Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə25/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   ...   21   22   23   24   25   26   27   28   ...   44

praktikada çox az ölkə buna nail ola bilmişdir (Tedds, 2005:158-159; Колесников,
2001; Altuğ, 1999:22). Hətta kriminal əmtəə və xidmətləri, qanuni əmtəə və xid-
mətlərlə birlikdə bir millətin iqtisadi uğurunun ölçülməsində istifadə olunmasını
əxlaqi baxımdan düzgün hesab etməyən tədqiqatçılar da mövcuddur (Altuğ, 1999:22,
Yılmaz, 2006:34).
S
xe
m
 2
. G
iz
li
 iq
ti
sa
d
iy
ya


 ç
ir
k
li
 p
u
ll
ar
ın
 m
il
li
 iq
ti
sa
d
iy
ya
td
ak
ı y
er
i
Q
ey
d:
M
üə
ll
if
 tə

fi
nd
ən
 h
az
ır
la
nm
ış

r.
63
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.


64
E.Bağırzadə. “Gizli iqtisadiyyat” anlayışına vahid yanaşmanın formalaşdırılması problemi
3.1.1.2 Gizli iqtisadiyyatın qeyri-kriminal sektoru
Gizli iqtisadiyyatın bu sektorunu MHS Konvensiyasında göstərilən yeraltı istehsal
(underground production) və qeyri-formal sektor istehsalından (informal sector pro-
duction) ibarət iqtisadi fəaliyyətlərin məcmusu kimi ifadə etmək mümkündür.
Yeraltı istehsal qanunvericiliklə bu sahədə fəaliyyət göstərilməsi qadağan olun-
mayan, lakin fəaliyyət subyektinin bəzi qanuni öhdəlikləri (vergi  və digər sosial
ödəmələri həyata keçirmək, əmək şəraiti, təhlükəsizlik və ekoloji standartlara əməl
etmək və.s) yerinə yetirməkdən yayınmaq məqsədilə, müvafiq dövlət orqanlarından
tamamilə  və  ya  qismən  gizlətdiyi  iqtisadi  fəaliyyətlərdən  ibarətdir  (OECD,
2002:139-147;  Schneider  və  Enste,  2002:9).  Yəni,  burada  gizlilik  subyektin
tamamilə dövlət qeydiyyatından kənar fəaliyyət göstərməsi və dövlət qeydiyyatında
olan subyektin fəaliyyətinin bir hissəsini qeydiyyatdan yayındırması kimi iki for-
mada ola bilər. Bunun üçün də Sxem 2-də bu fəaliyyət formalarından birincisini
bəyan edilməyən iqtisadi fəaliyyətlər, ikincisini isə qismən bəyan edilən iqtisadi
fəaliyyətlər kimi ifadə edirik. 
Gizli iqtisadiyyatın yeraltı istehsal və kriminal istehsal anlayışları MHS Konven-
siyası çərçivəsində formalaşdırıldığı halda, qeyri-formal sektor istehsalı anlayışı
BƏT-in 1993-cü il 15-ci Əmək Statistikləri Konfransında qəbul olunmuş və eynilə
bu Konvensiyada da işlədilmişdir (OECD, 2002:161-175; DPT, 2001:19). İnkişaf
etməkdə  olan  və  zəif  inkişaf  etmiş  ölkələrin  təcrübəsindən  çıxış  edilərək,  for-
malaşdırılan qeyri-formal sektor anlayışı əsas məqsədinin əlaqəli şəxsləri məşğullluq
və gəlirlə təmin etmək olduğu, təsərrüfatlarının kiçik ölçülü, iş qüvvəsilə kapital
sahibləri arasında fərqin olmadığı ya da çox az olduğu və əmək münasibətlərinin
rəsmi müqavilələrə deyil, əsasən qohumluq, şəxsi və sosial əlaqələrə əsaslandığı
iqtisadi fəaliyyətləri ifadə edir (OECD, 2002:162; Güngör, 1997; Purkis, 2006;
Purkis, 2007; WB, 2007). Bu tip fəaliyyətlərin bəyan edilməyən və ya qismən bəyan
edilən iqtisadi fəaliyyətlərdən əsas fərqi, dövlət qeydiyyatından qəsdən yayınma-
masıdır. Belə ki, bu fəaliyyət subyektləri kiçik ölçülü olduğundan bəzən müstəqil
mühasibatlığa belə malik olmur, hətta bəzi hallarda dövlətin iqtisadi subyektin qey-
diyyata alınması üçün tələb etdiyi minimum şərtlərə belə cavab vermirlər. Sadəcə
əlavə dəyər yaratmış olmaları və bu dəyərin bazar buraxılışı olması səbəbindən MHS
Konvensiyasında “istehsal sərhəddi”nə daxil edilmiş və ÜDM hesablamalarında
nəzərə alınmalarının zəruriliyi göstərilmişdir.
3.1.2 Gizli iqtisadiyyat və dövlət sektoru
Dövlət sektorunda gizli iqtisadi fəaliyyətlərin mövcudluğu və bunların gizli iqti-
sadiyyat  anlayışına  daxil  edilməsilə  bağlı  ədəbiyyatlarda  müxtəlif  yanaşmalar
mövcuddur. Əsasən postsovet məkanında gizli iqtisadiyyatları tədqiq edən mütəxəs-
sislər tərəfindən bu ölkələrdə dövlət bölməsində ayrı-ayrı məmurların mənafeləri is-
tiqamətində gizli istehsalın olduğu, hətta mövcud istehsalın mühüm bir hissəsinin


65
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
müəssisə işçiləri tərəfindən oğurlanaraq gizli yollarla bazara çıxarıldığı qeyd olunur
(Латов və Ковалев, 2006:53-57; Kaufmann və Kaliberda 1996:2-4; Akça, 2007;
OECD, 2002:152-153). “Müşahidə olunmayan iqtisadiyyatın ölçülməsi: Bələdçi
Kitab”da (Mavi Kitab) isə rüşvətin dövlət sektorunda “rəsmi” qiymətlərin tamam-
layıcısı kimi gizli istehsal formalaşdırdığı göstərilir. Qeyd olunur ki, əgər rüşvət hər
hansı xidmətin qarşılığında ödənilirsə, onda həmin xidmətin “rəsmi qiyməti”lə alınan
rüşvəti toplayaraq həmin xidmətin real bazar qiymətini hesabalamaq mümkündür.
Yəni dövlət sektoru bir növ daha böyük həcmli xidmət göstərdiyi halda daha azını
uçota salmaqdadır. Bu baxımdan kitabda MHS “istehsal sərhəddi” anlayışının bu
məsələni də nəzərə alması tövsiyyə olunmuşdur (OECD, 2002:154). Ancaq nə bu,
nə də qeyd olunan digər hallar, MHS Konvensiyasında nəzərə alınmadığından,
hazırda gizli iqtisadiyyat anlayışı ilə bağlı bu Konvensiya çərçivəsində ortaya çıxmış
və ən geniş yayılmış makroiqtisadi yanaşma dövlət sektorunda gizli iqtisadiyyatın
olmadığını, onun yalnız özəl sektor çərçivəsində formalaşdığı tezisini qəbul et-
məkdədir (Özsoylu, 1996:13-14; Schneider və Enste 2002:7-9).
3.1.3 Gizli iqtisadiyyat və sosial iqtisadiyyat
Bəzən iqtisadiyyatın üçüncü sektoru şəklində ifadə olunan, ehtiyacların koopera-
tivlər, QHT-lər, xeyriyyə qurumları, yaxın qohum və icmalar tərəfindən qarşılıqlı
yardımlaşma əsasında ödənildiyi sosial iqtisadiyyat qeyri-bazar buraxılışı əmtəə və
xidmət  istehsalından  təşkil  olunduğu  üçün  MHS  Konvensiyasında  “istehsal
sərhədi”nə daxil edilməmişdir. Bu baxımdan makroiqtisadi yanaşmada gizli iqti-
sadiyyat anlayışına da aid edilmir (Schneider və Enste 2002:9; Altuğ, 1999:23; Öz-
soylu,  1996:25-26).  Ümumiyyətlə,  alman  alimi  W.  Gerstenberger  bu  tip
fəaliyyətlərin nə rəsmi, nə də gizli iqtisadiyyata aid edilməməsini, yalnız bu iki sektor
arasında bir növ keçid sektoru kimi qiymətləndirilməsini göstərmişdir (Özsoylu,
1996:12).
3.1.4 Gizli iqtisadiyyat və xarici effektlər
İqtisadi ədəbiyyatlarda bir iqtisadi subyektin istehsal və ya istehlak fəaliyyətinin,
digər iqtisadi subyektlərin müvafiq fəaliyyətləri üzərindəki müsbət və ya mənfi təsir-
lər kimi izah edilən xarici effektlərin gizli iqtisadiyyata daxil edilib edilməməsi də
mübahisəli  məsələlər  sırasındadır.  Problemi  ətraflı  şəkildə  şərh  edən  Türkiyəli
tədqiqatçı Turgut Gümüş, xarici effektlərin bazar subyektləri üzərində əlavə iqtisadi
dəyər yaratdığını, ancaq bu iqtisadi dəyərin uçota alınmadığını əsas götürərək, geniş
mənada gizli iqtisadiyyat anlayışının bu dəyərləri də əhatə etməli olduğunu göstərir
(Gümüş,  2000). Ancaq  gizli  iqtisadiyyat  anlayışına  makroiqtisadi  yanaşma,  bir
fəaliyyətin gizli iqtisadi fəaliyyət hesab olunması üçün onun əlavə dəyər yaratmaqla
yanaşı, bazar buraxılışı olması və MHS-də qeydiyyata alınmalı olan fəaliyyətlər ol-
ması şərtlərini də irəli sürür ki, sonuncu iki şərti xarici effektlərdə görmək mümkün


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə