18
quruluşu onun idarəetməsinin istiqamət və sahələri üzərində formalaşır.
Quruluş və istiqamətlər, subyektlər, hakimiyyət qolları özündə dövlətin
məcmu fəaliyyət və mövcudluq fəlsəfəsini meydana gətirir. Dövlətin quruluş
fəlsəfəsi onun canlı bir orqanizm kimi kompleks və komponentlərinin
ə
saslarını dərk etmək yollarını özündə ehtiva edir. Dövlətin quruluş fəlsəfəsi
onun strukturlarının fəaliyyət məzmununu özündə cəmləşdirir.
Dövlətin quruluşu onun daxilində yaşayan xalqların etnosiyasi
parametrlərinə görə də meydana gəlir. Dövlət tərkib etibarilə həm də xalqların
mədəni və iqtisadi muxtariyyətinə də ayrılır. Ərazini yerli inzibati bölgələr
üzrə həm iqtisadi, siyasi, fiziki parametrlərə görə, həm də etnomədəni
aspektlərə görə ayırmaq olur. Məsələn, Almaniyanın, Rusiyanın, Hindistanın,
ABŞ-ın və digər çoxlu sayda ölkələrin əraziləri inzibati prinsiplər üzrə
bölünmüşdür. Bu idarəetmə mərkəzləri yerli müstəqilliyi qismən təmin
etməklə bərabər, ərazinin sahələr və ərazilər üzrə inkişaf etməsini qarşısına
məqsəd kimi qoyur. Dövlət həm universal (məsələn, unitar formada,
mərkəzləşmiş federasiya formasında), həm də yerli əsaslarla-muxtar
qurumlarla, inzibati ərazi bölgüsü ilə qurulur və inkişaf edir. Dövlət
quruluşunun fəlsəfəsi mərkəzi və yerli səviyyədə xalqlara xidmətlərə yönəlir.
Dövlət quruluşu inkişaf və müadfiə təminatına söykənir. Dövlət tərkib
subyektləri ilə inkişaf edir, ona görə tərkibə ayrılır ki, tərkiblərin potensialları
gücləndirilsin. Dövlətin idarəçiliyi mərkəzi və yerli olur. Mərkəz yerləri,
ə
yalətləri, vilayətləri, muxtar qurumları öz mərkəzi və yerli siyasəti ilə bir
arada təmərküzləşdirir. Ən kiçik dövlətlərin ərazilərində yerli bölgülər də təbii
ki, kiçik olmalıdır. Bu xətt əsasən vahid idarəetmə trayektoriyasının kiçik
tərkiblərə bölünməsi ilə xarakterizə oluna bilər. Dövlət ərazisi və yaşayış
məskənləri nə qədər çox olarsa, bir o qədər də bölgü prinsipi çox tətbiq olunar.
Məsələn, Rusiyada bölgü vahidləri çoxluq təşkil edir.
Dövlətin quruluşu formasına görə mütləqdir. Quruluş mexanizmlərdən
ibarətdir. Bu mexanizmlərin məqsədi maraqların təminatını həyata
keçirməkdir. Dövlət mütləq-konkret və xəyali bir anlayışdır. Dövlət
təfəkkürdə hərəkətdə olan canlı bir aparatdır.
Dövlətin quruluş fəlsəfəsinin ümumi əsasları:
-dövlət tərkib etibarilə zəngin olan, lakin vahid təcəssümlü bir qurumdur.
Bunun səbəbi maraqların müxtəlifliyində, bölgüsündə və vahidliyindədir;
-dövlətin
quruluş fəlsəfəsi mərkəzi idarəetmənin əsaslarını meydana
gətirir;
-dövlətin quruluş fəlsəfəsi düşüncələrdə mərkəz-ətraf bütövünün
yaranmasını özündə cəmləşdiririr;
-dövlətin quruluş fəlsəfəsi idarəçilik iyerarxiyasını meydana gətirir;
19
-dövlətin quruluşu insanların tarazlı əlaqələrinə və münasibətlərinin
zəruriliyinə söykənir;
-dövlətin quruluşu hakimiyyətlə xalq arasındakı əlaqələrin əsaslarını
özündə ehtiva edir;
-dövlət quruluşu insan maraqlarının təminatı zərurətindən meydana gəlir;
-dövlətin quruluşu insan maraqlarının yerli və mərkəzi formada
təminatına söykənir;
-dövlətin quruluşu tərkibin təsir obyektinə əsaslanır;
-dövlətin quruluşu dövlət fenomeninin tam mənasını aşkarlamağa xidmətə
söykənir;
-dövlətin quruluşu onun siyasət fəlsəfəsini özündə əks etdirir və s.
Dövlətlərin xarakterik xüsusiyyətləri
Hər bir dövlətin xisləti var. Bu xislət onun ictimai-siyasi status və
vəziyyəti ilə əlaqəlidir. Dövlət xislətinin bazasında isə dövləti təşkil edən
elementlər və elementlərdən istifadə amilləri dayanır. Elementlərin hərəkətləri
də xisləti meydana gətirir. Vasitələrin səviyyəsi və vasitələrdən istifadə
yolları dövlətin xarakterini müəyyən edir. Dövlətin obyekt və subyektləri məhz
dövlətin xarakterini formalaşdırır. Dövlətin xarakteri həm dövlətin daxilində
formalaşır, siyasi fəaliyyətlə büruzə verir, həm də dövlətin xarici siyasəti və
beynəlxalq münasibətlərdə davranışları ilə müəyyən edilir. Bu davranışlardan
dövlət mədəniyyəti meydana gəlmiş olur. Dövlət mədəniyyəti dövlətin bir
subyekt kimi daxildə və beynəlxalq aləmdə keyfiyyətlərini aşkarlayır.
Dövlətlər xalqların, insanların maraqlarının cəmləşdiyi sosial-siyasi
qurumlardır. Dövlətlərdə və cəmiyyətlərdə maraqlar bölünür və resurslar
paylanılır. Bütün dövlətlərin əsas məqsədləri nəzəri baxımdan xalqa xidmət
etmək müddəalarından ibarətdir. Nəzəri amillərlə yanaşı, prakit amillər də
mövcuddur. Dövlət anlayışını onun praktik fəaliyyəti tamamlayır. Dövlət
praktik əməllərini özünün fəlsəfi mənasından götürür. Dövlət öz fəlsəfi
mənasından irəli gələrək hüquq normaları ilə tənzimedici funksiyanı həyata
keçirir. Dövlət anlayışı özündə pozitiv nəzəri müddəaları əks etdirir. Bu
baxımdan da dövlət dedikdə, insanların baxışlarında, şüurlarında onları himayə
edən tərəf anlaşılır. Dövlət nəzəri və praktik mənada insanları əhatə edən,
onların sosial qayğılarını həll edən və sosial qayğıların həlli istiqamətində
insan fəaliyyətinə şərait yaradan ictimai-siyasi qurumdur. Dövlət insan
maraqlarını və insan hüquqlarını özündə ehtiva edən və müəyyən vəzifələrə və
səlahiyyətlərə malik olan kompleksdir. İnsan hüquqlarının müəyyən olunması
və tənzimlənməsi zərurətindən irəli gələrək dövlətlər idarəetmə hüquqlarına
malik olurlar. Əslində insan öz idarəçilik hüququnu dövlət adlanan qurumda
ortaya çıxarır. İdarəçiliyin başlıca məqsədləri xalqa tarazlı xidmətləri həyata
keçirməkdən ibarət olur. Dövlət müdafiəedici, təminedici, istiqmətləndirici,
Dostları ilə paylaş: |