Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə20/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   ...   16   17   18   19   20   21   22   23   ...   44

Исрафилов Гасан Абид оглы
доктор философии по экономике, доцент.
Азербайджанский Государственный Экономический Университет
Перспективы развития кооперативного сектора в условиях глобализации
Аннотация
Цель исследования - анализ перспектив развития кооперативного сектора в условиях гло-
бализации.
Методология исследования - концептуальный подход, статистический анализ.
Выводы исследования - определение основных направлений перспектива развития коопе-
ративного сектора в условиях глобализации.
Ограничения исследования - ограничение доступа по отраслевым показателям для стран
третьего мира.
Практическая значимость исследования - в связи с влиянием процессов глобализации на
кооперативный сектор обновление и расширение соответствующих информационных баз.
Оригинальность и новизна исследования - на основе возможной последней статистической
информации анализ влияния глобализации на усовершенствование кооперационных отноше-
ний.
Ключевые слова: глобализация, кооперативный сектор, кооперационные отношения
Israfilov Hasan Abid oqli
Ph.D in Economic, Dosent,
Azerbaijan State Economic University
Prospects for the development of the cooperative sector in the context of globalization
Abstract
Purpose - analysis of the development prospects of the cooperative sector in the context of glob-
alization.
Design/methodology - conceptual approach, statistical analysis.
Findings - determining the basic directions of development prospects of the cooperative sector
in the context of globalization.
Research limitations/implications - restricting access to industry benchmarks to third world coun-
tries.
Practical implications - In connection with the wag of globalization on the cooperative sector to
update and expand the relevant information databases.
Originality/value - based on the last possible statistical analysis of the impact of globalization on
the development of cooperative relations.
Key words: Globalization, the cooperative sector, cooperation on
JEL Classification Codes: D11, D18, F15, K11.
Məqalə redaksiyaya daxil olmuşdur: 04.02.11.
Çapa qəbul olunmuşdur: 09.03.11.
H.İsrafilov.  Qloballaşma şəraitində kooperativ sektorun inkişaf perspektivləri
50


UOT 338.556
“Gizli iqtisadiyyat” anlayışına 
vahid yanaşmanın formalaşdırılması 
problemi
Xülasə
Tədqiqatın məqsədi: Ədəbiyyatlarda “gizli iqtisadiyyat” terminləri və “gizli iqti-
sadiyyat” anlayışı ilə bağlı mövcud olan müxtəlif yanaşmaların ortaq cəhətlərini üzə
çıxarmaqla, bu istiqamətlərdə vahid yanaşmaları formalaşdırmağa çalışmaqdır. 
Tədqiqatın  metodologiyası:  Müxtəlif  nəzəri  təhlil  metodlarından  istifadə
edilməklə yanaşı, gizli iqtisadiyyatla bağlı vahid yanaşmaların formalaşdırılmasında
Milli Hesablar Sistemi metodologiyası əsas götürülmüşdür.
Tədqiqatın nəticələri: “Gizli iqtisadiyyat” terminlərinin (30-a qədər) işlədilməsilə
bağlı bəzi ümumi tendensiyaları ayırmaq mümkün olsa da, hazırda bu sahədə ən
geniş yayılmış yanaşma ondan ibarətdir ki, hər bir tədqiqatçı öz tədqiqatında istifadə
etdiyi terminin gizli iqtisadi fəaliyyətlərin hansı hissəsini əhatə etməsini qeyd etmək
şərtilə, istənilən termini işlədə bilər; gizli iqtisadiyyata vahid tərifin verilməsilə bağlı
elmi axtarışların nəticəsi kimi ən geniş yayılmış yanaşma Milli Hesablar Sistemi
(MHS)  konvensiyası  çərçivəsində  formalaşdırılan  makroiqtisadi  yanaşmadır;
makroiqtisadi yanaşmada bir iqtisadi fəaliyyətin gizli iqtisadiyyata aid edilməsi üçün
o fəaliyyət, nəticəsində əlavə dəyərin yaradıldığı məhsuldar fəaliyyət olma, bazar
buraxılışı olma və statistika xidməti tərəfindən qeydə alına bilməmə kimi hər üç kri-
teriyaya cavab verməlidir; makroiqtisadi yanaşmada gizli iqtisadiyyata həm kriminal,
həm də qeyri-kriminal gizli sektorlar aid olunsa da, gizli iqtisadiyyatın leqallaşdırıl-
ması siyasəti baxımından tədqiqatların qeyri-kriminal sektorla məhdudlaşdırılması
daha məqsədəuyğun hesab olunur.
Elşən Rəsul oğlu Bağırzadə*
Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantı
* Azərbaycan Dövlət İqtisad Universiteti. AZ1000. Bakı şəhəri,  İstiqlaliyyət küç. 6.
e.bagirzade@gmail.com
51
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
GİZLİ İQTİSADİYYAT
Səh.51-78


52
E.Bağırzadə. “Gizli iqtisadiyyat” anlayışına vahid yanaşmanın formalaşdırılması problemi
Tədqiqatın məhdudiyyətləri: Tədqiqatda istifadə olunan bir çox terminin azər-
baycandilli ədəbiyyatda qarşılığı tapıla bilməmişdir. 
Tədqiqatın praktiki əhəmiyyəti: “Gizli iqtisadiyyat” terminləri və “gizli iqti-
sadiyyat” anlayışına vahid yanaşmanın formalaşdırılmasına imkan verir. 
Tədqiqatın orjinallığı: Gizli iqtisadiyyatla bağlı terminlərin istifadəsi sahəsində
ümumi tendensiyaları ortaya çıxarması, “gizli iqtisadiyyat” anlayışına yanaşmalar-
dakı müxtəlifliklərin səbəblərini müəyyən etməsi, makroiqtisadi yanaşma əsasında
gizli iqtisadiyyatın strukturunu dəqiqləşdirməsi, gizli iqtisadiyyatla dövlət sektoru,
sosial iqtisadiyyat, xarici effektlər, vergidən yayınma, korrupsiya və rüşvət, çirkli
pul, onun yuyulması və gizli məşğulluq arasındakı münasibətləri üzə çıxarması
tədqiqatın əsas spesifik cəhətləridir. 
Açar  sözlər:  gizli  iqtisadiyyat,  vergidən  yayınma,  Milli  Hesablar  Sistemi,
makroiqtisadiyyat, iqtisadi nəzəriyyə.
1. Giriş
Müasir gizli iqtisadiyyat nəzəriyyəsi gizli iqtisadiyyat probleminin müxtəlif as-
pektlərilə bağlı bir-birindən ciddi şəkildə fərqlənən çoxsaylı yanaşmaları özündə bir-
ləşdirir. Araşdırmalar göstərir ki, mövcud fikir müxtəlifliyinin təməlində məhz bu
fenomenin mahiyyəti və iqtisadiyyatdakı yerinin müəyyən edilməsilə bağlı ortaya
çıxan fərqli baxışlar dayanır. 
Belə ki, tədqiqatçıların gizli iqtisadiyyat anlayışına verdiyi tərifdən irəli gələrək,
onun kəmiyyət qiymətləndirməsi, səbəbləri, təsirləri və onunla mübarizə yolları
haqqında irəli sürdüyü fikirləri də fərqlənir. Bu baxımdan müasir gizli iqtisadiyyat
nəzəriyyəsi gizli iqtisadiyyat anlayışı və onun mahiyyətinin şərh edilməsinə xüsusi
önəm verir.
Gizli iqtisadiyyat anlayışının gizli iqtisadiyyat nəzəriyyəsi baxımından bu qədər
prinsipial əhəmiyyət daşıması, təbii olaraq bu istiqamətdə vahid yanaşmanın for-
malaşdırılması ilə bağlı elmi araşdırmaları da zəruri edir. Mövcud ədəbiyyatlarda
bu istiqamətdəki araşdırmalara geniş təsadüf olunmasa da, 1980-cı illərdən başla-
yaraq müəyyən təşəbbüslərin ortaya çıxdığını qeyd etmək mümkündür. Gizli iqti-
sadiyyat anlayışına vahid yanaşmanın milli gəlir statistikası və ya Milli Hesablar
Sistemi Konvensiyası çərçivəsində formalaşdırılmasını nəzərdə tutan və makroiqti-
sadi yanaşma adlandıra biləcəyimiz bu təşəbbüslər, artıq bu istiqamətdəki ədəbiy-
yatlarda geniş şəkildə yayılmağa başlamışdır.
Bu məqalədə gizli iqtisadiyyat anlayışına vahid yanaşmanın formalaşdırılması
problemi bütün aspektləri ilə birlikdə tədqiq olunmağa çalışılır və mövcud makroiqti-
sadi yanaşma əsasında gizli iqtisadiyyat anlayışının sistemli şəkildə təqdim edilmə-
sinə və dəqiqləşdirilməsinə cəhd edilir. Bu məqsədlə, ilk növbədə gizli iqtisadiyyatla


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə