Elşən Misir oğlu Nəsibov


Rusiyanın hərbi hərəkətləri barədə



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə46/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   42   43   44   45   46   47   48   49   ...   85

162
 
 
Rusiyanın hərbi hərəkətləri barədə  
 
Siyasətdə,  bu  baxımdan  onun  real  əsaslarında,  həmçinin 
geosiyasətdə,  hərbi  strategiyada  (təbii  ki,  bu  strategiya  dövlət 
gücünə-daxildə  və  beynəlxalq  sferada-xidmət  edir.  İqtisadi  və 
mədəni  faktorlarla  yanaşı,  dövlətin  beynəlxalq  sferasını 
böyüdür və dövlətin əsaslarını qoruyur) belə bir aksioma var: - 
sərhəddin bir tayında tankların, topların, təyyarələrin, gəmilərin 
və  digər  hərbi-texniki  vasitələrin  səsi  gələndə,  sərhəddin  o 
tayında  exo  verir.  Bu,  lap  dağlarda,  dərələrdə,  tunellərdə 
səslərin əks olunmaq qaydası ilə yayılmasına bənzəyir. Belə bir 
aksioma yenə də var: -böyük dövlətlər sərhəd dövlətlərə “çəpər 
hasarı, ev, mülk hasarı” gözü ilə baxırlar. Qonşudan, küçədən, 
məhəllədən  gələn  zərbələrə  qarşı,  -elə  məsələn,  adi  dillə  ifadə 
etsək, uşaqların futbol oynamalarından ehtiyat üçün, qonşunun 
mal-qarasından  ehtiyat  üçün,  eləcə  də  müsəlmanlarda  abır-
həyanın  qorunması  məqsədilə,  hasarlar  çəkilir.  Bir  qonşu 
əlində  odlu  və  ya  da  soyuq  silah  hasarın  dibində  dayananda, 
qonşu  da  öz  silahını  hazır  vəziyyətə  gətirir.  Hər  hansı  bir 
toqquşma  baş  versə,  məhəllə,  küçə,  hasar,  qapı  da  böyük 
zərbələrə  məruz  qalır.  Əlavə  olaraq  yenə  də  bir  aksiomanı 
misal  çəkək:  -  bir  ata  və  ananın  oğul  evladları  onlardan 
ayrılanda  ata  və  ana  narahatlıq  hissi  keçirir.  Evladlarının  ayrı 
yaşamalarına  müəyyən  qədər  qısqanclıq  hissi  ilə  yanaşırlar. 
Buna  görə  də  evladlarının  ailə  işlərinə  müdaxilə  edirlər.  Bu, 
təbii  istəklərdən,  doğmalıqdan,  mühafizə  istəklərindən  irəli 
gəlir.  
İndi  bu  aksiomalardan,  çıxış  edərək,  belə  bir  fikir 
bildirmək  olar:  -  ABŞ  birbaşa  və  ya  da  Avropadakı 
müttəfiqlərinin əli ilə Baltikyanı ölkələrdə, Polşada, Ukraynada 
və  bəzi  keçmiş  SSRİ  respublikalarında  hərbi  təlimlər  keçirir. 
Bu  ölkələrə  hərbi  texnikalar  və  birləşmələr  göndərir.  Bu 
təlimlər Rusiyada exo verir. Rusiya müşahidə edir. Əgər bir az 
təhlükə hiss olunsa,  Rusiya “evi”ndən çıxıb,  hasarını  qorumaq 


163
 
 
məqəsdilə, eləcə də sipəri möhkəmləndirmək üçün Ukraynaya, 
Moldovaya,  Baltikyanı  ölkələrə,  eləcə  də  Azərbaycan, 
Gürcüstan  kimi  ölkələrə  qoşun  yeridəcək.  Belə  təbii  xarakteri 
birdəfəlik dərk etmək lazımdır.  
 
Yazılma tarixi-02 avqust 2017-ci il  
Dövlət rəhbəri və düşünən beyinlər  
 
Dövlət  rəhbəri  o  zaman  daha  güclü  olur  ki,  ölkənin 
“düşünən  beyinini”  layiqincə  idarə  edir,  ondan  yüksək 
səviyyədə  istifadə  edir.  Düşüncə  müstəvisini  pozitiv  əsaslarla 
formalaşdırmaq dövlət rəhbərinin əsas məharətidir.  
 
Yazılma tarixi-03 avqust 2017-ci il  
 
Dövlət rəhbərinin ləyaqəti haqqında 
 
Kapitalın çoxluğu ona məxsus olan şəxsdə ləyaqətin (yəni, 
layiqliyin, 
həmçinin 
şərəfin, 
əxlaqi 
keyfiyyətlərin 
məcmusunun,  özünə  ehtiram  hissinin)  aşağı  olmasına  səbəb 
olar.  Çünki,  ləyaqət  əxlaqın,  mənəvi  aləmin  əsasında, 
tərkibində  dayanır.  Əxlaqi  kamilliyi  bütövləşdirir.  Əxlaq  o 
zaman  yüksək  olur  ki,  mənəvi  aləmlə  maddi  aləm  arasında 
tarazlıq, tənasüblük, uyğunluq yaşanır. Kapital artdıqca tarazlıq 
pozulur.  Ona  görə  ki,  maddiyyat  mənəviyyatı  küncə  sıxır. 
Nəfsi artırır. Nəfs artanda mənəviyyat aşağı düşür.  
Kapitalı  xalqın  kapitalından  çox  olan  dövlət  rəhbərinin 
ləyaqəti (şərəfi) xalqın ləyaqətindən aşağıda dayanır! 
 
Yazılma tarixi-03 avqust 2017-ci il 
 
 
 


164
 
 
Dövlətin düşüncələrlə idarə olunması 
 
Bir ölkədə vəsait bol olduqda, kifayət etdikdə, idarəçilik də 
rəvan olur, sabitlik hökm sürür. 
Dövlət,  cəmiyyət  düşüncələrlə  idarə  olunur.  Düşüncələr 
bol  olduqda  aydınlıq  da  bol  olar.  Düşüncə  müstəvisinin 
kəmiyyəti  artanda  aktivlik  də  çoxalır.  Belə  halda  idarəçilik 
xətlərinin  sayı  da  artır.  İdarəçilik  xətləri  çoxalanda  vəsaitlərin 
hərəkət  dövriyyəsi  də  genişlənir.  Belə  halda  inkişaf  dalğaları 
bir-birini  əvəzləyir.  Hərəkət  dövriyyəsinin  genişlənməsinə 
uyğun olaraq maraqlar da böyüyür. İnkişaf dalğaları maraqları 
çoxaltdıqca vəsaitlərin sayı, həcmi, kütləsi də artır.  
Hərəkət  dövriyyəsini  genişləndirmək,  dalğalandırmaq 
məqsədilə  cəmiyyətin  müəyyən  nöqtələri,  düymələri,  hərəkət 
başlanğıcları,  təkanverici  mərkəzləri  var.  Bu  nöqtələri 
basmaqla  elementlər  dalğalarına  impulslar  vermək  olar.  Yəni, 
kəmiyyəti hərəkətə gətirib nəticələr əldə etmək olar. 
Dövləti  idarə  edən  şəxs  cəmiyyətdə  impulsiv  (impulsun, 
yəni hərəkətdə olan elementlərin kütləsi ilə onların sürəti hasili, 
təsiri  altında  olan)  məkanları,  mərkəzləri  görməlidir.  Lazımi 
anlarda  həmin  düymələri,  nöqtələri  öz  iradəsi  və  intuitiv 
duyumu ilə basmalıdır. Belə halda dalğalanmış inkişafa tez nail 
oluna bilər.  
 
Yazılma tarixi-04 -05 avqust 2017-ci il 
 
Keçmiş SSRİ-də inteqrasiya və kooperasiya barədə 
 
Keçmiş  SSRİ-nin  bazasında  iqtisadi,  mədəni,  siyasi,  elmi, 
humanitar  ittifaqın  yaranması  məqbul  olar.  İnteqrasiya  və 
kooperasiya  güclənər.  Xarici  siyasət  və  beynəlxalq 
münasibətlər bu qurumda tamamlanar. Xarici siyasət qurumun 
həm  də  daxili  siyasəti  olar.  Sərhəd  rejimləri,  miqrasiya  və 
vətəndaşlıq  məsələləri  sadələşər.  Gömrük  rejimləri  sadələşər. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə