166
Mixail Saakaşvili Rusiyanın ən yaxın dostudur
Ukrayna prezidenti Poroşenko Rusiyanın kadrıdır. Onu
dostu Putin prezident seçdirdi. Putin onu Ukrayna cəmiyyətinə
təqdim etdi.
Vladimir Putin, Saakaşvili və Poroşenko dostdurlar! Onlar
dostlarını ( Saakaşvilini) Litvaya ezamiyyətə göndəriblər.
Yazılma tarixi-08 avqust 2017-ci il
Rusiyanın gələcək layihələri barədə
Belə hesab etmək olar ki, Rusiya yaxın gələcəkdə özünün
Qafqaz-Asiya; Qafqaz-Avropa strategiyalarının reallaşması
üzrə
Rusiya-Gürcüstan-Türkiyə;
Rusiya-Gürcüstan-Ermə-
nistan-İran layihələrini həyata
keçirəcək
Yazılma tarixi-08 avqust 2017-ci il
Qaçqınlıqla və məcburi köçkünlüklə bağlı icra
qurumunun rəhbəri haqqında
Qaçqınlıq və məcburi köçkünlük ağır mədəni-mənəvi
məsələdir. Dövlət siyasətini bu yöndə icra edən mərkəzi icra
hakimiyyəti qurumu və onun rəhbəri şəffaf, ədalətli fəaliyyət
həyata keçirməlidir.
Yazılma tarixi-08 avqust 2017-ci
il
167
Filosofluğun tərkibi
Hər fəlsəfəşünas müdrik, filosof ola bilməz. Filosof
yetişmək orijinallıqdan başlayır.
Filosofluqda mənəvi zənginliyin tərkibi olan məziyyət,
fəzilət, mərifət, ədəb-ərkan, qanacaq, xeyirxahlıq, humanistlik
var.
Yazılma tarixi-09 avqust 2017-ci il
Demokratiyamız haqqında
Hər bir xalqın dövlətçiliyinin, hakimiyyətinin (demok-
ratiyasının) səviyyəsi, təkmil dərəcəsi onun xalqının düşüncə
tərzinə bağlıdır. Bizim insanların böyük əksəriyyətinin düşüncə
tərzi yüksək olmadığından, siyasi məfkurəsi qırıq olduğundan,
xalqımızın demokratiyası da yüksək səviyyədə ola bilməz!
Yazılma tarixi-09 avqust 2017-ci il
Hakimiyyət-xalq simmetriyası
Yalnız sağlam cəmiyyətlər sağlam hakimiyyət yetişdirə və
sağlam ideoloji dövlətçilik formalaşdıra bilər. Təbii ki, bu da
ideallıqdır. Xalq-öz hakimiyyətinə, hakimiyyəti də xalqına
bənzəyir. Çünki hər ikisini cəmiyyət tərbiyə edir.
Yazılma tarixi-09 avqust 2017-ci il
Dövlət rəhbərinin cəmiyyətdə gücü
Dövlət rəhbərinin və hakimiyyətin, həmçinin ziyalı
təbəqənin cəmiyyətin dərrakə səviyyəsini yüksəkliklərə
qaldırmaq imkanları var. Bunun üçün vəsaitlər taraz
paylanılmalıdır. Cəmiyyət boşluqlardan uzaq olmalıdır. Hər
168
kəsin cəmiyyətdə öz funksiyası layiqincə olmalıdır. Fərd öz
potensialını maksimum səfərbər etməlidir. Dövlət rəhbəri və
hakimiyyət üzərində cəmiyyətin nəzarəti yüksək olmalıdır!
Dövlət rəhbəri elə etməlidir ki, məmurlar üzərində cəmiyyət
ciddi nəzarət hüququna sahib olsun!
Yazılma tarixi-09 avqust 2017-ci il
Azərbaycanda vaxtilə Sovet hakimiyyəti qurulmasaydı
neftin pulları nələri yaratmışdı!
-Qoçuluq
institutu;
-Lotuluq institutu;
-Mollakratiya;
-Ağalıq;
-Bəyçilik;
-Xançılıq;
-Sultanlıq;
-Şahlıq;
-Əmirlik;
-Hərəmxanaçılıq;
-Hamamçılıq;
-Meyxanaçılıq;
-Muğamatçılıq;
-Qəlyançılıq;
-Qəzəlçilik;
-Qumarbazlıq;
-Qamçılıq;
-Şallaqlıq;
-Çadralıq;
-Tövləçilik;
-Xəncərlik;
-Duellik;
-Qəbirstanlıq;
-Köləlik;