Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə81/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   77   78   79   80   81   82   83   84   85

275
 
 
olduğundan  heç  zaman  ölməyəcək  və  zaman-zaman  diriləcək, 
peydah  olacaq.  Kommunizm  humanist  və  ədalətli  insanların 
genetik  ideologiyasıdır.Kommunizm  sosial  gücün  baza 
ideologiyası  idi.  Sosial  güc  hər  kəsin  iştirakı  ilə  zəngin 
əsaslarla  formalaşırdı.  Kommunizmdə  fərdin  sosial-bəşəri 
rifahı  kollektivin,  cəmiyyətin  ümumi  rifahından  təmin 
olunurdu.  İnsanın  şəxsiyyəti  kommunizmdə  təsdiqini  tapırdı. 
Hər  kəsin  hüquqları  təmin  olunurdu.  Kommunizm  dövləti 
zəmanətverici  tərəfə  çevirirdi.  Güc  üçün  fərdi  yox,  məhz 
dövləti  önə  çəkirdi.  Bununla  da  birləşmiş  güc  yaradır  və  ona 
arxayın olurdu. Kommunizmdə fərdin dövlətə inamı çox güclü 
idi. İnsan arxayınçılıqla, ümidlə, sabaha inamla yaşayır və hətta 
arxayın şəkildə dünyadan köçə bilirdi.  
Kommunizm  bütün  təbəqələrin:  fəhlə  və  kəndlilərin; 
müəllim və həkimlərin; mütəxəssis və alimlərin, ümumiyyətlə, 
bütün  təbəqədən  olan  insanların  həyatı  üçün  arxa  dayağı, 
cəmiyyətə,  quruluşa,  dövlətə  və  siyasi  sistemə  inamı  idi. 
Kommunizm  problemlər  önündə  kollektiv  güc  demək  idi. 
Kommunizm  ictimai  arxayınçılıq,  inam  və  güman  idi. 
Kommunizm  insan  nəfsini  cilovlayırdı.  Bu  ideologiya  sosial 
ədalətin  təməl  konsepsiyası  idi.  İnsanlar  onun  fəlsəfəsini  başa 
düşmürdülər. 
Kommunizm  fəlsəfəsi  insanlığa  xidməti  tərənnüm  edirdi. 
Kommunizm hər kəsin diqqət və qayğısını çəkən bir ideologiya 
olub.  Bütün  insanlara  əsil  qiymət  verilib.  Kommunizm  insan 
ləyaqətini  maddi  amil  qarşısında  sındırmayıb.  İnsanlarda 
təslimçi  ruh  yaratmayıb.  Bu  konsepsiya  insanlığa  dəyər 
konsepsiyası  olub.  Kommunizm  hər  kəsi  öz  qabiliyyətinə, 
potensialına  görə  nəzərə  alıb.  Kommunizm  maddi-mənəvi 
aləmin  vəhdətində  insan  xoşbəxtliyini  axtarıb.  Sovet  insanları 
ali  kommunizmə  doğru  ciddi  səylə  çalışırdılar.  Təəssüf  ki,  bu 
ali 
ideya 
cəmiyyətinə 
çata  bilmədilər.  Kommunizm 
ideologiyasında  eybəcər-qəşəng,  çirkin-gözəl,  qabiliyyətli-
qabiliyyətsiz, 
bilikli-biliksiz, 
bacarıqlı-bacarıqsız 


276
 
 
müqayisələrlə 
insanlara 
münasibət 
bildirilməyib. 
Bu 
ideologiyanın mərkəzində insanı və insanlığı təşkil edən fiziki-
mənəvi  elementlərin  zövqləşməsi,  etik-estetik  məzmun  alması 
olub. İnsanlar kommunizm ideyası ilə müxtəlif keyfiyyətləri bir 
arada  birləşdiriblər.  Kommunizmin  tələblərinə  görə  hər  kəs 
maddi resurslardan faydalana bilib. Bu ideologiya bəşəriyyətin 
ən  dəyərli  ideologiyasıdır.  Bəşəriyyət  bundan  dəyərli  ideya 
doğa bilməyəcək.  
 Kommunizmdə fərd özünü dəyərli tərəf kimi sübuta yetirə 
bilirdi. Çünki qapılar taybatay açıq idi.  
Kapitalizmdə dövlət hakimiyyəti xalqın sərvəti hesabına və 
digər yollarla varlana bilir. Hakim elita daha çox şəxsi kapitalı 
fikirləşir  və  onu  qorumağa  çalışır.  Kapital  sistemindən  asılı 
vəziyyətdə  qalır.  Ancaq  kapitalın  mütləq  hakim  ola  bilmədiyi 
kommunizm-sosializm  sistemində  dövlət  hakimiyyəti  xalqı, 
dövləti, cəmiyyəti düşünür. Ona görə ki, özünün xoşbəxtliyini 
və  rifahını  cəmiyyətdə,  ictimai-sosial  bərabərlikdə  axtarır. 
Kommunizm çox dəyərli ideyadır. Hər kəsi öz yerində dəyərli 
edir.  
Hər  kəs  bu  dünyada  varlı  yaşaya  bilməz.  Bu,  mümkün 
deyil.  Normal  yaşamaq  üçün  orta  xətt  müəyyən  olunur.  Buna 
tarazlı sosial xətt də demək olar. Hər kəs hakimiyyətdə təmsil 
oluna bilməz. Hər kəs  sahibkar olub  çoxlu  pul  qazana bilməz. 
Bu  baxımdan  da  kommunizm  hər  kəsi  ortaq  mövqedə 
birləşdirirdi. “Hər kəsə pay” prinsiplərini tərənnüm ediridi. 
Sosializm-kommunizm  kapitalizmdən  fərqli  olaraq  az 
eqoist  cəmiyyətdir;  çünki  eqonu  yaradan  kapital  ümumi 
əsaslıdır. Ümumi əsas eqonu zərərsizləşdirən amildir.  
 
Yazılma tarixi-27 avqust 2017-ci
 il  
 
 
 


277
 
 
Azərbaycan  xalqının  tarix  boyu  yaşadığı  ən  xoşbəxt 
dövr kommunizm dövrü olub 
 
Keçmiş SSRİ xalqları ilə yanaşı, Azərbaycan xalqının ruhu 
da  XX  əsr  boyu  kommunizm  ideyaları  ilə  zənginləşirdi.  Ali 
kommunizm 
ideyaları 
xalqın 
ruhunu 
mənfiliklərdən, 
eybəcərliklərdən  təmizləyirdi.  Xalqın  ruhu  saflaşırdı.  Hamı 
kommunizmə  ürəkdən,  qəlbdən  inanırdı.  Xalqın  saf  ruhu  ilə 
əməli  üzvi  şəkildə  birləşirdi.  Kommunizm  Azərbaycan 
xalqında  cəmiyyətə  və  dövlətə  olan  inamı  aşılayırdı. 
Düzgünlük,  ədalət,  xeyirxahlıq  xalqın  ruhuna  hopurdu. 
Kommunizm xalqın ruhunu daima zəngin saxlayırdı. Zəngin və 
saflaşmış  ruh  insan  sarsılmazlığını  təmin  edirdi.  Bu  ideya 
insanlığı,  qarşılıqlı  hörməti,  etika  və  estetikanı  insanların 
qəlbinə həkk edirdi. Kommunizm maarifləndirmə və təlimatlar 
yolu  ilə,  eləcə  də  elmi  nəzəri  və  praktiki  nəticələrlə  xalqın 
ruhuna  dəyərlər  verirdi.  Kommunizm  xalqın  ruhunu  zəngin 
saxlayaraq,  insanlarda  mədəni  boşluğun,  ruh  kasadlığının 
qarşısını  kəsirdi.  Bu  ali  ideya  ardıcıl  və  qırılımaz  şəkildə 
insanlığı ülvi dəyərlərlə ayaqda saxlayırdı.  
Azərbaycan  xalqının  Şərq  despotizmindən  qalma  ruhu-
xalis,  xam,  çılpaq  və  kasad  ruhu  –kommunizmin  zəngin 
elementləri  ilə  qidalanırdı.  Nəticədə  xalq  ictimailəşirdi, 
mədəniləşirdi,  ziyalılaşırdı.  Kommunizm  Azərbaycan  xalqının 
qaranlıq  təfəkkürünü  işıqlandırırdı. 
İnsanları  sadəlik, 
əməksevərlilik, zəhmətə hörmət ruhunda tərbiyə edirdi.  
 
Yazılma tarixi-28 avqust 2017-ci il  
 
 
 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə