hətdən əsaslandırılmış torpaq tutumlu əmsalların ayrılmasının işlənib
hazırlanması ola bilər. Özü də bu əmsallar 1 mln. manat kapital
qoyuluşuna, hər 1000 nəfər məşğul olanlara, yaxud da istehsal olunan
məhsul vahidinə yararlı torpaqlardan götürülmüş sahələri ifadə edir. Bəzən
idarələr və layihəçilər tez-tez hallarda əsassız olaraq böyük ərazilər,
məsələn, 400-500 hektar tələb edir. Lakin sonradan məlum olur ki, dəqiq
tələbat 100-200 hektardır.
Hazırda respublikanın şəhərlərində torpaq resurslarından effektlə
istifadə edilməsinin ən səmərəli yollarından sənaye tikintilərinə götürülən
torpaqların mühüm dərəcədə azaldılmasıdır. Bunun üçün sənaye
binalarının məıtəbəliliyinin yüksəldilməsi, ayrı-ayrı binaların və tikililərin
təcrid edilməsi, istehsalın yeni texnologiyalarının hazırlanması və ən
başlıcası şəhərdaxili sənaye rayonlannm və qovşaqlarının ərazi təşkilidir.
Əlbəttə sənaye qovşaqlarının ərazilərinə son dərəcə sənaye
müəssisələri və
nəqliyyat kommunikasiyalarını daxil etmək olmaz. Bütün qovşaq
ərazilərinin yalnız 70-75%-ə qə- dərində onları yerləşdirmək məsləhətdir.
Qalan ərazilərə müxtəlif xidmət obyektlərini, elmi-axtarış, layihə və tədris
müəssisələrini, yaşıllıq zonalannı yerləşdirmək olar.
Təbii ki, sənaye qovşaqlannın böyüklüyü və sahəvi tərkibi, həmçinin
onlann tərkibinə daxil olan müəssisələrin qarşılıqlı münasibətləri olduqca
fərqlidir. İri aqlomerasiyalarda müəssisələrin miqdarı olduqca çox ola bilər.
Keçən əsrin 70-80-ci illərində keçmiş SSRİ məkanında müəssisələrin
sahələri və sənaye rayonlarının ölçüsü müxtəlif götürülürdü. Müəssisələrin
orta hesabla ölçüsü: metallurgiyada 25-27 hektar, kimyada 22-24 hektar,
maşınqayırmada 6-7 hektar və s. götürülürdü. Şəhərlərdə sənaye
rayonlannm orta hesabla ölçüsü isə metallurgiyada 53-55 hektar, kimyada
38-40 hektar, maşınqayırmada 9-11 hektar olurdu. Azərbaycanda bu
rəqəmlər nisbətən fərqlənirdi. Bu aşağıdakı cədvəl 13-də olduğu kimi
özünü göstərir.
350
Cədvəl 13
Azərbaycanda şəhər müəssisələrinin və sənaye rayonlarının
sahələrinin ölçüsü
(1000 nəfər məşğul olanların hesabı ilə)
Sənaye
sahələri
Müəssisələrin orta
hesablama sahəsi, hek
Şəhər sənaye
rayonlarının orta hesabı
sahəsi, hek
Metallurgiya
20,2
38
Kimya
18,3
32
Yeyinti
6,7
9,5
Tikinti
10,1
14,5
Maşınqayırma
4,7
8,0
Yüngül
2,5
4,3
Təcrübə göstərir ki, müasir dövrdə iri sənaye sahələri ən çox
xammal-enerji təminatına görə heç də özünü doğrultmur. Ona görə də
şəhər daxilində mini və midi müəssisələrin inkişaf etdirilməsi çox
əlverişlidir.
Sənaye qovşaqlarının səmərəli yerləşməsinin effektivliyi barədə
dəlilləri aşağıdakılar təsdiq edir. Ərazinin sahəvi zonalaşdırılması- nm
əsaslandırılması: məsələn, Bakının əsas sənaye zonası Xəzər dənizindən
Böyük-Şor gölünə qədər Bakı amfiteatrının mərkəzi hissəsini tutur. Burada
əsasən neftayınna və neftkimya, maşınqayırma və metal emalı, yüngül və
yeyinti sənayesi, hökumət idarələri, elmi müəssisələr və s. yerləşir. Bu
sənaye zonası tikintinin sıxzlığmı 30%-dən 70%-ə qədər artırmağa və ilkin
ayrılmış sahələrə 30% qənaət etməyə imkan vermişdir.
Eyni zamanda şəhərin digər sənaye zonalarında, məsələn, Yeni Bakı
Neftayırma Zavodu (YBNZ) rayonu, Bibiheybət neft mədənləri rayonu,
Binəqədi sənaye-anbar rayonu, ayrıca istilik-enerji təchizatı mənbələrinin
çoxluğu yerli müəssisələrin çoxunun ərazidən səmərəsiz istifadə
edilməsinə gətirib çıxartmışdı. Sənaye qovşaqlarının effektliliyinə
Gəncədə DETAL alüminium kompleksini misal göstərmək olar. Kompleks
Zəylik yatağının
alun iti ərindən və
351