Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə84/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   77   78   79   80   81   82   83   84   85

284
 
 
İstehsalat  faizi  çox  aşağı  endi.  Biz  gəlir  mənbələrimizi 
bağladıq. Ümidimizi ancaq neftə, qaza bağladıq.  
Azərbaycan  hökuməti  son  illərdə,  aylarda  vaxtilə  ağılla 
qurulan  iqtisadi-təsərrüfat  sisteminə  müraciət  edir.  Bəli,  çox 
düzgün addımdır. 
Məncə,  Azərbaycanda  fabrikləri,  zavodları,  kombinatları 
tədricən  işə  salmaq  lazımdır.  Sex  şəraitində  istehsalat  dövrü 
başa çatmalıdır. Zirzəmi istehsalatına son qoyulmaldıır. Strateji 
məhsulların  brendi  yaranmalıdır.  Makro  iqtisadi  obyektlər 
işləməlidir:  
-ayaqqabı fabrikləri işə düşməlidir
-toxuculuq və ərzaq kombinatları işə düşməlidir; 
-beton zavodlar və tikinti kombinatları işə düşməlidir; 
-boru prokat işə düşməlidir; 
-ağır və yüngül sənaye işə düşməlidir və s. 
 
Arakan  qətliamı  barədə.  Suriya  hadisələri  Rusiya, 
Türkiyə  və  İranı  yaxınlaşdırdı.  İndi  də  Arakan  qətliamı  və 
ardınca gələ biləcək terror Rusiya, Pakistan, Hindistan və Çini 
yaxınlaşdıracaq.Türkiyə  və  İran  da  qoşula  bilərlər.  Rusiyada 
yaşayan  müsəlmanlar  Rusiya  hakimiyyətinin  diqqətini 
Myanmaya yönəldə bilərlər. Əgər tezliklə barışıq olmasa, sülh 
mexanizmləri  işə  düşməsə,160  milyonluq  Banqladeş  oyuna 
qatıla  bilər.  Myanmanın  da  əhalisi  50  milyondan  çoxdur. 
Hindistan,  Çin,  Pakistan-köhnə  yaralar-bir  tərəfdən;  keçmiş 
kommunizm  ideologiyası-Rusiya  və  Çinin  maraqları  –digər 
tərəfdən;  Yer  kürəsinin  əhali  yükü  coğrafiyası  da  üçüncü 
tərəfdən-nə olar?!. ALLAH, Sən İnsanlığı qoru! 
 
İnanclar barədə. Məzhəblər, təriqətlər, cərəyanlar və dini 
qruplaşmalar-hərə dini bir cürə başa düşür. İnanclar haçalı olur. 
Azərbaycanı  böyük  sosial  fəlakət  gözləyir.  İnanclar  arasında 


285
 
 
olan  uçurumlar  ölkənin  və  xalqın  arabasının  təkərini  dala 
döndərəcəklər. Belə gedərsə, Azərbaycan bir addım qabağa –üç 
addım  dala  gələcək!  Allah  bizi  nadanlardan  və  cahillərdən 
qorusun! 
Şərq  musiqisinin  zəiflik  yaratması  haqqında.  Şərq 
musiqisinin  (əsasən,  hind,  fars,  pakistan,  ərəb,  türk  və  s.) 
duyulan elementlər bunları aid etmək olar: 
-ağlaşma və ağlama; 
-inilti və zarıltı; 
-yalvarma və iztirab; 
-dil tökmək və xahiş etmək
-bağışlanmaq üçün xahişlər, müraciətlər; 
-ah-nalə çəkmək, fəryad qoparmaq
-diz çöküb yalvarmaq; 
-özünü yazıq və zavallı aparmaq; 
-bədbəxtçilik; 
-qəmgin baxışlar; 
-əl açıb dilənmək; 
-aciz görkəm almaq; 
-əyilən formanı əks etdirmək; 
-göz  yaşları  axıtmaqla  özünü  rahatlamaq  və  bu  kimi 
zəifliyi  tərənnüm  edən  digər  hallar.  Şərq  musiqisi  gələcəyə 
inam  və  ümidləri  öldürür,  pessimizm  hisslərini  oyadır. 
Mübarizlik,  mərdlik,  cəsurluq,  qəhrəmanlıq,  cəngavərlik  və 
qətiyyətlilik,  əyilməzlik,  dönməzlik  ruhunun  aşılanması  çox 
azdır.  Şərq  musiqisində  ağlamaq  zəiflik  və  acizlik  elə  musiqi 
alətlərinin dilində və səsindən əks olunur. Musiqi səslənən kimi 
notlardan, melodiya və fonlardan duyulur.  
Musiqi  ruhu  məhz  müsəlman-şərq,  hinduist-şərq  ruhunu 
ağlar günə qoyub. Zəifliyi tərənnüm edir. Elə bizim muğam da, 
onda olan segah da bu kimi funksiya kəsb edir. Ruhu faciədir, 
ağlaşmadır.  


286
 
 
 
Arakan  hadisələri  barədə.  Arakan hadisələrinə müdaxilə 
edib  müsbət  nəticələr  əldə  etmək  Türkiyənin  gücündən  xaric 
olar.  Digər  müsəlman  ölkələrinin  də  gücü  çatmaz.  Sadəcə 
olaraq  İndoneziya  Cənubi-Asiya  ölkəsi  olduğu  üçün  qismən 
təsir  göstərə  bilər.  Əsas  ümid  ünvanı,  güman  yeri  Rusiya  və 
Çindir. Arakana dünya  müsəlmanları  kömək və yardım etmək 
istəyirlərsə,  qətliamın  qabağını  kəsmək  istəyirlərsə,  Rusiya 
prezidentinə  geniş  müraciətlər  etsinlər.  Rusiyanın  belə 
hadisələrə  qarşı  həssaslığı  var.  Rus  xalqı  geniş  qəlblidir, 
rəhmlidir. Həmçinin gücü çoxdur.  
Müsəlmanın  müsəlmana  köməyinin  tərkib  elementləri 
bunlardan ibarətdir: 
 
-qucaqlaşıb, öpüşüb-görüşüb göz yaşları axıtmaq; 
-məsafəli ağlamaq- gözlər baxa-baxa; 
-ağlar günə qəlbləri cuşa gətirmək; 
-qarşılıqlı mərsiyyə qurmaq; 
-ağlaya-ağlaya dualar etmək; 
-qucaqlaşıb fəryad qoparmaq
-səs-səsə verib “şeytanı” lənətləmək;  
-dərdləri şifahi bölüşmək; 
-dərdləşib sakitləşmək; 
-ağlamaqla ürək-dirək vermək; 
-sakitləşib qeybət etmək
-yalandan ümidlər vermək, vədlər vermək; 
-yalançı gücü nümayiş etdirmək
-xurcuna, palana göz-görəsi ərzaq və geyim qoymaq; 
-pafoslu yardım və kömək şüarları səsləmək; 
-yas saxlamaq yarışına girmək. 
 


287
 
 
Sovet  hökuməti  dövründə  məktəblinin  tərbiyəsi  və 
nizam-intizamı  barədə.  Sovet  hökumətinin  ali  məqsədi  öz 
insanlarını qabiliyyətli,  istedadlı, bilik  və bacarıqlı,  savadlı və 
elmli,  həmçinin  əməksevər  və  peşəkar,  həyatsevər  və  optimist 
böyüdürdü.  Sovet  insanları  mərd,  cəsur,  iradəli,  mübariz, 
həmrəy, sülhsevər, bəşəri duyğularla yaşayan, qəhrəman, çevik 
və  aktiv  olmalı  idilər.  İnsanları  enerjili  böyüdürdü  və  ədaləti 
tərənnüm edirdi. Sovet hökuməti ədaləti məktəblərdə, ailələrdə, 
cəmiyyətdə, hakimiyyətdə əsas prinsip kimi qəbul edirdi. İnsan 
ləyaqəti,  dəyanəti,  qüruru,  vicdanı,  insafı,  mərhəməti,  şərəf  və 
namusu Sovet  ideologiyasında baza mədəni,  sosial  xətti  təşkil 
edirdi.  Sovet  öz  insanını  şəxsiyyətli  yetişdirmək  üçün  bütün 
potensialını  səfərbər  edirdi.  Sovet  hökuməti  insanlarını 
kollektivdə  həmrəylik  prinsipləri  ilə  ictimai  ruhda  tərbiyə 
edirdi.  Qayğıkeş  ruhda  qıdalandırırdı.  Sovet  cəmiyyətində 
insanın  insana  ögey  münasibəti  yox  idi.  Hər  kəs  dostcasına, 
qardaşcasına  və  yoldaşcasına  qayğı,  diqqət  və  münasibətlə 
əhatə olunmalı idir. Sovet insanından təklik tələb olunmurdu və 
eqo  ifrata  varmırdı.  İctimai  mənafe  daima  fərdi  eqonu 
sındırırdı.  Bu  baxımdan  dövlət  də  musiqisini,  mədəniyyət  və 
incəsənətini,  ədəbiyyatını  da  insanlığa  xidmətə  yönəldirdi. 
İnsanlarda  ən çox  dəyərləri aşılayırdı. Bir sözlə,  sağlam ruhlu 
insan yetişdirmək Sovet hökumətinin başlıca siyasi qayəsi idi.  
Bu  hökumət  insanları  lap  uşaqlıqdan  ailələrdə,  uşaq 
bağçalarında və məktəblərdə tərbiyə edirdi. Uşaqlar qarşısında 
qoyulan  ən  böyük  tələb  düzgün  danışmaq,  qaydalara  riayət 
etmək,  tərbiyəli  və  intizamlı  olmaq,  böyüklərə,  yaşlı  insanlara 
hörmət  etmək,  fiziki  qüsurlu  insanlara  qarşı  hörmətli  və 
diqqətli olmaqdan ibarət idi. 
Sovet  öz  məktəblisinin  etika  və  estetikanın  harmonik 
ruhunda böyüdürdü.  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə