar qüvvələrin gələcək inkişafına mühüm
dərəcədə təsir göstərər. Əlbəttə bu zaman yeni problemlər də yarana bilər.
Regionun sosial-iqtisadi inkişafı ilə əlaqədar ərazidə istifadə edilməyən
dövlət torpaqlarının mənimsənilməsinin ekoloji məsələləri mühüm
əhəmiyyətə m.alikdir. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə
dövlət torpaqlarından 200 min hektarı istifadəyə verilmişdir, belə
torpaqların xeyli hissəsi regionun ərazisində yerləşir. Bununla əlaqədar
həmin torpaqlara mənsub ekosistemin korlanmadan mühafizə edilməsi
tədbirlərini qabaqcadan nəzərə almaq vacib məsələdir.
Yuxarıda qeyd edildiyi kimi region səviyyəsindən iqtisadi rayon
səviyyəsinə keçiddə problemlər öz əhəmiyyətini itirmir. Ölkə üzrə aynimış
əvvəlki iki regionlardan fərqli olaraq Kür-Araz regionunun ərazisinə yalnız
bir iqtisadi-coğrafi rayonun ərazisi uyğun gəlir. Ona görə də Kür-Araz
regionunun ümumi problemləri elə
Aran iqtisadi-coğrafi rayonunun
problemidir.
Əldə edilmiş məlumatların təhlili göstərir ki.
Aran iqtisadi rayo
306