Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə77/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   73   74   75   76   77   78   79   80   ...   85

263
 
 
təmsil  olunan  şəxslərin  meydana  gələn  imkanlardan  istifadə 
etmək  şansları  yaranır.  Hakimiyyət  qrupu  burada  artıq 
korporativ və merkantil maraqlardan çıxış etməyə başlayır.  
Təbii  ki,  xalqın  hakimiyyətin  əlində  olan  maddi  vəsaitlərə 
tam  şəkildə  nəzarət  etmək  imkanları  olmur.  Bu  da  boşluğu 
yaradır. Vəsaitlərin sistemli  şəkildə dövriyyəsi  və əldə olunan 
artımlar  və  qazanclara  müəyyən  qruplar  nəzarət  edirlər. 
Hakimiyyət-əks 
hakimiyyətin 
zəifliyindən, 
boşluqlardan 
istifadə  edir.  Hakimiyyət  cəmiyyət  üzərində  hökm  sistemini 
(daha  çox  fərdi  təsir  sistemini)  yaradır.  Bir  çox  hallarda 
mütləqiyyət  və  mütləq  idarəçilik  meydana  gəlir.  Bu  da 
hakimiyyətin  idarəçiliyinin  avtoritarlığını,  totalitarlığını  və 
diktatorluğunu  ortaya  çıxarır.  Hakimiyyətin  mənfi  tərəfləri  ya 
boşluq (burada xaos və intizamsızlıq, özbaşınalıq, dərəbəylik), 
ya da hədsiz sıxlıq-diktatorluq formalaşdırır.  
 
Hakimiyyətin  mənfi  tərəflərini  əlavə  olaraq  bu  şəkildə 
ümumiləşdirmək olar: 
 
-qudurğan, yolunu azmış hakimiyyət meydana gəlir 
-xalq və cəmiyyət üzərində basqı yaradır; 
-bir və ya da bir qrup şəxsin fironluğu təmin olunur
-xalqın  ruh  qırıqlığını  formalaşdırır,  nifrət  və  qəzəb  hissi 
oyadır; 
-şahlıq, sultanlıq, padşahlıq, əmirlik işə düşür
-xalq üzərində mütləq hökm formalaşdırır; 
-əlindəki  güc vasitələrindən təzyiq  tərəfi kimi  (burada alət 
olaraq) istifadə edir; 
-xalqın  vəsaitlərini  bir  qrupun  ixtiyarına  və  hədsiz 
istifadəsinə təqdim edir; 
-idarəçilikdə mafiyaçılığı yaradır; 
-iqtisadi sistemdə monopoliyanı formalaşdırır; 
-idarəçilikdə  klan  (yerliçilik,  qohumçuluq)  hakimiyyətini, 
traybalizmi (tayfabazlığı) formalaşdırır; 


264
 
 
-idarəçilikdə ailə hakimiyyətini meydana gətirir
-xalqın malı, dövlətin sərvəti bir qrup tərəfindən talanır; 
-xalqın açıq təhqirinə gedilir
-cəmiyyət sıxılır; 
-beynəlxalq gərginlik yaşanılır; 
-ölkə müharibə təhlükəsi ilə üzləşir.  
Hakimiyyət humanist təsisat oilmaqla bərabər, həm də 
əzazil,  insanları  tapdalayan,  hüquqlarını  əlindən  alan, 
insanlığı  heçə  endirən  zalım  və  qəddar  bir  qurumdur. 
Hakimiyyət  düşmən  tərəfinin  funksiyasını  da  yerinə  yetirə 
bilir.  Hakimiyyətin  əlində  gücün  toplanması  halları,  faktları 
onu  göstətir  ki,  bu  gücün  mövcudluğu  heç  də  həmişə  müsbət 
amallara  xidmət  etmir.  Güc  şəxsi  qisasların  alınma  hissini  də 
təmin  edə  bilir,  reallaşdırmaq  imkanlarına  malik  olur. 
Hakimiyyət müharibələrə meyilli olur. Dövlətlərini, ölkələrini, 
xalqını  müharibələrə  sürükləyir.  Müharibələrdə  məqsədlər 
iddiaların  böyüməsindən  baş  verir.  Qırğınlar,  fəlakətlər, 
faciələr  hakimiyyətin  qisas  hisslərini  soyudan  hadisələr  kimi 
rol oynamağa başlayır.  Hakimiyyət  üçün qan tökmək adi  hala 
çevrilir. Hakimiyyət üçün insanlıq çox zaman öz dəyərini itirir, 
ucuzlaşır.  
Xüsusilə,  kasıb  cəmiyyətlərdə  xalq  üzərində  hökmranlığı 
saxlamaq  üçün  hakimiyyət  zülm  etməklə  məşğul  olur.  Çünki 
kasıb  cəmiyyətlərdə  insanlar  inqilaba,  üsyana,  qarşıdurmalara 
daha  çox  meyilli  olurlar.  Hakim  təbəqə  də  bundan  çox 
ehtiyatlanır.  Öz  xeyirxah  missiyasını  cəllad,  qəssab  missiyası 
ilə 
əvəzləyir.  Hərbi  diktaturlara,  xuntalar,  tiraniyalar 
hakimiyyətin mənfi xislətindən yaranan fenomenlərdir.  
Hakimiyyət  öz  silahlı  qüvvələri  ilə  etnik  xalqlara  qarşı 
soyqırımlar  törədən  bir  qurumdur.  İnsanlara  işgəncələr 
verməklə,  sürgünlər  təşkil  etmələ  zövq  almaq  hakimiyyətin 
əsas  xislətindən  biridir.  Hakimiyyət  qana  susamış,  qəddarlığa 
meyil  edən  insan  birliyindən  də  ibarət  olur.  Qısas  almaq 
məqsədilə,  eləcə 
də 
“zərərverici,  təhlükəli”  ünsürləri 


265
 
 
zəzərsziləşdirmək  üçün  zindanlar  təşkil  etmək,  kütləvi  həbslər 
həyata  keçirmək,  həbsxana  və  türmələr  təşkil  etmək  elə 
hakimiyyətin mənfi fəaliyyətinin tərkibini təşkil edir.  
Hakimiyyət  daima  insanlara-qeyri-hakimiyyət  tərəfinə 
təzyiq  metodlara  axtarmaqla  məşğul  olur.  Bu  da  özlüyündə 
cəmiyyətdə maddi-mənəvi işgəncələrə, ruh sarsıntılarına gətirib 
çıxarır.  Hakimiyyət  xarici  qüvvələrdən,  ayrı-ayrı  terror 
qruplarından, cəmiyyətdən, müxalifətdən ehtiyyat edir və buna 
görə də daima basqı yolları axtarmaq məcburiyyəti ilə üzləşir. 
Hakimiyyət özünün qorduğu şəxslərə qarşı təqib  və təzyiq 
vasitəsi kimi onun haqqında kompromatlar toplamaq metoduna 
əl atır. Şəxsi həyatını güdür, şəxsi həyatı haqqında xoşagəlməz 
üsullara əl atır. Gizli şəkildə audio-video vizual çəkilişlər edir, 
səsyazmalar  həyata  keçirir.  Fotolarla  şantaj  metodlarını  tətbiq 
edir.  
Hakimiyyətin  ümumi  təzyiq  metodlarına  aid  olur:  təhdid, 
təzyiq,  təqib,  hədə-qorşu,  şantaj,  təhqir,  təxribat,  həyata  sui-
qəsd, qətl, işgəncə. Hakimiyyətin cəza növlərinə aid olur: həbs, 
edam,  əmlak  müsadirəsi,  ölkədən  qovma,  vətəndaşlıqdan 
çıxarma və s. 
 
Hakimiyyətin  mənfi  tərəflərini  əlavə  olaraq  bu  şəkildə 
ümumiləşdirmək olar: 
 
-əks  tərəfi  zərərsizləşdirmək  üçün  mafiya  təşkil  edir, 
qoçuluq yaradır; 
-dəyənək və kötək siyasətinin tətbiqinə əl atır; 
-hakimiyyət şallaq və qamçı üsulunu əlindən buraxmır; 
-obyekt hesab etdiyi şəxsləri və qrupu güdür, addım-addım 
izləyir; 
-hakimiyyət  tarixi  dar  ağacı  üsulunu  əlindən  vermir  və 
gilyotinləri işə salır; 
-fiziki və hüquqi şəxsləri təqib edir. Onlara qarşı təhdidlər 
həyata keçirir; 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə