150
Türkiyənin zəifliyi
Azərbaycan xalqı birdəfəlik başa düşməlidir ki, Türkiyənin
onu beynəlxalq gərginliklərdən, böhranlardan müdafiə etmək
gücü yoxdur. Azərbaycanla çiyin-çiyinə bütün günü aktyor,
müğənni, molla yetişdirən bir cəmiyyətin və dövlətin gücündən
necə danışmaq olar.
Yazılma tarixi-10 iyul 2017-ci il
Azərbaycan-Rusiya ittifaqı haqqında
Azərbaycan Rusiya ilə xüsusi ittifaq dövləti yarada bilər.
Bu, gələcəkdə Türkiyə-Azərbaycan-Rusiya ittifaqını forma-
laşdıra bilər. Bununla da Dağlıq Qarabağ münaqişəsi sülh yolu
ilə ədalətcəsinə həll olunar.
Bu ittifaqa gələcəkdə Gürcüstan, Ermənistan və İran da
daxil olar.
Əgər Rusiya ilə Azərbaycan arasında xüsusi ittifaq dövləti
formalaşarsa, Azərbaycan Qafqazın və Xəzər regionunun
həlledici, bağlayıcı həlqələrindən biri olar. Türk-Slavyan,
Müsəlman-Xristian dünyasında əvəzsiz rol oynayar!
Yazılma tarixi-10 iyul 2017-ci il
Xristianların humanist dəyərləri
Qərb xristianları bu gün humanizmi əllərində bayraq
tutublar. Buna görə də sivil cəmiyyətlər qura biliblər.
Ermənilər də öz din qardaşlarının yolu ilə getməlidirlər və bizə
-müsəlmanlara qarşı barışdırıcı olmalıdırlar!
Yazılma tarixi-10 iyul 2017-ci il
151
Ölkədə yeni kəşflər və ixtiralar
2018-ci ilin prezident seçkilərindən sonra ölkədə kəşflər,
ixtiralar başlamalıdır. Kəşflər və ixtiralar dövrü dalğa-dalğa
bir-birini əvəzləməli və tamamlamalıdır. 2018-ci ilin prezident
seçkiləri sonrası islahatların davamı olaraq, son onilliklərdə
saxta yollarla yazılmış və heç bir elmi əhəmiyyət kəsb etməyən
elmi işlər ləğv olunmalı, elmi mühit sağlamlaşmalı və
alimoidlər ifşa olunmalıdır.
Ölkədə bir sürü ayağa dolaşan, öz yerini bilməyən saxta
alim var. Onlar elmə böyük ləkədir. Elm bu ləkələrdən
təmizlənməlidir.
Yazılma tarixi-14 iyul 2017-ci il
Həqiqi hərbi xidmətdən möhlət hüququ haqqında
Azərbaycanda həqiqi xidmətdən möhlət hüququ pul
vasitəsilə alına bilər. Belə ki, həqiqi hərbi xidmətə çağırılan
şəxs dövlətə (müdafiə nazirliyini hesabına) müəyyən məbləğdə
pul köçürməklə həqiqi hərbi xidmətdən aylıq, rüblük, illik
möhlət hüququ ala bilər. Həqiqi hərbi xidmətə yararlı olan və
çağırılan şəxs birdəfəlik ödəniş edib həqiqi hərbi xidmətdən
azad oluna bilər. Məsələn, elə adam var ki, hərbi
müəkəlləfiyyətlidir, hərbi xidmət keçməlidir, lakin istedadı,
qabiliyyəti, bacarığı daha çox başqa sahələrdə yarayır. Həmin
şəxsin özü, onun himayəçisi (başqa fiziki şəxs, ya da hüquqi
şəxs, üzərinə öhdəlik götürəni, iş sahibkarı) məsuliyyəti öz
üzərinə götürərək birdəfəlik ödəniş etməklə həqiqi hərbi
xidmətdən tam şəkildə azad oluna bilər. Hərbi mükəlləfiyyətli
şəxs yalnız müəyyən təlimlərdə, ilkin hərbi hazırlıqlarda iştirak
edə bilər.
152
Yazılma tarixi-15 iyul 2017-ci il
Əhaliyə pulsuz yanacağın verilməsi haqqında
Azərbaycan neft-qaz ölkəsi olduğundan öz vətəndaşlarına
(ölkədə yaşayanlar və avtomobil sahibi olanlara) ildə təxminən
50-100 litr civarında pulsuz benzin və dizel verə bilər.
Avtomobil sahibi olan şəxslərə bu məqsədlə yanacaq doldurma
məntəqələrindən benizn və ya da dizel almaq üçün kartlar da
paylana bilər.
Yazılma tarixi-17 iyul 2017-ci il
Əhaliyə əlavə pul ödənişlərinin edilməsi
İqtisadiyyatı,
bu
baxımdan
istehsalatı,
istehlakı
gücləndirmək metodlarından biri də bayram günlərində dövlət
tərəfindən
əhaliyə
əlavə
pul
ödənişlərinin
həyata
keçirilməsindən ibarətdir. Bu pul ödənişləri sosial –rifahı təmin
etməklə yanaşı, bazarı sürətləndirən, kök etibarilə istehsalatı
artıran faktor rolunu oynaya bilər.
Yazılma tarixi-17 iyul 2017-ci il
Texniki təfəkkürümüz-sərvətimizdir
Əgər biz özümüzdə texniki təfəkkürü formalaşdırsaq və
əməllərimizi, fəaliyyətimizi bu istiqamətlərə yönəltsək, onda,
neft və qaz bizim üçün yeganə strateji məhsul ola bilməz.
Yazılma tarixi-17 iyul 2017-ci il
153
Heydər Əliyev Allahın göndərdiyi elçi olub
Milli Liderimiz Heydər Əliyev öz doğmalarını xalqın,
xalqı da öz doğmalarının tərkibi kimi görüb. Bununla da xalq
onun üçün bütöv doğma olub. O, Allah Elçisi olub! Xalq üçün
xilaskar missiyanı yerine yetirib. Bunu hər kəs dərk etməlidir.
Milli Liderimiz Heydər Əliyevin ruhu, dövlətçilik ideyaları
zamandan-zamana daşınmalıdır!
Heydər Əliyev ictimai ruhlu adam olub. O, özünü xalqın
tərkibi kimi görüb. Bütün potensialını xalqa xidmətə yönəldib.
Xalqa enerji verib və özü də xalqdan ilhamlanıb.
Yazılma tarixi-17 iyul 2017-ci il
Rusiyanın Cənubi Qafqazda xilaskar missiyası
Rusiya Cənubi Qafqazın xilaskar mələyi rolunda çıxış
etməli və regionda bütün xalqları barışdırmalıdır.
Cənubi Qafqazda hədsiz dağıdıcı fəlakətlərə yol aça bilən
raket müharibələrinin qarşısını Rusiya əvvəlcədən almalıdır.
Allah bizi böyük bəlalardan qorusun!
Yazılma tarixi-17 iyul 2017-ci il
Din və düşüncə haqqında
Bir çox insan dini inancında, dini baxışlarında mövhumata,
xurafata, sadəlövlüyə, gözübağlılığa, əməlində cəhalətə yol
verir. Belə ki, bir çoxları dini məntiqdən, idrakdan,
təfəkkürdən,
şüurdan, insan düşüncələrindən, zəkadan,
qavramadan, analizdən (nəticələr çıxarmaqdan) tamamilə kənar
hesab edirlər. Mücərrədliyə varırlar. Mənim zənnimcə bu
yanılışlıqdır. Həqiqətdə din həqiqi və mütləqlərdən ibarətdir.
İnsanın içində, ətrafında, yanındadır.
Dostları ilə paylaş: |