Elşən Misir oğlu Nəsibov


Kommunizmin diqqət və qayğısı barədə



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə83/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   77   78   79   80   81   82   83   84   85

281
 
 
Kommunizmin diqqət və qayğısı barədə 
 
Bu, bir faktdır ki, kommunizm insanların ruhunu bir-birinə 
köməyə,  yardıma  səsləyib.  Əməyin  bölgüsü  sayəsində 
insanlarda  kollektiv  məşğuliyyəti  yaradıb.  Kommunizmdə 
dövlət  və  cəmiyyət  fərdin diqqət  və  qayğısını  çəkib.  Fərdə və 
onun keyfiyyətlərinə önəm verib. Fərdin keyfiyyətlərindən həm 
fərdin  özü,  həm  də  cəmiyyət  üçün  istifadə  edib.  Fərdin 
keyfiyyətlərini 
paylayıb,  mübadilə  edib.  Kommunizm 
cəmiyyətlərdə  fərdləri  qoruyub.  İnsanlara  dəyərli  elementlər 
kimi baxıb. Kommunizm fərdi tək buraxmayıb, onu əhatə edib. 
Fərdin şəxsiyyət kimi yetişməsi üçün qapılar açıb.  
Kommunizm  cəmiyyətlərində  şəxsiyyətin  düşüncələrində 
insan amili əsas obyekt  olub.  İnsanın cəmiyyətdə rolu, insanın 
cəmiyyətdə  mövqeyi  kommunist  ziyalının,  elm  adamının, 
filosofun,  ədəbiyyatçının  analiz  predmeti  olub.  Kapital 
cəmiyyətlərində  isə  dövlət  hakimiyyətini,  ziyalını,  elm 
adamlarını,  hətta  sadə  vətəndaşı  belə  daha  çox  kapital 
düşündürür.  Kapital  üzərində  həddən  ziyadə  yüklənmə  isə 
həyatın tarazlığını pozur.  
Kommunizmdə 
insanlıq 
sadəlik, 
təvazökarlıq, 
mənəviyyatın digər tərkib elementləri daha çox qorunub. İnsan 
daima  əxlaqlı  yaşamağı  üstün  tutub.  İnsan  öz  şəxsiyyətinə 
önəm verib, mənəvi aləmini zəngin edib. 
Kommunizmdə  insan  yaradıcılığı  insanlığı  tərənnüm  edib. 
Yaradıcılıq  haqqı,  ədaləti,  estetik  duyumu  və  mənanı  öndə 
görüb.  İnsan  və  onun  qabiliyyəti  kommunizmin  ön  xəttini 
təşkil  edib.  Bu  ideya  cəmiyyətdə  ümumi  ideallar,  bəşəri 
ideallar və amallar uğrunda mübarizəni, fəaliyyəti təmin edib. 
Kommunizmdə  vicdan  insan  mərhəmətinin  ana  xəttini 
təşkil  edib.  Bununla  da  kommunizm  dini  əxlaqi  keyfiyyətləri 
özündə  daşıyan  ideyalar  konsepsiyası  olub.  Kommunizmdə 
insanlığa  inanc  hissləri  güclü  olub.  Bəşəriyyətin  öz  daxilinə 
inam xüsusi hisslərin əsasında qərarlaşıb. 
 
Yazılma tarixi-29 avqust 2017-ci
 il  


282
 
 
NƏTİCƏ: 
 
Bütün yaşda insanlar üçün məktəb haqqında.Məktəb bir 
məbəddir, təhsil, elm ocağıdır. Elm informasiyalardan, hadisələr 
və  faktlar  haqqında  məlumatlardan  ibarət  olan  məcmudur.  Elm 
informasiyaların 
sistemləşməsindən, 
sahələr 
üzrə 
qruplaşmasından  yaranır. Məlumatlar sintez olunur, dərk edilir, 
beyində  emal  edilir  və  analitik  nəticələr  əldə  olunur.  Analitik 
nəticələrdən  modellər,  formulalar  meydana  gəlir.  Biliklər 
(məlumatlar)  toxunur,  konstruksiya  əldə  edilir,  forma  və 
məzmunlar  yaranır.  Ardıcıl  dərk  olunma  ardıcıl  aydınlaşmanı, 
nəticələr olaraq qənaətləri, mülahizələri yaradır. İnsan dərk edir, 
müsbət  və  mənfini  ayırır.  Elmin  nailiyyətləri  təhsil 
müəssisələrində tədris yolu ilə şagirdlərə, tələbələrə çatdırılır. Bu 
baxımdan  da  elmin  funksiyası  sintez  olunmuş  və  qənaətlər 
üzərində  formalaşmış  nəticələri,  həmçinin  hadisələr  barədə 
dolğun  faktları  (olduğu  şəkildə)  insanlara  çatdırmaqdan  ibarət 
olur.  Elm  təcrübədə  formalaşır.  Həmçinin  formalaşmasının  bir 
başqa  yolu  da  fantaziyanın,  birbaşa  düşüncələrin  və  əqlin 
məhsulundan  əldə  olunan  məlumatlardır.  Beyin  öz  gücü 
hesabına, əqlin emalı hesabına nəticələr əldə edə bilir. Duyumla, 
daxili informasiyalarla elm formalaşa bilir. 
Məktəblər  insan  davranışı  üçün  bir  nizam  mərkəzidir, 
məbədidir.  İnsanlar  məktəblərdə  cəmiyyətin  sosial  ünsürlərinə, 
həm  də  aktiv  üzvlərinə  çevrilə  bilirlər.  Onlarda  aktivliyi  məhz 
informasiya  bolluğu  yaradır.  Çünki,  informasiyalar  enerjidir, 
enerji  axınıdır.  İnsanlar  bu  enerjini  məktəblərdə  olduqları 
müddətlərdə qəbul edirlər. Məktəblər mənbə olduğundan, burada 
bolluca  informasiya  əldə  edə  bilirlər.  Məktəblər  aydınlaşdırma, 
dərrakəni  işıqlandırma  funksiyasını  yerinə  yetirən  strukturlar, 
maşın və mexanizmlər, aparatlar rolunu oynayırlar.  


283
 
 
Məktəblər  həyatı  kompleks  şəkildə  dərk  etməyə  şərait 
yaradırlar.  İnsanların  davranışları,  əməlləri  məktəblərdə 
sərhədli  formada  genişlənir.  Sahələr  kompleks  öyrənilir. 
İnsanlar  sadə  biliklərdən  mürəkkəb-elmi  biliklərə  qədər 
informasiyaları məktəblərdən əldə edə bilirlər. 
Məktəblərdə  bilikləri  öyrənmək  insan  təfəkkürünü, 
hafizəsini daima aktiv vəziyyətdə saxlayır. Düşüncələr formada 
qalır.  Fikirlər  təkmilləşir,  dağınıq  haldan  cəm  hala,  sistemlə 
hala keçir. Sistemli hal da gücü əmələ gətirir, mürəkkəbliyi və 
rəngarəngliyi  ortaya  qoyur.  Fikirlər,  düşüncələr  məbədləşənə 
qədər mürəkkəbləşir. Sonra isə məbədin daxilində hərəkət edir. 
Daxili  aydınlaşır.  Buna  görə  də  insan  elm  öyrəndikcə,  ardıcıl 
düşündükcə  mürəkkəblikləri  daha  tez  qavrayır  və  sadəliyə 
çevirir. 
Məktəb insanlara yuxarı yaşlarda, orta və ahıl yaşlarında da 
lazımdır.  Düzdür,  əmək  kollektivi,  əmək  prosesləri,  iş  yerləri, 
ailə  özü  sosial  məktəb  rolunu  oynayır.  Lakin  mütəxəssis 
biliklərini  təqdim  edən  məktəblərin  rolu  daha  da  ciddir.  Bu 
baxımdan da insanlar üçün daimi məktəblər təşkil oluna bilər. 
Bu  məktəblərdə  yuxarı  yaşlı  insanlar  üçün  müxtəlif  sahələr 
üzrə mühazirələr təşkil oluna bilər. Yeni biliklər ötürülə bilər.  
 
Sovet  hökumətinin  ağıllı  iqtisadi  siyasəti  barədə.  Sovet 
hökuməti  iqtisadiyyata  elmi  metodlarla  yanaşırdı.  İqtisadi 
sistemi qurmaq üçün analitik üsullara əl atırdı. Coğrafi şəraiti, 
əmək  məhsuldarlığını,  işçi  qüvvəsini,  iqlim  şəraitini,  faydalı 
qazıntıları və digər iqtisadi parametrləri öyrənirdi. İstehsalat və 
qeyri-istehsalatın  nisbətini  müəyyən  edirdi.  Bu  barədə  çox 
danışmaq olar. Planlı təsərrüfatın əhəmiyyəti böyük idi. 
Azərbaycanda  vaxtilə  iqtisadiyyatda  ağıllı  strategiya  və 
taktika  seçilmişdi.  Pambıq,  tütün,  çay,  üzüm  yetişdirilirdi. 
Ancaq  biz  Sovetlər  dağıldıqdan  sonra  bunlardan  imtina  etdik. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə