Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə5/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   2   3   4   5   6   7   8   9   ...   85

15
 
 
qələm,  xətkeş  və  karandaşlarımızı  çox  sevərdik.  Çantalarımız 
bizim  ayrlmaz  tərkib  hissəmiz  idi.  Valideynlər  də  əziyyətə 
düşməzdilər. 
İndi  çantalar  o  qədər  ağırlaşıb  ki,  onları  valideynlər 
daşımaq  məcburiyyətində  qalırlar.  Uşaqlar  onun  yükündə 
əzilirlər,  əyilirlər.  Təbii  ki,  kitab-dəftərin  hesabınadır.  Mən 
başa  düşə  bilmirəm,  bu  ibtidai  siniflərdə  uşaqalara  əlavə  nəyi 
öyrətmək  istəyirlər.  O  proqramı  yazanlar,  “ağıllılar”  yazdıq-
larını  heç  özləri  dərk  edə  bilirlər?!  Uşaq  erkən  yaşlarında  bu 
qədər informasiya qəbul etmək iqtidarında olar?! 
Sovet hökuməti hər şeyi ətraflı öyrənib yaş dövrünə uyğun 
standart dərs yükü müəyyən eləmişdi. Uşaqlar da asan şəkildə 
qavrayırdılar.  Biz  nə  üçün  o  sistemdən,  o  normalardan  imtina 
etdik?!  
 
 
Texniki  ixtiralar  və  xalqların  imzaları  haqqında. 
Çoxlarımıza  məlumdur  ki,  Sovet  hökumətinin  ilk  reaktiv 
mühərrikli  təyyarəsi  olan  MiQ-in  konstruktorlarından  (layi-
həçilərindən) biri erməni millətindən olan Artyom Mikoyandır. 
O,  Sovet  yahudi  konstruktoru  Mixail  Quryeviçlə  birlikdə  ilk 
reaktiv  müərrikli  təyyarənin  müəllifidir.  Ona  görə  də  dünya 
şöhrətli  MiQ-lər  (Mikoyan-Quryeviç)  bu  iki  müəllifin  adını 
daşıyır.  Mikoyan  iki  dəfə  Sosialist  Əməyi  Qəhrəmanıdır. 
Dəfələrlə  Stalin  mükafatı  alıb.  Quryeviç  də  Sosialist  Əməyi 
Qəhrəmanı adını alıb. Lenin və Stalin mükafatları laureatıdır.  
Mikoyan və Quryeviç 1947-ci ildən bu yana öz xalqlarının 
adlarını  göylərdə  şərəflə  yazıdırırlar.  Onların  ixtiraları  öz 
xalqlarının  dəyərli  imzalarıdır.  Hər  dəfə  bu  təyyarələr  göylərə 
ucaldıqca (bir  çox ölkələrin səmalarında) iki xalqın  qüruru da 
göylərə yüksəlir.  
Allah qoysa, ümid edək ki, nə zamansa bizim Azərbaycan 
xalqının  imzası  da  beləcə  texnika  vasitələri  ilə  göylərdə 
cızılacaq!  Göylərdə  cızılmasa  da  heç  olmasa  yerlərdə,  sularda 
yazılacaq.  Bu  tarix  çox  güman  ki,  uzaq  100-150  ilin  ola 
biləcək. Gələcək nəsillərə qismət olacaq! 


16
 
 
İşsizlik  və  cəmiyyət.  Bir  cəmiyyətdə  işsizliyin  səviyyəsi 
iqtisadi sistemin zəifliyi ilə əlaqədar olaraq yuxarıdırsa, deməli, 
həmin  cəmiyyətdə  insanların  əksəriyyətinin  gözü  acdır.  Belə 
səciyyəvi  cəmiyyətlərdə  yüksək  imandan,  inamdan  danışmaq 
da absurddur. Nəticə etibarilə kasıb cəmiyyətlərdə dini vicdan 
da zəifdir. Belə cəmiyyətlərdə dini ideologiya güclüdür. Əməl 
isə zəifdir. 
 
İraqdakı  Kürdüstan  referendumu  və  regional 
beynəlxalq vəziyyət haqqında 
 
Bu  gün  (25  sentyabr  2017-ci  il)  İraqın  Kürdüstan 
muxtariyyətində  keçirilən  referendum  Türkiyə-Rusiya  yaxın-
laşmasına  adekvat  cavabdır.  Bu  hadisə  gələcəkdə  regionda 
hansı geosiyasi dəyişikliklər yaradacaq: 
 
Yaxın zamanlarda 
 
-Türkiyə,  İran,  İraq  və  Suriya  formatı+  Rusiya  əmək-
daşlığını yaradacaq; 
-İraq bir tərəfdən, region ölkələri də digər tərəfdən, regionu 
güclü hərbi zonaya çevirəcəklər
-ABŞ  region  ölkələrinə  əlavə  təsir  və  təzyiq  rıçaqları 
qazanacaq; 
-Türkiyənin  Rusiya  ilə  yaxınlaşmaq  siyasətinin  qarşısını 
almaq üçün ABŞ Kürdüstan amilindən istifadə edəcək
-Türkiyəni Suriya ilə yaxınlaşdıracaq; 
-Türkiyə 
və 
İran 
Suriyanın 
ərazi 
bütövlüyünü 
dəstəkləyəcəklər; 
-Ərəb dünyası-Türkiyə yaxınlığını yaradacaq. 
 
 
 


17
 
 
Orta müddətli gələcəkdə 
 
-İran  Kürdüstan  müstəqilliyinə  çalışacaq-irandilli  olduq-
larına görə; 
-İran  kürd  amilindən  Türkiyəyə  qarşı  təzyiq  vasitəsi  kimi 
istifadə edəcək; 
-Bu məsələdə ərəb dünyası və İran yaxınlaşma edəcək; 
-Türkiyə  təklənəcək  və  geosiyasi  kömək  məqsədilə  üzünü 
bir daha Rusiyaya tutacaq
-Türkiyə  paytaxtının  yerini  dəyişmək  məcburiyyətində 
qalacaq-paytaxt Şərqə köçürüləcək
-Rusiya  Türkiyəni  öz  tərəfinə  çəkmək  üçün  Kürdüstan 
kartından istifadə edəcək. 
 
Hindistan  və  Türkiyənin  kino  sənayeləri  haqqında. 
Bollywoodun  (Hindistan)  və  Türkiyənin  çəkdiyi  serialların 
lentini  birləşdirsələr  Myanma  dövlətinin  ərazisi  boyda  lövhə 
alınar. Quyruğunu da düzəldib çərpələngə bənzətmək olar. Bu 
müstəvini  Pakistan  və  Hindistan  raketlərinə  qoşsan  bir  neçə 
dəqiqə  ərzində  Myanmanın  bütün  atmosferini  tutar,  Günəşin 
qabağı  alınar,  işıq  düşməz.  Bu  ölkə  müsəlmanlardan  üzr 
istəyər. 
Türkiyə  seriallarında  axıdılan  göz  yaşlarını  və 
tamaşaçıların  göz  yaşlarını  hovuza  töküb  boru  ilə  Afrikaya 
axıtsalar qitədə su problemi aradan qalxar. Ağlaşmaların səsini 
toparlasalar Rusiyanın  “Çar” hidrogen bombasının  səsini ötüb 
keçər.  Hind  filmindədki  göz  yaşları  və  onu  tamaşa  edənlərin 
toparlasalar  və  Afrikaya  yönəltəsələr  qitə  planetin  ağciyərinə 
çevrilər.  Əlavə  olaraq,  Hind  okeanının  səviyyəsi  bir  neçə 
santimetr  qalxar.  Səsdən  Antarktida  buzlaqları  çatlayar.  And 
dağlarında  və  Himalay  dağlarında  böyük  miqyaslı  qar 
uçqunları yaranar. 
Dünyamızın  Avropalılığı  və  Qərbliliyi.  Bizlər,  Türkiyə 
türkləri  Avropaya,  Amerikaya  (ABŞ,  Kanada)  o  qədər  həsəd 


18
 
 
aparırıq ki, nəticədə onlara yaxınlıq hiss etmək üçün yalandan 
özümüzə  Avropalı  etiketi  vurmaq  üsuluna  əl  atırıq.  Guya 
Avropadan  tərkibik.  Özümüzü  elə  aparırıq  ki,  guya  Avropa 
ailəsinin  üzvüyük.  Ancaq  dərk  etməliyik  ki,  biz  nə  maddi,  nə 
də  ruhi  baxımdan  Avropalı,  Qərbli  deyilik.  Hərdən  onların 
ayaqqabılarını  geyinsək  də  yerişlərini  yeriyə  bilmərik.  Biz  o 
qədər zəifik ki, orijinallığımızı kənara atıb imitasiya ilə məşğul 
oluruq.  Avropada  ailə,  cəmiyyət  münasibətləri  başqadır.  Elə 
vərdişlər,  davranışlar  var  ki,  türk-müsəlman  dünyası  üçün  bu 
elementlər  yaddır.  Avropada  fərdin  müstəqil  aydınlaşması, 
eləcə  də  aktivlik,  sosial  potensialın  böyüklüyü  mövcuddur. 
Avropa  fərdi  üçün  ətraf  mühit  yad  deyil.  Fərd  ətraf  mühitdən 
daha  çox  faydalanır  və  ətraf  mühitə  də  fayda  verir.  İnkişaf 
etmiş Avropada fərdlə ətraf mühit arasında tarazlıq, harmoniya 
mövcuddur.  Balanslı  vəziyyətlərdən  fərdlərin  dəyərlənməsi 
mümkündür.  İnsan  haqları  dəyər  kimi  qorunur.  Avropa  insanı 
öz  potensialını  müstəqil  şəkildə  dəyərləndirə  və  istifadə  edə 
bilir.  Bu  kimi  hallar  müsəlman-türk  dünyasına  yaddır. 
Müsəlman-türk dünyasında passivlik və boğuculuq mövcuddur. 
Fərdlə  ətraf  mühit  arasında  qırıqlıq  yaşanır.  Fərd  ətraf 
mühitdən,  cəmiyyətdən  maksimum  faydalana  bilmir.  Av-
ropada,  Qərbdə  fərd  aydınlığa  çıxır.  Bizlərdə  isə  fərd 
cəmiyyətdə  xalisləşir,  çılpaqlaşır.  Çünki  cəmiyyətə  qarşı  total 
ögeylik  və  etinasızlıq  var.  Qərbdə  liberal  məzmunlu  ictimai 
tərbiyə, Şərqdə isə sıxıcı məcburi əməl mövcuddur. Müsəlman-
türk  aləmində  fərdin  ictimai  açılımı  zəifdir.  Buna  görə  də 
potensialın  böyük  bir  qismi  passiv  olaraq  qalır.  Aktivliklə 
passivlik  arasında  balans  pozulmuş  vəziyyətdə  olur.  Bu 
baxımdan da uçurumlar, pozulmalar yaşanır. Qərbdə-Avropada 
maddi  aləmlə  mənəvi  aləm  arasında  harmoniya  yaşanılır, 
müsəlman-türk aləmində isə daha çox hər iki tərəfdə pozuculuq 
var.  Üzvi  bağlılıq  olmadığından,  maddi-mənəvi  tarazlıq  da 
yaşana  bilmir.  İnsanları  daima  bu  iki  baza  dəyər  arasında 
sarsıntı  vəziyyətinə  düçar  olurlar.  Maddi-mənəvi  aləmin 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə