20
şə
raityaradıcı bir qurumdur. İnsanlar öz sosial varlıqlarını dövlətlərdə və
cəmiyyətlərdə təsdiq edirlər. Dövlət insanlara siyasi statuslar verir, daha
doğrusu insanların yaratdıqları dövlətlər siyasi fəaliyyətlərinə görə insanlar
üçün siyasi statuslar müəyyən edirlər. Çünki dövlətin obyekt və ali subyektləri
elə siyasətlə əhatə olunan insanlar olurlar. Bu baxımdan da siyasət və dövlət
insan fəaliyyətinin ictimai-siyasi-hüquqi məzmunlu əsaslarını meydana gətirir.
Dövlət cəmiyyət və insanlar üçün təşkilatçıdır; icraçıdır, nəzarətedicidir;
təminedicidir; bu baxımdan da mühafizəedici və dəyərləri yaradandır.
Hər bir dövləti xalq yaradır. Xalqın mental dəyərləri onun yaratdığı
dövlətin fəlsəfəsinə oturur. Dövlətin mənasını həm xalqın mental dəyərləri,
həm ərazinin xüsusiyyətləri, resurslar, iqtisadi sistem, mədəni system və digər
üst və alt sistemlər yaradır. Dövlətin xarakterini müəyyən edən elementlər
çoxluq təşkil edir. Burada təşkilati və fəaliyyət əsaslı proseslər dövlətin
xarakterinin müəyyən olunmasında mühüm rol oynayır. Dövlətin ümumi
xarakteri onun siyasi fəaliyyətinin xarakterini meydana gətirir. Siyasi
qurumların xarakteri də dövlətin ümumi xarakterini ortaya qoyur. Dövlət
ümumən xalqın mental dəyərlərini özündə cəmləşdirən üst və alt strukturlu,
iyerarxik pilləli bir quruluşdur.
Dövlətləri fəaliyyətinə və xalqa xidmətlərinə görə, fəaliyyət göstəriciləri
baxımından şərti olaraq iki cürə xarakterizə etmək olar: yüksək səviyyəli və
aşağı səviyyəli. Təbii ki, göstəricilər dəyişmə xassələrinə malik olur.
Göztəriciləri dövlətin təşkili və fəaliyyəti səviyyəsi müəyyən edir. Dövlət öz
siyasətindən özünün xarakterini yaradır. Yüksək səviyyəli dövlətlərdə
hakimiyyət xidmətinə görə ideal və real-praktik olur. Hakimiyyətin ideallığı
onun nəzəri əsaslarından irəli gəlir. Yəni, dövlət bu əsasda xalqa xidmət
üçündür. Hakimiyyət nümayəndələri də praktiki olaraq xalqa xidmət edir və
ümumi mənafeni əldə rəhbər tutur. İdeal-praktik dövlət formalaşır. Dövlət öz
resurslarından səmərəli istifadə edir və bu baxımdan da özünün ideal-nəzəri
anlayışını müəyyən səviyyədə tamamlamış olur. Aşağı səviyyəli dövlətlərdə
isə yalnız praktik və yararsız dövlət formalaşır. Burada ideallıq çox aşağı
səviyyədə olur. İdeallıq və fəaliyyət bir-birinin əksinə olur. Burada dövlət
adlanan qurum ən çox hakimiyyətin müəyyən qrupunun mənafeyinə xidmət
edir. Hakimiyyət praktik olaraq əsasən özünə xidmət edir. Hakim elita güc
yolu ilə, zorakılıqla cəmiyyətə hakim olur, bərk məzmunlu nəzarət həyata
keçirir. İdeal-praktik dövlətlərdə isə güc rolunda resurslar və onların
müəyyən qədər tarazlı paylanması əsas vasitə və üsul hesab olunur. İdeal-
praktik dövlətlər tarazlı cəmiyyətləri və sabit inkişaf proseslərini şərtləndirir.
Praktik qeyri-ideal dövlətlərdə isə sistemin kövrəkliyi hakimiyyəti qorxu
içərisində yaşadır. Sadəcə praktik dövlətlərdə dövlət hakimiyyəti öz
resurslarından yüksək potensial göstəriciləri ilə iştirak edə bilmir. Praktik
dövlətlərdə hakimiyyət və qeyri-hakimiyyət tərəfləri arasındakı gərginliklər
daima yaşanır. Bu gərginliklər hətta geniş etirazlara qədər gəlib çıxa bilir.
21
Hər ikisinin bazasında isə iqtisadiyyat amili dayanır. Yəni, sərbəst və
güclü fəaliyyət göstərən iqtisadi sistemlər ideal-praktik dövlətlərin
formalaşmasına zəmin yaradır və bu kimi qurumların dayağını təşkil edir.
Nəticə etibarilə belə qəbul etmək olar ki, kasıb dövlətlərdə ideal-praktik
dövlətin formalaşması qeyri-mümkün hala çevrilir.
Yüksək dövlətçilik ənənəsi, təkmil dövlətçilik tarixi hüquqi dövlətləri
meydana gətirir.
Hakimiyyət fəlsəfəsi
Hakimiyyət fəlsəfəsi dövlət və dövlətçilik fəlsəfəsindən ibarətdir.
Hakimiyyət həm də idarəçilik fəlsəfəsinin əsasında dayanır. Dövlət müəyyən
sərhədlər daxilində ərazisi olan, tərkib baxımından atributlardan ibarət olan bir
bütöv olmaqla bərabər, idarəçilik tərkibini də özündə daşıyan bir fəlsəfi
bütövdür. Fəlsəfi bütövlüyü də idarəetməni özündə ehtiva edir. Hakimiyyət
dövlət hüququnu və idarəçilik hüququnu, bundan irəli gələrək idarəçilik
səlahiyyətini öz daxilində cəmləşdirir. Dövlətçilik fəlsəfəsinin digər tərəfi isə
qeyri-hakimiyyət tərəfidir. Burada qeyri-hakimiyyət əsasən hakimiyyət üçün
mənbə rolunu oynyaır. Hakimiyyət dövlətçilik fəlsəfəsinin daxilində olmaqla
həm də ümumvətəndaş fəlsəfəsinin əsaslarını təşkil edir. Hakimiyyət
fəlsəfəsinin daxilində sivilizasiya amili də mühüm rol oynayır. Dövlət və
hakimiyyət fəlsəfəsi xalq və onun təşkilatlanması təfəkkürünü özündə
cəmləşdirir. Xalqın məskunluq və məkan fəlsəfəsi məhz dövlətçilik
fəlsəfəsinin məğzini təşkil edir. Hakimiyyət öz ənənəvi xarakterinə sadiq
qalaraq, daima dövləti yaradan tərəflərdən olub. İdarəetmənin əsasını
hakimiyyət özündə cəmləşdirir. Daha doğrusu dövləti öz simasında təcəssüm
etdirir. Dövlət idarəetmə zərurətindən meydana gəlib. İdarəçilik də öz
məzmununda fərqli potensiala malik olan subyektləri əks etdirib. Hakimiyyətin
fəaliyyəti idarəçilikdən ibarət olub. Hakimiyyət haqqdan gəlib və hüquq
fəlsəfəsini
özündə
cəmləşdirib.
Hakimiyyət
hüquqdur,
hüquq
da
hakimiyyətdir. Xalqın hakimiyyəti xalqın dövləti təşkil etmək və idarə edən
tərəfi formalaşdırmaq hüququndan meydana gəlir. Bu baxımdan da
demokratiya –hüquq, hüquq –demokratiyadır. Dövlət haqqdır və dövlət
hüququ təbii hüququn tərkibini təşkil edir. Hakimiyyət xalqın hüququnu
müəyyən edir, xalq öz hüququ ilə hakimiyyətini yaradır.
Hakimiyyət düşüncələrinin obyektində tərəf kimi dövləti idarə edən bir
qrup dayanır. Bu qrupun əsas hüquqları əks tərəfdən, yəni idarə olunan
tərəfdən gəlir. Eyni zamanda belə qəbul etmək olar ki, hakimiyyət
dövlətdəndirsə, onda hakimiyyət hüquqları da təbii hüquqlardır. Çünki insanlar
təbii hüquqlarının realizə olunması, müəyyən edilməsi üçün hakimiyyətlərini
yaratmışlar. Hakimiyyət fəlsəfi düşüncələrində ali və yerli hakimiyyət
mövcudluğu öz əksini tapır. Ali hakimiyyət xalqın maraqlarını ali formada,
Dostları ilə paylaş: |