173
ayaqlar, boyun bu quyruğu xilas etmək uğrunda mübarizəyə
başlayır. Bədən çabalayır. Bütün sistem və siqnallar işə düşür.
Bədən fiziki cəhətdən gücə gəlir. Başdan, boğazdan nərilti,
kişnəmə səsləri gəlir. Ah-nalə qopur. Lakin baş və bədən özünü
xilas edə bilmir. Nəticə etibarilə ah-fəryad qopur, inilti, uğultu,
ağlaşma səsləri gəlir. Canlı göz yaşı axıdır. Dil tökür, dili
bayıra çıxır. Yazıq baxışlar meydana gəlir. Nəhayət, bu
canlının quyruğunu məngənədə saxlayan rəhmə gəlir, onu
buraxır. Bir daha şıltaqlıq etməmək barədə xəbərdarlıq edir.
Yazılma tarixi-21 avqust 2017-ci il
Azərbaycan-erməni barışığı
Azərbaycanlılarla ermənilər arasında barışığa nail olmağın
yollarından biri də iki xalq arasında qohumluğun yaradılması
ilə bağlıdır. Bu məsələdə Rusiya və Türkiyə dəstəkçi ola
bilərlər. Həmçinin Türkiyə-Rusiya birliyi fonunda Türkiyə
Ermənistanla sərhədlərini açmalıdır ki, ermənilərdə yumşaqlıq
əmələ gəlsin.
Yazılma tarixi-23 avqust 2017-ci il
Dinin öyrənilməsi
Dini fənn səviyyəsinə endirib tədris etmek olmaz. Çünki bu
fənni oxuyanlar və oxumayanlar tapıla bilər. Hər ikisi də cahil
olar. Biri-fanat cahil, digəri isə dini savadsız cahil.
Yazılma tarixi-23 avqust 2017-ci il
Mədəniyyətlərin toqquşması
Hadisələrin bu cür gedişatı onu göstərir ki, biz
Azərbaycanda azad qadına ikinci dəfə heykəl qoyacağıq. Çox
174
güman ki, Kirovun heykəlinin yerində. Ərəblər bizim
cəmiyyəti geriyə aparır. Milli qara çadraların sayı sürətlə artır.
Bizim çadralılar ərəblərlə yarışa giriblər. Çadra modası
sürətlə yayılır. Burada din arxa plana keçib.
Mən başa düşə bilmirəm, bu çadralıların çimərliklərdə və
hovuz kənarlarında çadra ilə gəzməklərində nə məqsədləri var?
Yazılma tarixi-24 avqust 2017-ci il
Rusiya-Ukrayna birliyi
Tarixin
keşməkeşli
sınaqlarından
birgə
adlamış,
çətinliklərə birgə sinə gərmiş və birgə tarix yaratmış iki qardaş
xalqın-rusların ve ukraynalıların arasına girib onları düşmən
etmək tarixin ən böyük günahlarından biridir.
Arzu edirəm, tezliklə barışsınlar! Birləşsinlər!
Slavyanlar birliyi sevən zəhmətkeş xalqlardır. Gec-tez
Ukrayna Rusiyaya geri qayıdacaq. Ərköyünlüyü davam edərsə,
Rusiya onu ciddi cəzalandıracaq. Yəqin, Ukrayna da bunu bilir.
Şərqi Avropada Ukrayna-Rusiya birliyi olmasa, heç
Qafqazda da rahatlıq olmaz! Baltikyanı ölkələr də rahat yaşaya
bilməzlər.
Yazılma tarixi-24 avqust 2017-ci il
Rusiyanın inteqrasiya siyasəti
Hadisələrin gedişatı onu göstərir ki, təxminən 2020-ci
illərdə keçmiş SSRİ-də Rusiya mərkəzli birliyin yaradılması
prosesləri həyata keçəcək. Keçmiş SSRİ- respublikaları
Rusiyadan yarımasılı vəziyyətdə qalacaqlar. Rusiya əsasən bu
ölkələrin xarici siyasət strategiyasını nəzarət altında
saxlayacaq. Daxili siyasətlərini də uzlaşdıracaq. Ölkələrin
dıplomatiyasında Rusiya müşahidələri formalalacaq.
175
Rusiya keçmiş SSRİ məkanında yeni ittifaqı bir neçə qısa
mərhələdə formalaşdıracaq. Yeni ittifaqa özünün bütün
dəyərlərini transfer edəcək. Bu ittifaq əvvəlkindən daha da
güclü olacaq. Çünki, slavyanlar və türklər ittifaqın aktiv üzvləri
olacaq.
Rusiya özünün qəlbini və qapılarını keçmiş SSRİ-yə açıq
edəcək. Respublikaları öz ağuşuna alacaq. Onların vətəndaş-
larına pasportlar verəcək, onlara imtiyazlar tanıyacaq.
Yazılma tarixi -24-25 avqust 2017-ci il
Sovet hökumətinin xeyirxah missiyası
Sovet hökuməti öz tərkibinə daxil olan xalqlar üçün “Brayl
Əlifbası” rolunu oynayıb. Brayl Əlifbası gözdən əlil olan
insanlar üçün yazıb oxumağı bacarmaq məqsədilə Luis Brayl
tərəfindən tərtib olunmuş şriftdir.
Digər tərəfdən də xalqların maarifçilik “oftalmoloqu”
funksiyasını yerinə yetirib.
Yazılma tarixi-25 avqust 2017-ci il
Xristian və yahudi dəyərləri haqqında
Allahın bizə rəhmi gəlib ki, biz xristianlarla, yahudilərlə
çiyin-çiyinə, qonşuluqda və iç-içə yaşamışıq. Onlardan
mədəniyyət öyrənmişik. Onların Avropadan qəbul etdikləri
dəyərlərə şərik çıxmışıq. Əgər onlarla qonşuluqda və iç-içə
yaşamasaydıq, indi nə günə qalmışdıq-onu Allah bilir!
Yazılma tarixi-26 avqust 2017-ci il
176
Biz kimik silsiləsindən-xalisliyimiz
Əvvəllər yazıçılar, ədəbiyyatçılar, alimlər maddi və sosial
təminatlı yaşayardılar. Qonorarlar, mükafatlar alardılar.
Fərəhlənirdilər, qol-qanad açardılar. Ruh sarsıntıları, könül
qırıqlıqları ilə rastlaşmazdılar. İctimai nüfuzları da ki, öz
yerində. –Biz belə eşitmişik. Təsəvvür edək ki, bizim məkanda
daha çox qeyri-müsəlmanlar, qeyri-azərbaycanlılıar yaşasay-
dılar, indi onlar hansı səviyyələrə yüksələrdilər. Dünya elminə
silsilə şəkilində imzalar qoyardılar, -enerji resurslarının
hesabına.
Yazılma tarixi-26 avqust 2017-ci il
Sovet hökumətinin Azərbaycan xalqına verdiyi
məziyyətlər barədə
Skamyalı və məhəccərli parklar, eqzotik və təbii ağaclı,
gül-çiçəkli meşə zolaqları, prospekt və meydanlar salmaq
Azərbaycan xalqı üçün Sovet hökumətindən qalma bir
ənənədir. Ekologiya və istirahət mədəniyyətinin tərkibidir.
Estetika və etikanın tərkibidir. Bu ali mədəniyyəti bizə Sovet
hökuməti ötürüb. Təsəvvür edək ki, Sovet hökuməti yoxdur və
azərbaycanlılar da ümumən xalis, bu baxımdan da xam, kal,
yetişməmiş, Şərq zülmündə qalmış bir xalqdır. (Qeyd: mən bur
fikri hər kəsə aid etmirəm. Ancaq dəyərli, zəhmətkeş, dünyaya
açıq gözlə baxan ziyalı insanlarımız da çox idi). Bizim indiki
parkların və meydanların yerində nələr olardı:
-Matəm meydanları- dünyasını dəyişmiş molla liderlərə
yas mərasimləri saxlamaq üçün. Mollaların şəkilləri başlar
üstündə, posterlərdə;
-Şallaq meydanları-“günaha batmışları” cəzalandırmaq və
“haqq yoluna” qaytarmaq üçün;
-Cəllad meydanları-“cinayət
işlətmiş” şəxslərin əl-
ayaqlarını kəsmək üçün;
Dostları ilə paylaş: |