Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə12/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   ...   8   9   10   11   12   13   14   15   ...   44

bir neçə iş tapşırmaq olmaz. Bu zaman işin nəticəsi qüsurlu olar. Digər önəmli
məqam  iş  tapşırılarkən  icraçının  kargüzarlıq,  təsərrüfat  və  maliyyə  işlərinin
öhdəsindən gəlib gəlməməsinin müəyyən edilməsi məsələsidir [1, s. 133]. Daha
sonra fikrini inkişaf etdirərək Nizamülmülk əsərin 42-ci fəsilində yazırdı ki, «hər
işin bir adamı, hər adamın bir işi var, ölkədə böyük, kiçik və orta vəzifələr olar. Hər
amilə, mütəsərrifə onun ləyaqətincə, biliyinə və imkanatına görə bircə vəzifə tapşır-
maq lazımdır. Bir vəzifəsi olan ikinci vəzifə eşqinə düşərsə, imkan vermə, qoyma
ki, bu zərərli iş dəb şəklini alsın. Hər mütəsərrifin (təsərrüfatçının) bir işi olsa, ölkə
abadlaşar, işlər qaydasında gedər [1, s. 140]. Daha sonra Məzdək təliminin prinsip-
lərinin tənqidinə də xüsusi yer verilmişdir. Burada mülkiyyətin ümumiləşdirilməsi
sonunda böyüklü və kiçikliyin ortadan qalxması, şahlığın məhv olması, bütünlükdə
ailə düzənindən cəmiyyət düzəninə qədər qarışıqlıqların baş verməsi və vaxtında
Nuşirəvanın gərəkli tədbirləri görməsinə diqqət çəkilir [1, s. 159-166].
«Siyasətnamədə» diqqət yetirilən önəmli məsələlərdən biri də «Xəzinə toplamaq
və onu saxlamaq qaydaları haqqındakı» dəyərləndirmələrdir. Burada yazılırdı ki,
bütün şahların iki xəzinəsi olmuşdur. Biri əsl xəzinə, o biri xərc xəzinəsidir. Alınan
malların çoxu əsl xəzinəyə toplanar, onun əsas hissəsi isə xərc xəzinəsinə verilərdi.
Zərurət  olmayınca  əsl  xəzinədən  xərcləməzlər.  Bir  şey  götürüldükdə  borc  kimi
götürürlər, əvəzinə nə isə bir şey qoyulardı. Bu barədə ehtiyat lazımdır ki, gəlir ilə
çıxar eyni olmasın. Birdən mala ehtiyac hiss edildikdə ürəyə tappıltı düşməsin, o
işdə tələsməyə və gecikməyə, əyər-əskiyə yol verilməsin. Xəzinə üçün vilayətlərdən
yığılmalı olan malları heç vaxt dəyişmək, təxirə salmaq, bir başqasına həvalə etmək
olmaz. Elə etmək lazımdır ki, vergilər vaxtında çatdırılsın, bəxşişlər, hədiyyələr,
maaşlar, muzdlar yubadılmasın, həmişə xəzinə öz qayadasında olsun [1, s. 185]. So-
nunda əsərdə yazılırdı ki, ölkəni elə dolandırmaq lazımdır ki, burada mənafeləri bir-
birinə  bağlayan  əlaqələr  qırılmasın,  xalqın  məişəti,  xəzinənin  vəziyyəti  öz
qaydasında olsun, dövlət və rəiyyət malına tamahın kökü kəsilsin [1, s. 186]. Əsərdə
bütünlükdə ölkədə asayişdən başlamış, təsərrüfat həyatının qaydasında olması üçün
xüsusi nəzarət sisteminin qurulması məsələsidə önəmli  məsələ kimi şərh olunan
məsələlərdəndir.
Nəticə
Nizamülmülkün XI əsrə aid məşhur tarixi-ədəbi əsəri olan «Siyasətnamə» əsərində
Səlcuqilər  dövrünün  ictimai-siyasi,  sosial-iqtisadi  və  dövlət  quruluşu  haqqında
qiymətli məlumatlar var. Sözügedən əsər orta əsr Azərbaycanının ictimai-fəlsəfi və
iqtisadi fikir məsələlərinin araşdırılması baxımından zəngin mənbə hesab edilə bilər.
Qeyd etmək lazımdır ki, XI əsrdə şərqdə və eləcə də Azərbaycanda erkən feodalizm
dövründən yetkin feodalizm dövrünə  keçid prosesinin neqativ və pozitiv təsirləri
İ.Alıyev, S.Səməndərov. Nizamülmülkün... iqtisadi məsələlərlə əlaqədar dəyərləndirmələri 
30


AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
31
hiss  olunmaqda  idi.  Nizamülmülkün  fikirləri  feodal  cəmiyyətinin  bir  inkişaf
mərhələsindən digər mərhələsinə keçid dövrü ərəfəsində cəmiyyətdəki sosial-siyasi
və sosial-iqtisadi münasibətlərin sağlam zəmin üzərində inkişaf etdirilməsinə xidmət
edir. Orta əsr dövlət xadimi və mütəfəkkiri kimi Nizamülmülkün vergi məsələləri
də daxil olmaqla bir çox iqtisadi problemlərin həllinə yönəldilən dəyərli fikirləri
mövcuddur.
Ədəbiyyat siyahısı
1. Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk. Siyasətnamə, Bakı:   Elm, 1989, 212 s.
2. Крымский А. Е. Низами и его современники, Баку: Эльм, 1981, 488 с.
3. Əbdülsəlimzadə Q. Y. Nizaülmülkün «Siyasətnamə» əsərində iqtisadi məsələlər, Bakı: Azər-
baycan SSR EA-sının Xəbərləri, İqtisadiyyat, 1989, №3, s. 72-81.
4. Ализаде А. А. Единство взглядов Низм-аль-мулька Рашид-ад-дина, Мухаммед Нахчивани
по  некоторым  вопросам  социально-экономического  характера,  Баку:  «Известия  АН
Аз.ССР», серия история, философия, права, 1976, №1, с. 54-62.
5. Фараджев А. С. Об экономических воззрениях Низам-аль-Мулька, Низами Гянджеви, Насир-
ад-дина Туси и Рашид-ад-дина, Баку: «Доклады АН Аз.ССР», 1957, т .XIII, №6, .с 715-719.
Алыев Иса Гусейн оглы
доктор филосовии по экономики
Самандаров Сейфаддин Сабир оглы
доктор филосовии по экономики
НАНА Институт Экономики
Оценки Низам аль-Мулька налогового дела и других экономических вопросов
Аннотация
В статье рассматриваются экономические воззрения средневекового азербайджанского мыс-
лителя Гассан ибн-Али Низам аль-Мулька. Следует отметить, что Низам аль-Мулька в труде
«Сиясатнама» («Книга об управлении государством») рассмотрел некоторые экономические
вопросы включая и организацию налогового дела.
Цель исследования - анализ экономических воззрений средневекового мыслителя, в числе
которых некоторые вопросы организации налогового дела.
Методология исследования - анализ, синтез, cравнительный анализ исторического мате-
риала, метод дедукции.
Результат исследования - формирование налоговой политики с учетом исторического на-
следия, обеспечивающей экономическую безопасность и деловую активность.
Ограничения исследования - специфичность материала, определенные трудности, связанные
с проверкой  достоверности некоторых фактов и показателей.
Практическая значимость исследования - полезность исторического опыта при определе-
нии наиболее эффективных налоговых механизмов с учетом экономической безопасности.
Оригинальность исследования и научная новизна - некоторые вопросы и некоторые факты
исследуемой проблемы впервые рассматриваются в научной публикации.
Ключевые слова: Азербайджанская экономика, экономическая мысль, налоговая политика,
налогообложение.


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə