Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə82/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   77   78   79   80   81   82   83   84   85

278
 
 
Maddi kapitalın mənfi tərəfləri haqqında 
 
Həddini  aşmış,  normadan  artıq  olan  kapital  insanın 
qənimidir. Onu yeyəndir, aşılayandır.  
 
Kapital  həm  də  maddi  amildir.  Düzdür,  insanların  sosial-
rifahına  xidmət  edir.  Təminat  funksiyasını  yerinə  yetirir. 
İnsanları  həyata  bağlayır.  Kapitalın  özündə  insanlar  mənalar 
axtarırlar.  Kapital  digər  tərəfdən  şöhrətləndirici  faktor  rolunu 
oynayır.  Kapital  insanların  hərisliyini  yaradır.  Mənəvi  aləmi 
maddi aləmin ayağına atır. Kapital yığımında saflıq ola bilmir. 
İnsan  kapital  dalınca  qaçdıqca  daha  çox  kirlənməyə  başlayır. 
Kapital  insan  ləyaqətini  əlindən  alır.  İnsanlar  kapital  artımına 
görə  yalançı,  riyakar,  fırıldaqçı,  aldadıcı  olmaq  məcburiyyəti 
ilə  üzləşirlər.  Əgər  bütün  insan  münasibətlərinə,  münasibətlər 
müstəvisinə  maddi  kapital  xidmət  edirsə,  deməli,  bu  mühit 
ondan  asılı  qalır.  Maddi  kapital  israf  olunan  xarakterlidir.  Bu 
baxımdan  da  israf  olunduqca,  tərkibini  dəyişdirdikcə, 
münasibətlər  sferası  da  boşalır.  Özünün  möhkəmliyini  itirir. 
Həm də nizam itir, xaos yaranır. Deməli, kapital münasibətləri 
saxlayan yalançı dayaq rolunu oynayır. 
Kapitalizm  o  halda  yaxşı  quruluş  olur  ki,  burada  maddi 
amil sosial dəyərlərə xidmət etmiş olur. Lakin, fərdi məxsusluq 
heç  də  sosial  tarazlığı  yaradan  amil  kimi  çıxış  edə  bilmir. 
İnsanlar  öz  kapitallarını  özlərinin  eqo  ruhuna  yönəldirlər.  Bu, 
təbii  bir  prosesə 
çevrilir.  Kapital  ruhu  xainləşdirir, 
qısqanclaşdırır.  
Kapital  sosial  olmayanda  insan  sınır.  Kapitalın  sahibi  də 
rahat  həyat  yaşaya  bilmir.  Bir  şəxs  müdafiə,  arxa,  dayaq  və 
kömək  olmadan  kapital  dövriyyəsini  sağlam  yarada  bilmir. 
Kapitalı  sağlam  şəkildə  təkbaşına  idarə  etmək  praktiki  olaraq 
mümkünsüz bir hala çevrilir.  
Kapitalizm  intiharlara  daima  yol  açır.  Belə  ki,  kapitala 
sahib  olan  və  ondan  asılı  olmayan  şəxslər  kapitalın  maddi 


279
 
 
təsirlərinə  dözə  bilmirlər.  Həyat  mənasızlaşır.  İnsan  üçün 
həyatın əhəmiyyəti idir. Varlı şəxs öz varını itirməkdən qorxur. 
Bununla  da  daima  sterss  və  depressiya  həyatı  yaşamağa 
məhkum  olur.  Kasıb  isə  kapitaldan  məhrum  olduğundan  öz 
təminatını həyata keçirə bilmir. Bu baxımdan da kommunizm-
sosializm  quruluşları  daha  çox  insanlığa  xidmət  edən  rejimlər 
yaradırlar.  Kommunizmdə  cəmiyyətdən  kənarda  qalan  şəxs 
olmur.  Dövlət  və  cəmiyyət  vəhdət,  bərabərlik,  sosial  ədalət 
ideyaları ilə birləşərək öz fərdini, insanını qayğı ilə əhatə edir.  
 
Yazılma tarixi-28 avqust 2017-ci il  
 
Dövlət və hakimiyyət rəhbərlərinin böyük kapitala sahib 
olmaları və onun mənfi tərəfləri haqqında 
 
Cəmiyyətlərdə,  xüsusilə  kapitalizm  quruluşlarında  hər  kəs 
təbii olaraq eyni maddi kapitala sahib ola bilməz. Bu baxımdan 
da  rəngarənglik,  müxtəliflik  mövcuddur.  Ən  ədalətli  hal  odur 
ki,  kapital  sahibliyi  fərqliliyi  az  olur.  Yəni,  fərdlər  maddi 
vəziyyətlərinə  görə  bir-birindən  fərqlənmirlər.  Eləcə  də  asılı 
şəkildə qalmırlar.  
Kapitalın  çoxluq  təşkil  etdiyi  cəmiyyətlərdə  isə  insanlar 
kapitala  sahib  olanlar  və  olmayanlara  bölünürlər.  Qarşılıqlı 
ziddiyyət yaranır. Kapitala sahib olanlar əks tərəfdən qorxur və 
onlara qarşı eqoist olurlar. Kapitala sahib lmayanlar da olanlara 
qarşı kinlə yaşayırlar. Paxıllıq hissi bildirirlər. İnqilaba, üsyana 
meyilli  olurlar.  Bu  baxımdan  da  cəmiyyətdə  kəskin  fərqlər 
yaşanır.  Arada  keçilməz  sədlər  meydana  gəlir.  Kapitala  sahib 
olanlar  olmayanları  əzməyə  çalışırlar,  onları  istismar  edir  və 
ləyaqətlərini aşağılayırlar.  
Böyük  məbləğdə  kapitala  sahib  olan  dövlət  rəhbərləri  və 
hökumət  rəhbərləri  daima  qeyri-kapital  tərəfini  aşağılayar. 
Onlar  öz  şəxsi  kapitallarına  görə  əks  tərəfə  qarşı  xain  ruhlu 
olarlar,  əks  tərəfin  inqilabından,  üsyanından  qorxarlar.  Buna 


280
 
 
görə  də  cəmiyyət  üzərində,  kasıblar  üzərində  basqılar 
yaradarlar.  
Varlı  dövlət  rəhbərləri  və  hakimiyyət  rəhbərlərinin  əsas 
diqqəti  şəxsi  kapitallarına  yönələr.  Dövlət  hakimiyyəti 
postundan  da  bu  kapitalın  artımı  üçün  və  rahat  dövriyyəsi 
məqsədilə istifadə edərlər.  
Varlı  dövlət  rəhbərinin  xalqa  xidmətlər  şüarı  əslində 
əməldə boşluqdan ibarət olur. Xalqın zəif imkanlı insanlarının 
maraqlarının müdafiəsi də yalançı ideyalardan ibarət olur. Xalq 
da  haqlı  olaraq  vədlərin  heç  birinə  inanmır.  İnqilaba,  üsyana 
meyilli olur.  
Kommunizm-sosializm 
ideyaları 
üzərində 
qurulan 
dövlətlərdə isə dövlət  və hakimiyyət rəhbərləri varlı olmurlar. 
Onlar öz maraqlarını xalqın maraqlarından təmin edirlər. Xalqa 
daha çox bağlanırlar.  
Azərbaycana kommunizm ideologiyası müləq lazımdır. 
Həm  də  ona  görə  ki,  fərdi  eqoistlik  çox  güclənir.  Bizim 
ruhumuzda fərdi  eqoistlik, xainlik, paxıllıq çoxdur. Bunun 
qarşısını isə kommunizm ideologiyası almaq iqtidarındadır.  
Kommunizmdə demokratiya yüksək səviyyədə olur. Siyasi 
taleyi  xalqın,  cəmiyyətin  özü  müəyyən  edir.  Bir  qrup  şəxs 
cəmiyyət  qarşısında  tab  gətirə  bilmir.  Buna  görə  də 
hakimiyyəti  xalq  özü  formalaşdırır.  Kommunizmdə  xalqlar 
daha  ideal  vətəndaş  ola  bilirlər.  Çünki,  bütün  potensial  üzərə 
çıxa bilir. Hər şəxs vətəndaş kimi özünü təsdiq edə bilir.  
Azərbaycanda  kapitalın  maddi  tərəf  kimi  mənəviyyat 
üzərində  qələbəsinə  imkan  verməmək  məqsədilə  kommunizm 
ideologiyası 
möhkəmlənməlidir. 
Kommunizm 
sağlam 
cəmiyyət üçün lazımdır. 
 
Yazılma tarixi-28 avust 2017-ci il  
 
 
 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə