Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov


Cədvəl 1. İqtisadi islahatların həyata keçirilməsinin



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə14/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   ...   10   11   12   13   14   15   16   17   ...   44

Cədvəl 1. İqtisadi islahatların həyata keçirilməsinin  
səmərəlilik indeksinin auditi
Mənbə: Azərbaycanın statistik göstəriciləri əsasında müəllif tərəfindən tərtib edilmişdir.
Cədvəl 1-dən görünür ki, Azərbaycan indeksin müsbət səviyyəsinə ancaq 1997-
ci ildən nail olunmuş və 2001-ci ildə aşağı həddi 2 dəfədən çox olmuşdur. Lakin,
2009-cu  ildə  bu  göstərici  22,8  olmuşdur.  Buna  səbəb,  ilk  növbədə,  xarici  in-
vestisiyalarin milli iqtisadiyyata sürətli axını və onların səmərəli istifadə olunması,
dönərli valyutanın ölkəyə axınından məharətlə istifadə edib sərt pul-kredit siyasətinin
aparılması nəticəsində inflyasiyanın cilovlanması olmuşdur [3, 4].
Ölkədə iqtisadi islahatların inkişafı və onların şəffaflığının 
təmin edilməsində audit xidməti
Azərbaycanda ÜDM-nın real həcminin 1989-cu ildən başlayaraq görünməmiş
sürətlə aşağı düşməsi yalnız 1996-cı ilin sentyabr ayında dayandı və biz həmin ili
onun 1,3 faizlik artımı ilə başa vurduq. Sonrakı illərdə ÜDM-nın artımı dinamikası
daha da sürətlənmiş və beləliklə, 1996-2000-ci illərdə 38-39 faiz (orta illik artım
7,6 faiz) təşkil etmişdir. 
İllər
ÜDM-un artımı,
faiz
İnflyasiya səviyyəsi,
faiz
İSİ
1994
-19,7
1663
-1667
1995
-12
412
-409
1996
1,3
19,9
-3,6
1997
5,8
3,7
17,1
1998
9,0
0,8
23,2
1999
7,4
0,085
22,3
2000
11,1
1,8
24,3
2001
9,9
1,5
23,4
2002
10,6
2,8
22,8
2003
11,2
2,2
24,0
2004
10,2
13,9
11,3
2005
26,4
10,6
30,8
2006
34,5
8,3
41,2
2007
25,0
16,7
23,3
2008
10,8
16,0
9,8
2009
9,3
1,5
22,8
2010
5,0
5,7
14,3
35
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.


36
F.Hacıyev. İqtisadi islahatların aparılmasında audit xidmətinin rolu
Yeri gəlmişkən, ÜDM-nın bu cür artımı MDB ölkələrinin heç birində müşahidə
olunmamışdır, baxmayaraq ki, onlar iqtisadi islahatların həyata keçirilməsinə Azər-
baycandan 3-4 il əvvəl başlamışlar. Bu illər ərzində sənaye məhsulunun həcmi 4,2
dəfə, kənd təsərrüfatı istehsalı 19,3 dəfə, bütün xidmət sahələri 1,8 dəfə artmışdır.
Milli iqtisadiyyatın prioritet sahəsi olan  sənaye məhsullarının istehsalının həcmi
nəzərəçarpacaq dərəcədə artmışdır. Belə ki, ölkə iqtisadiyyatının davamlı inkişafında
sənayenin rolu getdikcə artır və bu sahədə dinamik inkişaf edir. Son ildə müşahidə
olan artım 2010-cu ildə də davam etmiş, ümumiyyətlə ölkə sənayesində 2,6 faizlik
artıma nail olunmuş, son 5 ildə isə sənayenin real həcmi 2,5 dəfə artmışdır. 
1994-cü ilin 20 sentyabrında neft və qaz hasilatı sənayesində birgə fəaliyyətlə
bağlı dünyanın inkişaf etmiş ölkələrini təmsil edən iri şirkətlərlə bağlanılan müqa-
vilələr neft və qaz sənayesinin sürətlə inkişaf etməsinə təkan vermişdir. Neft və qazın
hasilatı rekord səviyyəyə çatmış, sənayenin digər sahələrində də irəlləyişlər əldə
edilmişdir [3-5].
2010-cu ildə sənayedə 27,4 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş,
onun 20,8 milyard manatı və ya 75,8 faizi mədən çıxarma 5,2 milyard manatı və ya
19,1 faizi emal, 1,2 milyard manatı və ya 4,5 faizi elektrik enerjisi, qaz və suyun is-
tehsalı  və  bölüşdürülməsi  bölmələri  yaradılmışdır.  Ötən  il  ərzində  əvvəlki  illə
müqayisədə neft hasilatı 8,8 faiz, qaz hasilatı 11,2 faiz, digər faydalı qazıntıların
hasilatı isə 80,0 faiz artmışdır. Hasil olmuş əmtəənin xam neftinin həcmi 51,0 milyon
ton, qazın hasilatı isə 26,2 milyard kub metr təşkil etmişdir [5].
“Əsrin müqaviləsi” çərçivəsində reallaşan neft strategiyasının məntiqi nəticəsi
olaraq bu sahələrin müəssisələri daha yüksək nəticələr əldə etmiş - Azərbaycan tari-
xində neft və qazın hasilatı rekord səviyyəyə çatmış, “Mərkəzi Azəri” yatağından
neft və “Şahdəniz” yatağından qaz hasil olunmuş, Heydər Əliyev adına Bakı-Tiflis-
Ceyhan neft ixrac kəməri, Bakı-Tiflis-Ərzurum cənubi Qafqaz qaz kəməri istifadəyə
verilmişdir. Son 5 ildə mədənçıxarma bölməsində məhsul istehsalı 2,8 dəfə, o cüm-
lədən neft hasilatı 2,9 dəfə, qaz hasilatı 3,2 dəfə artmışdır.
Sənayenin elektrik enerjisi, qaz və su istehsalı və bölüşdürülməsi bölməsində
əvvəlki illərlə müqayisədə istehsalın həcmi əsasən bu sahədə göstərilmiş xidmətlərin
hesabına 4,5 faiz artmış, ölkənin elektrik stansiyalarında 17,6 milyard kilovat saat
elektrik enerjisi istehsal olunmuşdur.
İstehsal olunmuş məhsulların çeşidliyinə, onların əhatə dairəsinin genişliyinə görə
mühüm əhəmiyyətə malik emal sənayesində istehsalın həcmi 9,0 faiz artmış və
işlərin 52,2 faizi biləvasitə qeyri-dövlət sahibkarılq subyektləri və ev təsərrüfatları
tərəfindən həyata keçirilmişdir. Qida məhsullarının istehsal sahəsində marqarin is-
tehsalı 30,2 faiz artaraq 20,2 milyon ton, pendir və kəsmik istehsalı 2,0 faiz artaraq
43,3 milyon ton, ət 4,0 faiz artaraq 246,6 milyon ton, süd 2,9 artaraq 635,3 milyon
ton, kərə yağı 0.9 faiz artaraq 20.9 milyon ton, duru bitki yağları 16.0 artaraq 43,2
milyon ton olmuşdur [4].


37
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
Emal  sənayesinin  əsas  sahələrindən  biri  olan  neft  məhsullarının  istehsalı
sahəsində istehsalın həcmi əvvəlki ilin müvafiq dövrü səviyyəsində 8,8 faiz çox ol-
muşdur. Artım əsas etibarı ilə avtomobil benzinini dizel yanacağının və neft bütunun
istehsalının artırılması hesabına baş vermişdi. Kimya sənayesi müəssisələrin istehsalı
əvvəlki illə müqayisədə 16,2 faiz, rezin və plasmas məmulatları istehsal edən müəs-
sisələrdə istehsalın həcmi 15,3 faiz artmışdır. Lakin əczaçılıq məhsulları istehsalında
isə 5,1 faiz azalma olmuşdur. Əsas kimya məhsullarından politilenin istehsalında
26,5 faiz, azotun istehsalında 6 faiz, lak-boya məhsulların istehsalında 44,7 faiz artım
müşahidə olunmuşdur.
Əsasən tikinti materiallarının istehsalı ilə məşğul olan digər qeyri metal mineral
maddələrin istehsalının həcmi 423,8 milyon manat olmuşdur. Hazırda tikinti mate-
riallarının 93,8 faizi özəl bölmədə istehsal olunur.
2010-cu ildə metalurgiya və hazır metal məmulatları istehsalı müəssisələrində
171,4 milyon manatlıq məhsul istehsal olunmuş və xidmət göstərilmiş, istehsalın
həcmi metalurgiya sahəsində 44,6 faiz artmış, hazır metal məmulatları istehsalı sə-
nayesində isə 5.0 faiz azalmışdır. İl ərzində sənayedə 128,6 milyon ton və ya 1,6
dəfə çox polad tökmə məhsulları, 36,5 milyon ton və ya 5,3 dəfə çox polad boruları,
1,1 milyon ton və ya 3,4 dəfə çox məftil və kanatlar istehsal edilmişdir.
2010-cu ildə maşın avadanlıqları istehsalı müəssisələrində istehsalın həcmi 155,6
milyon manat olmuşdur. Maşın avadanlıqlarının istehsalı ötən illə müqayisədə 1,9
dəfə, avtomobil istehsalı 48,6 dəfə artmışdır. 2010-cu ildə 706 ədəd “Belarus” tipli
traktor, 486 ədəd “Lifan” markalı minik avtomobili, 767 ədəd “Maz” markalı yük
avtomobilləri istehsal edilmişdir.  Elektrik avadanlıqların istehsalı sahəsində isə məh-
sul istehsalın həcmi 121,7 milyon manat olmuşdur [4].
Göründüyü kimi, sənaye iqtisadiyyatının əsasını maşınqayırma təşkil edir. Maşın-
qayırmada ilk növbədə struktur dəyişikliklərinə xüsusi diqqət yetirilmişdir. 2001-ci
ildə “Azneftkimyamaş” Elm - İstehsalat Birliyinin bazasında açıq tipli səhmdar
cəmiyyəti yaradılmış, habelə 85 maşınqayırma müəssisəsi özəlləşdirmə üçün açıq
elan olunmuşdur.
Nazirlər Kabineti “Azərbaycan Respublikasında maşınqayırma sənayesinin 2002-
2005-ci illərdə inkişafı proqramını” təsdiq etmiş və bu proqrama bir sıra səmərəli
layihələrin həyata keçirilməsinə başlanılmışdır. Məsələn, “Azneftkimyamaş” Səhm-
dar Cəmiyyətinin müəssisələrində Yaponiya İnsan Ehtiyatları Fondunun köməyi ilə
ixtisaslaşdırılmış təcrübə-eksperimental mərkəzinin yaradılması, peşəkar kadrların
hazırlanması, müvafiq avadanlığın quraşdırılması, habelə beynəlxalq standartların
tələblərinə cavab verən neft - mədən avadanlığı istehsalının təşkili ilə bağlı işlər
görülür.
Əgər 2000-ci ildə keyfiyyət nişanlı məhsulların miqdarı yalnız 7,8 mln. manat
məbləğində, 38 növ müxtəlifliyindən ibarət idisə və ya ümumi məhsulun həcminin
4,1 faizni təşkil edirdisə, 2009-cu ildə keyfiyyət nişanlı məhsulların miqdarı artıq


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə