Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə98/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   94   95   96   97   98   99   100   101   ...   119

etməkdir. Rayonda olan mineral sular həm ehtiyatının çoxluğuna görə, həm 
də  kimyəvi  tərkibinin  müxtəlif  olmasına  görə,  ölkənin  digər  ərazilərində 
olan  mineral  sulardan  fərqlənir.  Ölkədə  olan  mineral  su  ehtiyatlannm  '/2 
hissəsi  bu  iqtisadi  rayonun  payına  düşür.  Statistik  məlumatlar  rayonda 
mineral suların ümumi ehtiyatı 7393 m^/gün təşkil edir. Bunun 58%-i Laçın 
inzibati  rayonunun  payına  düşür.  İri  mineral  su  mənbələri  Kəlbəcərin 
Yuxarı və Aşağı İstisu, Keşdək, Turxun, Qoturlu, Laçın inzibati rayonunun 
Minkənd  və  s.  yataqlarında  cəmlənmişdir.  Mütəxəssislərin  tədqiqatlarına 
görə,  Kəlbəcərin  İstisu  bulaqlan  dünyada  unikal  müalicə  əhəmiyyətli 
bulaqlardır.  Mədə-bağırsaq  xəstəliklərinin  müalicəsində  çox  keyfiyyətli 
mineral sulardır. Rayon həm də böyük təsərrüfat əhəmi>yətli, iri termal su 
ehtiyatlarına  malikdir.  Termal  suların  istiliyi  60-100°C  təşkil  edir. 
Bunlardan  da  gələcəkdə  istilik-enerji  mənbəyi  kimi  istifadə  edilməsi 
rayonun ekoloji şəraitinə müsbət təsir göstərir. 
Kəlbəcər-Laçın iqtisadi rayonu çox böyük su ehtiyatına malikdir. Orta 
illik su təminatı hesabı ilə ərazinin su ehtiyatı ölkənin ümumi su ehtiyatının 
6%-ni təşkl edir. Ərazinin hər km^-nə və adambaşına düşən su ehtiyatına 
görə  də  ölkə  səviyyəsindən  xeyli  üstündür.  İqtisadi  rayonda  Kür  çayına 
tökülən Tərtər çayı, Araza tökülən Həkəri, Oxçu, Bərgüşad çayları bol suya 
və hidro-enerji ehtiyatına malikdir. Tərtər çayı üzərində tikilmiş su elektrik 
stansiyası,  su  anbarı  və  buradan  başlayan  suvarma  kanalları  çox  böyük 
təsərrüfat  əhəmiyyətlidir.  Lakin  erməni  işğalı  altında  olan  bu  mühüm 
obyektlərdən hazırda çox da səmərəli istifadə edilmir. 
Kəlbəcər-Laçın  iqtisadi  rayonu  işğaldan  azad  olan  kimi,  buradakı 
çaylar üstündə su anbarlarının, su-elektrik stansiyalarının tikilib istifadəyə 
verilməsi,  iqtisadi  rayonun  sosial-iqtisadi  inkişafında  mühüm  rol 
oynayacaqdır. 
Kəlbəcər-Laçın  iqtisadi  rayonunda  ekoloji  tarazlığın  saxlanılması 
məqsədilə onun çaylarının saflığım təmin etmək üçün onları çirklənmədən 
mühafizə etmək, yerüstü və yeraltı suların formalaşmasına şərait yaradan 
otlaqların 
və 
meşələrin 
qorunması 
mühüm 
iqtisadi-ekoloji 
problemlərdəndir. 
301 


Rayonun sıx çay şəbəkəsinin özünəməxsus xüsusiyyəti onun təkcə su 
ehtiyatına  malik  olması  deyil,  həm  də  özünün  dərələri  və  subasarları  ilə 
əhalinin məskunlaşması, nəqliyyat yollarının çəkilməsi, əkinçilik, bağçılıq 
və  s.  üçün  əlverişli  ehtiyat  mənbəyi  olmasıdır.  İqtisadi  rayonda  əhalinin 
Bərgüşad,  Həkəri  çayları  boyunca  məskunlaşması,  rayonun  dağlıq 
ərazilərinə nisbətən daha sıxdır. Bu həmçinin nəqliyyat yollarının çəkilməsi 
üçün də əlverişlidir. Çay dərələri boyunca çəkilən yollar dağlıq ərazilərdə 
çəkilən  yollara  nisbətən  ucuz  başa  gəlir.  Lakin  rayonda  ətraf  mühitin 
mühafizəsi  nöqteyi-nəzərincə  çay  dərələri  boyunca  “təbiətə  təhlükə 
yaradan”  və  “təbiəttutumlu”  sənaye  sahələrinin  tikintisi  ekoloji  cəhətdən 
təhlükəlidir. 
Yuxarıda rayonun mürəkkəb səth quruluşuna malik olduğu, dağətəyi, 
maili dağətəyi, meşə, subalp və alp zonasına bölündüyünü qeyd etdik. Əldə 
edilən  məlumatların  öyrənilməsi  göstərir  ki,  ərazidə  dağlann  meyilliliyi 
0-6°  (4,2%),  6-10°  (25%),  10-15°  (16%)  göstəricilərdən  ibarətdir. 
Torpaqları dağ-çəmən (51,9%), dağ- meşə (14,7%), qəhvəyi (16,5%), qara 
(9,2%) və şabalıdıdır (4,6%). Rayonda kənd təsərrüfatına yararlı torpaqlar 
295,4 min hektardır. Bundan 46 min hektarı əkin üçün yararlıdır. 210,6 min 
hektanm  isə  otlaqlar  təşkil  edir.  Burada  əsasən  əlverişli  torpaq-iqlim 
şəraitində  taxıl,  tütün  və  qoyunçuluq  istiqamətində  kənd  təsərrüfatının 
inkişafı üçün geniş imkanlar vardır. 
Ərazidə  baş  verən  eroziya  prosesi,  sürüşmələr,  yamaclann 
parçalanması, xüsusilə son illər burada gedən müharibə şəraiti çox böyük 
ekoloji gərginlik yaratmışdır. 
Kəlbəcər-Laçm  iqtisadi  rayonu  ağac  emalı  və  selliloz-kağız 
sənayesinin inkişafı üçün böyük meşə fonduna malikdir. İqtisadi rayon üzrə 
ümumi  torpaqların  15%-ni  meşələr  təşkil  edir.  Lakin  burada  meşələr 
qeyri-bərabər paylanmışdır. Əsasən meşə örtüyü Kəlbəcər və Laçın inzibati 
rayonlarının  ərazilərində  geniş  yayılmışdır.  Bu  inzibati  rayonlann 
ərazisinin 22-19 faizini meşələr təşkil etdiyi halda, bu Zəngilan və Qubadlı 
inzibati rayonlarında 15%-dir. 
Araşdırmalar göstərir ki, iqtisadi rayonda Şərq çinan. Şərq palıdı 
302 


meşələrinin  oduncağı,  xüsusilə  Şərq  palıdının  oduncağı  ölkənin  digər 
rayonlarında yayılan palıd növlərindən özünün qırmızımtıl və gözəl baxunlı 
qat quruluşuna malik olması ilə fərqlənir. Burada yaşı 80-100 ilə çatan palıd 
oduncağı parket, mebel istehsalında olduqca qiymətli xammaldır. 
Yuxanda  qeyd  edildiyi  kimi  erməni  işğalçılan  rayonun  mineral 
resurslarını talan etdikləri kimi, meşə resurslanm da talan etmişlər. Təbiət 
abidəsi  kimi  qorunan  Bəstiçay  çinan,  Laçm  palıdı  bu  gün  təhlükə 
qarşısındadır.  Düzdür  hələ  sovet  hakimiyyəti  illərində  iqtisadi  rayonda 
meşə  sahəsinin  yarısı  sıradan  çıxmışdır.  Şəhər  və  kənd  yaşayış 
məntəqələrinin genişləndirilməsi, təsərrüfatlarda tikinti işlərinin apaniması 
ilə  əlaqədar  və  onlardan  odun  yanacağı  kimi  istifadə  edilməsi  meşələrin 
sahəsinin azalmasına səbəb olmuşdur. 
Kəlbəcər-Laçın  iqtisadi  rayonu  işğaldan  azad  olunan  kimi  birinci 
növbədə  meşələrin  bərpası,  onların  sahəsinin  artırılması  ümumxalq  işi 
olmalıdır.  Yaşayış  məntəqələrinin  ətrafında,  yolların  kənarında  və  çay 
vadilərində məhsul verən ağac növlərinin əkilməsini həyata keçirmək çox 
əhəmiyyətli olardı. 
İqtisadi  rayon  kurort-rekreasiya  komplekslərinin  inkişaf  etdirilməsi 
üçün  zəngin  ehtiyatilara  malikdir.  Bunların  əsasını  dağ  meşələri,  alp 
çəmənlikləri,  vulkan  mənşəli  göllər,  müxtəlif  karbohidrogeni!,  sulfatlı 
mineral  sular  və  s.  təşkil  edir.  Qeyd  edildiyi  kimi  bu  təbii  sərvətlər  də 
erməni vandalları tərəfindən talan edilmişdir. Sözsüz ki, ərazi işğaldan azad 
edildikdən  sonra  bu  qiymətli  sərvətlər  yenidən  xalqın  istifadəsinə 
veriləcəkdir. Həm rayonun, həm də ölkənin əsas ixtisaslaşmış sahələrindən 
birinə çevriləcəkdir. 
Bunun  üçün  birinci  nö  vbədə  iqtisadi  rayonun  ərazisində  yerləşən 
Yuxarı və Aşağı İstisu, Bağırsaq, Tutqunçay, İlikənd bulaqlarından istifadə 
edilməsi  mühüm  əhəmiyyət  daşıyacaqdır. Vaxtilə  sovet  dövründə  burada 
Yuxarı  İstisu  termal  bulaqları  əsasında  tikilmiş  Ümumittifaq  əhəmiyyətli 
balneoloji sanatoriya kompleksi fəaliyyət göstərirdi. Burada İstisu mineral 
sularını qablaşdıran zavod ildə 10 milyon şüşə mineral su istehsal edərək 
müxtəlif  respublikalara  göndərirdi.  Lakin  bunların  hamısı  darmadağın 
edilmişdir. 
303 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə