ABŞ-ın Wisconsin-Madison Universitetinin professoru Edgar Feige: “rəsmi
hesablanan ÜDM göstəricisinin əhatə etməli olduğu qeydə alınmayan bütün
iqtisadi fəaliyyətlər” (Feige, 1979:6);
Kanadanın Quenn’s Universitetindən doktor Philip Smith: “ÜDM hesabla-
malarından kənarda qalan, leqal və ya qeyri-leqal olmasından asılı olmayaraq
bazara istiqamətlənmiş əmtəə və xidmətlər istehsalı” (Smith, 1997:12-15);
Avstriyanın Johannes Kepler adına Linz Universitetindən professor Friedrich
Schneider: “nəticəsində əlavə dəyərin yaradıldığı və Milli Hesablar Sistemi
Konvensiyası şərtlərinə uyğun olaraq, milli gəlir hesablarına daxil olmalı
olduğu halda, faktiki olaraq milli statistika orqanları tərəfindən uçota alın-
mamış bütün iqtisadi fəaliyyətlər” (Schneider, 1986, 2005);
London Qeyri-formal İqtisadiyyat Araşdırmaları Mərkəzinin Direktoru doktor
Dilip Bhattacharyya: “dövr edən pul kütləsinə uyğun potensial milli gəlir ilə real
olaraq qeydə alınmış milli gəlir arasındakı fərq” (Bhattacharyya, 1999, 2004);
Hindistan Beynəlxalq İqtisadi Münasibətlər Araşdırmaları Şurasından professor
Shankar Acharya: “Vergiyə cəlb edilməli olduğu halda, vergi orqanlarına bəyan
edilməyən gəlirlərin məcmusu” (Acharya, 1985);
Dünya Bankı iqtisadçılarından Latın Amerikalı Norman Loayza: “dövlətin
vergiqoyma və digər tənzimləmə tədbirləri ilə razılaşmayan iqtisadi vahidlər
şəbəkəsi” (Loayza, 1996);
Məşhur “Ekonomiksin Prinsipləri” dərsliyinin müəllifi, Harward Universitetinin
professoru Gregory Mankiw: “kriminal və qeyri-kriminal gizli iqtisadi
fəaliyyətlərin məcmusu” (Mankiw, 2003:169);
İtalya Maliyyə və İqtisadiyyat Nazirliyinin əməkdaşı, George Washington Uni-
versitetinin professoru Vito Tanzi: “rəsmi statistikanın qeydə almalı olduğu
halda, qeydə ala bilmədiyi məhsuldar iqtisadi fəaliyyətlər” (Tanzi, 1999:344);
Rusiya Daxili İşlər Nazirliyi Moskva Universitetindən dosentlər Yuri Latov və
Sergey Kovalyov: “Dövlətin uçot və nəzarətindən kənarda inkişaf edən və buna
görə də rəsmi statistikada əks olunmayan iqtisadi fəaliyyətlər” (Латов və Ко-
валев, 2006:14);
Türkiyə Mərmərə Universitetinin professoru Osman Altuğ: “heç bir sənədlə
rəsmiləşdirilməyən və ya məzmunu reallığı əks etdirməyən sənədlərlə həyata
keçirilən iqtisadi fəaliyyətin dövlətdən və biznes ilə bağlı digər şəxslərdən (şərik,
işçi, debitor və.s) tamamilə və ya qismən gizlədilərək, rəsmi iqtisadiyyatın
xaricinə çıxarılması” (Altuğ, 1999:V);
Afrikalı alimlər M. Bagachwa və A. Nahoya: “qeyri-formal (kiçik həcmli is-
tehsal və təsərrüfat vahidləri), paralel (qanunla icazə verilən məhsulların qeyri-
leqal istehsalı ilə məşğul olan) və qara bazar (dövlət tərəfindən qadağan edilən
bazar və qeyri-bazar xarakterli əmtəələrin istehsalı və bölüşdürülməsini həyata
keçirən) fəaliyyətlərinin məcmusu” (Bagachwa və Naho, 1995);
E.Bağırzadə. “Gizli iqtisadiyyat” anlayışına vahid yanaşmanın formalaşdırılması problemi
56
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
57
İngiltərə iqtisadçısı M. Carter: “qeyri-formal (ÜDM-də əhatə olunmayan və
buna görə də ölçülməsinə cəhd edilmyən, ev təsərrüfatlarında şəxsi tələbat üçün
istehsal fəaliyyətlərini, fərdlər arasında isə bir sıra qarşılıqlı əməliyyatlar və.s)
və yeraltı (kəmiyyət üzrə qiymətləndirmənin mümkünlüyünə baxmayaraq, rəsmi
qeydiyyat və hesablamalardan yayınan bir sıra fəaliyyətlər; birincisinə rəsmi
qeydiyyatdan keçmiş iqtisadi subyektlərin gəlir və ya xərclərinin bir hissəsinin
vergidən yayındırılması və bəzi lisenziya öhdəliklərinə əməl etməyən fəaliyyətlər
aid olduğu halda, ikincisinə qeydiyyatdan keçməmiş iqtisadi subyektlərin bəyan
edilməyən bütün gəlir, xərc, istehsal, xidmət və.s əməliyyatları aiddir) iqtisadi
fəliyyətlərin məcmusu” (Carter, 1984).
Azərbaycan iqtisadçılarından professorlar Akif Musayev və Səttar Səfərov da öz
tədqiqatlarında gizli iqtisadiyyat anlayışını şərh etmişlər. Professor Akif Musayev
“qeyri-qanuni iqtisadi subyektlərin həyata keçirdiyi iqtisadi fəaliyyətlə, qanuni sub-
yektlərin həyata keçirdiyi qeyri-qanuni iqtisadi fəaliyyətlərin məcmusu” və ya
vergiqoyma baxımından yanaşaraq “qanunların və digər normativ aktların pozul-
ması ilə malların istehsalı, təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin
göstərilməsindən ibarət olan maliyyə-təsərrüfat fəaliyyəti” kimi tərif vermişdir
(Musayev və Musayeva, 2004:213-214). Professor Səttar Səfərov isə gizli iqti-
sadiyyat anlayışını şərh edərkən, “qeyri-rəsmi dövriyyə”, “gizli” və “kölgə” iqti-
sadiyyatı anlayışlarını fərqləndirir. Ona görə, “uçotdan, vergidən və digər icbari
ödənişlərdən yayınan, ÜDM-nin, Milli Gəlirin uçotdan, idarəolunmadan kənarda
qalan hissəsi olan qeyri-rəsmi dövriyyə, istehsalı, dövriyyəsi və xidmətlər
göstərilməsi qadağan olunan fəaliyyətlərdən təşkil olunan gizli iqtisadiyyat və
qadağan olunmayan, lakin uçotdan, vergidən, digər icbari ödənişlərdən yayınmalar-
dan təşkil olunan kölgə iqtisadiyyatından ibarətdir” (Səfərov, 2006).
Araşdırmalarımız göstərir ki, gizli iqtisadiyyat anlayışına verilən təriflərdəki
mövcud müxtəliflik bir sıra faktorlarla bağlıdır. Bunlardan birincisi gizli iqti-
sadiyyatın müxtəlif fəaliyyət formalarından təşkil olunması və bu baxımdan
tədqiqatçının öz tədqiqat predmetini konkretləşdirmə cəhdidir. Belə ki, E.Faal (2003),
H.F.Sennholz (2003), M.Krakowski (2005), E.Christie və M.Holzner (2004), V.Tras-
berg (2004), K.Turmanidze (2000), G.V.Walle və P.Ponsaers (2006), V.Braithwaite,
M.Reinhart və J.Job (2005), M.Orviská, A.Čaplánová, J.Medved və J.Hudson
(2006), R.Mirus və R.S.Smith (1997), D.Kaufmann və A.Kaliberda (1996), V.Seviğ
(2002), Ö.F.Çolak və S.Bekmez (2007), E.Baldemir, F.M.Gökalp və M.Avcı (2007),
C.C.Aktan (1999), O.Altuğ (1999), S.Şengül (1997) və N.M.Qolovanov, V.E.Perek-
islov, V.A.Fadeev (2003) kimi tədqiqatçılar öz tədqiqatlarını gizli iqtisadiyyatın
qeyri-kriminal sektoru ilə, F. Schneider və D.Enste (2002), Ch.Bajada (2005),
M.Faulend və V.Šošić (2000), C.Колесников (2001), C.Wallace, Ch.Haerpfer və
R.Latcheva (2004), P.Lemieux (2007), S.Katsios (2006), Y.Eilat və C.Zinnes (2000),
L.M.Tedds (2005), G.Mankiw (2003), P.Gylys (2005), B.S.Frey (1994), P.M.Smith
Dostları ilə paylaş: |