Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə76/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   72   73   74   75   76   77   78   79   ...   85

259
 
 
formalaşdırmışdı. Xalqa sistemli və sivil məzmunlu idarəçiliyi 
öyrətmişdi,  təkmil  mexanizm  mövcud  idi.  Siyasi  sistemi 
təsərrüfat sistemi, eləcə də bütün sistemlərlə uzlaşmış formada 
təkmilləşdirmişdi.  Siyasi  sistemi  və  idarəçiliyi  öyrədən 
məktəblər var idi. Siyasi elita mövcud idi.  
Azərbaycan  müstəqil  ölkə  kimi  mövcud  olanda 
hakimiyyətin hər üç qolu  –icraedici, qanunverici və məhkəmə 
qolları-işlək  mexanizmdən  ibarət  idi.  Sovet  hökuməti  demək 
olar  ki,  bütün  sahələri  əhatə  edən  qanunvericilik  sistemini 
təkmilləşdirmişdi.  
Müstəqil  olanda  Azərbaycan  xalqının  üzərinə  düşən  əsas 
vəzifə  bu  dövlət  strukturlarını  yeni  əsaslarla  forma-
laşdırmaqdan, daxili islahatları aparmaqdan və  yeni modellərə 
sahib olmaqdan ibarət idi. Lakin xalq başını itirmiş vəziyyətdə 
qaldı. Əvvəlki elitanı rəvan şəkildə yenisi ilə əvəzləyə bilmədi. 
Bunu  bacarmadı.  Yeni  idarəçilik  strategiyası  qura  bilmədi. 
Konsepsiya  mövcud  olmadı.  Xalqın  əvvəlki  təkmil  siyasi 
məfkurəsi  tənəzzülə  uğradı.  Xalq  Sovetdən  qalmış  dəyərləri 
əlində saxlamaq iqtidarında olmadı.  
Demokratik  idarəçilik  oxlokratiya  (kütlə  hakimiyyəti)  ilə 
tərkibini  bərkləşdirdi.  Nəticədə  ölkədə  dərəbəylik,  xaos, 
anarxiya,  özbaşınalıq  hökm  sürdü.  Təsərrüfat  sistemi  çökdü, 
aclıq  başladı.  Kriminogen  durum  gərginləşdi.  Cinayətkarlıq 
artdı.  
 
Sovetlərdən  ayrılan  kimi  Azərbaycan  xalqı  öz 
“xalisliyinə”, “xamlığın” doğru getməyə başladı. Bu qayıdış da 
köklü  itkilərlə  müşayiət  olundu.  Xalq  dəyərlərdən  imtina 
etməyə başladı.  
 
 
 


260
 
 
 Sovet hökuməti dağılan kimi Azərbaycanda hansı hallar 
yaşandı: 
 
-ilk  növbədə  siyasi  anarxiyadan  istifadə  olundu  və  dövlət 
əmlakının talançılığı başladı və gücləndi;  
-torpaqlar  becərilmədi,  hamı  özünü  mülkədar  hesab  elədi, 
əllər cibə və bellərə getdi
-kənd  əhalisi  “ağ  günə”  çıxmaq  üçün  əkin-biçini  buraxıb 
şəhərlərə qaçdı (Sovet hökuməti bunun qabağını həmişə alırdı); 
-əhali  istehsalatdan  ayrıldı,  ticarətə  üz  tutdu.  Yeni 
istehsalat qurula bilmədi. Mövcud olanlar dağıdıldı; 
-bazar spekulyasiyaları gücləndi
-ölkənin  metallurgiyası  xaricə  satıldı,  əvəzinə  gəmilərlə 
saqqızlar alındı; 
-hakimiyyət qollarında çaxnaşma yarandı; 
-ölkə  parlamaneti  toy  məclislərindəki  musiqi  fasiləsindən 
sonra yaranan abu-havanı bənzətdi; 
-elitanın siyasi mədəniyyəti heçə endi
-parlament  söyüş  mərkəzinə,  dava-dalaş  mərkəzinə 
çevrildi; 
-parlament divarları siqaret tüstüsünün qurumunu bağladı; 
-liderlik keyfiyyətləri tamamilə məhv oldu
-idarəçilik səriştəsi heçə endi
-sabit mexanizmli sistem çaxnaşan mexanizmlə əvəzləndi
-elm və təhsil sistemi çökdü və s. 
 
Rus xalqının mədəni xeyirxah missiyası 
 
Rus  xalqı  istər  çarlıq,  istər  imperiya,  istərsə  də  sovetlər 
dönəmində  öz  içərisində  yaşayan  xalqların  təfəkkürünə  işıq 
saçıb.  Düşüncələrini  passivlikdən  aktivliyə  keçirib.  Xalqların 
“paslanmış”  düşüncələrini  “sürtüb”.  Onların  idrakını  qaran-
lıqlardan  xilas  edib.  Rus  xalqının  nümayəndələri  əllərində 
“qəndil”  qaranlıq  otaqda  qalmış  kiçik  xalqların  nümayən-


261
 
 
dələrini axtarıblar. Onlara nur saçıblar. Gözlərinə işıq saçıblar. 
Simalarını  aydınlaşdırıblar.  Ruslar  öz  dəyərlərini  və  eləcə  də 
Avropadan qəbul etdiyi dəyərləri onlarla da bölüşüb. Rus xalqı 
bəşəri prinsiplər əsasında kiçik xalqların ictimai, elmi, mədəni 
tərbiyəsini həyata keçirib.  
Rus  xalqının  böyüklüyü  ondan  ibarət  olub  ki,  bu  xalq 
kiçik-kiçik  xalqlar  üçün  maarifləndirici  peyğəmbər  rolunu 
oynayıb. Bunu son iki yüz illik tarix də deyir. 
Azərbaycanın  müasir  dövrünün  dahi  mütəfəkkirlərini, 
aydınlarını məhz rus xalqı yetişdirib. Dahi mütəfəkkirlərini rus 
xalqı Avropa aləmi ilə bağlayıb.  
 
Yazılma tarixi-avqust 2017-ci il  
 
Hakimiyyətin mənfi tərəfləri haqqında mülahizələr
qənaətlər 
 
Hakimiyyət  heç  də  həmişə  dəyərli  tərəf  deyil.  Çünki, 
burada  insanlar  toplaşır.  Özü  də  əllərinə  xalqın  vəsaiti 
keçir. 
Hakimiyyət  və  onun  xidmətləri  məsələsinə  iki  aspektdən 
yanaşmaq  olar:  ideallıqlar  və  reallıqlar  baxımından.  Hər  iki 
yanaşma  həm  də  bir-birinə  qarışıqdır.  Düşüncələr  sintez 
olunur.  Belə  ki,  hakimiyyət  nə  tam  idealdır,  nə  də  tamamilə 
real  müsbətdir.  Hakimiyyət  -düşüncədir,  hakimiyyət  real 
hərəkətdir.  Maraqlara  söykənir.  Hakimiyyət  mənafələri, 
məqəsdləri,  maraqları  bir  arada  birləşdirir.  Bu  baxımdan  da 
ümumiləşdirici,  genişləndirici  və  məxsusiləşdirici  konsep-
siyadır, anlayışdır.  
Belə  qəbul  edək  ki,  hakimiyyət  müəyyən  yaşayış 
məskənlərində,-kənd, qəsəbə və şəhərlərdə, bunların birləşməsi 
olan  ölkələrdə,  cəmiyyətlərdə  idarəçi  şəxslərin  eyni  və  oxşar 
məqsədlər 
uğrunda 
birləşməsidir, 
məcmu 
qrupudur. 
Hakimiyyət qədim zamanlardan güc tərəfi olaraq yaranıb və bu 


262
 
 
günə  kimi  də  özünün  qədim  və  klassik,  köklü  mahiyyətini 
saxlayır.  Hakimiyyət  təsərrüfatın  pay  bölgüsü  üzərində 
meydana  gələn  dəyərlərdən  ibarətdir.  Hakimiyyətin  pozitiv  və 
ideal  tərəfi  dövləti  və  xalqı  idarə  etməkdən  və  resursları  taraz 
şəkildə  paylamaqdan,  təsərrüfat  və  ticarət  sistemini  ədalətlə 
təşkil  etməkdən  ibarətdir.  Hakimiyyətin  müsbət  və  ədalət 
məzmununda  xidmət  amili  dayanır.  Hakimiyyət  cəmiyyətin, 
dövlətin,  xalqın  və  bəşəriyyətin  mənafeyindən  çıxış  edir  və 
dəyərləri,  dövlət  adlanan  məcmu  kompleksi  qoruyur, 
cəmiyyətin  inkişafını  təmin  edir.  Hakimiyyətin 
əsası 
müsbətlikdən  ibarət  olur.  Təbii  ki,  bu  idealizmdir,  çoxları 
tərəfindən istəniləndir. Eləcə də reallığın bir çox parametrlərini 
özündə  əks  etdirir.  Məsələn,  hakimiyyət  məsuliyyətli  olmasa, 
ciddi  idarəçiliyə  sahib  olmasa,  xalqın  maraqlarını  və 
beynəlxalq  maraqları  təmin  etməsə,  uçuruma  yuvarlaqlanar. 
Çünki  öz  dayağını  sarsıdar.  Hakimiyyət  özünü  və  dövləti 
qoruyub  saxlamaq  məqsədilə  mütləq  şəkildə  resurs  əldə 
etməlidir.  Bu  resursun  mənbəyi  daxildə  olur,  həmçinin  xarici 
ölkələrdə  axtarılır.  Buna  görə  də  hakimiyyət  beynəlxalq 
normalara  uyğun  xarici  siyasət  reallaşdırır  ki,  özünü  xaricdən 
qorusun.  Hakimiyyətdə  təmsil  olunan  şəxslər  öz  maraqlarını 
təmin etmək üçün məcburi və zəruri şəkildə əks tərəfin-xalqın, 
cəmiyyətin, beynəlxalq ictimaiyyətin maraqlarını təmin edirlər.  
Hakimiyyətin  pozitiv  fəaliyyəti  ilə  yanaşı,  mənfi, 
xoşagəlməyən,  xalqı  və  cəmiyyəti  narazı  salan  tərəfləri  də 
mövcuddur.  Bu  mənfi  tərəfləri  insan  amili,  maddi  təminat 
amili, hökm amili, təsir və nüfuz amili, eləcə də insan xislətinə 
aid  olan  bir  çox  maraq  kəsbedici  amillər  əhatə  edir.  Nəzərə 
almaq  lazımdır  ki,  hakimiyyətdə  təmsil  olunan  şəxs  fərddir, 
nəfsə  hakimdir.  Hakimiyyətə  gələn  kimi  əlinə  öz  maraqlarını 
təmin  etmək  üçün  fürsət  düşür.  Kresloya  həm  də  fərdi 
mənsubluğu  kimi  baxır.  Bu  məqamlardan,  yaranmış  əlverişli 
şəraitlərdən istifadə etmək fikirləri meydana gəlir. Hakimiyyət 
dövlət  vəsaitinə  nəzarət  funksiyasına  malik  olduğundan  onda 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə