Elşən Misir oğlu Nəsibov


Ekstrasenslik və elmin əlavə hissləri tam müəyyən



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə2/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   2   3   4   5   6   7   8   9   ...   85

5
 
 
Ekstrasenslik və elmin əlavə hissləri tam müəyyən  
edə bilmək çarəsizliyi.. ............................................................... 208 
Millətçilik (milliyyətçilik), etnik, milli, dini, irqi ayrıseçkilik  
və onun mənfi fəsadları .............................................................. 211 
Azərbaycanda çirkli pulların bağışlanılması haqqında.  
Açıq iqtisadiyyatın əsasları ........................................................ 213 
Mənəvi, maddi aləm və müdriklik haqqında ........................... 215 
Narsist dövlət rəhbəri haqqında ................................................ 217 
Demokratiya və qeyri-demokratiya haqqında. Siyasi  
quruluş, forma və dövlət idarəçiliyi rejimləri .......................... 219 
Cəmiyyət və insan, cəmiyyət və şəxsiyyət, cəmiyyət və dövlət 
silsiləsindən. Cəmiyyət nədir. İnsanın cəmiyyətdə rolu .......... 225 
Məmur etikası haqqında ............................................................ 239 
Sovet hökuməti Azərbaycan xalqına nə verdi .......................... 242 
Müstəqillik və “Dəmir-saqqız” mübadiləsi .............................. 259 
Rus xalqının mədəni xeyirxah missiyası ................................... 261 
Hakimiyyətin mənfi tərəfləri haqqında mülahizələr,  
qənaətlər ...................................................................................... 262 
Azad cəmiyyət nədir. “Açıq hökumət” nədir. Azad cəmiyyət  
və “Açıq hökumət” haqqında mülahizələr, qənaətlər ............. 268 
Böyük dövlətlərdən ayrılmanın kiçik xalqlar üçün uğursuz 
nəticələri haqqında ..................................................................... 273 
Kommunizm ideologiyasının dəyərləri haqqında .................... 275 
Azərbaycan xalqının tarix boyu yaşadığı ən xoşbəxt  
dövr kommunizm dövrü olub .................................................... 278 
Maddi kapitalın mənfi tərəfləri haqqında ................................ 279 
Dövlət və hakimiyyət rəhbərlərinin böyük kapitala sahib 
olmaları və onun mənfi tərəfləri haqqında ............................... 280 
Kommunizmin diqqət və qayğısı barədə .................................. 282 
NƏTİCƏ ...................................................................................... 283
 
 
 


6
 
 
GİRİŞ: 
 
İnsan  Allahdan  bir  parçadır.  Ətraf  bütün  canlı  aləmlər 
də Allahdan parçadırlar. Allahın elçiləri, peyğəmbərlər, digər 
müdrik şəxslər Allaha daha yaxın olanlardır.  Onlara  bəsirət 
gözlər verilir.  
İnsan  kainatla,  təbiətlə,  ətraf  təbii  aləmlə  üzvi 
vəhdətdədir.  Düşünərkən  öz  daxili  aləmi  ilə  yanaşı,  kainatın 
da  sirrini  açır.  Buna  görə  də  ardıcıl  düşüncələrlə  kainatdan 
çoxlu  məlumatlar  aydınlaşa  bilər.  Bu  məlumatlar  insanın 
içərisindədir.  
Öz  fikrini  sərbəst  şəkildə  qurub,  düşüncələrini  azad 
formada  ifadə  edə  bilməyən  şəxsdən  nə  ailə,  nə  Vətən,  nə 
bəşəriyyət, nə də xalqı sevən çıxar! 
Kainat,  həyat,  insanların  törətdiyi  hadisələr,  proseslər 
məlumatlardan  təşkil  olunur.  Məlumatlar  axınlarını  dərk 
etmək lazım olur.  Bu dərketmə  sayəsində  qeyri-müəyyənliyin 
yeni müəyyənliklə əvəzlənməsi prosesləri yaşanır. Hadisələrə 
münasibət  bildirmək  bacarığı  şəxslərdə  müstəqil  və  təkmil 
düşüncələri meydana gətirir.  
Hər bir hadisəyə, prosesə idrakın imkan verdiyi səviyyədə 
münasibət  bildirmək,  mövqe  ortaya  qoymaq  lazımdır.  Bu 
halda  qeyri-müəyyənlik  müstəvisi  daha  çox  müəyyənliklə 
işıqlanır. Dərrakələr aydınlaşır, qaranlıqda qalan elementlər 
görünür. Aydınlaşmış təfəkkür daha çox praqmatik, çevik və 
aktiv  olur.  Subyektivliyin  məcmu  halı  hesabına  obyektivliyin 
kəmiyyəti  çoxalır.  Hadisələr,  proseslər  özləri  qeyri-müəyyən-
liyi aşkarlayan aktlardır. Bu aktlar sayəsinə biliklər meydana 
gəlir.  Əldə  olunmuş  məlumatlar  qaydaları,  normaları  və 
davranış  kəmiyyətlərini  meydana  gətirir.  Düşüncələrin 
nəticələri  olan  aydınlıqlardan  da  elə  elm  formalaşır.  Elmi 
prinsiplər,  metodlar,  yanaşmalar  özlüyündə  vahid  modelləri 
və  formulaları  formalaşdırır.  Nəticədə  praktiki  tətbiq 
metodları ortaya çıxmış olur.  


7
 
 
Əgər biz müəyyənliyi ortaya qoyan, aşkarlayan cəmləşmiş, 
mürəkkəbləşmiş  fikir  müstəvisini  formalara  salsaq  və  xəyali 
olaraq müstəvilərdə fiqurlar yaratsaq, onda fiqurların uclarında, 
piklərdə,  horizontal  nöqtələrdə,  maili  xətlərin  uclarında,  üfiqi 
sonluqlarda  sadələşmiş,  adiləşmiş  və  müəyyən  məzmun  kəsb 
edən fikirləri görərirk. İstənilən analitik, nəticə mahiyyəti kəsb 
edən  fikir  əslində  müxtəlif  məqamları  müəyyən  edən  adi  və 
sadə fikirdir. Bəsit düşüncədir. 
Ümumiyyətlə,  qeyri-müəyyənlik  müstəvisi  kainatın  özü 
kimi  sonsuzdur.  İnsanlarda  olan  düşüncə  modelləri  sadəcə 
olaraq  bu  müstəvidə  hərəkət  edən  obyektləri,  “cisimləri” 
formalaşdırır.  İnsanlar  özləri  üçün  modellər  yaradırlar  və 
sonsuz  qeyri-müəyyənlikdə  hərəkətlər  edirlər.  Bundan  da 
faydalanmağa,  qeyri-müəyyənlik  mənbəyindən  aşkar  şəkildə 
dəyərlər  əldə  etməyə  və  daxili  qaranlıqlarını  aydınlaşdırmağa 
çalışırlar.  İnsanlar  əllərində  olan  “alətlərlə”  qablarla  qeyri-
müəyyənlik mənbəyindən qidalanırlar.  
Qeyri-müəyyənlik 
müstəvisində 
fikirlər 
məcmusu 
yaradarkən qeyri-müəyyənlik (qaranlıq hissənin bir qismi) təbii 
olaraq  müəyyənliyə  çevrilir.  İlk  növbədə  proses  sadəlikdən, 
adilikdən başlayır. Burada rüşeymdən start götürülür. Sonradan 
konstruksiya  ilə  genişlənmə  başlayır.  Sadəliklər  artır,  axınlar 
və istiqamətlər genişlənir. Fikir müstəvisi qeyri-müəyyənlikdən 
tədricən  müəyyənliyə  keçir.  Qaranlıqlardan  işıqlığa  doğru 
keçidlər olur. Sanki qaranlıq lövhədə rəngli təbaşirlərlə yazılar 
yazılır.  Yazılar  artdıqca  lövhədə  məkan  çatışmır.  Genişlənmə 
zamanı müstəvi sanki dolur, doyur. Bərkimə başlayır və məkan 
çatışmazlığı  meydana  gəlir.  Belə  halda  konstruksiya  keçilməz 
olur,  poladlaşır.  Poladlaşmış  fikir  məbədinin  daxilində 
hərəkətlər  meydana  gəlir.  Nəticə  etibarilə  ən  kiçik  fikirlərə 
gedilib çıxılır. Bu da ilkin rüşeymə aparıb çıxarır. Bu baxımdan 
belə  qənatə  gəlmək  olar  ki,  məbədin  özü-həm  ucları,  həm  də 
daxili,  sadə  fikirlərdən  ibarətdir.  Mürəkkəb  axtarış  elə  sadə 
tərkibləri aydınlaşdırmaqdan ibarət olur.  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə