Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə78/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   74   75   76   77   78   79   80   81   ...   85

266
 
 
-hakimiyyət  lazım  bildiyi  şəxslərə  qarşı  sui-qəsdlər 
(aviaqəzalar, odlu və soyuq silahlarla hücum, zəhərlətmə və s.) 
həyata keçirir; 
-azad  sözə  və  sərbəst  fikirə  qarşı  hücum  çəkir,  senzura 
tətbiq edir; 
-hakimiyyət  ictimaiyyət  və  elm  adamlarından  çəkinir  və 
onları təqib edir
-hakimiyyət  güclü  insanların  təhqir  olunması  üsuluna  əl 
atır; 
-hakimiyyət  ağıllı  insanlardan  qorxur,  ideyaları  qəbul 
etməkdən ehtiyyat edir
-hakimiyyət  ağıllı  və  düşünən  insanların  zəif  yerlərini 
axtarır və bu nöqtələri zərərsizləşdirməyə çalışır; 
-hakimiyyət  üsyandan  qorxur,  odlu  silaha,  kütləvi  qırğına 
əl atır;  
-hakimiyyət biznesə gizli şərik olur, havayıdan pul qazanır; 
-əmlak  müsadirəsini  həyata  keçirir  və  özgə  malına  şəxsi 
sahib olur; 
-hakimiyyət dindarları güdür və təqibə məruz qoyur
-hakimiyyət dəyərli elmi əsərləri ləğv etdirir və ya da satır; 
-hakimiyyət dəyərli layihələri qısqanclıqla qarşılayır; 
-hakimiyyət  təbii  hüquqların  marketinqini  həyata  keçirir, 
hüquqlara maddi qiymət qoyur, alqı-satqı bazarını yaradır; 
-hakimiyyət  kölgə  iqtisadiyyatını  təşkil  edir  və  qaranlıq 
yollarla varlanır; 
-hakimiyyət  manipulyasiya  və  maxinasiyalara  əl  atır  və 
talançılıqla məşğul olur; 
-hakimiyyət  kapitala  hökm  etməklə  əməyin  istismarını  və 
köləliyi yaradır; 
-hakimiyyət  özündən  güclü  dövlətin  hakimiyyətinə 
yaltaqlıq edir, onun maddi maraqlarını ödəyir və s.  
 


267
 
 
Azad  cəmiyyət  nədir.  “Açıq  hökumət”  nədir.  Azad 
cəmiyyət  və  “Açıq  hökumət”  haqqında  mülahizələr, 
qənaətlər 
 
İnsan bu gün cəmiyyətdə yaşayan fərdlərə, şəxslərə ayrılır. 
Cəmiyyət  insanı  obyektə,  subyektə,  bu  baxımdan  da  dəyərlər 
mənbəyinə, irs faktoruna, mədəni amilə, siyasi ünsürə, ideoloji 
mənbəyə, əmək ünsürünə və bu kimi dəyərlərin əhatə olunduğu 
fəlsəfi  məzmuna  çevirir.  İnsan  cəmiyyətdə  ünsiyyət,  əlaqə 
vasitəsidir,  tərəfidir.  İnsan  cəmiyyətdə  özünə  maraq  məkanı 
əldə edir. Hədəflər yalnız cəmiyyətlərdə müəyyən edilir. İnsan 
insan  kimi  cəmiyyətlərdə,  sosial  sferalarda  sübuta  yetirilir. 
İnsan  cəmiyyətdə  düşünür  və  fayda  verən  mənbə  rolunu 
oynayır.  İnsan  cəmiyyətlə  həmahəngdir  və  cəmiyyətin  qanun 
və  qaydları  ilə  yaşayır.  İnsan  cəmiyyətdə  mədəniləşir, 
yaradıcılıq  və  quruculuq  işləri  ilə  məşğul  olur.  İnsan  sanki 
cəmiyyətdə  öz  qrafikasını  həkk  edir  və  cəmiyyət  burada 
“qrafit”  (laylı  struktur,  müstəvi,  mineralın  müstəvisi)  rolunu 
oynayır. Cəmiyyət insan əməllərinin təsviri lövhəsi kimi önəm 
kəsb  edir.  İnsanın  maddi,  mənəvi  mövcudluğu  cəmiyyətlərdə 
büruzə verir, təsdiqlənir. İnsan cəmiyyət məkanında azad olur. 
Özünə  cəmiyyət  strukturlarında  mövqe  qazanır.  Cəmiyyəti 
azad edən də onun üzvləridir, insanlarıdır.  
Azadlıq müəyyən hədlərdə (tələbatın ödənildiyi səviyyədə) 
maddi-mənəvi harmoniyanın mövcudluğudur. Təbii ki, azadlıq 
da 
sərhədlidir, 
hər 
kəs 
üçün  müəyyən  miqdarlıdır. 
Cəmiyyətlərdə hər kəsin öz məkanı, cəmiyyət vəsaitlərində isə 
hər  kəsin  öz  payı  mövcuddur.  Bu  da  insanların  təbii 
hüquqlarının meyarlarını, tərkibini və ölçüsünü müəyyən edir.  
Azad  cəmiyyət  insan  azadlığının  və  dolğun,  əhatəli  insan 
hüquqlarının  təsbit  olunduğu  və  təmin  edildiyi  cəmiyyətdir. 
Azad  cəmiyyətlərin  tərkibi  rəngarəngdir  və  hüquqları 
zəngindir.  Çalarlı  hüquqlar  kompleks  əhəmiyyətlidir.  Azad 
cəmiyyətlərdə  insan  hüquqları  ədalətlə,  tarazlı  şəkildə  təmin 


268
 
 
olunur,  qorunur.  Azad  cəmiyyətlərdə  ortaq  koordinatları  və 
xətləri  olan  bərabərtərəflilik  də  çoxdur.  Azad  cəmiyyətlərdə 
nizamlı  prinsiplər  və  toxunulmazlıq  da  şərtdir.  Çünki  azadlıq 
pozulmayan  məkanda  və  hallarda  mövcuddur.  Azadlığın  baza 
kriteriyaları güc və imkanlardır. Hansı ki, burada fərdlər üçün 
universallıq  və  məxsusilik  şərtdir.  Fərdlərin  könüllü 
harmoniyası,  vəsaitlərin  üzvi  vəhdəti,  birgə  istifadə  və  digər 
kriteriyalar azadlığın baza xətti ideyasıdır.  
Azad cəmiyyətlər vətəndaş cəmiyyətləridir. Belə ki, burada 
sakinlər,  vətəndaşlar  öz  ali  hüquqlarına  azad  şəkildə  sahib 
olurlar.  Dövlətin  müəyyən  etdiyi  və  cəmiyyətdən  mənbə  kimi 
qəbul etdiyi və cəmiyyətin və xalqın iradəsini bu və ya da digər 
səviyyədə ödədiyi hüquq normalarının təmin edilməsi elə azad 
cəmiyyətlərin  formalaşmasının  təzahürüdür.  Vətəndaşların  və 
qeyri-vətəndaşların  hüquqlarının  kompleks  şəkildə  təmin 
olunduğu  sosial  konstruksiyalar  azad  cəmiyyətlərin  tərkibini 
təşkil  edir.  Vətəndaşların  ali  hüquqlarına  onların  konstitusion 
hüquqları  və  bundan  irəli  gələn  şaxələnmiş  universal  və 
məxsusi  hüquqlar  aid  olur.  Azad  cəmiyyətlərdə  hüquqların 
təmin  olunma  səviyyəsinin  yüksəkliyi  də  bir  şərtdir.  Azad 
cəmiyyətlər  sərbəst  seçim  edən  cəmiyyətlərdir  ki,  onlar  da 
demokratik  dövlətlərin  formalaşmasında  baza  rolunu 
oynayırlar.  Azad  cəmiyyətlər  qaynaqları  sanki  zəngin  və 
etibarlı,  etimadlı  cəmiyyətlərdir.  Azad  cəmiyyətlər  təsisatlar 
olaraq  sərbəst  və  azad  assosiasiyaların  məcmusundan  ibarət 
olan  cəmiyyətlərdir.  Azad  cəmiyyətlər  o  cəmiyyətlər  hesab 
olunurlar  ki,  onlar  sərbəst  və  maneəsiz,  müstəqil  olaraq  öz 
hakimiyyətlərini və dövlətlərini təşkil edirlər. Siyasi iradələrini 
ortaya  qoya  bilirlər.  Dövlət  hakimiyyətlərini  özlərindən  asılı 
vəziyyətə  salırlar.  Dövlət  hakimiyyətlərini  özlərinə  xidmətlərə 
yönəldirlər.  Azad  cəmiyyətlər  o  cəmiyyətlər  hesab  olunur  ki, 
onlar  hakimiyyətləri  ilə  qeyri-hakimiyyətləri  arasında  balanslı 
vətəndaş  mövqeyi  formalaşdıra  bilirlər.  Azad  cəmiyyətlərdə 
islahatlar  da  azad  şəkildə  aparılır.  Azad  cəmiyyətlər  inkişaf 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə