Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə38/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   34   35   36   37   38   39   40   41   ...   85

130
 
 
Yaddaşda  olan  informasiyalar  üzərə  çıxır.  Aktivlik  lap  çox 
olarsa,  onda  insan  öz  keçmişi  (burada  irsi  kimliyi)  barədə 
aydınlığa sahib ola bilər.  
Beyin  öz  passiv  kütləsini,  ehtiyyatını  xarici  və  daxili 
təsirlərdən  aktivləşdirə  bilər.  Güclü  təzyiq  altında  yaşayan, 
depressiyaya  məruz  qalan  şəxslərdə,  informasiya  kütləsi  çox 
olan şəxslərdə qaranlıqlar daha çox işıqlana bilər. 
Uşaqların  daxillərində  qaranlıqlar  (yaş  nisbətinə  görə) 
böyüklərə nisbətən daha çox kütləyə malik ola bilər.  
 
Yazılma tarixi-27 aprel 2017-ci il  
 
"Ruhumuzda çirk-əməlimizdə kir" harmoniyası 
 
Görəsən,  ictimai  təmizlik  -bunu  şərti  olaraq  iki  hissəyə 
bölə  bilərik:  birincisi,  ruhumuzun  təmizliyi;  ikincisi,  ətrafın, 
istifadə  etdiyimiz  ictimai  vasitələrin  (əşyaların)  təmizliyi-
bizlərə  nə  vaxtsa  özümüz  tərəfindən  qismət  olacaqmı?!. 
Məsələn,  təmizliyi  içərisində  mən  ictimai  nəqliyyatı,  küçə  və 
parkları nəzərdə tuturam. 
Çirklilik  ruhumuzdan  əməlimizə  oturub  (bu  fikir 
ümumidir,  hər  kəsə  aid  deyil).  Qüsurlu  ruhumuz 
cəmiyyətimizin  ekologiyasını  da  şikəst  edib.  Ruh  və  qüsurlu 
əməlimizin vəhdəti bizi inkişafdan çox geri qoyur. 
Qısaca olaraq, 
-yaşadığımız 
küçələr, 
bloklar 
əksərən 
bərbad 
vəziyyətdədir; 
-zibil  atmaq  mədəniyyətimiz  çox  aşağıdır,  zibil  yeşikləri 
acınacaqlı görüntülüdür; 
-park skamyalarımızın önündə zibil fəlakətləri yaşanır; 
-aşağı  mərtəbə  sakinləri  yuxarı  mərtəbədəki  mənzillərin 
zibil partlayışlarına diksinirlər, gecələr yuxudan oyanırlar; 
-liftlər üfunətlidir; 
-avtobuslar çox çirklidir; 


131
 
 
-küləkli havada göydə "zibil kəpənəkləri" uçur; 
-kafe və restoranlarda gigiyenik təmizlik çox aşağıdır və s. 
 
Yazılma tarixi-28 aprel 2016-cı il  
 
Qaranlıq məkanın məxluqları barədə 
 
Qaranlıq  məkanlarda  qəribə,  əcaib  məxluqlar  yaran  bilər. 
Ancaq Günəş doğan kimi onlar məhv olurlar. 
 
Yazılma tarixi-01 may 2017-ci il  
 
Türk dünyası haqqında 
 
Türk dünyası böyüməlidir: 
-mədəni əsaslarla
-iqtisadi-texniki əsaslarla; 
-informasiya texnologiyaları ilə; 
-elmi-texniki tərəqqi ilə
-yeni zəngin ruhla
-yumşaq xarakterlə; 
-bəşəri dəyərlərlə
-nəfsinə hakim olmaqla; 
-aydın zəka, təmiz qəlb və nurlu sima ilə
-müdrikcəsinə; 
-xeyriyyəçiliklə; 
-mərdliklə və s. 
 
Yazılma tarxi-01 may 2017-ci il  
 
 
 


132
 
 
 “1 May” zəhmətkeşlərin bayramı barədə 
 
"1  May"  zəhmətkeşlərin  bayram  günü  siyasi  məna  kəsb 
etmirdi ki, biz ondan imtina etdik. Bayram təqvimimizə salınsa 
yaxşı olar! 
 
Yazılma tarixi-01 may 2017-ci il  
 
 
Əbədiyyət haqqında 
 
"Əbədiyyətin  xarıci"  anlayışı  ola  bilməz.  Əbədiyyətdə 
zaman  bitmir.  Əbədiyyət  nizamlı  bütövsüzlükdür.  Buna  görə 
də  zaman  onun  özündədir,  "xaricində"  zaman  yoxdur,  çünki 
xarici yoxdur. 
Əbədiyyətdə zaman yalnız əbədiyyətin içindədir. Dəyişmə 
əbədiyyətin içindədir-forma, məkan, məsafə dəyişir. Əbədiyyət 
sonsuz və hədsiz olduğundan zamanı yoxdur. Sərhəd dəyişmir-
zaman yoxdur. Əbədiyyətdən kənar zaman yoxdur, çünki kənar 
özü yoxdur 
 
Yazılma tarixi-01 may 2017-ci il  
 
Elmlər Akademiyasının funksiyası 
 
Elmlər  Akademiyası  olan  ölkələr  texniki  baxımdan  başqa 
ölkələrdən  asılı  qalmamalıdırlar!  Elmlər  Akademiyası  öz 
məsuliyyətini dərk etməlidir! 
 
 
Yazılma tarixi-03 may 2017-ci il  
 
 
 


133
 
 
Şərq aləminin düşüncələri 
 
Şərq düşüncəsinin obyekti mücərrədlikdir. Xəyaldır, qeyri-
materiyadır.  Qərb  isə  konkretliyi  və  materiyanı  obyekt  edir. 
Buna  görə  də  təbiətdən  faydalanır,  materiyadan  formalar  əldə 
edir.  Bu  baxımdan  da  Qərb  düşüncəsi  real  konstruktivdir, 
insana xidmət edir. 
 
Yazılma tarixi-05 may 2017-ci il  
 
Xristianları qarşı sevgi və hörmət hissi barədə 
 
Mən içimdə həm də xristianam! Allahımız birdir! 
Allah  xristianları  sevir.  Onlara  dəyərli  cəmiyyətlər 
yaratmaqda  yardımçı  olur.  Buna  görə  mən  də  xristianları 
sevirəm! 
Yazılma tarixi-07 may 2017-ci il  
 
 
Fransa dövlət rəhbəri haqqında 
 
Avropanın  böyük  dövlətlərinin  əksəriyyətinə  kişilər 
rəhbərlik  edirlər.  Bu  normal  haldır.  Fransada  keçmiş 
iqtisadiyyat  naziri  Makron  bu  gün  ikinci  tur  prezident 
seçkilərində qələbə qazanıb 
 
Yazılma tarixi-07 may 2017-ci il  
 
Azərbaycan-Türkiyə-Rusiya ittifaqı barədə 
 
Azərbaycan,  Türkiyə  və  Rusiya  arasında  ittifaq  dövləti 
yaranarsa,  Azərbaycanın  regional  gücü  artar  və  Qarabağ 
məsələsi ədalətlə həll olunar. 
 
Yazılma tarixi-08 may 2017-ci il  
 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə