illər ərzində kooperasiyaya dünənin tələbatının ödəyici kimi baxılırdısa, müasir koor-
porasiya, nəinki təkcə bu günün hətta gələcəyin artmaqda olan ehtiyaclarının tək-
lifedicisi və ödəyicisi kimi baxılmalıdır. Lakin təəssüf ki, bu gün qloballaşan dünyada
heç də hamı bu obyektiv həqiqəti dərk edə bilmir və ya buna səy göstərmir.
Qloballaşma və kooperativ hərəkat
Hazırda kooperasiya hərəkatında planetin demək olar ki əksər əhalisi iştirak edir.
Belə ki, yaşadığımız zamanda dünyada qarşılıqlı səmərəlilik prinsiplərinə əsasla-
naraq birgə fəaliyyəti həyata keçirən 8 milyona yaxın fiziki şəxsin yaratdığı koope-
rativlər mövcuddur. Müxtəlif sahələrdə fəaliyyət göstərən həmin kooperativlər
Avropa Birliyi ölkələrində əmək qabiliyyətli əhalinin 46 faizini təşkil edir [1, 3].
Kooperativ sistem possovet ölkələrində, həmçinin ABŞ-da və Çində daha geniş
miqyaslılığı ilə fərqlənir. Bütün bu müsbət özəlliklərlə yanaşı çağdaş zamanda ko-
operativ prinsiplərindən geniş istifadəni əngəlləyən bir sıra cəhətlərin də mövcudluğu
müşahidə edilir.
Statistika göstərir ki, ABŞ-da orta hesabla satış kooperasiyası vasitəsi ilə kənd
təsərrüfatı məhsullarının 28-31 faizi, o cümlədən südün 75-77 faizi, taxıl və paxlalı
bitkilərin 36-38 faizi reallaşdırılır. Təchizat kooperasiyası kanalları vasitəsilə isə fer-
mer təsərrüfatı mallarının 20 faizi, o cümlədən istehsal vasitələrinin 27 faizi realizə
edilir [1].
Fransada isə taxıl məhsullarının emalında kooperativlərin payı orta hesabla 70-
72 faiz, süd məhsulları istehsalında 45-47 faiz, şərab istehsalında 45-50 faiz, yem
istehsalında 32-35 faiz, tərəvəz konservləri istehsalında 28-30 faiz təşkil edir [1, 2].
Yaponiyada kənd təsərrüfatı məhsullarının 50-55 faizi istehlak malları bazarına ko-
operativlər vasitəsilə, o cümlədən düyünün 64-65 faizi, tərəvəzin isə 90 faizə qədəri
daxil olur [1].
Hal-hazırda kooperativ sektor İtaliyada, Rumuniyada, İspaniyada, Braziliyada və
Çində daha geniş vüsət almaqdadır. O, müasir məqamda Qərbi Avropa ölkələrində
xüsusi üstünlük qazanmasa da, özünün ənənəvi ampulasını təkmilləşdirir, təsir
imkanlarını genişləndirir [4, 5, 7].
Elmi-texniki tərəqqini, innovasiyaları əks etdirən kooperasiya təsisatları və eyni-
liklə biznes inkubatorları formalı kooperativlər də bu sferada yeni inkişaf mərhələsini
formalaşdırırlar. Bu gün İspaniyada 172 istehlak, istehsal və digər təyinatlı koope-
rativi birləşdirən «Mandraqon qrupu» fəaliyyət göstərir ki, həmin kooperativin də
ümumi fəaliyyət dövriyyəsi 2 milyon ABŞ dollarına yaxındır. «Mandraqon qrupu»
əsas etibarilə daxili bazara məişət texnikası, kompyuterlər, sənaye avadanlıqları və
digər məmulatlar çıxarır ki, bu da nəticə etibarilə İspaniyanın iqtisadiyyatında önəmli
rol oynayır [1, 8, 11].
H.İsrafilov. Qloballaşma şəraitində kooperativ sektorun inkişaf perspektivləri
46
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
47
Kooperativ sistemlə bağlı müasir zamanda yaşanan çətinliklər də az deyildir. Belə
ki, özəl sektorla müqayisədə hal-hazırda kollektiv müəssisələr və kooperativlər
bütövlükdə inkişaf etmiş ölkələrin iqtisadiyyatında o qədər də yüksək xüsusi çəki
əldə edə bilməmişlər. Maddi və maliyyə resurslarının çatışmazlığı bir sıra hallarda
kooperativlərin fondsuz fəaliyyət göstərməsinə gətirib çıxarır. Bundan irəli gələrək
həmin kooperativlər bir qayda olaraq daha çox vasitəçilik fəaliyyətlərini həyata
keçirməyə meyilli olmuşlar.
Digər tərəfdən çətinlikləri dəf etmək üçün kooperativlər kreditorların maraqlarının
təmin edilməsi ilə bağlı zəruri sığorta və ehtiyat fondları formalaşdırırlar. Sığorta və
ehtiyat fondları nəticə etibarilə kooperativlərin üzləşdikləri arzuolunmaz problem-
lərin, yəni kreditlərin qaytarılması ilə bağlı yaranan problemlərin qarşısının alınması
məqsədilə istifadə edilir. Lakin bütün bunlara baxmayaraq kooperativ hərəkat
təkamüllü formada inkişaf meylini təmin edir və Azərbaycanda da özünün təsisat-
landırmalarını genişləndirir.
Qloballaşma şəraitində kooperasiyanın inkişaf perspektivlri
Müasir mərhələdə kooperativ hərəkat daha təkmil məzmun daşıyaraq yeni forma
və sistemdə irəliləyir. Kooperasiya tarixi inkişafın bütün dövrlərində insanın təsər-
rüfat həyatına tam mənası ilə təsir göstərmiş və özünün dəyişən, təkmilləşən müxtəlif
növlərinin geniş şəbəkəsini formalaşmışdır. Bu gün qloballaşma, dərinləşən bazar
münasibətləri şəraitində kooperasiyasının inkişafının bir sıra ümumkonseptual
məsələlərinin araşdırılmasına da böyük ehtiyac duyulur. Belə ki, bazar bütün
dünyada iqtisadi münasibətlərin inkişafının hərəkətverici qüvvəsi hesab edilir. Dünya
bazarlarında baş verən qlobal dəyişikliklər kooperativ hərəkatının inkişafına də əsaslı
təsir göstərir.
Birincisi, müasir cəmiyyət eyni zamanda iki bir-birinə zidd istiqamətlərdə - bir
tərəfdən nəqliyyatın, rabitə sistemlərinin, yüksək texnologiyaların inkişafı ilə
cəmiyyət həyatında şəhərlərin rolu kəskin şəkildə yüksəlir, digər tərəfdən isə, bir
vaxtlar öz strateji əhəmiyyətini itirən və lazımsız hesab edilən kəndlərin rolu yenidən
artır. Artıq təbiətə, öz kökünə, etnik və dini özünütanıma zəruriliyinə qayıdış zamanın
tələbinə çevrilmişdir. Yerli səviyyədə fəaliyyət göstərən kooperativlər yalnız
regional, milli və qlobal ittifaqlarda birləşməklə bu zilddiyyətləri aradan qaldıra
bilərlər.
İkincisi, idarəetmə dəyişikliyi sistemi də iki istiqamətdə - milli dövlətin öz
səlahiyyətlərinin bir hissəsini «yuxarı»lara, yəni beynəlxalq təşkilatlara və «aşağı»
yerli cəmiyyətlərə güzəştə getmək yönündə baş verir.
Üçüncüsü, beynəlxalq təşkilatlar içərisində Beynəlxalq Kooperativ Alyansı (BKA)
da vacib rol oynaya bilər. Belə kooperativlər BKA vasitəsi ilə vətəndaş cəmiyyətinin
Dostları ilə paylaş: |