54
cəmiyyətin və dövlətin inkişaf vəziyyətləri və parametrləri nəzərə alınır.
Mövcud resurslar, mövcud qanunvericilik vasitələri sonrakı bazalar üçün
resurs və vasitə rolunda çıxış edir.
İ
nstitutsional idarəetmə elə əslində demokratik idarəetmədir.
İ
nstitutlarda qruplar idarə edirlər. Bu kimi qurumlarda qərarlar kollegial qəbul
olunur. Obyektlər və predmetlər üzrə təkliflər və yeni ideyalar nəzərə alınır və
müzakirələr, disskusiyalar keçirilir. Çoxluğun səsi qərarların qəbulunu və
icrasını təmin edir. Yekun qərar da kollegial qaydada verilir. Məsələn,
kabinet qərarları kollegial qaydada qəbul olunur. Parlamentin qərarları
kollegialdır. Müşavirələrin, iclasların, digər toplantıların qərarları kollegialdır.
(Qeyd:
müəssisə rəhbərinin qərarı da əslində kollegial məzmun kəsb edir.
Çünki rəhbər təkliflər və hüquq normaları əsasında ona verilmiş səlahiyyətlər
daxilində qərarlar qəbul edir. Rəhbərin qərarları da aidiyyatı strukturlarda
hazırlanır. Eyni zamanda dövlət rəhbəri çoxluğun xalqın nümayəndəsidir.
Onun qərarları xalqın adından verilir. Dövlətin adından qəbul olunur. Bu
baxımdan da kollegial məzmunlu ola bilir) Dövlət rəhbəri də kollektivin
təşəbbüsü və təklifləri əsasında qərarlar qəbul edir. Bu kimi proseslər
institutların daxillərində həyata keçirilir və buna görə də demokratik əsaslara
malik olur.
İ
nstitutsional
idarəetmə
ilə
ə
laqədar
bu
kimi
fikirləri
ümumiləşdirmək olar:
-institutsional
idarəetmə
demokratiyanın
demokratik
idarəçiliyin
tərkibidir və kollektiv idarəetmədir;
-institutsional idarəetmə çoxluğun yekdilliklə idarəçiliyidir;
-institutsional idarəetmə seçkili və təyinatlı idarəetmədir;
-institutsional idarəetmə təşəbbüslü və təklifli idarəetmədir;
-institutsional idarəetmə sistemli idarəetmədir və rasional məzmunludur;
-institutsional idarəetmə iyerarxik tərkiblidir və forma baxımından da
pilləlidir;
-institutsional idarəetmə şəbəkəli idarəetmədir və bundan da dövlətin ali
idarəçiliyi yaranır və s.
İ
darəçilik hüququ insan hüquqlarının bölgüsü və tərkibi kimi
İ
darəçilik sistemli bir proses olaraq elementlərin müəyyən istiqamətlərə
yönləndirilməsidir. Subyektlərin obyektlərə və vasitələrə alətlərlə təsirləridir.
Bu da tənzimləmədir. Hər bir elementin öz lazımi məkanına gətirilməsidir və
bu baxımdan yeni məkanlarla əvəz olunmasıdır. İdarəetmə prosesləri zamanı
elementlərin məkanlarda sıralara düzülməsi halları yaşanır. Bu proses də
tənzimləmə hesab olunur. Norma və qaydalar meydana gəlir. İdarəetmə
mahiyyətcə norma və qaydalara salmaq prosesidir. Tənzimləmə insanlar
55
tərəfindən həyata keçirlir. Buna görə də idarəetmə insan hüquqlarının tərkibinə
aid olur.
Hüququn tərkibi bir mücərrəd və konkret, eləcə də konseptual anlayış
kimi mövcudluqdan, varlıqdan meydana gəlir. Yəni, insan varsa, dövlətdə və
cəmiyyətdə (ümumiyyətlə, məkanda) mövcuddursa, deməli, məkanda (dövlət
və cəmiyyətdə) olan vasitələrdən istifadə haqqına malikdir. Eləcə də dövlət və
cəmiyyətdə yeni resursları yaratmaq hüququna sahibdir. Dövlət və cəmiyyət
özü elə insan hüququnun məhsuludur. Bütün hüquqlar insanların təbii
hüquqlarına aiddir; çünki insan təbii varlıqdır. Onun fəaliyyəti də təbiidir.
İ
nsanın quruculuğu və yaradıcılığı da onun təbii fəaliyyətinin, əqli və fiziki
təbii fəaliyyətinin məhsuludur. İnsan yaradırsa, yaratdığı vasitələr üzərində
hüquq əldə edir. Bununla da yaratdığını məxsusiləşdirir, özününkü edir.
Yaratdığı vasitələrə hüquqi status əldə edir.
Hüquq
subyektin obyekt üzərində təsir qaydalarını və mexanizmlərini
yaradan vasitədir, üsul və istiqamət müəyyən edən bağlayıcı kriteriyadır.
Məsələn, insanların dövlət və hakimiyyət hüquqları elə dövlətləri və
hakimiyyətləri bir-birinə bağlayır. Hüquq qaydalar və normalar üçün nəzəri
ə
saslardır. İnsan hüquqlarının tərkibini formalaşdıran amillər mövcuddur. Bu
tərkib vəzifələrdən doğan ixtiyar, səlahiyyət, səlahiyyətlərdən irəli gələrək,
məxsusluq, mənsubluluq, aidiyyatlılıq, bunlardan irəli gələrək əşyadan istifadə
haqqı, icra hüququ, üzərində inzibati həbs tətbiqi hüququ, əşyalardan
istifadəni məhdudlaşdırmaq və genişləndirmək hüququ, ümumən aidiyyatlılıq
vəziyyəti, bağlılıq, bağlayıcılıq, vasitələrin tərkibinin dəyişidirilməsinə yönəlik
hallar, vasitələrin məhv edilməsi, iştirakçılıq, müşahidə və nəzarət və digər
vəziyyətlər özlüyündə hüququn tərkibini yaradır. Hüquq burada hərəkətləri
müəyyən edir. Sahələrdə olan vasitələr üzərində təsir hüquqları isə bölgünü
meydana gətiririr. Məsələn, siyasi, iqtisadi, sosial, mədəni, texniki və digər
hüquqlar bölgüyə aiddir. Hər bir sahədə hüquq istifadəni və məsuliyyəti
meydana gətirir. Hüququn ümumi tərkibi universal kriteriya kimi (məsələn,
vəzifə səlahiyyətlərindən istifadə hüququ) məxsusi sahələrdə tətbiq olunur.
Hüquqların birbaşa və dolayı təsnifatı da vardır. Təbii ki, bu, vəzifə və
səlahiyyətlərdən irəli gəlir. Dövlətdə və cəmiyyətdə məkana aid vəzifələri də
elə insanlar özləri yaradırlar. Bu üsullarla insanlar öz hüquqlarını vəzifələrlə
təsdiq edirlər. Vəzifə tutmaq, iş yeri əldə etmək həmin məkanda hüquqları
yaradır. Hüquqlara birbaaş və dolayı yollarla sahiblik var. Birbaşa və dolayı
təsnifat vasitələrdən istifadənin, aidiyyatlılığın və mənsubluluğun dərəcəsindən
asılıdır. Bu da özlüyündə hüquqi məsuliyyət və vəzifə öhdəliyinin tərkib
dərəcəsini meydana gətirir. Məsələn, müəyyən bir qurum tərkibində vəzifəsinə
görə birbaşa məsuliyyət daşıyan və dolayı yolla məsuliyyət daşıyan şəxslər
işləyirlər. Əşyalardan birbaşa və dolayı istifadə etmək halları mövcud olur.
İ
nsanlar cəmiyyətdə mövcuddurlarsa və cəmiyyətin sosial-mədəni və siyasi
Dostları ilə paylaş: |