Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə49/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   45   46   47   48   49   50   51   52   ...   85

173
 
 
ayaqlar,  boyun  bu  quyruğu  xilas  etmək  uğrunda  mübarizəyə 
başlayır. Bədən çabalayır. Bütün sistem və siqnallar işə düşür. 
Bədən  fiziki  cəhətdən  gücə  gəlir.  Başdan,  boğazdan  nərilti, 
kişnəmə səsləri gəlir. Ah-nalə qopur. Lakin baş və bədən özünü 
xilas edə bilmir. Nəticə etibarilə ah-fəryad qopur, inilti, uğultu, 
ağlaşma  səsləri  gəlir.  Canlı  göz  yaşı  axıdır.  Dil  tökür,  dili 
bayıra  çıxır.  Yazıq  baxışlar  meydana  gəlir.  Nəhayət,  bu 
canlının  quyruğunu  məngənədə  saxlayan  rəhmə  gəlir,  onu 
buraxır. Bir daha şıltaqlıq etməmək barədə xəbərdarlıq edir.  
 
Yazılma tarixi-21 avqust 2017-ci il 
 
Azərbaycan-erməni barışığı 
 
Azərbaycanlılarla ermənilər arasında barışığa nail olmağın 
yollarından  biri  də  iki  xalq  arasında  qohumluğun  yaradılması 
ilə  bağlıdır.  Bu  məsələdə  Rusiya  və  Türkiyə  dəstəkçi  ola 
bilərlər.  Həmçinin  Türkiyə-Rusiya  birliyi  fonunda  Türkiyə 
Ermənistanla  sərhədlərini  açmalıdır  ki,  ermənilərdə  yumşaqlıq 
əmələ gəlsin. 
 
Yazılma tarixi-23 avqust 2017-ci il 
 
Dinin öyrənilməsi  
 
Dini fənn səviyyəsinə endirib tədris etmek olmaz. Çünki bu 
fənni oxuyanlar və oxumayanlar tapıla bilər. Hər ikisi də cahil 
olar. Biri-fanat cahil, digəri isə dini savadsız cahil. 
 
Yazılma tarixi-23 avqust 2017-ci il  
 
Mədəniyyətlərin toqquşması 
 
Hadisələrin  bu  cür  gedişatı  onu  göstərir  ki,  biz 
Azərbaycanda  azad  qadına  ikinci  dəfə  heykəl  qoyacağıq.  Çox 


174
 
 
güman  ki,  Kirovun  heykəlinin  yerində.  Ərəblər  bizim 
cəmiyyəti geriyə aparır. Milli qara çadraların sayı sürətlə artır. 
Bizim  çadralılar  ərəblərlə  yarışa  giriblər.  Çadra  modası 
sürətlə yayılır. Burada din arxa plana keçib. 
Mən  başa  düşə  bilmirəm,  bu  çadralıların  çimərliklərdə  və 
hovuz kənarlarında çadra ilə gəzməklərində nə məqsədləri var? 
 
Yazılma tarixi-24 avqust 2017-ci il 
 
Rusiya-Ukrayna birliyi 
 
Tarixin 
keşməkeşli 
sınaqlarından 
birgə 
adlamış, 
çətinliklərə birgə sinə gərmiş və birgə tarix yaratmış iki qardaş 
xalqın-rusların  ve  ukraynalıların  arasına  girib  onları  düşmən 
etmək tarixin ən böyük günahlarından biridir. 
Arzu edirəm, tezliklə barışsınlar! Birləşsinlər! 
Slavyanlar  birliyi  sevən  zəhmətkeş  xalqlardır.  Gec-tez 
Ukrayna  Rusiyaya  geri  qayıdacaq.  Ərköyünlüyü  davam  edərsə, 
Rusiya onu ciddi cəzalandıracaq. Yəqin, Ukrayna da bunu bilir. 
Şərqi  Avropada  Ukrayna-Rusiya  birliyi  olmasa,  heç 
Qafqazda da rahatlıq olmaz! Baltikyanı ölkələr də rahat yaşaya 
bilməzlər. 
 
Yazılma tarixi-24 avqust 2017-ci il  
 
 
Rusiyanın inteqrasiya siyasəti 
 
Hadisələrin  gedişatı  onu  göstərir  ki,  təxminən  2020-ci 
illərdə  keçmiş  SSRİ-də  Rusiya  mərkəzli  birliyin  yaradılması 
prosesləri  həyata  keçəcək.  Keçmiş  SSRİ-  respublikaları 
Rusiyadan  yarımasılı  vəziyyətdə  qalacaqlar.  Rusiya  əsasən  bu 
ölkələrin  xarici  siyasət  strategiyasını  nəzarət  altında 
saxlayacaq.  Daxili  siyasətlərini  də  uzlaşdıracaq.  Ölkələrin 
dıplomatiyasında Rusiya müşahidələri formalalacaq. 


175
 
 
Rusiya keçmiş SSRİ məkanında  yeni ittifaqı bir neçə qısa 
mərhələdə  formalaşdıracaq.  Yeni  ittifaqa  özünün  bütün 
dəyərlərini  transfer  edəcək.  Bu  ittifaq  əvvəlkindən  daha  da 
güclü olacaq. Çünki, slavyanlar və türklər ittifaqın aktiv üzvləri 
olacaq. 
Rusiya  özünün  qəlbini  və  qapılarını  keçmiş  SSRİ-yə  açıq 
edəcək.  Respublikaları  öz  ağuşuna  alacaq.  Onların  vətəndaş-
larına pasportlar verəcək, onlara imtiyazlar tanıyacaq. 
 
Yazılma tarixi -24-25 avqust 2017-ci il  
Sovet hökumətinin xeyirxah missiyası 
 
 
Sovet hökuməti öz tərkibinə daxil olan xalqlar üçün “Brayl 
Əlifbası”  rolunu  oynayıb.  Brayl  Əlifbası  gözdən  əlil  olan 
insanlar  üçün  yazıb  oxumağı  bacarmaq  məqsədilə  Luis  Brayl 
tərəfindən tərtib olunmuş şriftdir.  
Digər  tərəfdən  də  xalqların  maarifçilik  “oftalmoloqu” 
funksiyasını yerinə yetirib. 
 
Yazılma tarixi-25 avqust 2017-ci il  
 
Xristian və yahudi dəyərləri haqqında 
 
Allahın  bizə  rəhmi  gəlib  ki,  biz  xristianlarla,  yahudilərlə 
çiyin-çiyinə,  qonşuluqda  və  iç-içə  yaşamışıq.  Onlardan 
mədəniyyət  öyrənmişik.  Onların  Avropadan  qəbul  etdikləri 
dəyərlərə  şərik  çıxmışıq.  Əgər  onlarla  qonşuluqda  və  iç-içə 
yaşamasaydıq, indi nə günə qalmışdıq-onu Allah bilir! 
 
Yazılma tarixi-26 avqust 2017-ci il  
 
 
 
 
 
 


176
 
 
Biz kimik silsiləsindən-xalisliyimiz 
 
Əvvəllər  yazıçılar,  ədəbiyyatçılar,  alimlər  maddi  və  sosial 
təminatlı  yaşayardılar.  Qonorarlar,  mükafatlar  alardılar. 
Fərəhlənirdilər,  qol-qanad  açardılar.  Ruh  sarsıntıları,  könül 
qırıqlıqları  ilə  rastlaşmazdılar.  İctimai  nüfuzları  da  ki,  öz 
yerində. –Biz belə eşitmişik. Təsəvvür edək ki, bizim məkanda 
daha  çox  qeyri-müsəlmanlar,  qeyri-azərbaycanlılıar  yaşasay-
dılar, indi onlar hansı səviyyələrə yüksələrdilər. Dünya elminə 
silsilə  şəkilində  imzalar  qoyardılar,  -enerji  resurslarının 
hesabına.  
 
Yazılma tarixi-26 avqust 2017-ci il  
 
Sovet  hökumətinin  Azərbaycan  xalqına  verdiyi 
məziyyətlər barədə 
 
 
 
Skamyalı  və  məhəccərli  parklar,  eqzotik  və  təbii  ağaclı, 
gül-çiçəkli  meşə  zolaqları,  prospekt  və  meydanlar  salmaq 
Azərbaycan  xalqı  üçün  Sovet  hökumətindən  qalma  bir 
ənənədir.  Ekologiya  və  istirahət  mədəniyyətinin  tərkibidir. 
Estetika  və  etikanın  tərkibidir.  Bu  ali  mədəniyyəti  bizə  Sovet 
hökuməti ötürüb. Təsəvvür edək ki, Sovet hökuməti yoxdur və 
azərbaycanlılar  da  ümumən  xalis,  bu  baxımdan  da  xam,  kal, 
yetişməmiş, Şərq zülmündə qalmış bir xalqdır. (Qeyd: mən bur 
fikri hər kəsə aid etmirəm. Ancaq dəyərli, zəhmətkeş, dünyaya 
açıq  gözlə  baxan  ziyalı  insanlarımız  da  çox  idi).  Bizim  indiki 
parkların və meydanların yerində nələr olardı: 
-Matəm  meydanları-  dünyasını  dəyişmiş  molla  liderlərə 
yas  mərasimləri  saxlamaq  üçün.  Mollaların  şəkilləri  başlar 
üstündə, posterlərdə; 
-Şallaq  meydanları-“günaha  batmışları”  cəzalandırmaq  və 
“haqq yoluna” qaytarmaq üçün; 
-Cəllad  meydanları-“cinayət 
işlətmiş”  şəxslərin  əl-
ayaqlarını kəsmək üçün; 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə