Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə115/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   111   112   113   114   115   116   117   118   119

malaşdınimasına yönəltmək məqsədəuyğundur. Bu elmi-texniki tərəqqinin 
inkişafı  ilə  əlaqədar  daha  böyük  imkanlara  malikdir.  Artıq  indiki  vaxtda 
müasir  sənaye  müəssisələrinin  özlərinin  sanitar-gigiyena,  nəqliyyat  və 
estetik göstəricilərinə görə 33%-ə qədəri yaşayış tikintiləri arasında, yaxud 
da  yaxınlığında  yerləşdirilə  bilər.  Belə  müəssisələrə,  miƏsələn,  tikiş, 
trikotaj,  ayaqqabı,  tütün,  qənnadı  fabrikləri,  poliqrafiya  kombinatı, 
radioelektron, dəqiq maşınqayırma müəssisələrini aid etmək olar. Özü də bu 
kimi müəssisələrin sayı gələcəkdə daha da artacaqdır. 
Fikrimizcə,  bu  cür  müəssisələrin  ölkənin  bir  çox  şəhərlərində 
yerləşdirilməsi  əhalinin  yerlərdə  dayanıqlığını  təmin  edən  ən  səmərəli 
yanaşmadır. Özü də qeyd edilən sənaye sahələri üçün xammal mənbələri elə 
həmin şəhərlərin yaxınlığında yerləşir. Məsələn, belə müəssisələrin Qazax, 
Şəki,  Naxçıvan,  Ağdam,  İmişli,  Salyan  və  s.  şəhərlərdə  yerləşdirilməsi 
sərbəst əmək ehtiyatlarmın işlə təminatında mühüm rol oynayır. Həmçinin 
yerlərdə sənaye qovşaqlanmn və mərkəzlərinin inkişafına şərait yaradar. Bu 
da  regionlann  sosial-  iqtisadi  inkişafının  tələblərinin  təmin  edilməsinə, 
yerlərdə  əhalinin  maddi  və  mənəvi  tələbatımn  maksimum  ödənilməsinə 
cavab verər. Əhalinin, ölkənin iri şəhərlərinə iş ardınca gəlməsinin, kortəbii 
urbanizasiyasının qarşısını alan mühüm vasitə olar. 
Ölkənin  iri  şəhərlərində-Bakıda,  Gəncədə,  Sumqayıtda  hələ  keçən 
əsrdə  formalaşmış  yüngül  sənaye  sahələrinin-əyirmə,  toxuculuq,  tikiş, 
trikotaj  fabrikləri  sözsüz  ki,  tədricən  rekonstruksiya  olunanda  onların 
yaşayış  sahələrinin  mərkəzlərindən  yeni  ərazilərə  köçürülməsi  üçün 
əlverişli  variantlar  işləyib  hazırlamaq  lazımdır.  Belə  müəssisələrin  yeni 
sahələrə  köçürülməsi  təkcə  əmək  ehtiyatlarının  olduğu  yeni  tikilən 
rayonlarına doğru irəliləmə deyil, həm də yeni sənaye qovşaqlarının ərazi 
təşkili  zamanı  bütün  üstünlüklərə  malik  yeni  yüngül  sənaye 
müəssisələrindən  ibarət  nisbətən  iri  komplekslərin  formalaşması  üçün 
zəmindir. 
Bundan başqa şəhərin əsas nüvəsinin hüdudlanndan kənarda çox vaxt 
böyük  ərazini  tutan  bir  çox  məişət-anbar  müəssisələrinin  çıxarılması 
hökmən lazımdır. Statistik məlumatların təhlili zamanı 
353 


müəyyən  olur  ki,  respublikanın  şəhərlərində  anbar  əraziləri  1700  hektar 
sahəni tutur, təkcə Bakı şəhərində 600 hektardan çoxdur. Bununla əlaqədar 
Bakıda  anbarlann  80%-ə  qədəri  şəhərdən  kənara  çıxarılmalıdır,  özü  də 
anbarlann şəhərdən 50-80 km aralı məsafədə yerləşdirilməsi daha məqsədə 
uyğundur. 
Sənayenin səmərəli yerləşməsində mühüm ehtiyat hissəsi kimi detallar 
üzrə,  əşya,  yaxud  da  texnoloji  ixtisaslaşmaya  əsaslanan  sənaye 
müəssisələrirün təşkilində hazırda gedən keyfiyyət dəyişiklikləri gözlənir. 
Bu təmərküzləşmənin və ixtisaslaşmanın üstünlüklərindən istifadə etməklə 
əlaqədar sənayeni ərazicə müəyyən məntəqə yaxud da yerlə az əlaqəli etsin 
və  şəhər  məskəni,  yaxud  da  aqlomerasiya  daxilində  sənayenin  səmərəli 
ərazi təşkilinə imkan versin. 
Sənaye  ərazilərinin  əhəmiyyətli  tərkib  hissəsi  sanitar-mühafizə 
zonalanndan 
ibarətdir. 
Şəhərlərdə 
sanitar-mühafizə 
zonalannm 
yaradılmasının  əsas  səbəbkan  sənayedir.  Sənaye  inkişaf  etdirildikcə 
müəssisələrin  ətrafında  sanitar-mühafizə  zonalarının  da  ərazisi  artmışdır. 
Ətraf  mühitdə  yayılan  müxtəlif  zərərli  maddələr  sənayedə  gedən  çoxlu 
texnoloji  proseslərlə,  səs  səviyyəsinin  yüksəlməsi,  sabit  cərəyanla 
ionlaşmış  şüaların,  elektromaqnit  dalğalarının  və  s.  kimi  hadisələrin 
nəticəsidir. Böyük şəhərlərdə səs siqnallan, aramsız 1 mln. avtomobillərin 
hərəkətləri  güclü  səs  mənbələridir.  Bu  mənbələrin  yaratdığı  səslər 
normadan 15-20 dəfə çox səs yaradır ki, bu da sağlamlığa birbaşa təsir edir 
[146].  Bakı  şəhərində  əhalinin  70-  80%-i,  Gəncə,  Sumqayıt,  Mingəçevir 
əhalisinin 40-50%-i güclü səs zonalarında yaşayırlar. Qəbələ RLS-in çox 
yüksək tezlikli şüalanması öz xarakterinə görə ionlaşdırıcı olmaqla keçiei 
radiasiya  şüalanmalarına  yaxınlaşır.  Tədqiqatçılar  tərəfindən  müəyyən 
olunub  ki,  elektromaqnit  sahəsi  ürək-damar,  qanın  morfoloji  tərkibini, 
maddələr  mübadiləsini  pozur.  Qəbələ  RLS-in  mənfi  təsiri  dəfələrlə 
öyrənilmiş  və  həmin  ərazidə  yeni  doğulan  uşaqlarda  və  əhalidə  müxtəlif 
xəstəliklərin  çoxalması,  ağacların  kütləvi  quruması,  bir  sıra  vəhşi 
heyvanların  yoxa  çıxması  təsdiq  edilmişdir.  Bu  mənfi  halların  qarşısının 
alınması  üçün  müvafiq  orqanlar  tədbirlər  görməklə  əhalinin  sağlamlığı 
üçün hər şey etməlidirlər. 
354 


Şəhərlərdə sanitar-mühafizə zonaları ayrı-ayrı sənaye sahələri üzrə öz 
ölçülərinə görə 50-dən 1000 m-ə qədər enində beş sinfə bölünür. Məsələn, 
iri metallurgiya, yaxud da kimya kombinatlarına 15-20 km enində sanitar 
zonalar,  müvafiq  olaraq  bir  neçə  min  hektar  sahə  lazım  olur.  Hətta  iri 
maşınqayırma  kompleksləri  bir  neçə  kilometr  enində  sanitar-mühafizə 
zonalarının  yaradılmasını  tələb  edir.  Yaşıl  zonalar  böyük  səsudma 
xüsusiyyətlərinə  malikdir.  Küçələrdə  bir-iki  cərgəli  əkilən  ağaclar  səsi 
kəskin azaldır, 30-50 metr enində, yaşıl daldalıq isə bütövlükdə səsi kəsir. 
Qeyd  etmək  lazımdır  ki,  Bakı  şəhərində  yaşıllıqlar  qeyri-bərabər 
yerləşir, xüsusilə bu sahədə şəhərin köhnə hissəsi çox kasıbdır, dar küçələr 
onların  yaşıllaşdırılmasmı  çətinləşdirir.  Burada  parkların  və  xiyabanların 
salmmıası  üçün  sərbəst  sahələr  yoxdur.  Müəyyən  edilmişdir  ki,  şəhər 
daxilində  yaşıllıq  sahələrinin  optimal  ölçüsü,  şəhərin  bütün  ərazisinin 
50%-nə bərabər olmalıdır. Əgər qəbul etsək ki, Bakı şəhərinin sahəsi 22,5 
min hektardır, onda yaşıllıq sahələri 10-11 min hektardan az olmamalıdır. 
Halbuki indiki vaxtda Bakıda yaşıllıqların sahəsi 2,9 min hektardır, əgər 
nəzərə alsaq ki, mövcud yaşıllıqlar bəzi yerlərdə qaydasız qırılır, onda bu 
sahənin azaldığını görərik. 
Yuxanda qeyd edildiyi kimi müasir dövrdə çox iri müəssisələr özünü 
iqtisadi  cəhətdən  doğrultmur,  həm  xammal  təminatı  ilə,  həm  də  digər 
göstəricilərə görə, o cümlədən iri müəssisələrin ətrafında sanitar-mühafizə 
zonalannm yaradılması iqtisadi cəhətdən baha başa gəlir. 
Son illərə qədər ətraf mühitin çirklənməsinin artması bu və ya digər 
dərəcədə  sənayeləşdirmə  prosesi  ilə  müşayiət  olunurdu.  Buna  görə  də 
şəhərlərin baş planında digər şəhərdaxili ərazilər arasında sanitar-mühafizə 
zonalarının  mütləq  və  nisbi  genişləndirilməsinə  baxılırdı.  Lakin  qeyd 
etmək  lazımdır  ki,  ərazidən  səmərəli  istifadə  etmək  nöqteyi-nəzərindən, 
sanitar-mühafizə  zonalarının  yaradılması  çox  əlverişli  deyildir  və 
çirklənmənin  dərəcəsinin  azaldılması  yollarının  aşkar  edilməsinə  çox 
böyük  diqqət  verməklə  müvafiq  olaraq  sanitar-mühafizə  zonalarını 
azaltmaq lazımdır. 
Beləliklə, qeyd etmək istərdik ki, sanitar-mühafizə zonalarının 
355 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə