Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə10/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   6   7   8   9   10   11   12   13   ...   85

32
 
 
95.
 
 Dövlət  rəhbəri  hakimiyyət  qolları  üzərində  ümumi 
idarəçiliyi 
həyata 
keçirəcək. 
Hakimiyyət 
qolları 
sərbəstləşəcək.  
96.
 
 Regionlarda Məclislər təşkil olunacaq. 
97.
 
 İcra  Hakimiyyəti  qanunverici  qurumdan  forma-
laşacaq. Dağlıq Qarabağ Məclisi təşkil olunacaq. 
 
İdarəçiliyin əsasları 
 
98.
 
İdarəçilik sahəsində “Yeni ruh” formalaşacaq. 
99.
 
 Vətəndaş-dövlət 
rəhbəri, 
vətəndaş-hakimiyyət 
münasibətləri yeni tələb-təkliflə formalaşacaq. 
100.
 
 “Açıq  qapı”  siyasəti  tətbiq  olunacaq.  Dövlət 
qurumlarında  vətəndaşların  sərbəst,  maneəsiz  qəbulları 
təşkil olunacaq.  
101.
 
“Vətəndaş  probleminin  asan  həlli”  strategiyası 
qəbul olunacaq.  
102.
 
Dövlət  rəhbəri  ilə  vətəndaşlar  arasında  “Dəmir 
tor”lar ləğv olunacaq. 
103.
 
 Cəmiyyətdə  humanizm  ideyaları  geniş  vüsət 
alacaq.  
104.
 
 Monarxın  (kralın)  rəhbərliyi  sadələşəcək.  İcra 
hakimiyyəti  səlahiyyətləri  daha  çox  Nazirlər  Kabinetinə 
(hökumət üzvlərinə) veriləcək. 
105.
 
Kral  dövlət  bütövlüyünün  simvoluna  və  həqiqi 
zəmanətçisinə çevriləcək. 
106.
 
 Kral  “Ümumxalq  Məclisinin  Sədri”  vəzifəsini 
həyata keçirəcək. Ancaq Krala etimad məsələsində, O, sədr 
postunu tuta bilməyəcək.  
107.
 
 Daimi fəaliyyət göstərən parlament yaradılacaq. 
108.
 
Parlamentin  funksiyası  qanunları  (layihə  olaraq) 
qəbul  etməkdən  və  beynəlxalq  müqavilələri  ratifikasiya 
etməkdən ibarət olacaq. 
109.
 
Konseptual  məzmunlu  və  strateji  təyinatlı 
məsələlərlə  bağlı  ictimai  və  siyasi  müzakirələr  Ümumxalq 
Məclisində təşkil olunacaq. 


33
 
 
110.
 
Ümumxalq  Məclisi  ölkənin  ən  ali  ictimai-siyasi 
kollegial qurumu olacaq. 
111.
 
Ümumxalq  Məclisində  dövlət  proqramları, 
müharibə  və  sülh  məsələləri,  beynəlxalq  birliklərdə  təmsil 
olunma  məsələləri,  referendum  məsələləri,  konstitusiya 
dəyişiklikləri,  ərazi  dəyişikliyi  və  digər  mühüm  məsələlər 
müzakirə olunacaq. 
112.
 
Ümumxalq  Məclisində  məhkəmə  sisteminə 
etimad məsələləri müzakirə olunacaq. 
113.
 
Ümumxalq Məclsinin fəaliyyəti müddətsiz olacaq. 
114.
 
Ümumxalq  Məclisi  ictimai  əsaslarla  fəaliyyət 
göstərəcək.  
115.
 
Parlamentdə 
hakimiyyətin 
və 
kralın 
nümayəndələri təmsil olunacaq. 
116.
 
Parlament  əsasən  hüquqşünaslardan  forma-
laşdırılacaq.  Parlament  başlıca  olaraq  ölkənin  ali  hüquq 
qurumu funksiyasını yerinə yetirəcək. 
117.
 
Parlament  Ümumxalq  Məclisinin  layihələrinə 
hüquqi qiymət verəcək və onu təsdiqləyəcək.  
118.
 
Xarici  ölkələrə  səfirlərin  və  elçilərin  təyini 
qanunverici  qurumun  razılığı  ilə  kral  səlahiyyətinə  aid 
ediləcək.  
119.
 
Mərkəzi  İcra  Hakimiyyəti  səlahiyyətinə  aid  olan 
qurumların sayı azaldılacaq. 
120.
 
Məmur  bürokrartiyasından  ictimai  sərbəstləş-
məyə  keçidlər  baş  verəcək  və  hakimiyyət  üzərində 
cəmiyyətin nəzarəti güclənəcək. 
121.
 
Hüquqi  dövlət  quruculuğu  yolunda  vəkillik 
institutu  gücləndiriləcək.  Hüquqi  və  ictimai  vəkillik  tək-
milləşdiriləcək.  
122.
 
 Uşaq Ombudsmanlığı formalaşdırılacaq. 
123.
 
 Dövlət 
idarəçiliyi 
üzərində  xalq  nəzarəti 
güclənəcək. 
124.
 
“Şəffaf məhkəmələr” siyasəti tətbiq olunacaq. 
125.
 
Vətəndaş 
cəmiyyəti  institutlarının  fəaliyyəti 
güclənəcək. 


34
 
 
126.
 
“Açıq  cəmiyyət”,  “Liberal  idarəçilik”  fəlsəfəsi 
formalaşdırılacaq. 
127.
 
Hakimiyyət  üzərində  cəmiyyət  qınağı  formalaş-
dırılacaq. 
128.
 
 Dövlət resurslarına xalq nəzarəti formalaşacaq. 
129.
 
Cəmiyyət üzərində  dövlət nəzarəti liberallaşacaq. 
Azad cəmiyyətlər formalaşacaq. 
130.
 
Cəmiyyət  idarəçiliyinə  xüsusi  fikir  veriləcək  və 
cəmiyyətin  potensialından  yüksək  səviyyədə  istifadə 
olunacaq. 
131.
 
Dövlət büdcəsinə xalq nəzarəti formalaşacaq. 
132.
 
Dövlət  büdcəsinə  İctimai  Yardım  Fondu  təşkil 
olunacaq. 
133.
 
Dövlət 
büdcəsi 
nəzdində 
“Uşaq 
Fondu” 
yaradılacaq. 
134.
 
 Yuvenal məhkəmələr təşkil olunacaq. 
135.
 
 Rəmzi  məna  kəsb  edən  “Uşaq  idarəçiliyi”  for-
malaşdırılacaq. 
136.
 
Hüquq-mühafizə  orqanlarının  strukturlarında 
ciddi islahatlar həyata keçiriləcək. 
137.
 
 Açıq 
Xalq 
Məhkəmələri 
(əsasən 
dövləti 
cinayətlər üzrə) təşkil olunacaq. 
138.
 
 İcra hakimiyyəti sistemində və strukturunda bir-
birini  əvəz  edən  qurumlar  birləşdiriləcək.  Bir  çoxları  ləğv 
olunacaq.  
139.
 
Dövlət  büdcəsinin  yükü  azaldılacaq.  Məmurların 
sayı ixtisar olunacaq. 
140.
 
 Dövlət  rəhbərinin  əmək  haqqı  akademikin  əmək 
haqqı ilə eyni məbləğdə olacaq. 
141.
 
 Kral Sarayında işçilər məhdud sayda olacaq. 
142.
 
Kral  ölkə  mədəniyyətinin,  ədəbiyyatının,  incə-
sənətinin, elm və təhsilinin himayədarı olacaq. 
143.
 
Kral ölkənin və xalqın şərəf simvolu olacaq. 
144.
 
Kral xalqın milli-mədəni simvolu olacaq. 
145.
 
Kral xalqın ləyaqətini qoruyacaq. 
146.
 
Kral xalqın lideri olacaq.  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə