Elşən Misir oğlu Nəsibov


Sovet  məktəblisi  bu  şəkildə  nizam-intizamla  tərbiyə



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə85/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   77   78   79   80   81   82   83   84   85

288
 
 
Sovet  məktəblisi  bu  şəkildə  nizam-intizamla  tərbiyə 
olunurdu: 
-partada  düzgün  əyləşmək,  parta  yoldaşına  hörmət 
göstərmək; 
-qızla oğlanın bir yerdə parta arxasında əyləşdirilməsi; 
-parta  arxasında  düzgün  əyləşmək,  fiziki  formaya  diqqət 
yetirmək, qamətin düzgünlüynə fikir vermək
-ayaq üstə düz durmaq; 
-düzgün yerimək və yüyürmək, qaçmaq; 
-lövhə önündə əlləri yana salıb düz dayanmaq
-müəllimlərə  hörmət  göstərmək,  onlara  “Siz”  deyə, 
müraciət etmək; 
-müəllimlərə  diqqətlə  qulaq  asmaq  və  fənləri  yaxşı 
oxumaq; 
-çalışqan olmaq, tənbəlliyə nifrət etmək; 
-məktəbli formasında gəlmək; 
-yazı xətlərinə fikir vermək, səliqəli və aydın yazmaq; 
-bütün fənləri dərindən öyrənmək, çalışqan olmaq; 
-dərsi intonasiya ilə danışmaq; 
-əlləri göyə qaldırmaq; 
-səliqəli və təmiz geyinmək; 
-gigiyena qaydalarına əməl etmək; 
-məktəbi və sinif otaqlarını təmiz saxlamaq; 
-məktəbdə-sinif  otaqlarında  və  koridorda  dərs  zamanı  səs 
salmamaq; 
-danışmağa və gülməyə xüsusi fikir vermək; 
-ədəbli olmaq, nəvaziş göstərmək; 
-sinif yoldaşına kömək etmək, qayğıkeş olmaq; 
-eybəcərlikləri pisləmək; 
-fauna və flora mühitinə hörmətlə yanaşmaq; 
-diqqətli olmaq; 
-sinif otaqlarını gül-çiçəklə bəzəmək; 


289
 
 
-sinif otaqlarını portretlərlə bəzəmək; 
-təmiz havalı sinif otaqlarında əyləşmək ; 
-ekskursiyaya getmək; 
-əyləncələr təşkil etmək, şənlənmək; 
-sərgilər təşkil etmək, muzeylər yaratmaq və s.  
 
Müəllimlər və metodistlərin funksiyaları barədə. Uşağın 
beyini  ağ  vərəq  kimidir.  Birdən-birə  onların  beyinlərinə 
mürəkkəb töküb, korlamayın, mürəkkəbləşdirməyin. Təhsildən, 
oxumaqdan  nifrət  hissi  yaratmayın.  Onlar  birdən-birə  hər  şeyi 
qavraya  bilməzlər.  Sizlər  mürəkkəbdən  azacıq  batıra-batıra  öz 
qələminizlə  uşaq  beyin  vərəqinə  sadə  qrafiklər  çəkin,  aydın 
olan sadə məlumatları verin!  
Kasıb  cəmiyyətlərlə  inkişaf  etmiş  cəmiyyətlər  rastlaşanda 
kasıb  cəmiyyətlərdə  yalançılıq,  riyakarlıq,  xəyanət  və  digər 
mənfi hallar həndəsi silsilə ilə artır.  
 
Türkün  avropalı  olması  haqqında.  Türkün  göbəyi 
Asiyada  kəsilib.  Buna  görə  də  Şərq  qəddarlığını,  zülm  və 
istibdadını,  Şərq  vəhşiliyini  genetik  olaraq  özündə  daşıyır. 
Türk  fərdində  tez  özündənçıxma  və  qan  coşqunluğu 
mövcuddur;  üstəgəl  yetişməmiş  kal  təfəkkür  var.  Sistemsiz, 
xaotik  həyat  tərzi  türk  fərdinin  sosial  xarakterindədir.  Buna 
görə  də  Avropa  heç  zaman  türk  xalqlarını  öz  sivil  ailəsinə 
qəbul etməz. 
Din haqqında. Dinlər vəhdətdir. Yol birdir-ALLAH yolu. 
Buna  görə  də  hər  bir  insan  öz  daxilində  bütün  dinlərin 
vəhdətini 
daşımalıdır. 
Müxtəliflik 
tərkiblərin zənginliyi 
üçündür! Mən öz içimdə bütün dinlərə etiqad edənlərdənəm! 
 
Azərbaycanın 
qeyri-avropalı 
olması 
haqqında. 
Azərbaycan  xalqı  Avropalı  ola  bilməz!  Ona  görə  ki,  Avropa 
mədəniyyət  modeli  başqadır.  Azərbaycan  məkan  və 


290
 
 
mədəniyyət  baxımından  Avropaya  aid  olan  element  deyil. 
Düzdür,  Avropanın  bəzi  dəyərlərini  Sovet  hökuməti  bizə 
təqdim  edib.  Xalislikdən,  xamlıqdan  bizi  bir  qədər  xilas  edib. 
Ancaq  Avropalı  şüarları  saxta  səslənir.  Avropalıya  desək  ki, 
Azərbaycan  Avropa  ailəsinin  üzvüdür.  Onda  avropalı  cavab 
verər: -"Onda biz hansı ailənin üzvüyük?!" 
Azərbaycan vaxtilə Sovet dövlətinin tərkibində olmasaydı, 
indi olacaqdı-Moizəçi-Qoçu dövləti. 
 
Şərq  ruhunun  mahiyyəti  haqqında.  Fəlsəfədə  “Şərq 
müdrikliyi”  deyilən  bir  fikir  var.  Bu,  sadəcə  şüardan  ibarət 
imiş. Əslində fərdi xarakter kəsb edirmiş. Myanmada  yaşanan 
hadisələr göstərir ki, Şərq ruhu nə qədər qəddar, zalım, irticaçı, 
yırtıcı,  zülmkar,  bağışlamaz,  mərhəmətsiz,  qeyri-humanist, 
kobud,  eqoist,  xain,  paxıl,  xudbin,  kasıb,  kasad,  çılpaq, 
yeknəsək,  insanın  ləyaqətini,  şəxsiyyətini  alçaldan,  insanlığı 
məhv  edən,  aciz  elementlərdən  ibarət  imiş.  Bunun  da  əsil 
səbəbi  kasıbçılıqdan,  ailə-məişət  və  sosial  problemlərdən 
qaynaqlanır.  Bir  də  Şərq  ruhunda  insanın  özünə  inmasızlığı 
var. İnsan öz potensialını istifadə etmək əvəzinə İlahi qüvvədən 
kömək, imdad umur. 
Dünyada 
Azərbaycan 
diasporasının 
yaranması 
haqqında.  Məlum  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 
münaqişəsindən  qaçqın  və  məcburi  köçkün  düşmüş 
azərbaycanlıların 
böyük 
bir 
qismi 
ölkə 
ərazisində 
məskunlaşmaqdansa,  dünyaya  səpələnsə  yaxşı  olardı.  İndi 
dünyada  böyük  bir  azərbaycanlı  diasporası  yaranmış  olardı. 
Onsuz  da  onlar  torpaqlarını  itirib  pənah  gətirənlər  idi. 
Azərbaycan  hökuməti  həmin  şəxslərin  müəyyən  qisminin 
vaxtında dünya ölkələrinə köçürülməsində yardımçı ola bilərdi.  
 


291
 
 
Sərhədlər 
rejiminin 
yumşaldılması. 
Azərbaycan, 
Gürcüstan, Rusiya, İran, Türkiyə, gələcəkdə isə Azərbaycan və 
Ermənistan  (barışıqdan  sonra),  Mərkəzi  Asiya  respublikaları 
arasında olduqca  yumşaq  məzmunlu  "sərhədlər  rejimi"  tətbiq 
oluna  bilər.  Bu  ölkələr  bir-biriləri  üçün  "əcnəbilər  və 
vətəndaşlığı olmayan şəxslər" ifadəsini, anlayışını çox sadə bir 
formada,  imtiyazlarla  (vətəndaşlara  verilən  hüquqlarla 
müqayisədə) formalaşdıra bilərlər. 
 
Alimin  əbədiliyi  haqqında.  Alim,  filosof  ölmür.  O,  öz 
missiyasını  başa  vurub  əbədiyyətə  qovuşur.  Fikir  yaşadıqca 
yaşayır.  Alimin  əbədi  fikrindən  daima  yeni  fikirlər  doğur. 
Deməli,  alim  bəşəriyyət  üçün  doğulur.  Allahın  bəşəriyyətə 
lütfü olur! 
Lütfizadə  bəşəriyyət  üçün  əbədi  dəyərdir!  Lütfizadənin 
elmi  yaradıcılığı  toplanıb,  məcmu  halına  salınıb  ali 
məktəblərdə  ayrıca  dərs  vəsaiti  kimi  tədris  olunmalıdır.  Bir 
fənn kimi öyrədilməlidir. Azərbaycanda Lütfizadə adına orden, 
medal və mükafat təsis oluna bilər. 
Lütfizadənin  heykəl  abidəsi  üçün  ən  münasib  məkan 
AMEA-nın qabağıdır! 
 
Dünyamızın  geriliyi  haqqında.  Bu  gün  Şimali  Koreya 
hidrogen  bombası  sınaqdan  keçirir,  bizdə  isə  orta  əsrlərin 
müsəlman-türk tarixi müzakirə olunur. Erməni xalqının tarixən 
dövlətinin olub-olmaması fikirləri bir-birinə qarışır. Görün, nə 
səviyyədəyik biz! 
Öz bayrağını dalğalandıran dövlət yox, bayrağını dəqiqədə 
qabardan,  onunla  hər  an  qürrələnən  dövlət  zəif  olar.  Çünki, 
bayraq həm də adi bir parçadır.  
Böyük  alimlər  və  elmi  mərkəzlər  haqqında.  SSRİ  və 
ABŞ  dünya  elminin  xeyirxah  mərkəzləri  olublar.  Mənim  fəxr 


292
 
 
etdiyim,  qürur  duyduğum  şəxslərin  siyahısını  çox  uzatmaq 
olar. Onların böyük əksəriyyəti ABŞ və SSRİ-nin təhsil və elm 
mərkəzlərində  yetişiblər,  ali  zirvələrə  çatıblar.  ABŞ  və  SSRİ 
ona  görə  böyük  olublar  ki,  dünya  əhalisinə  ziyalılar  bəxş 
ediblər,  eləcə  də  dünyanın  hafizlərindən,  idrak  sahiblərindən, 
aydınlarından, dərin zəka mənsubiyyətlərindən elə bəşəriyyətin 
özü üçün faydalandırıblar. Dünyanın nəhəng insanlarının ABŞ 
(Qərb)  və  SSRİ-də  ali  zirvələrə  ucalmaları  onu  deməyə  əsas 
verir  ki,  dünyanın  iki  nəhəng  elmi  beşiklərinə  sahib  olan  bu 
dövlətlərin  qəlbləri  nə  qədər  geniş  olub.  Bütün  dünya  elmi 
üçün  açıq  elan  olunub.  Sovet  və  ABŞ  (Avropa da  daxil)  elmi 
və  təhsil  mərkəzləri  sübut  edir  ki,  dünyanın  elm  və  təhsil, 
proqres coğrafiyası məhz Avro-Atlantik  coğrafiyasıdır. Dünya 
elminin  ürəyi  Yer  kürəsinin  şimalındadır.  Bu  da  Avropa 
xalqlarının (ruslar da daxil) nə qədər ali xalqlar olmasını sübuta 
yetirir. Bu xalqlar genetik yaradıcı xalqlardır.  
ABŞ və SSRİ dünya elm adamlarını öz tərəflərinə çəkmək 
uğrunda  rəqabət  aparıblar.  Bununla  da  dünya  sürətlə  inkişaf 
edib. 
 
Mədəniyyətimiz  haqqında.  Moskva  şəhərində  təxminən 
160  teatr  və  aktyorlar  birliyi  fəaliyyət  göstərir.  Bu,  olduqca 
böyük 
rəqəmdir. 
Xalqın 
mədəni-yaradıcılıq 
ruhunun 
zənginliyini  əks  etdirir.  Bu  siyahıda  mən  iki  erməni  teatrının 
adını gördüm: Armen Ciqarxanyanın rəhbərliyi altında Moskva 
Dram  Teatrı  və  S.  Melkonyanın  rəhbərliyi  altında  “Arlekin” 
adlanan  Musiqili-Dram  Teatrı.  Bəs,  bizim  teatrlar  haradadır? 
Bizim mədəniyyət haradadaır? Diasporanın fəaliyyəti budur?! 
Nə  qədər  geri  qalmışıq?!  Yalandan  özümüzü  tərif  edirik. 
Özümüzü tərifdən utanmalıyıq. 
Dinlər  və  ordu  birləşmələri  haqqında.  Din  adı  ilə 
müəyyən  silahlı  birləşmələr  mövcuddur.  Bunlar  terror 
formasında  və  partizan  müharibələri  fonunda  döyüşlər 


293
 
 
aparırlar.  Dünya  tərəfindən  bu  kimi  birləşmələr  qeyri-qanuni 
hesab  olunur.  İnsanlar  da  bu  birləşmələrə  müsbət  münasibət 
bəsləmirlər.  Din  və  silah  heç  zaman  bir-birinə  uyğun  gələn 
amillər ola bilməz.  
Dinlər  heç  bir  müharibəyə,  silahlı  qarşıdurmalara  aid 
olmamalıdır.  Din  tam  başqa  bir  fenomendir  və  insanların 
vicdanlarına, iman və inamlarına, əxlaqi dəyərlərə xidmət edir. 
Din və ordu, hərbi birləşmələr, hərbi ittifaqlar bir-birinə uyğun 
gəlmir. Din şüarları altında, din ideologiyası ilə ordu yaratmaq 
düzgün deyil.  
Məncə,  dünyada  bu  formada  ordu  birləşmələrinin 
qruplaşdırılması, formalaşdırılması düzgün deyil: 
-İslam ordusu; 
-Xristian ordusu; 
-Buddist ordusu; 
-İnduist ordusu; 
-Yahudi ordusu və s.  
Ordu  adı  ilə  din  adı  bir  yerə  sığmaz.  Bu  halda  dinin 
bəşəri dəyərləri heçə enmiş olur. Din özünü hörmətdən salır və 
insanlarda dinə nifrət oyanır. Məsələn, islam, yaxud da xristian 
ordusu  haradasa  bir  əməliyyat  keçirərsə,  bu  hal  dağıntılara, 
fəlakətlərə, sarsıntılara, əzablara, zülmə və haqsızlığa səbəb ola 
bilər. Bu halda dinə qarşı nifrət, kin, qəzəb, hirs arta bilər. Ordu 
başqadır-din başqa. Çox təəssüf ki, ordu dinə qarışdırılır. Onda 
belə  çıxır  ki,  dinlərin  funksiyaları  qırıb  dağıtmaqdan,  viran 
etməkdən ibarət olur.  


294
 
 
Terror kasıb cəmiyyətlərin pasportudur. 
SSRİ haqqında. SSRİ elitasının və dövlətçiliyinin əsas 
dayaq  sütunlarından  biri  Yuriy  Andropov  imiş.  Onun 
ölümündən sonra SSRİ zəifləyib. Deməli, güclü dövlətlər həm 
də  güclü  şəxsiyyətlərlə  bağlıdır.  Vladimir  Putin  keçmiş  SSRİ 
məkanında  güclü  inteqrativ  birlik  yarada  bilər.  Bunun  uçün 
kommunizm-sosializm  ideologiyası  kömək  edə  bilər.  Çünki 
dayağı var.  
Hitlerin 
SSRİ-yə 
hücumu 
haqqında. 
Hitler 
hakimiyyətinin  SSRİ-yə  hücum  planının  səbəblərindən  biri  də 
Almaniyanın  Böyük  Oktyabr  Sosialist  İnqilabından  (rəhbər 
Lenindən, onun quruluşundan) heyif çıxması ola bilərdi. 
Mixail  Saakaşvili.  “Qərb-2017”  Rusiya-Belorusiya 
birgə  hərbi  təlimləri  və  Mixail  Saakaşvilinin  Ukrayna 
sərhəddini  keçmə  problemi  arasında  harmonik  əlaqələr  ola 
bilər. Mixail Saakaşvili "Robin Qud"dur, yəni?! 
İslam və biz. Ən baxımsız yollar qəbirstanlıqlara gedən 
yollardır.  Bəs  islamçı  olmaq  harada  qalıb?  Müsəlman 
ölkələrində dinə əməl 3-5 faiz olsa, böyük rəqəmdir! Bədbəxt, 
geridə  qalmış  müsəlman!-Din  hara-ordu  hara!  Nə  qədər 
cılızsan! Ordu silah deməkdir. Vicdanın, inamın, əxlaqın silaha 
dəxli var?! 
Bəs Səlib Yürüşü olsa nə günə qalarsan?! 
Ziyalılıq  və  yaşam.  Ədəbiyyatçılar,  rəssamlar, 
heykəltaraşlar,  ümumən  mədəniyyət  və  incəsənət  işçiləri, 
həmçinin  alim  və  professorlar  sosial  fəlakətlər  içərisində 
boğulmamalıdırlar.  Sosial  faciə  yaşamamalıdırlar.  Çünki, 
cəmiyyətin yaradıcı qüvvələridirlər, sosial enerji mənbələridir! 


295
 
 
O xalqa, dövlətə ayıb olar ki, onun ziyalı təbəqəsi aclıq-
səfalət içərisində sürünsün! 
 
Sağlam 
hakimiyyət. 
Sosial-demokratiya, 
yəni, 
cəmiyyətin  hakimiyyəti,  hakimiyyət  üzərində  cəmiyyətin 
nəzarəti olmayan ictimai-siyasi quruluşlar məhvə məhkumdur. 
Qonşuluq  mədəniyyəti.  Ermənilər  bəzən  Azərbaycan 
mahnılarını  tərcümə  edib  oxuyurlar.  Bu,  normal  haldır,  ona 
görə  ki,  regionda  iki  xalqın  mədəniyyəti  arasında  çəpər, 
keçilməz səd, beton hasarlar alınmır. 
Olimpiya  oyunları  barədə.  Məlumdur  ki,  2020  Yay 
Olimpiya  oyunları 
Tokioda  keçiriləcək.  2024  Yay 
Olimpiadasının  paytaxtı  Paris,  2028-ci  il  Yay  Olimpiadasının 
mərkəzi isə Los-Anceles şəhəri elan olundu. 
Bəllidir  ki,  öz  mənşəyini  Afinadan  götürən  olimpiada 
oyunları  dünyanın  həmrəylik  təntənəsidir.  Oyunlar  bəşəri 
dəyərləri  sübuta  yetirən  ən  mühüm  birləşdirici  hadisədir, 
proseslər cəmidir. Dünya xalqları bu fenomenal hadisədən həm 
öz  mədəniyyətlərini  birləşdirirlər,  həm  vahid  dünya 
mədəniyyəti  yaradırlar  (vahid  idman  yaradıcılığı  sahəsində), 
həm də sanki birlik formasında öz ruhlarını paylaşırlar. Dünya 
xalqlarının ruhu bu oyunlarda bir-birilərinə ötürülür. Olimpiada 
rəngarəng  tərkibdə  vahid  dünya  ruhunu  yaradan  unikal 
tədbirdir.  Olimpiada  həm  də  idman  festivalıdır.  Şənlənmə, 
əylənmə (oyunlara tamaşa etmək yolu ilə) xalqların xoşbəxtlik 
rəmzini  özündə  daşıyır.  Olimpiadalarda  keçirilən  yarışlardakı 
idman oyunları və oyunların vahid qaydaları da elə özlüyündə 
hardasa  bütün  insanların  vahid  fiziki  və  ruhi  qaydalarını 
özündə  əks  etdirir.  Kütləvi  idman  bəşəri  düşüncələrin 
aydınlaşmasında, işıqlanmasında əvəzsiz rol oynayır.  


296
 
 
Olimpiadaların keçirilməsi meqa idman hadisəsidir. Bu 
baxımdan  da  bu  oyunların  yüksək  səviyyədə  təşkili  üçün 
yüksək  standartlar  tətbiq  olunur.  Olimpiada  kütləvi  nəhəng 
tədbir  olaraq  yüksək  tələblərə  cavab  verən  mexanizmlərdən, 
oyun növləri və oyun mərkəzlərindən, həmçinin idmançılardan 
ibarətdir.  Bu  oyunların  ürəkaçan  formada  və  məzmunda 
keçirilməsi  üçün  mütləq  şəkildə  yüksək  səviyyəli  idman 
obyektləri  tələb  olunur.  Olimpiadalar  üçün  tələb  olunan  digər 
standartlar bunlardan ibarət ola bilər: 
-cəmiyyətin,  ölkənin  və  xalqın  kütləvi  idman  ruhunun 
mövcudluğu; 
-idmanın mədəni tədbir kimi qəbul edilməsi; 
  
-qəbul  edən  ölkədə  siyasi  sabitliyin  mövcudluğu  və 
ictimai asayişin, ictimai durumun sabit olması; 
 
-iqtisadi və sosial inkişaf səviyyəsinin yüksəkliyi; 
  
-terror risqlərinin olmaması; 
 
-qəbul edən xalqın mədəni səviyyəsinin yüksəkliyi
 
-idmançılara  və  gələn  digər  qonaqlara  xidmətlər 
səviyyəsinin yüksəkliyi və s. 
 
Ümumiyyətlə,  bütün  atmosfer  standartlar  baxımından 
bir-birini  tamamlamalıdır.  Gələn  turistlər  və  idmançılar  sözün 
əsil  mənasında  istirahət  etməli  və  bayram  keçirməlidirlər. 
İdmançılara olan münasibət yumşaq olmalıdır.  
 
Olimpiadalar (Yay Olimpiya oyunları və Qış Olimpiya 
oyunları) 
adətən,  Avropa  ölkələrində,  bu  baxımdan 
Yunanıstan, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, 
Finlandiya  və  Hollandiyada;  Rusiyada;  Yaponiya  və  Cənubi 
Koreyada,  Çində;  Avstraliyada,  ABŞ,  Kanada  və  Meksikada, 


297
 
 
Braziliyada keçirilib. Bu siyahıda Hindistan, Pakistan, Türkiyə, 
Misir, 
İran 
və 
Səudiyyə 
Ərəbistanının, 
Hindi-Çin 
yarımadasında  yerləşən  ölkələrin,  Afrika  qitəsi  ölkələrinin 
adları yoxdur. Səbəbləri aşağıdakılar ola bilər: 
 
-xalqların idman ruhunun zəifliyi; 
 
-kütləvi idman bazasının zəifliyi; 
 
-çeşidli  idman  növünün  (olimpiya  idman  növünə  aid 
olanlar) olmaması; 
 
-idman infrastrukturunun çatışmazlığı; 
 
-idman yarışlarının zəif effektiv təsiri
 
-cəmiyyətlərdə kriminogen durumun kövrəkliyi; 
 
-siyasi sabitliyin kövrəkliyi; 
 
-idmançıların qeyri-rahatlığı və qorxu amili 
Zəif  ölkələrin  adları  sadalananda  idmançılarda  ilk 
düşüncə kimi terror amili göz önünə gəlir.  
 
Şərq ölkələrində, Afrika qitəsində idmana münasibətdə 
kasadlıq var və digər tərəfdən də vəsaitlər çatışmır. 
 
Bu  baxımdan  da  Olimpiada  kimi  nüfuzlu  və  mötəbər 
idman  növünün  ali  səviyyədə  keçirilməsi  və  sözün  əsil 
mənasında  bayram  tədbiri  kimi  qeyd  edilməsini  təmin  etmək 
məsuliyyətini  daima  inkişaf  etmiş  ölkələr  öz  üzərlərinə 
götürürlər və bu idman bayramınıı təhlükələrdən qoruyurlar. 
Keçmiş  SSRİ-də  reinteqrasiya  prosesləri  haqqında. 
ABŞ SSRİ-nin dağılmasına iradi olaraq çalışdı. İndi isə SSRİ-
nin bərpasına qeyri-iradi olaraq çalışır. Keçmiş SSRİ-də Rusiya 


298
 
 
mərkəzli  inteqrasiya  siyasətinin  üç  cinah  qolu  var:  Mərkəzi 
Asiya  qolu,  -yumşaq,  liberal,  konsensuslu  cinahdır;  Cənubi 
Qafqazda  Ermənistan  qolu,  -konsensuslu  mütləq  cinahdır; 
Qərbdə Belorus qolu,-birmənalı, mədəni mütləq cinahdır. 
Ukrayna 
və 
Baltikyanı  respublikaların  reinteq-
rasiyasında  Belorus  mərkəzdir.  Xüsusilə,  buradan  Ukraynaya 
böyük təsirlər göstərilir.  
Ermənistan  cinahı  Gürcüstan  və  Azərbaycanın  keçmiş 
SSRİ inteqrasiyasına qoşulmasında mühüm təsir edəcəkdir.  
Sadalanan istiqamətlər daxili cinahlardır. SSRİ-nin yeni 
əsaslarla  bərpasında  xarici  cinahlar  da  vardır:  Bunlara 
Avropada  Almaniya  və  Fransa,  Cənubda  Türkiyə  və  İran, 
Cənub Şərqdə isə Çin aiddir. 
Cəmiyyət və ümumi xarakter haqqında. Cəmiyyətdə 
yaşayan insanlar fərqli –fərdi və ümumi-oxşar xarakterə malik 
olurlar.  Ümumi  prinsiplər  və  postulatlar,  qaydalar  ümumi 
xarakteri  formalaşdırır.  Ümumi  xarakter  ümumi  vərdişlərdən, 
davranışlardan,  əməllərdən  meydana  gəlir.  Fərdlər  arasında 
ümumi  münasibət  formaları  və  tələbləri  ümumi  xarakterin 
yaranmasını  zəruri  edir.  Ümumi  xarakter  fərdi  xarakterin 
sistemli əsaslarla formalaşmasını təmin edir. Ümumi qaydalara 
tabe  olanda  cəmiyyət  daha  sağlam  olur.  İctimai  mənafe  fərdi 
mənafeni üstələyir. İctimai mənafe zəngin olanda fərdi mənafe 
də  zənginləşir,  dolğunlaşır.  Sosial  təmayüllü  quruluşlar 
dövlətlərin  də  sağlamlaşmasını  təmin  edir.  İctimai  mənafe 
güclü olduqda fərdi təhlükəsizlik və fərdi qayğı da yüksək olur. 
Ümumi  və  ictimai  xarakter,  ictimai  vərdişlər  insanların, 
fərdlərin ruhi sağlamlaşmasına xidmət edir.  


299
 
 
İstedadlılar  haqqında.  Fərdlərdə,  şəxslərdə  olan 
istedad  qabiliyyət  olaraq  dəyərdir.  İstedad  bacarıqdır, 
quruculuq  və  yaradıcılıq  məharətidir.  İstedadları  nəsil  irsən 
yetişdirir.  İstedadlılıq  qanda  olur.  İstedad  Allahın  bəxş  etdiyi 
lütfdür.  Azərbaycanın  Xalq  Artisti  Cənnət  Səlimova  ilə 
Lütfizadə  xala  qızı,  xala  oğludurlar.  Mən  öz  ailəmlə  birlikdə 
dəfələrlə  Gənc  Tamaşaçılar  Teatrında  Cənnət  xanımın  quruluş 
verdiyi  tamaşalara  baxmışam.  Hər  dəfə  də  zövq  almışam. 
“Aydın”, “Şeyx Sənan”, “Romeo və Culiyetta”, “Hekayəti xırs 
Quldurbasan”,  “Buzovna  kəndinin  əhvalatları”,  “Ezop”,  “Mən 
səni  sevirəm”  və  s.  kimi  tamaşalarını  çox  sevmişik.  Hər  dəfə 
afişada  quruluşçu  rejissor  kimi  Cənnət  xanımın  adını  görəndə 
içimdə  öz-özümə  demişəm  ki,  əla  tamaşa  olacaq.  Tərəddüd 
etmədən  ailəmlə  birlikdə  tamaşaya  bilet  alıb  içəri  daxil 
olmuşam.  Opera  və  Balet  Teatrında  “Sevil”,  “Traviata”  kimi 
operaları  dinləmişəm.  Cənnət  xanımın  istedadına  və 
təşkilatçılığına, quruculuğuna heyranam! 
  
  
 
 
 
 
 


300
 
 
 
 
 
 
 
 
 
 
 
Elşən Misir oğlu Nəsibov 
 
 
MƏNİM PROQRAMIM 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Формат: 60х84 
1
/
16
. Тираъ 200. Сифариш № 125 
 
Elm və Təhsil” nəşriyyatı
 
 
 
 

Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə