Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə15/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   ...   11   12   13   14   15   16   17   18   ...   44

38
F.Hacıyev. İqtisadi islahatların aparılmasında audit xidmətinin rolu
171 vahid, 122 mln. manat məbləğində idi və onların ümumi məhsulun həcmində
xüsusi çəkisi 37,1 faiz təşkil edirdi. Beləliklə, altı il ərzində “Azneftkimyamaş” ASC-
də keyfiyyətli məhsul buraxılışı 21,7 dəfə yüksəlmişdir. ASC kateqoriyasından olan
məhsulların  istehsal  həcmi  2000-ci  ildə  96,2  faizə  qarşı  2010-cu  ildə  85,8  faiz
azalmışdır [4, 5].
Hal-hazırda ASC və onun təsərrüfat subyektlərində texniki-iqtisadi göstəricilərə
görə  müasir  tələblərə  müvafiq  gəlməyən  köhnə  məhsullar  yoxdur.  Hər  il
“Azneftkimyamaş” ASC-də istehsal edilən məhsulların 8,9 faizi yeniləşdirilir. İs-
tehsalın, əməyin və idarəetmənin təşkilinin təkmilləşdirilməsi nəticəsində 2010-cu
ildə bütövlükdə cəmiyyət üzrə metal emalı avadanlığının işinin növbəlilik əmsalı
1,69-a çatmışdır, o cümlədən əsas istehsalda 2000-ci ildə 1,38 və 1,43-ə qarşı 1,6-
ya bərabər olmuşdur.
Audit araşdırmalarından göründüyü kimi, sənayenin ölkə miqyasında səmərəli
yerləşdirilməsi məhsuldar qüvvələrin ərazicə təşkili məsələnin bir cəhəti olmaqla,
milli iqtisadiyyatın inkişafı və sosial tərəqqini təmin edə biləcək mühüm təsərrüfat
tədbirlərindən biridir. İstehsalın səmərəli yerləşdirilməsi istehsal prosesində iqtisadi
resursların sərfinə qənaət etməyə, istehsal və istehlakla əlaqədar həyata keçiriləcək
əməliyyatların cəmiyyət baxımından minimum vaxt sərfi ilə başa gəlməsinə səbəb
olur. Qeyd edilənlərlə yanaşı, sənaye istehsalının ölkə ərazisi üzrə düzgün yer-
ləşdirilməsi geniş təkrar istehsalın sürətlənməsini, təbii sərvətlərdən səmərəli isti-
fadəni, əhalinin məşğulluq səviyyəsinin yaxşılaşdırılmasını, əmək məhsuldarlığının
yüksəldilməsi  və  iqtisadi  resurslardan  qənaətlə  istifadə  əsasında  istehsalın
səmərəliliyinin yüksəldilməsini, iqtisadi rayonların optimal şəkildə sosial-iqtisadi
inkişafı təmin edir. Beləliklə, ölkədə sənaye istehsalının inkişafının müasir vəziyyə-
tinin auditi göstərir ki, ölkədə sənaye inkişafı üçün imkanlar mövcuddur. Çünki, 20-
ci əsrin 80-ci illərin sonunda nail olunmuş səviyyə bu sahədə inkişaf imkanlarının
mövcud olduğunu göstərir. Bununla belə, bazar münasibətlərinə keçidin ilk dövr-
lərində  sənaye  istehsalında  baş  vermiş  genişlənmələrin  və  baş  vermiş  böhranın
nəticələrinin aradan qaldırılması üçün nisbətən uzunmüdətli dövrü əhatə edən əsaslı
tədbirlərin həyata keçirilməsi tələb olunur.
Ümumiyətlə,  ölkədə  son  illərdə  həyata  keçirilən  iqtisadi  islahatların  əsas  is-
tiqamətlərinin formalaşması və bazar münasibətlərinə müvafiq olan institusional sis-
temlərin  qurulması,  maliyyə  sabitliyinin  yaradılması  istiqamətində  həyata
keçirilmişdir.  Son  illərdə  neft  strategiyasının  reallaşması  iqtisadi  inkişafın
maliyyələşdirilməsi üçün zəruri olan vəsaitlərin formalaşmasına gətirib çıxarmışdır
ki, bu da iqtisadi islahatların ölkə iqtisadiyyatını inkişafın yeni keyfiyyət səviyyəsinə
keçidini təmin etməyə imkan verəcəkdir. [6. 123 s]
Belə ki, ölkənin iqtisadiyyatında mütərəqqi struktur dəyişiklikləri, sabit və tarazlı
inkişafı təmin edən sahələrin inkişafına daha çox diqqət yetirilməli, sənayenin baza
sahələri (energetika, metallurgiya, maşınqayırma, kimya) müasir tələblərə cavab


39
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
verən mütərəqqi maşın, avadanlıq və texnologiya ilə təmin olunmalıdır. Yüngül və
yeyinti məhsulları daha sürətlə inkişaf etdirilməlidir.
Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, sənayenin əsas və aparıcı sahəsi
olan maşınqayırmanın inkişafını təmin etmək üçün aşağıdakılar nəzərə alınmalıdır:
1. Ölkə maşınqayırma sənayesinin inkişafına dair proqramın işlənib hazırlanması.
Burada bazar kontekstində sahənin elmi - texniki, iqtisadi, təşkilati, maliyyə, hüquqi
və sosial inkişaf istiqamətləri öz əksini tapmalıdır.
2. Respublikanın “neft bumu” adlanan yeni mərhələyə qədəm qoyması ilə bağlı
maşınqayırma  sahəsinin  rolu  və  əhəmiyyəti  artmışdır.  Əsasən  beynəlxalq  neft
müqavilələri kontekstində iqtisadiyyatın əsas və baza sahəsi olan neft maşınqayır-
masının əhəmiyyəti artmışdır. Buna əsasən digər sahələrdə rəqabət qabiliyyətli məh-
sulun yaradılması və onun daxili və xarici bazarlarda realizə olunması tələb olunur.
3. Maşınqayırma sənayesində lisenziyaların tətbiqi vasitəsilə mərhələlər üzrə in-
vestisiyaların  intensivləşdirilməsi  və  bu  yeniliklərin  başqa  sahələrdə  istifadə
edilməsi, maşınqayırma sənayesində innovasiyaların yaxşılaşdırılması və radikal
dəyişikliklər, əlavə mənfəət əldə etmək istiqamətində işlərin aparılmasıdır.
4. Maşınqayırma sənayesinin perspektiv inkişafı bazar təsərrüfatının tələblərinə
uyğun təşkilati-idarəetmə strukturunda əsaslı təkmilləşdirmə tədbirlərinin keçirilməsi
ilə birbaşa əlaqədardır. Özəlləşdirmənin səmərəliliyinin artırılması elmi-texniki, kadr,
informasiya təminatının yaxşılaşdırılması və qiymətli kağızlar bazarının təkmil-
ləşdirilməsi sahəsində xüsusi proqramın reallaşdırılmasını və s. tələb edir.
Maliyyə böhranı şəraitində respublika maşınqayırma sənayesinin inkişafı üçün
600-800 mln. ABŞ dolları vəsait tələb olunur. Bu isə, öz növbəsində, maşınqayırma
sənayesində  yeni  texniki  silahlandırma  və  yenidənqurma  işləri  aparmaq  is-
tiqamətində xarici investorların cəlb olunmasını tələb edir. İnvestorların (xarici və
daxili) cəlb olunması perspektivdə rəqabət qabiliyyətli maşınqayırma məhsulunun
istehsalına və onun dünya bazarında realizə edilməsinə imkan verəcəkdir.
Maşınqayırma kompleksində istehsalın səmərəliliyinin yüksəldilməsində
audit xidmətinin rolu
Hazırda Respublikada maşınqayırma kompleksində istehsalın sabitləşməsi və
səmərəliliyinin yüksəldilməsi aşağıdakı amillərdən asılıdır:
 istehsalatın aşağı düşdüyü və kooperasiya əlaqələrinin pozulduğu şəraitdə
əhalinin və respublikanın tələbatını yüksək keyfiyyətli, rəqabət qabiliyyətli,
dünya  və  daxili  bazarlarda  realizə  olunan  əsas  məhsullarl  bərabər  maşın-
qayırma müəssisələrinin müxtəlif çeşidlərdə yeni məhsullar buraxılması üçün
istiqamətinin dəyişilməsini tələb edir;
 istehsal olunan məhsulun keyfiyyətinə və dünya standartlarına uyğun tələbat
ödənilməlidir;


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə