Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə9/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   ...   5   6   7   8   9   10   11   12   ...   44

21
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır.
Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olma-
yaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.
Əvvəlki vergi ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi
olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi
rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı
olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər. 
Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin
məbləğinə aid edilir. Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği
hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.
Cari vergi ödəmələri Vergi Məcəlləsinin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə
ödənilmədikdə,  ödəmə  müddətindən  sonrakı  hər  bir  ötmüş  gün  üçün  vergi  ödəyicisindən
ödənilməmiş cari vergi ödəmələrinə görə Vergi Məcəlləsinin 59-cu maddəsində (Ödənilmə vaxtı
keçmiş və artıq ödənilmiş vergilər üzrə faizlər) nəzərdə tutulmuş qaydada faiz tutulur.
Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab
edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu
halda, artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.
Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-
dən gec olmayaraq vergi orqanına verir.
Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi ta-
rixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azər-
baycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının
mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra
30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda
hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı
günə qədər olan dövrü əhatə edir (Sxem 1).
İllik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müd-
dətlərədək ödənilir. Hesablanmış verginin məbləği Vergi Məcəlləsinin 119-cu maddəsi (Gəlirdən
çıxılan məbləğlərin məhdudlaşdırılması) ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.
Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir (Sxem 3).
Azərbaycan Respublikasının Vergi Məcəlləsində hüquqi şəxslərin əmlak vergisi üzrə bir sıra
güzəştlər və azadolmalar nəzərdə tutulmuşdur.
Sxem 3: Büdcəyə ödənilməli olan əmlak vergisinin məbləğinin müəyyən edilməsi qaydası


Dövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə orqanları, Azərbay-
can Respublikasının Milli Bankı və onun qurumları, dövlət fondları və əlillərin ictimai təşkilatları
əmlak vergisini ödəməkdən azaddır.
Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində
azaldılır:
 ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin;
 məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin,
meliorasiya və suvarma sistemi obyektlərinin;
 təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə is-
tifadə etdiyi obyektlərinin.
Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak ver-
gisindən azaddır.
Vergi daxilolmaları
Müəssisələrdən tutulan əmlak vergisinin məqsədi onlara məxsus əmlakdan səmərəli istifadə
etməyi və istifadə olunmayan xammal və materiallar ehtiyatlarının və zəruri olmayan əsas və-
saitlərin alınmasına çəkilən xərclərin azaldılmasını stimullaşdırmaqdır. 
Fiziki şəxslərə münasibətdə isə bu verginin daha çox «sosial ədalət» prinsipinə meyli var.
Mülkiyyətində evlər, villalar, maşın və qayıqları olan varlı adamlar daha böyük məbləğlərdə
əmlak  vergisini  büdcəyə  ödəyirlər.  Büdcə  vasitəsilə  bu  məbləğlər  cəmiyyət  arasında
bölüşdürülür, o cümlədən sosial proqramların maliyyələşdirilməsinə yönəldilir. 
Gələcəkdə büdcə sistemində əmlak vergisinin rolu tədricən artacaqdır. Əmlak vergisinin əsas
üstünlüyü: vergitutma bazasının sabitliyi, vergitutma dövrü ərzində az dəyişikliyə məruz qalması
və deməli onların müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmamasıdır
ki, bu da onlara müvafiq büdcələrin sabit gəlirləri kimi baxmağa imkan verir. 
Bu istiqamətdə həyata keçirilən vergi islahatları nəticəsində əmlak vergisinin vergi daxiol-
malarında xüsusi çəkisi artmaqdadır və bunu aşağıdakı cədvəldə görmək olar:
Əmlak vergisi üzrə daxilolmalar (milyon manatla)
Cədvəldən göründüyü kimi, 2009-cu il istisna olmaqla son illərdə əmlak vergisinin həcmi art-
mış, əvvəlki illərlə müqayisədə kifayət qədər artıma nail olunmuşdur. 2010-cu ildən sonrakı
dövr ərzində də bu vergi növünün mütləq və nisbi çəkisinin artırılması istiqamətində tədbirlər
həyata keçirilir.
22
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
Göstəricilər
2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010
Vergi daxilolmaları  575,2 674,4 814,9 992,7 1410,9 2690,8 4510,6 5695,4 4113.4 4292,8
Əmlak vergisi
12,3
19,7
26,4
31,7
39,9
55,9
72,4
112,9
66.2 101,8
Vergi daxilol-
malarında əmlak 
vergisinin xüsusi
çəkisi, faizlə
2.1
2.9
3.2
3.2
2.8
2.1
1.6
2,0
1.6
2,4
Əvvəlki illə müqa-
yisədə əmlak vergisi
üzrə daxilolmalarının
artımı (+), 
azalması (-)
0,8
7,4
6,7
5,3
8,2
16,0
16,5
40,5
-46,7
35,6


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə