Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə7/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   2   3   4   5   6   7   8   9   10   ...   85

23
 
 
 Müdrikin vəzifəsi onun qabiliyyətini sübuta yetirir. Dövlət 
rəhbəri  postu  müdrik  şəxsin  faydalı  əməlləri  üçün  şəbəkəli 
vasitələr  rolunu  oynayır.  Həqiqi  filosofların  və  alimlərin 
düşüncələri  yalnız  xalqa  xidmətdən  başqa  bir  şey  olmur. 
Onların  geniş  düşüncələri  fərdi  eqonu  sındırır.  İctimai  ruha 
keçidləri meydana gətirir. Müdriklər öz şəxsi maraqlarını daha 
çox  ictimai  maraqlar  mənbəyində  axtarırlar.  Müdriklərin 
qələmləri  xalqın  taleyini  cızmağa,  hərtərəfli  təsvir  etməyə  və 
nəticə  etibarilə  tam  keyfiyyətli  “əsər”  ortaya  qoymağa 
hesablanır.  Eləcə  də,  müdrik  fantaziyası  xalqın  gələcək 
həyatının konturlarını daha aydın təsəvvür edir.  
Dövlət  ideyalarla  idarə  olunur.  Dövlət  və  dövlətçilik  də 
ideyalar  məhsuludur.  Hakimiyyət  və  onun  strukturları  da 
ideyalardan  təşkil  olunur.  Dövlət  ideyalar  konsepsiyasıdır. 
Qanunvericilik  sənədləri  ideyalar  məcmusunu  təşkil  edir. 
Strateji-konseptual  sənədlər  də  ideyalar  kompleksindən  ibarət 
olur. İdeya verən şəxslər strateqlər, ideoloqlar hesab olunurlar. 
Dövlət  ona  görə  ideyalar  cəmindən  ibarət  olur  ki,  burada 
sahələr cəmləşib. İdeyalar kompleks şəkildə sahələri əhatə edir. 
İdeyalar da dövlətin kompleks məzmununa xidmət edir.  
Dövlət  postunu  tutmaq  istəyən  şəxslərdə  ideyalar  dolub-
daşmalıdır.  Onun  düşüncələri  ideya  çəlləyini  yaratmalıdır. 
Dövlət rəhbəri postunu tutmaq hər bir vətəndaşın konstitusion 
hüququdur. Hər bir iddialı şəxs dövlət rəhbəri postuna seçilmək 
(xalq tərəfindən) və ya da təyin olunmaq (parlamentin təyinatı) 
istəyirsə,  mütləq  qaydada  öz  nəzəri  fikirləri  ilə  özünü  sübuta 
yetirməlidir.  Konsepsiya  formalı  strateji  və  taktiki  əsaslı 
müddəalarını  irəli  sürməlidir.  Ancaq  iddialı  şəxslərin  düşüncə 
və  əməlləri  zəngin  olmalıdır.  Şəxslər  müdriklik  xarakterini  öz 
daxillərində hiss etməlidirlər. Özlərinin layiq olmalarını mənən 
təsdiqləməlidirlər.  
 
Dövlət rəhbərinin bəzi keyfiyyətləri barədə 
 
Dövlət  rəhbəri  postu  kompleks  qərarlı  bir  postdur. 
Piramidal  iyerarxiyalı,  şaxəli  formalı,  bir  yayımlı  məzmunlu 


24
 
 
vəzifələrin  məcmusudur.  Buna  görə  də  dövlət  rəhbəri 
hakimiyyəti,  siyasi  sistem  anlayışını  dərindən  bilməlidir. 
Dövlət rəhbəri siyasətin hüquqi tənzimləmədən ibarət olmasını 
dərk  etməlidir.  Dövlət  rəhbəri  hər  bir  addımda  hüquqi 
tənzimləməni  duymalıdır.  Bununla  da  təmina  və  mühafizə 
funksiyasını yerinə yetirməlidir. Hüquqi tənzimləmənin sahələr 
üzrə və sahələr arasında bağlayıcı  əhəmiyyətini  dərindən dərk 
etməyi  bacarmalıdır.  Hüquq  sisteminin  bağlayıcılıq  əsasında 
genişlənməsini  və  məhdudlaşmasını,  eləcə  də  yenidən 
böyüməsini  dərk  etməlidir.  Xalqın,  cəmiyyətin  ruhunu, 
tələblərini,  istəyini  dərk  edərək,  bu  amilləri,  dəyərləri  hüquqi 
normalar  sisteminə  salmağı  bacarmalıdır.  Qanunların  və 
qanunvericilik  sisteminin  digər  aktlarının  təsnifatını,  təyinat 
obyektlərini  dərindən  dərk  etməlidir.  Qanunvericiliyin  sub-
yektlərinin  funksiyalarını  dərk  etməlidir.  Həmçinin  qanunların 
təsnifatını  dərk  etməlidir.  Qanunların  aliliyi  prinsipini  dərk 
etmək  və  təmin  etmək  onun  şəxsiyyətinin  yüksək  olmasını, 
həmçinin  hazırlıqlı  olmasını  təmin  edən  amillərdəndir.  Dövlət 
rəhbəri hadisələr axarını yüksək səviyyəyə yüksəltmək (yüksək 
səviyyə  hadisələrin  tərkib  elementlərinin  sistemli  sürət  axarını 
ehtiva  edən,  fon  yaradan  bir  müstəvidir,  fenomendir) 
qabiliyyətinə malik olmalıdır və bu kimi istəklərdə olmalıdır.  
Dövlət rəhbəri postunun özəl pozitiv mahiyyəti onu tutan, 
onda təmsil olunan şəxsin xarakteri ilə sıx bağlı olur. Xarakter 
onda  ailədə,  cəmiyyətdə  və  siyasi  dairələrdə,  institutlarda, 
qurumlarda,  təsisatlarda  meydana  gəlir.  Şəxsin  xarakterinə 
mövcud  ictimai  və  siyasi-mədəni  proseslər  təsir  edir.  Bəzi 
müsbət  və  mənfi  hallar  oyadıcı  effekt  yaradır.  Post  subyektin 
qismində  (timsalında)  canlanır.  Müdrik  dövlət  rəhbəri  adətən, 
təbii  şəkildə,  bir  qayda  olaraq  öz  ruhunu  xalqın  ruhu  ilə 
birləşdirir.  Öz  duyğularını  xalqın  məcmu  duyğusu  ilə  üzvi 
şəkildə vəhdətləşdirir. Bu, müdrik şəxslərdə orijinallıqdır. Can 
yandırmaq,  qayğı  və  diqqət  göstərmək  xarakteridir.  Xalqın 
taleyinə  acımaq  onun  draması  ilə  bir  yerdə  yaşamaqdır.  Bu 
halda dövlət rəhbəri xalqını bütöv halda öz tərkibi kimi görür. 
Dövlət rəhbərinin duyğu siqnallarının əsas obyekti və mənbəyi 


25
 
 
xalqın taleyi ilə bağlı olan informasiyalardan ibarətdir. Müdrik 
şəxs siqnalları qəbul edir, emal edir və pozitiv nəticələrə gəlir. 
Çətin  vəziyyətlərdən  çıxş  yolları  axtarır.  Bu  halda  qəlbin 
xeyirxah  ruhu  istəyə  bağlanır.  Əməl  istəklərin  yerinə  yetiril-
məsinə yönəlir. Dövlət rəhbəri məlumatları təhlil edir və özü də 
məlumat mənbəyi rolunu oynayır.  
Dövlət rəhbəri xalqın içərisində xalqın həyatı ilə həmahəng 
yaşayır. Xalqın dramasını (faciəsini) yaşayır. Xalqın dərdlərini, 
qəmini  içində  yaşayır  və  ona  şərik  olur.  Dövlət  rəhbəri 
yanımcıl olur, açıq qəlbli və saf ruhlu şəxs kimi təsir bağışlayır. 
Dövlət  rəhbəri dialoqa  açıq  olur. Təşəbbüsverici  və ideyalarla 
yaşayan  şəxs  olur.  Dövlət  rəhbəri  səbrli,  dözümlü,  təmkinli 
xarakterli  olur.  Dövlət  rəhbəri  qətiyyətli,  iradəli,  mətinli, 
mübariz, yorulmaz, fədakar şəxs olur.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə