154
Allah dini insanlara insan (elçi, peyğəmbər) vasitəsilə
çatdırır. Allah insanı təbiətə harmonik, bitişik və təbiətin içində
yaradıb. Kainatdan, təbiətdən kənar insan yoxdur. Siqnalları
insan (elçi, peyğəmbər) təfəkkürünə yönləndirir. Seçilənləri
vasitə edir. Onları kamala yetirir. Müdrik kəlamları da onlar
vasitəsilə insanlara deyir. Seçilənlər (elçilər) bu baxımdan da
ağıllı, kamallı, yetişən insanlar olurlar. Ağıl isə qavrayışdan,
idrakdan, düzgün məntiqi nəticələrdən formalaşır. Dinləri
ağılın tərkib elementlərindən və beyinin məntiqi informasiya
proseslərindən kənarda axtarmaq olmaz.
Yazılma tarixi-18 iyul 2017-ci il
Gənclər üçün yaradıcılıq mərkəzləri
Azərbaycanda Gənclər üçün yaradıcılıq mərkəzlərinin
açılması həyata keçirilə bilər. Belə mərkəzlərdə yeniyetmələr
və gənclər istedadlarını, bilik və bacarıqlarını üzərə çıxararlar.
Fantaziyalarını işə salarlar. Belə mərkəzlərdə müxtəlif
dərnəklər təşkil oluna bilər. Bununla bərabər, gənclərin
istirahətləri də təmin olunar. Gənclər mərkəzi gənclik
potensialını pozitiv istiqamətlərə yönəldər.
Yazılma tarixi-18 iyul 2018-ci il
Azad ruh və düşüncə haqqında
Yaradıcılıq üçün düşüncələr zamanı insan gərək öz azad
ruhunu müstəvi üzrə gəzdirsin. Azad gəzən ruh özünə lazım
olanları tapacaq.
Yazılma tarixi-18 iyul 2017-ci il
155
Nüvə silahından imtinalar
Bütün dünyada nüvə silahlarına bu gün "qara keçmiş";
"donmuş keçmiş" kimi baxılmalıdır. Bu fikir gələcək üçün
parlaq idealizmdir!
ABŞ dünyada sülhyaradıcı güc mərkəzi olmalıdır. Rusiya
ilə dost və qardaşlıq nümunəsinə çevrilməlidir!
Ümundünya sülhünün möhkəmliyi xalqların bir-birilərini
mədəni baxımdan "həzm etmələrindən" və dünya resurslarını
taraz şəkildə paylamalarından asılıdır!
Bir məsələyə mənalı və düşündürücü qiymət vermək üçün
piramidal formalı, sistemli, şaxələndirici və yığıcı təfəkkür
lazımdır!
Yazılma tarixi-19 iyul 2017-ci il
Mətbuata dövlət qayğısı haqqında
Bu gün mənzil alan bütün jurnalistləri təbrik edirəm!
Doğrudan da mənzil və ev insan həyatının ən qiymətli maddi-
mənəvi dəyərlərindəndir.
Jurnalistlərə mənzil vermək siyasətinin bir adı var- dövlətin
ictimai-siyasi mühitə qarşı humantiar-sosial siyasəti və
jurnalistlərə dövlətin sosial qayğısı! Məlumdur ki, bu ənənənin
əsası əvvəlcə qoyulub.
Cənab prezident İlham Əliyev jurnalistləri xüsusi dövlət
diqqətində saxlayır.
Jurnalistlərə tövsiyəm odur ki, savadlı, çalışqan, bilikli,
yaradıcı, ədalətli, peşəkar, çevik və obyektiv olsunlar.
Maarifləndirmədə beynimizi daha da açıq etsinlər, şüurumuzu
aydınlaşdırsınlar. İnformasiya mühitinə obyektiv gerçəkliyi əks
etdriən məlumatlar versinlər.
Yazılma tarixi-20 iyul 2017-ci il
156
Azərbaycan-erməni qohumlaşması
Qafqazda erməni xalqı ilə azərbaycan xalqı arasında əbədi
sülhə nail olmaq üçün ən unikal variant bu iki xalqın vahid bir
xalqa çevrilməsindən ibarət ola bilər.
Yazılma tarixi-20 iyul 2017-ci il
Keçmiş SSRİ münaqişələri barədə
Belə ehtimal etmək olar ki, Dağlıq Qarbağ və digər SSRİ
münaqişələri Qorbaçovun yox, SSRİ xüsusi xidmət
orqanlarının əsərləri olub. SSRİ-nin dağılacağını əvvəlcədən
bilib respublikaların Rusiyadan ayrılmalarına mane olmaq
məqsədini güdüb.
Qorbaçovun
yenidənqurma siyasətinin
və
liberal
xarakterinin, eləcə də həyat yoldaşının siyasətə müdaxiləsinin
SSRİ-ni dağıda biləcəyindən ehtiyyat eden Sovet KQB-si
münaqişələr yaratmaq strategiyasını seçib.
Yazılma tarixi-20 iyul 2017-ci il
Keçmiş SSRİ-dəki münaqişələr ölkə rəhbəri, Qərb
kursunu seçmiş M.Qorbaçova qarşı olub
Hər bir ölkənin xüsusi xidmət orqanları öz ölkəsinin siyasi
hakimiyyətinə nəzarət funksiyasını yerinə yetrir. Bu, normal
haldır. Təhlükəsizliyin təmin olunması şərtdir. Ölkənin
mənafeyi satıla bilməz, qorunmalıdır. Bu baxımdan da belə
məntiqi nəticəyə gəlmək olar ki, xüsusi xidmət orqanları ölkə
rəhbərliyinin siyasi portretini nəzarətdə saxlayırlar, öyrənirlər.
Onların əməllərinə nəzarət edirlər.
1985-ci ildən sonra Qorbaçov SSRİ hakimiyyətinə
gətirildi. Təbii ki, burada partiyanın mövqeyi əsas idi. Partiya
rəhbərliyi onu seçdi. Qorbaçov dəyişən siyasət yürütdü və Qərb
157
tərəfindən dəstəkləndi. Liberal siyasətlə resursların idarə
olunması arasında tarazlıq, üzvü vəhdət pozuldu. Ölkə
uçuruma getməyə başladı. Bunu əvvəlcədən duyan SSRİ xüsusi
xidmət orqanları ölkəni, mərkəzi hakimiyyəti əldə saxlamaq
məqsədilə münaqişələr yaratmaq və respublikaları bir-birindən
asılı etmək siyasətinə üstünlük verdilər. Keçid dövrünə bu
yolla nəzarət etmək istədilər. Öz adamlarından qəhrəmanlar
yaratdılar. Liderlər yetişdirdilər. Meydanlarda liderlər və
diletantlar vasitəsilə (bilməyərəkdən KQB-ə xidmət edənlər)
hərəkatları idarə elədilər. Bir məsələni də qeyd etmək yerinə
düşərdi ki, münaqişələr, böhranlar KQB tərəfindən
Qorbaçovun devrilməsinə əsaslanmışdı. Bu daha çox 1989-
1990-da baş verdi. Münaqişələr həm də Qorbaçovu devirmək
məqsədilə,
siyasi
və
ictimai
təzyiq
vasitəsi
kimi
formalaşdırıldı.
1989-1990-cı illərdə Qorbaçov və onun yaxın adamları
Qərbin siyasi dəstəyi ilə Şərqi Avropanı əllərindən verdilər.
ABŞ-a güzəşt etdilər. Bunu görən Sovet KQB-si Yeltsini
Qorbaçova qarşı hazırladı və onu zərərsizləşdirdi. Rusiyanı
əlində saxladı. KQB Yeltsinin əli ilə MDB-ni yaratdı. Yeni
SSRİ-nin qurulmasını təxminlədi. Münaqişələr qızışdı.
Münaqişələrə tam nəzarət əldə olundu. KQB Yeltsinin əli ilə
Vladimir Putini hakimiyyətə gətirdi ki, Rusiya daha da
güclənsin.
Putinin SSRİ-ni yaratmaq planı əslində MDB-nin
davamıdır.
Belə ehtimal etmək olar ki, keçmiş SSRİ məkanında bu
gün də münaqişələr –istər məğlub, istərsə də qalib tərəflərdə
olsun-Rusiya xüsusi xidmət orqanlarının nəzarətindədir. Bunu
da təbii hal kimi başa düşmək olar. Onlar imperiya naminə yeni
SSRİ-ni yaratmaq istəyirlər.
SSRİ qoşunlarının Əfqanıstandan çıxarılması (1989),
1990-da Almaniyanın birləşməsi, 1989-1990-cı ilərdə Şərqi
Avropanın sosialist düşərgəsinin dağılması, SSRİ qoşunlarının
Dostları ilə paylaş: |