Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə79/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   75   76   77   78   79   80   81   82   ...   85

269
 
 
yolunu  sərbəst  seçən  cəmiyyətlər  hesab  olunurlar.  Azad 
cəmiyyətlər  öz  üzərlərində  basqı  görə  bilməyən  və 
hakimiyyətlərinə 
nəzarət 
edən 
cəmiyyətlərdir. 
Azad 
cəmiyyətlərdə  dini  tolerantlıq  da  mövcud  olur.  Belə 
cəmiyyətlərdə  sərbəst  ibadət,  dini  etqiad  azadlığı  müşayiət 
olunur.  Azad  cəmiyyətlərin  düşüncələrinin  və  əməllərinin 
mərkəzində  insan  faktoru  dayanır.  Yəni,  insan  özünə  xidmət 
edir. Özünü analiz edir və nəticələr çıxarır.  
Azad  cəmiyyətlər  xalqın  iradəsini  yerinə  yetirən  müstəqil 
qurumlardır. Belə cəmiyyətlər dövlətlərini zəngin potensial ilə 
qururlar  və  dövlətlərinin  daimi  dəstəyini  qazanırlar.  Azad 
cəmiyyətlər  istedadlar  və  bacarıqlar  cəmiyyətidir.  Burada 
insanlar  üçün  geniş  məkanlar  var  və  hərəkət  modelləri, 
vətəndaş münasibət və əlaqə formaları çoxluq təşkil edir. Azad 
cəmiyyətlər  hüquqi  cəmiyyətlərdir,  buna  görə  də  hüquqlarını 
strukturlaşdıran 
kompleksiyalardır. 
Azad 
cəmiyyətlər 
insanların  ideal  azadlıqları  ilə  real  azadlıqları  arasında  orta 
vəziyyəti  əks  etdirən  və  real  azadlığı  nəzəri  amillərlə 
sintezləşdirən  vasitələrdir,  məkanlardır.  Azad  cəmiyyətlərdə 
insanların  hüquqları  şaquli  və  üfiqi  məkanlar  üzrə,  sistemli 
olaraq genişlənir. Azad cəmiyyətlər o cəmiyyətlər hesab olunur 
ki, onlarda şəxslər öz dəyərlərini formalaşdırırlar, cəmiyyətlərə 
dəyərlər verirlər və ondan da mənbə kimi bəhrələnirlər.  
Azad  cəmiyyətlər  daxildən  və  xarici  mühitdən  təzyiqlərlə 
üzləşməyən  və  taleyini  azad  və  müstəqil  müəyyən  edən 
cəmiyyətdir.  Azad  cəmiyyətlər  insanlıq  dəyərini  nemətə 
çevirən  və  ondan  faydalanan  cəmiyyətlərdir,  kompleksi-
yalardır.  
Azad  cəmiyyətlər  daxildən  öz  elementləri  tərəfindən 
sıxılmayan, həmçinin kənardan təzyiqlər sayəsində gərilməyən 
müstəvilərdir.  Yumşaq  müstəvidə  elementlər  azad  gəzirlər  və 
artımlar  edirlər.  Azad  cəmiyyətlər  öz  hakimiyyətləri  üçün 
sərbəst 
və 
azad  hökumət  rolunu  oynayırılar.  Azad 
cəmiyyətlərin 
yaratdıqları 
hökumət, 
hakimiyyət 
öz 


270
 
 
cəmiyyətlərinə arxayın olurlar. Belə ki, cəmiyyətlərdən sərbəst 
və  arxayın  şəkildə,  ardıcıl  və  mütəmadi  qaydada  qidalanırlar, 
faydalanırlar.  
 Azad  cəmiyyətlər  dövlətlərini  “Açıq  hökumət”  prinsipləri 
ilə  formalaşdırırlar.  “Açıq hökumət” azad  cəmiyyətlərin şəffaf 
formalaşması  üçün  idarəçilik  üsulları  rolunu  oynayır.  Açıq 
hökumətlər öz fəaliyyətlərini cəmiyyətlərinə, xalqına açıq elan 
edən  fəaliyyət  formasıdır.  Açıq  hökumət  azad  cəmiyyətlərdən 
ideyalar,  təşəbbüslər  qəbul  edir.  Həmin  ideyalar  əsasında, 
reaksiyalara  cavab  verərək  öz  fəaliyyətlərini  stimullaşdırırlar. 
Açıq  hökumətlər  və  azad  cəmiyyətlər  bir-birilərini  tamam-
layırlar.  Belə  ki,  Açıq  hökumət  azad  cəmiyətlərin  sərbəst 
ideyalarını,  azad  istəklərini  reallaşdıran  mexanizmləri  özündə 
cəmləşdirir. Açıq hökumətin fəaliyyətinin aynasını mətbuat və 
televiziya,  internet  resursları  yaradır.  Açıq  hökumət  rəvan 
şəkildə  cəmiyyətdən  informasiyaları,  istək  daşıyıcılarını  qəbul 
edir və cəmiyyətə də açıq şəkildə ötürür. Buradan da şəffaflıq, 
inam  və  etibar  meydana  gəlir.  Azad  cəmiyyətlər  öz  Açıq 
hökumətlərinə  inanırlar,  Açıq  hökumətlər  də  azad  cəmiyyət-
lərinə inam və etibar nümayiş etdirirlər.  
Açıq hökumətlər bir tərəfdən qanunvericiliyin açıq şəkildə, 
cəmiyyətlə  birlikdə  formalaşmasını  təmin  edirlər,  digər 
tərəfdən  də  qanunvericiliyin  icrasına  nəzarət  mexanizmini 
həyata  keçirirlər.  Açıq  hökumətlər  və  azad  cəmiyyətlər  hüquq 
müstəvisində bir-biriləri ilə uzlaşırlar. Onların açıq fəaliyyətləri 
sayəsində hüquq bağlantıları, vəzifə və səlahiyyətləri, eləcə də 
öhdəlikləri yaranır.  
Açıq  hökumətlər  cəmiyyətlərinə  hesabat  verirlər.  Onları 
fəaliyyətləri  barədə  mütəmadi  olaraq  məlumatlandırırlar.  Açıq 
hökumətlərlə  azad  cəmiyyətlər  arasında  olan  qarşılıqlı  hüquqi 
şəffaflıq nəticə etibarilə azadlığı yüksək səviyyədə təmin edən 
hüquq normaları sisteminin formalaşmasına səbəb olur.  
 


271
 
 
Açıq  hökumətləri  formaları  və  fəaliyyətləri  baxımdan 
bu şəkildə ümumi əsaslarla xarakterizə etmək olar: 
-Açıq  hökumətlər  azad  cəmiyyətlərin  maraqlarını  ödəyə 
biləcək formada strukturlaşırlar; 
-Açıq hökumətlər fəaliyyət prinsiplərini azad cəmiyyətlərin 
istək və maraqları ilə uzlaşdırırlar; 
-Açıq  hökumətlərin  forma  və  məzmunları  cəmiyyətin 
tələbatlarını ödəmək fəaliyyəti prinsipləri ilə uzlaşır; 
-Açıq hökumətlər şəffaf məzmunda hesabatlı işlər görürlər
-Açıq  hökumətlər  azad  cəmiyyətin  üzvləri  ilə  dialoqlar 
şəkilində fəaliyyət prinsiplərini müəyyən edirlər
-Açıq  hökumətlərdə  informasiya  resurslarından  istifadə 
olunur.  Məlumatların  alınması  və  göndərilməsi  prosesləri 
şəffaf formada sistemləşir, konseptuallaşır; 
-Açıq  hökumətdə  elektron  qanun,  elektron  hökumət, 
elektron cəmiyyət iş prinsipləri qəbul edilir
-Açıq  hökumətlərdə  şəffaflıq  prinsipləri  ilə  cəmiyyətin 
dövlət məmurları üzərində müşahidələri yaranır; 
-Açıq  hökumət  dövlətin  və  xalqın  vəsaitlərinin  dövriyyəsi 
barədə azad cəmiyyətləri məlumatlandırır; 
-Açıq  hökumət  inam  və  etibar  qazanmaq  yolları  ilə 
fəaliyyətini uzlaşdırır; 
-Açıq  hökumətlərin  fəaliyyəti  hakimiyyətin  təbiətini, 
xarakterini müəyyən edir
-Açıq 
hökumətlərin  fəaliyyəti  azad  cəmiyyətlərin 
münasibətlərini və mövqelərini, əlaqələrini müəyyən edir
-Açıq  hökumət  “Asan  idarəçiliyi”  təşkil  edir  və  vətəndaş 
müraciətlərini sadələşdirir
-Açıq  hökumət  “Vahid  pəncərə”  sistemini  tətbiq  edir  və 
elektron  tablolarla  fəaliyyət  barədə  vətəndaşları  və  qeyri-
vətəndaşları məlumatlandırır; 
-Açıq  hökumət  layihələri  insanların  hüquqları  ilə  bağlı 
onları məlumatlandırır; 
-Açıq hökumət “Açıq efir” layihələrini həyata keçirir. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə